Məhkəmə qərarları › İş №e-2(005)-635/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-635/2024

21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-635/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qarşı “bağışlama, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, borc məbləğinin əmlak kompleksinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “bağışlama, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, borc məbləğinin əmlak kompleksinə yönəldilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 İddiaçı ödəməli olduğu pulun miqdarının, 250.000 (iki yüz əlli min) ABŞ dolları Azərbaycan manatının məzənnəsinə uyğun ekvivalent olaraq 425.000 manat, qeyd olunan məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun 2 olaraq illik 19.375 (illik 7,75 faizlə) ABŞ dollarından hesablanmaqla, on iki il üçün 232.500 (iki yüz otuz iki min beş yüz ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun ekvivalent olaraq 395.250 (üç yüz doxsan beş min iki yüz əlli) manat miqdarında faiz məbləği, mənəvi ziyan hesabına 200.000 (iki yüz min) manat, cəmi 1.020.250 (bir milyon iyirmi min iki yüz əlli) manat məbləğində müəyyən olunması və həmin məbləğin Quba rayonu, Afurca kəndində yerləşən Cavabdeh4 məxsus olan əmlak kompleksinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi, xx.xx.2014-cü il tarixdə X1 adına qeydə alınmış, Quba rayonu, Afurca kəndində yerləşən əmlak kompleksinin X5 bağışlanmasına dair 4Ə/02-698 reyestr nömrəli xx.xx.2014-cü il tarixli müqaviləni və X18 ilə Cavabdeh4 arasında 13 yanvar 2015-ci il tarixdə Quba rayon notariat kontorunda bağlanmış 4Ə-35 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 1(101)-788/2019 saylı hökmünə əsasən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona cəza təyin edilməməsi, X19 öldüyündən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması, mülki iddianın baxılmamış saxlanılması, zərərçəkmiş və mülki İddiaçı təqsirləndirilən şəxsin hüquqi varislərinə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun izah olunması qərara alınmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə hökmü ilə təsdiq edilmişdir ki, X3 rayonu, Afurca kəndində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən “Afurca” istirahət mərkəzinin özəlləşdirilməsi və İddiaçı ilə şərikli şəkildə həmin istirahət mərkəzini işlədəcəyi adı ilə İddiaçı 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulunu 2011-ci ilin iyun ayında Nuşravan Əliyevin yanında alaraq, ələ keçirmişdir. X35 Əliyevadan 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulu almazdan əvvəl və həmin pulu aldıqdan sonra “Afurca” istirahət mərkəzinin sənədləşməsini 3 (üç) ay ərzində başa çatacağını bildirmişdir. Tərəflər arasında razılaşdırılmış 3 (üç) aylıq müddət başa çatdıqdan sonra, X35 Əliyevaya verdiyi vədini yerinə yetirməmişdir. Bununla bağlı İddiaçı Nuşravan Əliyevlə birlikdə dəfələrlə Müstəcəb Səfərovdan verdiyi vədin yerinə yetirilməsini və ya 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulun qaytarılmasını tələb etsə də, Müstəcəb Səfərov müxtəlif bəhanələr gətirərək verdiyi vədin yerinə yetirilməsindən boyun qaçırmışdır. İddiaçı bütün cəhdlərinə baxmayaraq, Müstəcəb Səfərov açıq şəkildə verdiyi vədi yerinə yetirməkdən imtina etmişdir. Zərifə X10suz hərəkətləri barədə polis orqanlarına və digər hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra Müstəcəb Səfərov ümumiyyətlə İddiaçı tanımadığını bildirmiş və İddiaçı iddialarını və tələblərini inkar edərək aralarında heç bir münasibətin olmadığını bildirmişdir. X30 Zərifədən 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulu almadığını bildirsə də, məhkəmə hesab etmişdir ki, X24 Əliyevadan dələduzluq cinayəti nəticəsində 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulu alması danılmaz və təkzib olunmaz faktdır. Tərəflər arasında 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulun verilməsi və alınması barədə hər hansı yazılı bir sübut olmasa da, İddiaçı 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulu Müstəcəb Səfərova verdiyini görən şəxslər olmuşdur. Bunlardan biri şahid Nuşravan Əliyev olmuşdur. Nuşravan Əliyev məhkəmə istintaqında verdiyi ifadəsində birbaşa göstərmişdir ki, o və İddiaçı 2011-ci ilin iyun ayında Müstəcəb Səfərovun idarə etdiyi ağ rəngli “Toyota” Prado markalı avtomobilə minmişlər və İddiaçı onun yanında 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulu şəxsən Müstəcəb Səfərova vermişdir. Nuşravan Əliyevdən başqa İddiaçı 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulu Müstəcəb Səfərova verdiyini görən digər şəxslər, yəni Almaz Zeynalova, Şövkət Şirinova, Rafiq Məmmədov, Mehralı Kazımov və Kərimxan Qarayev olmuşlar. Almaz Zeynalova və Şövkət Şirinova həm ibtidai istintaq orqanında, həm məhkəmə istintaqında verdiyi ifadələrində 2011-ci ilin iyun ayında şəhid ailələri ilə bağlı tədbirdən İddiaçı idarə etdiyi avtomobili ilə qayıtdıqlarını, həmin gün İddiaçı idarə etdiyi avtomobili Bakı şəhəri, Qara Qarayev prospektində saxladığını, avtomobildəki qara torbada olan pulları saydığını, İddiaçı ağ rəngli avtomobilə mindiyini və avtomobilin içərisində 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulu Müstəcəb Səfərova verdiyini bildirmişlər. Rafiq Məmmədov, Mehralı Kazımov və Kərimxan Qarayev ibtidai istintaq orqanında verdikləri ifadələrində 2011-ci ilin iyun ayında İddiaçı ağ rəngli avtomobilə mindiyini və avtomobilin içərisində 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulu Müstəcəb Səfərova verdiyini təsdiq etmişlər. Şahidlərin bildirdikləri məlumatlarla zərərçəkmiş şəxs İddiaçı bildirdiyi məlumatlar üst-üstdə düşdüyündən, məhkəmə şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə, tam təsdiq olunnuşdur ki, təqsirləndirilən şəxs Müstəcəb Səfərov zərərçəkmiş şəxs Zərifə Əiiyevayanın külli miqdarda, yəni 250000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulunu qanunsuz ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə hüquqi qiymət verərək X9 törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif etmiş və belə hesab etmişdir ki, təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli və o, öldüyündən ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxsin ölməsi səbəbindən cəza təyin edilməməsi ilə bağlı hissədə məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxs 23 oktyabr 2019-cu il tarixdə öldüyündən, təqsirləndirilən şəxsin oğlu Cavabdeh1 təqsirləndirilən şəxsin hüquqi varisi qismində 31 oktyabr 2019-cu il tarixdə tanınmışdır. Təqsirləndirilən şəxsin hüquqi varisi Cavabdeh1 təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikaçı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinə razılıq vermədiyindən cinayət işinə xitam verilməmiş və məhkəmə baxışı təqsirləndirilən şəxsin hüquqi varisinin iştirakı davam etdirilmişdir. Eyni zamanda məhkəmə istintaqında təqsirləndirilən şəxs X9 əməlinə hüquqi qiymət verildiyindən, onun əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edildiyindən və o, həmin maddədə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilindiyindən, o cümlədən cinayət işinə xitam verilməsinə dair təqsirləndirilən şəxsin hüquqi varisinin razılığı olmadığından məhkəmə belə nəticəyə gəlnişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməli və cəza təyin edilməməklə onun barəsində ittiham hökmü çıxarılmalıdır. Zərərçəkmiş şəxs və mülki İddiaçı mülki iddia ərizəsinə əsasən ona vurulmuş maddi zərərə görə 250000 (iki yüz əlli min) ABŞ dolları, özgənin pul vəsaitini qanunsuz saxlamağa görə 101441 (yüz bir min dörd yüz qırx bir) ABŞ dolları 66 (altmış altı) sent, mənəvi zərərə görə ******* (bir milyon) manat məbləğində pulun, cəmi 351041 (üç yüz əlli bir min qırx bir) ABŞ dolları 66 (altmış altı) sent, ******* (bir milyon) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun təqsirləndirilən şəxs Müstəcəb Səfərovdan tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin və mülki iddiaçının mülki iddiası ilə bağlı məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxs Müstəcəb Səfərov 23 oktyabr 2019-cu il tarixdə öldüyündən ona qarşı yönəlmiş mülki iddia tələbinin həll edilməsi və bu barədə müvafiq qərarın çıxarılması mümkün deyil. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, zərərçəkmiş şəxs və mülki İddiaçı təqsirləndirilən şəxs Müstəcəb Səfərova qarşı irəli sürdüyü mülki iddia ərizəsi baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxs və mülki İddiaçı təqsirləndirilən şəxsin hüquqi varislərinə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah olunmalıdır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən X1 Quba rayonu, Afurca kəndində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən “Afurca” istirahət mərkəzinin özəlləşdirilməsi və İddiaçı ilə şərikli şəkildə həmin istirahət mərkəzini işlədəcəyi adı ilə İddiaçı 250.000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pulunu 2011-ci ilin iyun ayında ələ keçirməsi tam təsdiq edildiyindən, həmin məbləğdə pul, yəni Azərbaycan manatının məzənnəsinə uyğun ekvivalent olaraq 425.000 manat, qeyd olunan məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq illik 19.375 (illik 7,75 faizlə) ABŞ dollarından hesablanmaqla, on iki il üçün 232.500 (iki yüz otuz iki min beş yüz) ABŞ dolları, Azərbaycan manatının məzənnəsinə uyğun ekvivalent olaraq 395.250 (üç yüz doxsan beş min iki yüz əlli) manat miqdarında faiz məbləği, mənəvi ziyan hesabına 200.000 ( iki yüz min) manat və cəmi 1.020.250 (bir milyon iyirmi min iki yüz əlli) manat pul vəsaitinin X1 hüquqi varisi Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməlidir. 1 saylı Bakı Ərazi İdarəsinin 21 fevral 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Quba rayonu, Afurca kəndində yerləşən əmlak kompleksi kimi müəssisə Quba rayon Afurca Bələdiyyəsinin 09 nömrəli xx.xx.2005-ci il tarixli protokoldan çıxarışla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 075317 nömrəli xx.xx.2008ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə, 162 nömrən xx.xx.2005-ci il tarixli “Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair akta, Quba rayon İcra Hakimiyyətinin 47 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamına, xx.xx.2013-cü il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə qəbul komissiyasının aktına” və eskiz layihəyə əsasən xx.xx.2014-cü il tarixdə X11 adına qeydiyyata alınmışdır, lakin Quba rayon notariat kontorunun 4Ə/02-698 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X12 adına özgəninkiləşdirilmişdir. Sonradan sözügedən əmlak Quba rayon notariat kontorunun 4Ə-35 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. xx.xx.2014cü il tarixdə X1 adına qeydə alınmış, 4Ə/02-698 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X13 adına özgəninkiləşdirilmişdir. Qeyd olunmalıdır ki, mərhumun qızı X18 ilə Cavabdeh4 arasında 13 yanvar 2015-ci il tarixdə Quba rayon notariat kontorunda məqsədli şəkildə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə də həmin alqı-satqı müqaviləsi qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, görünüş üçün bağlanmış əqdlər olduğundan etibarsız hesab olunmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Şükür oğlu xx.xx.2023-cü il tarixdə EMİS vasitəsi ilə iddia tələbinə qarşı etiraz ərizəsi ilə müraciət edərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddaçı İddiaçı cavabdehə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasını əsassız olduğu üçün qəbul etmir. İddianın əsassızlığı ilə bağlı məhkəmənin diqqətinə çatdırır ki, tələbdən də göründüyü kimi iddiaçı mərhum atasının ittiham olunmasına dair cinayət işi üzrə çıxarılmış məhkəmə hökmü ilə müəyyən edilmiş maddi zərəri və həmin iş üzrə cinayət prosessual qanunvericiliyə uyğun olaraq onun hüquqi varis qismində cəlb edilməyini əsas götürüb cavabdehə qarşı iddia irəli sürmüşdür. Lakin iddianı hazırlamış şəxs unutmuşdur ki, hər hansı bir şəxsin cinayət mühakimə icraatı qaydasında hüquqi varis kimi cəlb olunması, hələ o demək deyildir ki, o, ölmüş şəxsin öhdəliyinə görə mütləq qaydada mülki məhkəmə icraatı qaydasında məsuliyyət daşımalıdır. Başqa sözlə, ölmüş şəxsin huquqi varisi ilə onun ölümündən sonra vərəsə olmalı şəxs(lər)i eyniləşdirmək doğru deyildir. Bu baxımdan qeyd edir ki, cavabdehin mülki iş üzrə mərhum atasının öhdəliyinə görə cavabdeh qismində cəlb olunmağı və məsuliyyət daşımağı üçün iddiaçıya ilk növbədə lazım gəlirdi ki, atası Müstəcəb Səfərovun ölümündən sonra vərəsəlik işinin açılıb-açılmadığını aydınlaşdırsın və məhz, bundan sonra cavabdeh olmalı şəxs(lər)in dairsəini, o cümlədən, onun vərəsə olub-olmadığını, hər hansı miras əmlakı (miras aktivini) qəbul edib-etmədiyini müəyyənləşdirərək, tələb irəli sürsün. İddia ərizəsindən də göründüyü kimi, belə bir araşdırma aparılmamış və cavabdehin vərəsə kimi cavab verməli olduğunu təsdiq edən sübuta istinad edilməmişdir. Vərəsənin ölmüş şəxsin kreditorları qarşısında öhdəliyinə görə məsuliyyət daşıdığını tənzimləyən Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İstinad olunan normanın tələbi və mənasından da göründüyü kimi, vərəsə olaraq o halda iddiaçının tələbinə cavab verməli olardı ki, cavabdeh mərhum atasının ölümündən sonra ondan miras qalmış hər hansı bir payı (əmlakı) qəbul etmiş olaydı. Bildirir ki, ümumiyyətlə, atasından heç bir miras payı (miras aktivi) qalmayıb və o, heç bir pay qəbul etməmişdir. Məhkəmə iclasında Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini əsassız olduğunu bildirərək iddianın təmin olunmamasını xahiş etdi. Eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə qarşı xx.xx.2024-cü il tarixdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, nümayəndəsi olduğu Cavabdeh1, eləcə də mərhum Müstəcəb Səfərovun digər övladları (cavabdehlər) mərhum atalarının öhdəliyinə görə məsuliyyət daşımaları üçün heç bir əsas yoxdur. Belə ki, onlara heç bir miras əmlak çatmamışdır. İddia ərizəsində göstərilən əmlak əvvəllər Müstəcəb Səfərova məxsus olmuş olsa da, hələ 2014-cü ildə (ölümündən xeyli əvvəl) qanuni əsaslarla onun mülkiyyətindən çıxmışdır və onun öldüyü məqamda mülkiyyətində heç bir əmlak olmamışdır. Hər iki müqavilə əqdin etibarlılıq şərtlərinə tam cavab verməklə, onları bağlamış tərəflərin iradəsini əks elətdirmiş və konkret hüquqi nəticə doğurmuşdur. Belə ki, sözügedən əmlak hazırda alıcının sahibliyi, istifadəsi və sərəncamındadır. Müstəcəb Səfərovun övladlarına heç bir aidiyyəti yoxdur. Belə olan vəziyyətdə, həmin müqavilələrin görünüş xatirinə bağlanmasından söhbət gedə bilməz. Odur ki, göstərilənlərə əsasən, iddia tələbi təmin oluna bilməz. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-788/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona cəza təyin edilməməsi, X19 öldüyündən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunması, mülki iddia baxılmamış saxlanılması, zərərçəkmiş şəxs və mülki İddiaçı təqsirləndirilən şəxsin hüquqi varislərinə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah olunması hökm edilmişdir. İş materiallarında olan AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanlanan məktubdan görünür ki, Quba rayonu, Afurca kəndində yerləşən əmlak kompleksi kimi müəssisə Quba rayon Afurca Bələdiyyəsinin 09 nömrəli xx.xx.2005-ci il tarixli protokoldan çıxarışına, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 075317 nömrəli xx.xx.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə, 162 nömrəli xx.xx.2005-ci il tarixli “Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair akt”a, Quba Rayon icra Hakimiyyətinin 47 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamına, xx.xx.2013-cü il tarixli “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə qəbul komissiyasının aktı”na və eskiz layihəyə əsasən xx.xx.2014-cü il tarixdə X9 adına qeydiyyata alınmışdır, lakin Quba rayon notariat kontorunun 4Ə/02-698 reyestr nömrəli xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Sonradan sözügedən əmlak Quba rayon notariat kontorunun 4Ə-35 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanı 203880 nömrəli xx.xx.1983-cü il tarixli orderə, 25 nömrəli xx.xx.2003-cü il tarixli Forma 2 arayışına və Razılıq ərizəsinə əsasən xx.xx.2003-cü il tarixdə X14 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 40 saylı notariat kontorunun 4-Ə-4-524 reyestr nömrəli xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X21 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X1 adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar olunmamışdır. İş materiallarında olan AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən ünvan 3 X9 adına xx.xx.2003-cü il tarixində qeydiyyatdan keçmiş, lakin xx.xx.2003-cü il tarixli, 4-Ə-4-524 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X21 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Quba rayonu, Afurca kəndində yerləşən əmlak kompleksi kimi müəssisə X9 adına xx.xx.2014-cü il tarixində qeydiyyatdan keçmiş, lakin xx.xx.2014-cü il tarixli, 4Ə/02-695 nömrəli bağışlanma müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Daha sonra sözügedən daşınmaz əmlak xx.xx.2015-ci il tarixli, 4Ə-35 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya №-li çıxarışdan görünür ki, Quba rayonu, Afurca kəndində yerləşən əmlak kompleksi kimi müəssisə X9 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2014-cü il tarixdə ********** №-li qeydiyyat aparılmışdır. İş materiallarında olan 24 may 2014-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X19 ilə X22 arasında bağlanmış müqaviləyə əsasən Quba rayonu, Afurca kəndində yerləşən mülkiyyətində olan 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 340.7 kv.m, tikintialtı sahəsi 436.9 kv.m olan əmlak kompleksi kimi müəssisəni qızı X15 bağışlamışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya №-li çıxarışdan görünür ki, Quba rayonu, Afurca kəndində yerləşən əmlak kompleksi kimi müəssisə X9 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2014-cü il tarixdə ********** №-li qeydiyyat aparılmışdır. İş materiallarında olan X26 tərəfindən Quba rayonu notariusuna ünvanlanan ərizədən görünür ki, X26 əri X16 məxsus olan Quba rayonu, Afurca kəndində yerləşən 0.10 ha torpaq sahəsinin və əmlak kompleksi kimi müəssisəsinin bağışlanmasına etiraz etmir. İş materiallarında olan Quba rayonu notariat kontorunda təsdiq edilmiş 13 yanvar 2015-ci il tarixli ərizədən görünür ki, X2 ona məxsus Quba rayonu, Afurca kəndi ünvanda yerləşən ümumi sahəsi 340.7 kv/m olan daşınmaz əmlakı ona məxsus hissəsini (0.1 ha) Alıcı – Cavabdeh4 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Tərəflər əmlakın 50000 manata satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan 13 yanvar 2015-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, X2 Quba rayonu, Afurca kəndində yerləşən ümumi sahəsi 340.7 kv.m olan daşınmaz əmlakı və 0.1 ha torpaq sahəsini Alıcı – Cavabdeh4 mülkiyyətinə vermişdir. İş materiallarında olan AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Quba rayonu.Afurca kəndində yerləşən əmlak kompleksi ilkin olaraq X9 adına olmuş, halhazırda daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına qeydə alınmışdır. Qeyd olunan daşınmaz əmlak ilkin olaraq Quba rayon NK-nun xx.xx.2014-cü il tarixli, 4Ə/02-695 nömrəli bağışlanma müqaviləsi əsasında X6 adına özgəninkiləşdirilmişdir. Bağışlanma müqaviləsi əsasında X6 adına 28140C8349 qeydiyyat nömrəli çıxarış işlənmişdir. Həmin çıxarışa əsasən X17 əmlak kompleksini Quba rayon NK-nun xx.xx.2015-ci il tarixli, 40-35 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-788/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, təqsirləndirilən şəxsin zərərçəkmiş İddiaçı külli miqdarda, yəni 250000 ABŞ dolları məbləğində pulunu qanunsuz ələ keçirərək dələduzluq cinayəti törətdiyi faktı öz təsdiqini tapmışdır. X19 23 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Qeyd olunan cinayət işi üzrə mərhumun hüquqi varisi qismində Cavabdeh1 tanınmışdır. Hazırda iddiaçı mərhumun övladları – cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 borcunun ******* manat məbləğində olmasının müəyyən edilməsini, həmin borcun Quba rayonu, Afurca kəndində yerləşən əmlak kompleksinə yönəldilməsini və həmin əmlak barədə bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələblərinə hüquqi qiymət verərkən ilkin olaraq prosessual qənaət prinsipi baxımından cavabdehlərə mərhum X7 miras əmlakın qalıbqalmaması, vərəsələri olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-cı maddəsinə əsasən, Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cı maddəsinə əsasən, Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.6-cı maddəsinə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 661.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır; 668.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, cavabdehlərə mərhum ataları X7 hər hansı əmlak qanun üzrə və ya vəsiyyət üzrə miras qalmamış, onlar mərhuma məxsus əmlakı qəbul etməmişdir. Bundan başqa mərhumun mülkiyyət və ya digər əmlak hüquqlarının mövcudluğunu təsdiq edən, habelə cavabdehlərin vərəsə kimi tanınmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Qeyd olunan halda, cavabdehlər ataları mərhum X16 məxsus hər hansı əmlak hüquqlarını (miras aktivini) əldə etmədiklərindən, qanunun tələbinə əsasən miras qoyanın kreditorlarının qarşısında hər hansı öhdəlik də daşıya bilməzlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehlərin borcunun miqdarının təsbit edilməsi və həmin borcun ödənilməsinin əmlak kompleksinə yönəldilməsi” hissəsində əsassız olduğundan, iddia bu hissədə təmin oluna bilməz. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olubolmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Məhkəmə həm də qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırda ona istinad edir ki, mübahisə olunan əqdlərin rəsmiləşdirilməsində məqsəd təqsirləndirilən şəxsin onlar arasında mübahisə predmeti olan əmlakın mülkiyyətçisi kimi görünməməsini təmin etməklə gələcəkdə tələbin həmin əmlaka yönəldilməsinin qarşısını almaqdır. Məhkəmə qeyd edir ki, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Məhkəmə, iddianın bağışlama və alqı-satqı müqavilələrinin etibarsızlığına dair hissədə də iddia tələbinin əsassız olması qənaətinə gəlir. İlk öncə qeyd olunmalıdır ki, hazırda mübahisələndirilən bağışlama müqaviləsi xx.xx.2014-cü il tarixdə mərhum X19 ilə X18 arasında notarial qaydada təsdiqlənərək bağlanmış, mərhum X19 isə 23 oktyabr 2019-cu il tarixdə ölmüşdür. Göründüyü kimi, hazırda iddiaçı sözügedən müqavilələri mübahisələndirməkdə məqsədi cinayət əməli nəticəsində ona dəymiş ziyanın müqavilənin predmeti olan əmlak hesabına ödənilməsini təmin etməkdir. Lakin iddianın əmlaka yönəltmə ilə bağlı hissəsi yuxarıda qeyd olunan əsaslara görə əsaslı hesab edilməmiş, o cümlədən də mövcud vəziyyətdə tələb edilən maddi zərərin həmin əmlaka yönəldilməsi üçün hər hansı hüquqi əsaslar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsi onun tərəflərinin iradə ifadəsi ilə bağlandığından və mövcud əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Həmçinin də, İddiaçı cavabdehlər X18 ilə Cavabdeh4 arasında 13 yanvar 2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, görünüş üçün bağlandığı halını sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əqdlərin etibarsızlığı ilə bağlı dəlilləri sübuta yetmədiyindən, mövcud vəziyyətdə iddiaçının belə bir iddia tələbini irəli sürməsinə subyektiv hüququ olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab olunması hissəsində də əsassızdır və təmin olunmamalıdır. Eyni zamanda məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Beləliklə, məhkəmə iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qarşı “bağışlama, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, borc məbləğinin əmlak kompleksinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar