Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-722/2025 03.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X2 iştirakı ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı X7 cavabdeh X8 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətimdə olan Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D ünvanındayerləşən 10 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və bu qətnamənin Cavabdeh Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D ünvanında yerləşən 10 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2008-ci il tarixdə, Bakı Nikah evində (Səadət Sarayı) 2169 qeydiyyat nömrəli nikaha daxil olmuşlar.Cavabdehlə birgə nikah münasibətindən xx.xx.2011-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X19 dünyaya gəlmişdir. Cavabdeh ilə nikahı Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-3147/2023 nömrəli qətnaməsi ilə pozulmuşdur. Faktiki olaraq valideynlərinə məxsus olan Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D, mənzil 10 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 87.6 kv.m olan mənzil onun adına alınmış və ona 05 noyabr 2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriya nömrəli Çıxarış verilmişdir. Mənzil rəsmi olaraq onun adına olsa da orada daim valideynləri yaşamışdır. Hazırda atası rəhmət getmiş olsa da,anası Susanna Əlifova orada yaşayır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi,ev 80D ünvanında yerləşən 10 saylı mənzil tərəfindən anası X6 tam mülkiyyətinə verilmişdir. Həmin tarixdə 7 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisində təsdiq edilmiş, 8İ-14907 nömrə ilə qeydiyyata alınmış ərizə ilə Cavabdeh qeydiyyatda olduğu ona məxsus mənzilin bağışlanmasına razı olaraq etiraz etməmişdir. Lakin anası Susanna Əlifova gələcəkdə vərəsəlik qaydasında hər hansı problemin yaranmaması üçün mənzili yenidən ona bağışlamışdır. xx.xx.2023- cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə anası X15 mənzili yenidən onun tam mülkiyyətimə vermiş və bu dəfə də Cavabdeh ərizə verərək qeydiyyatda olduğu mənzilin ona bağışlanmasına etiraz etmədiyini göstərmişdir. xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Dövlət reyestrindən ******* seriya nömrəli Çıxarışdan da göründüyü kimi mənzil idiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzil anası X6 faktiki istifadəsindədir. Uşaqlarına baxmaq üçün ona yaxın olan və hazırda mübahisə predmeti olan mənzildə yaşayır. Cavabdeh formal olaraq Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D, mənzil 10 ünvanında qeydiyyatda olmuşdur, orada heç vaxt yaşamamışdır və hazırda da yaşamır. İddiaçı və anası tərəfindən kommunal xərclər və digər ödənişlər aparılır. Cavabdeh mənzil qeydiyyatında formal olaraq qalması onun əmlak hüquqlarını məhdudlaşdırır. Belə ki, əmlakın üzərində hər hansı hüquqi hərəkət etmək istəyərkən cavabdehin razılığı tələb olunur. Cavabdeh dəfələrlə mənzildən qeydiyyatdan çıxmasını xahiş etsə də, bugünədək heç bir nəticə əldə edilməmişdir. Belə ki, biz münaqişəli ailə kimi qeydiyyata alınmışlar və dəfələrlə cavabdeh barəsində tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Hətta onun ona qarşı etdiyi zorakılıqları vəkili Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun qəbulunda olaraq onun diqqətinə çatdırmış, Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparılmışdır. Bütün bunları təsdiqləyən sübutlar məhkəmə iclası zamanı tərəfimizdən təqdim olunacaqdır. Mənzilə formal qeydiyyat özü-özlüyündə istifadə hüquqlarının mövcud olmasına əsas deyildir. Buna görə də sözügedən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi hüquqi faktı müəyyən edilməklə tanınmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən idda tələbinə yazılı etiraz daxil olmuş, bildirilmişdir ki, iddia ərizəsini qəbul etmir və aşağıdakı əsaslara görə hesab edir ki, təmin oluna bilməz. Cavabdeh ilə İddiaçı arasında 26 iyul 2008-ci il tarixdə Bakı nikah evində (Səadət Sarayı) nikah qeydə alınmışdır. (Akt qeydiyyat nömrəsi 2169). Birgə nikahdan 20 may 2011-ci il tarixdə X18 və 20 may 2011-ci il tarixdə X19 doğulmuşdur.Birgə nikah dövründə, birgə vəsait hesabına digər daşınar və daşınmaz əmlaklarla yanaşı Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi ev 80D, mənzil 10 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 87.6 kv.m olan mənzil alınmışdır. Qeyd olunan daşınmaz əmlak İddiaçı adına keçmiş və ********** qeydiyyat nömrəli 05 noyabr 2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdehla İddiaçı arasında Ailə münasibətləri iyun 2023-cü il tarixədək normal olmuşdur. Cavabdeh qayınatası, İddiaçınm atası X9 25 mart 2023-cü il tarixdə vəfatından sonra İddiaçınm anası X15 tək qalmışdır. O, tək qalmaması üçün Cavabdehla İddiaçı belə qərara gəlmişdirlər ki, İddiaçınm anası onların yaşadığı evə köçsün, nəvələrinin tərbiyəsi ilə məşğul olmağa köməklik göstərsin. Bir müddət keçəndən sonra, İddiaçı təklif etmişdir ki, onun adına qeydiyyatdan keçmiş mənzili satsınlar və onların faktiki yaşadığı mənzilin qonşuluğundan ev alınsın və anası həmin evdə, onların yaxınlığında yaşasın. Qısa müddət keçdikdən sonra evə alıcının tapıldığını Cavabdeh bildirildi. Həmin alıcı Susanna Əlifovanın rəfiqəsinin Rusiya Federasiyasında yaşayan qardaşı olduğu səsləndirildi.22 may 2023-cü il tarixdə İddiaçı Raşad Bayramova telefonla zəng vuraraq sonuncuya 7 saylı ASAN xidmət Mərkəzində olan notariusa evin satılması ilə əlaqədar yaxınlaşmağı xahiş etmişdir. Cavabdeh notariusda olanda ona evin Susanna Əlfovaya bağışlanmasına dair razılıq ərizəsi təqdim edildi. Bunun səbəbini soruşduqda arvadı İddiaçı bildirdi ki, onun bu ev alqı-satqısı ilə əlaqədar vaxtı yoxdur, ona görə evi anasının adına bağışlayırki, anası özü evi satıb onların yaşadığı evin yaxınlığında İddiaçınm adına yeni mənzil alsın. Ailə münasibətlərində heç bir gərginlik olmadığından Cavabdeh heç nədən şübhələnməyərək evin bağışlanmasına razılıq vermişdir, (ərizə reyestrdə 8İ-14907 nömrə ilə cü il tarixdə qeydə alınmışdır). Bağışlanma müqaviləsi dövlət qeydiyyatına alınmış və X6 adma müvafiq çıxarış verilmişdir. 08 iyun 2023-cü il tarixdə İddiaçı Cavabdeh yenidən zəng vuraraq 7 saylı Bakı ASAN Xidmət Mərkəzində olan notariusa yaxınlaşmasını xahiş etmişdir. Səbəbini soruşduqda, 22 may 2023-cü il tarixdə rəsmiləşdirilmiş bağışlama müqaviləsində səhv olduğu bildirərək, evi təzədən öz adına qaytarılacağını qeyd etmişdir. Cavabdeh həmin mənzildə pasport qeydiyyatında olduğundan və həmin mənzilə istifadə hüququ olduğundan onun razılığı olmadan notariat əməliyyatı aparıla bilməzdi, ona görə Cavabdeh yenidən notariusa yaxınlaşaraq mənzilin X21 Bayramovanm adına bağışlanmasına razılıq vermişdir, (ərizə reyestrdə 8İ-16890 nömrə ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır). Bağışlanma müqaviləsi dövlət qeydiyyatına alınmış və İddiaçı adına müvafiq çıxarış verilmişdir. Birgə nikah dövründə və bir hissəsi birgə vəsait hesabına Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi ev 80D, mənzil 10 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 87.6 kv.m olan mənzil alınmışdır. Mənzilin alınmasında istifadə olunan vəsaitin bir hissəsi, yəni 70000 (yetmiş min) manat, Cavabdeh şəxsi vəsaiti olmuşdur. Bu vəsaiti o, nikahdan qabaq almış olduğu Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi məhəllə 3066, ev 40, 66 saylı mənzilin alqı-satqı müqaviləsi əsasında alınmışdır, (həmin mənzilə dair hüquqlar 09 aprel 2007-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir) Həmin mənzil 18 oktyabr 2013-cü il tarixdə Cavabdeh ilə X22 arasında rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən 70000 (yetmiş min) manata satılmışdır. Bu alqı-satqı müqaviləsində İddiaçı iştirak etmiş və notariat işindən görünür ki, sonuncu da bu müqavilənin rəsmiləşdirilməsinə razılıq vermişdir.Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi ev 80D, mənzil 10 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 87.6 kv.m olan mənzil 02 noyabr 2013-cü il tarixdə alınmış və əmlakın alış qiymətinin yəni 159000 (bir yüz əlli doqquz min) manatın 70000 (yetmiş min) manat hissəsi Cavabdeh şəxsi vəsaiti, yerdə qalan hissəsi olan 89000 (səksən doqquz min) manat isə birgə nikah dövründə ailənin birgə gəlirləri hesabına formalaşmış vəsait hesabına olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Onlar qeyd etdilər ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisə predmeti olan mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olmaması, bağlanmış müqavilələrin etibarlı olması və cavabdehin həmin mənzilə köçürülmə hüququnun olmaması təsbit edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, sözügedən mənzildə heç vaxt yaşamasa da, mənzil iddiaçı ilə birgə nikah dövründə alınıb və həmin mənzildən qeydiyyatdan çıxmaq məsələsi ilə razı deyil. Həmçinin o qeyd etdi ki, mənzildən yalnız kompensasiya veriləcəyi təqdirdə qeydiyyatdan çıxmağa razıdır. Mülki işin materialları: Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D ünvanındayerləşən 10 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2013-cü il tarixdə 1360 nömrəli reyestr kitabının 124355 nömrəli vərəqində qeydə alınmışdır; - AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D ünvanında yerləşən 10 saylı mənzil ünvanında qeydiyyatdadır; - Daşınmaz əmlakın təsvirinə,dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına(yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D ünvanında yerləşən 10 saylı mənzil xx.xx.2023 tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb; - 7 saylı Bakı “Asan xidmət”mərkəzində Notariat ofisinə İddiaçı tərəfindən ünvanlanan ərizədən görünür ki,DƏDRX ərazi idarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş,**********36-05301-093029 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsus Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D mənzil 10 ünvanında yerləşən mənzili bağışlamaq istədiyini bildirib; - “Elektron notariat” X1 vasitəsi ilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X19 Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D,mənzil 10 ünvanında qeydiyyatdadır; - “Elektron notariat” X1 vasitəsi ilə “X5” AQİS-dən çıxarışdan görünür ki,xx.xx.2008-ci ildə X13 və Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə Səadət Sarayı (Bakı nikah evi) 2169 nömrəli qeyd ilə nikah bağlanmışdır. Ərə- Bayramov,arvada –Bayramova soyadı verilmişdir; - 7 saylı Bakı “Asan xidmət”mərkəzində Notariat ofisinə Cavabdeh tərəfindən yazılan ərizəyə əsasən bildirmişdir ki, qeydiyyatda olduğu ,arvadı İddiaçı məxsus Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D ünvanında yerləşən 10 saylı mənzilin bağışlanmasına etirazı yoxdur; - “Elektron notariat” X1 vasitəsi ilə “X5” AQİS-dən çıxarışdan görünür ki,Bakı şəhəri Nəsimi rayon qeydiyyat çöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.1988-ci il tarixdə doğulmuş və 1841 nömrəsi ilə rəsmiləşdirilmişdir; - “Elektron notariat” X1 vasitəsi ilə “X5” AQİS-dən çıxarışdan görünür ki,Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İİ seriyalı №252477 ölüm haqqında şəhadətnaməyə əsasən,xx.xx.1959-cu il təvəllüdlü X20 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.Bu barədə qeyd 403 nömrəsi ilə rəsmiləşdirilmişdir; - xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsinə əsasən, İddiaçı ona məxsus olan Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D mənzil 10 ünvanında yerləşən mənzili tam mülkiyyət üzrə X10 bağışlamışdır; - Daşınmaz Əmlakın İcbari Sığortası tərəfindən verilən №843971 şəhadətnaməsinə əsasən görünür ki,X15 tərəfindən Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D ünvanında yerləşən mənzil xx.xx.2023-cü ildən etibarən xx.xx.2024-cü ilə qədər “Paşa Sığorta“ ASC tərəfindən sığorta olunmuşdur; - 7 saylı Bakı “Asan xidmət”mərkəzində Notariat ofisinə X15 tərəfindən ünvanlana ərizədən görünür ki, 7 saylı Bakı “Asan xidmət” mərkəzi notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş Daşınmaz əmlakın bağışlanmaq müqaviləsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən X23 10(on) gün ərzində verilməsi üçün DƏDRX-nin Ərazi İdarəsinə göndərilməsini xahiş etmişdir; - Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 3147/2023 saylı qətnaməsə ilə iddianın təmin edilməsi, Cavabdeh ilə Bayramova (Əlifova) Aygün Süleyman qızı arasında xx.xx.2008-ci il tarixdə Bakı Nigah Evi tərəfindən verilmiş və 2169 saylı akt qeydi ilə qeydə alınmış nikahı pozulması,xx.xx.2011-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X19 (anası) Bayramova (Əlifova) Aygün Süleyman qızının yanında saxlanılması,Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, (Bakı Şəhəri ünvan 4anov Rayon Məhkəməsinin 2(005)-3147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmaqla) xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün yetkinlik yaşına çatanadək üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat aliment tutularaq Bayramova (Əlifova) Aygün Süleyman qızının xeyrinə ödənilməsi qət edilmişdir; - Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 3068/2023 saylı qətnaməsinə əsasən,iddiaçı Cavabdehlər İddiaçı və X16 qarşı “bağışlanma müqavilələrinin etibarsızlığı, razılıq ərizələrinin və çıxarışların ləğv edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1842/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-3068/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2303/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1842/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 379/2024 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi ev 80d ünvanında yerləşən 10 saylı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)- 302/2024 saylı qətnaməsinə əsasən ilk iddianın qismən təmin edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 554 saylı bağ sahəsinin bir hissəsində yerləşən 0.032 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh pay hüququnun müəyyən edilməsi; “BMW 6501 Gran Coupe” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh pay hüququ müəyyən edilməsi; ilk iddia qalan hissələrdə təmin edilməməsin; qarşılıqlı iddianın təmin edilsinməsi, “LEXUS RX 300” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində 1\2 hissədə Cavabdeh, 1\2 hissədə İddiaçı pay hüququnun müəyyən edilməsi; ünvan 11 ünvanında yerləşən 4 otaqlı, 57 saylı mənzilə dair əmələ gəlmiş hüquqda 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı payının müəyyən edilməsi; ünvan 11 ünvanında yerləşən 4 otaqlı, 57 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, Cavabdeh hüququ qətnamədə müəyyən edilmiş 1/2 hissədə paya mütənasib olaraq tanınması; Cavabdeh birgə nikah dövründə əldə edilmiş ünvan 11 ünvanında yerləşən 4 otaqlı, 57 saylı mənzilə köçürülməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Beləliklə məhkəmə iddiaçının subyektiv hüququnun pozulubpozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırarkən hesab edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Mülki Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə uyğun olaraq, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013cü il tarixli Qərarı). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3 və 82.4-cü madələrinin tələblərinə əsasən: “ Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.” “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.” Məhkəmənin mövqeyi İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D mənzil 10 ünvanında yerləşən mənzil xx.xx.2013-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının əri olmuşdur, tərəflər arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmış və məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Hazırda iddiaçı cavabdehin ona məxsus məzildə yaşamamasını, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə mənzilin birgə mülkiyyət hesab edilməməsi və cavabdehin kğçürülmə tələbinin təmin edilməməsini; qeydiyyatının formal xarakter daşımasını, bunun isə onun mülkiyyət hüquqlarını məhdudlaşdırmasını əsas gətirərək Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D mənzil 10 ünvanında yerləşən mənzilin istifadə hüququnun itirilmiş hesab edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mülki işin materiallarına əlavə edilmiş Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin 2(005)-3068/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qərnaməsi ilə iddiaçı Cavabdeh mübahisəli mənzillə bağlı bağışlama müqaviləsinin etibarsızlığı, razılıq ərizələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməmiş və qüvvəyə minmişdir. Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin e-2(005)-379/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh mübahisəli mənzilə köçürülmə tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh hazırki iddiaya etiraz edərək mənzilin birgə nikah dövründə əldə edilməsini, mənzilin birgə mülkiyyət hesab edilməsi və istifadə hüququnun olduğuna istinad etsə də, yuxarıda istinad edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə həmin hallara artıq qiymət verilmişdir. Belə ki, Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsinin e-2(005)-379/2024 saylı, 21 oktyabr 2024-cü il tarixli qətnaməsində qeyd edilir: Mübahisəli mənzil birgə nikah dövründə və birgə vəsait hesabına alınmış olsa belə, iddiaçı mənzilin bağışlama yolu ilə özgəninkiləşdirilməsinə razılıq ərizəsi verməyi ilə öz payından imtina etmişdir və bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də təsdiq edilmişdir. Hazırda qeyd edilən ənlak birgə mülkiyyət rekimindən çıxmışdır. Lakin buna baxmayaraq iddiaçı yenidən mənzilin birgə nikah dövründə və birgə vəsait hesabına alınmış olmasına istinad edərək mənzilə köçürülməsini xahiş etmişdir...”Məhkəmə daha sonra qeyd edir ki, “...hazırki iş üzrə isə istər mülki, istərsə də mənzil qanunvericiliyinin tələbləri baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının hazırda mövcud olması müəyyən edilmir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınma əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir...İddiaçıya mübahisələndirilən mənzildən müəyyən müəyyən müddətə istifadə hüququnun verilməsinə münasibətdə isə qeyd edilməlidir ki, hər iki tərəfin izahatları ilə müəyyən olunur ki, onlar ailə həyatı qurduqdan sonra, ümumiyyətlə nikahın pozulduğu dövrədək mübahisələndirilən mənzildə yaşamamışdırlar. Digər tərəfdən qanunvericiliyin yanaşmasında da göründüyü kimi, iddiaçının qeyd edilən mənzildən istifadə hüququ məhkəmə tərəfindən o vaxt müəyyən edilə bilərdi ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayq hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməsin. Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh mülkiyyətində daşınar və dşınmaz əşyalar mövcuddur. Belə olan təqdirdə iddiaçı, mənzil ehtiyaclarının təmin olunması üçün imkanı və vəsaiti olmayan keçmiş ailə üzvü kateqoriyasına aid edilə bilməz.” Məhkəmə daha sonra bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyini və yenidən sübut edilmədiyini vurğulayır və aşağıdakıları qeyd edir: Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit olunmuşdur. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının mövcud olması müəyyən edilmir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi barədə iddiası təmin edilməmiş, eyni zamanda məhkəmə Cavabdeh həmin mənzildən istifadə hüququnun olmaması və müvəqqəti istifadə hüququnun saxlanılması üçün əsasların olmamasını da qeyd etmişdir. Eyni zamanda digər məhkəmə qətnaməsi ilə cavabdehin birgə nikah dövründə əldə edilmiş ünvan 11 ünvanında yerləşən 4 otaqlı,57 saylı mənzilə dair əmələ gəlmiş hüquqda ½ hissədə Cavabdeh, ½ hissədə X3 payı müəyyən edilmiş və Cavabdeh həmin mənzilə köçürülməsi qət edilmişdir (qətnamə qanuni qüvvəyə minməmişdir). Cavabdeh öz etirazında mənzildən istifadə hüququna yalnız kompensasiya ödənilmə yolu ilə xitam verilməsinə razı olduğunu qeyd etsə də, yuxarıda istinad edilən normalarda və işin faktiki hallarından görünür ki, cavabdehin mənzildən istifadə hüququ olmadığına görə, ona hər hansı kompensasiyanın ödənilməsindən də söhbət gedə bilməz. Göründüyü kimi, hazırki iddianın qaldırılmasına səbəb cavabdeh mənzildə qeydiyyatda olduğuna görə mülkiyyətçinin (iddiaçının) həmin əmlakdan istədiyi kimi sərəncam vermək hüququnun məhdudlaşdırılması olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Odur ki, hazırki qətnamə Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D ünvanındayerləşən 10 saylı mənzilində qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və mövcud vəziyyətdə onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D ünvanında yerləşən 10 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D ünvanında yerləşən 10 saylı mənzildən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, ünvan 4anov rayonu, X26 küçəsi, ev 80D ünvanında yerləşən 10 saylı mənzildən qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri ünvan 4anov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-722/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-722/2025
03.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver