Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-705/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 Zayid qızının onun mülkiyyətində olan ünvan 3 (Yeni qaydalarda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 Zayid qızının onun mülkiyyətində olan ünvan 3 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində Cavabdeh3, Cavabdeh2, Cavabdeh2, X2, Cavabdeh4 Zayid qızı qeydiyyatdadırlar. Cavabdehlər həmin qeyri-yaşayış sahəsində qeydiyyatda olsalar da, onların qeyri-yaşayış sahəsi üzərində heç bir hüquqları yoxdur. Buna baxmayaraq, onun mülkiyyət hüquqlarını pozaraq, qeyriyaşayış sahəsindən istifadə etməsinə, qeyri-yaşayış sahəsinə dair sərəncam verməsinə maneçilik törədirlər. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Cavabdehlərin onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını pozduğundan, onların həmin qeyri-yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehlər həmin ünvanda yaşamırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, Cavabdeh4 onun həyat yoldaşıdır, digər cavabdehlər də onun qızlarıdırlar. Onlar işə düzəlmək üçün qardaşının evinə pasport qeydiyyatına düşmüşlər. Həmin ev qardaşına məxsusdur. Heç vaxt orada yaşamamışlar. Öz evlərinin çıxarışı olmadığından ora qeydiyyata düşə bilmirlər. İddia tələbinin təmin edilməsinə etiraz etmir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində istifadədə olan 0,06698 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 56.2 kv.m ümumi, 43.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixində qeydiyyata alınmışdır; - Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 211 saylı sərəncamının surətindən görünür ki, Ə.Əliyev küçəsi 14 nömrəli evin, ümumi sahəsi 56.2 kv.m olan 1 nömrəli mənzilinin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilmiş və qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsi məqsədilə DƏDRX-ə müraciət etməsi tövsiyyə olunmuşdur; - Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavininin xx.xx.2021-ci il tarixli bildirişinin surətindən görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Ə.Əliyev küçəsi 14 №-li evin 1 №-li mənzilində yerləşən, ümumi sahəsi 56.2 kv.m. olan yaşayış sahəsinin obyekt kimi istifadə olunması məqsədi ilə təyinatının dəyişdirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxılaraq, sahənin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, 211 nömrəli Sərəncam qəbul edilmişdir; - Azərbaycan Respublikası DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 14 (Yeni qaydalarla ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021ci il tarixdə qeydiyyata alınmışdır; - AR DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 14, 1 saylı mənzildə X5, Cavabdeh2, Cavabdeh3, X8, X9, Cavabdeh4, X2, X3 qeydiyyatdadır; - Nərimanov Rayon Polis İdarəsinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh3 xx.xx.2005-ci il tarixdə, Cavabdeh2 xx.xx.2005-ci il tarixdə, X2 xx.xx.2011-ci il tarixdə və Cavabdeh4 xx.xx.2005-ci il tarixdə ünvan 5 ünvanına pasport qeydiyyatına alınmışlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 14 (Yeni qaydalarda ünvan 4 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə X1 adına 2006-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 211 saylı sərəncamı ilə mənzilin təyinatının dəyişdirilməsinə və qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasına icazə verilmişdir. Qeyd edilən mənzildə cavabdehlər 2005, 2011-ci il tarixlərindən pasport qeydiyyatına düşsələr də həmin mənzildə yaşamamışlar. Hazırda iddiaçı cavabdehlərin həmin mənzildə yaşamamalarına və qeydiyyatlarının formal xarakter daşımasına istinad edərək Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 14, (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Göründüyü kimi, mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edilərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən olunmuşdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə isə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Qeyd olunan maddələrin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən görünür ki, mənzil və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. İşin hallarından göründüyü kimi, Mülki Məcəllənin 228-ci maddəsinin mənası baxımından hazırki iş üzrə cavabdehlər mübahisələndirilən mənzildə qeydiyyatda olsalar da, həmin mənzildən istifadə hüquqları mövcud deyildir. Belə ki, cavabdehlərlə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onların (cavabdehlərin) istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin cavabdehlər mövcud vəziyyətdə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. O da qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyinin tələbləri baxımından cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmaları faktı isə onların daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. 2021-ci ildə müvafiq mənzil qeyri-yaşayış sahəsinə çevrilmişdir, buna baxmayaraq cavabdehlər mənzildən qeydiyyatdan çıxmamışlar. Şəxsin yaşayış sahəsində yaşamadan, həmin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 Zayid qızının ünvan 3 (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 Zayid qızının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 14, mənzil 1 (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-705/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-705/2024
12.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver