Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-753/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İlk İddiaçı nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxslər X26, X32, X18, X27 və X8, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “qanunsuz sahiblikdən məhrum etmə, əmlak və pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı MMMC-yə qarşı “ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsi” tələbinə dair qarşılıqlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X33, X28, X26, X32, X19, X20, X18, X27 və X29 cavabdeh Xətai-17” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı «mülkdən çıxarılma və mülkün təhvil verilməsi» tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanındakı 16 mərtəbəli yaşayış binasının həyətində yerləşən yardımçı tikiliyə, binanın zirzəmisində yerləşən yeraltı avtomobil dayanacağına qanunsuz sahibliyinə və istifadəsinə son qoyulması və adı çəkilən yardımçı tikilinin və avtomonil dayanacağının “İddiaçı-nin ümumi əmlakı sayılaraq MMMC-yə təhvil verilməsi; İddiaçı ümumi əmlakı sayılan yardımçı tikilinin içərisində, liftlərdə və binanın həyətində olan 12 (on iki) ədəd kameranı, 1(bir) ədəd video qeydiyyat aparatı (DVR), kamera görüntülərini özündə əks etdirən 1 (bir) ədəd monitoru, həmçinin MMMC-nin nizamnaməsi, MMMC-nin VÖEN şəhadətnaməsini, kommunal haqların yığımı barədə qeydlər olan jurnalları, sahə mülkiyyətçiləri ilə bağlanmış kommunal müqavilələri, "xxxx" MTK ilə sakinlər arasında payın alqı-satqısına dair bağlanmış müqavilələrin surətlərinin İddiaçı MMMC-yə təhvil verilməsi; Binanın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə görə elektrik enerjisi sərfiyyatı borcuna görə ödənilmiş 544 (beş yüz qırx dörd) manat pul vəsaiti, binanın məişət tullantılarının daşınmasına görə "xxxx" MMC-yə ödənilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti, həmçinin MMMCnin bank hesabında olan pul vəsaiti və kommunal xidmətə görə Zülfiyyə Abdullayevadan qabaqcadan götürdüyü 100 (bir yüz) manat pulun, Nadir Kərimovdan qabaqcadan götürdüyü 75 (yetmiş beş) manat pul vəsaitinin İddiaçı MMMC-yə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MTK tərəfindən 2006-2009-cu illərdə inşa edilmiş lakin indiyədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən isitismara qəbul edilməmiş ünvan 2 ünvanında yerləşən 240 mənzildən və 10 qeyri-yaşayış sahəsindən ibarət 16 mərtəbəli binanın idarə edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə İddiaçı yaradılmış və "xxxx" MTK-nın vəfatetmiş sədri Rövşən Rüstəmovun arvadı Cavabdeh MMMC-nin sədri kimi qeydiyyatdan keçmişdir. xx.xx.2022-ci il tarixdə binanın 1-ci blokunun sərnişin lifti qıralaraq şaxtaya düşmüş və baş vermiş qəza ilə bağlı Fövqələda Hallar Nazirliyinin əməkdaşları binaya gələrək həm qəza baş verən, həm də binanın digər liftlərinə baxış keçirmiş və aşkar edilmiş pozuntular barədə müvafiq akt tərtib etmişlər. Qeyd edilən aktla liftlərin qəzalı vəziyyətdə olduğu təsdiq olunmuş, həmçinin ixtisaslaşmış lift şirkəti ilə MMMC arasında müqavilə olmadığından liftlərin istismarına aktda qeyd olunan çatışmazlıqlar aradan qaldırılanadək qadağa qoyulmuşdur. Baş verən bu hal binanın sahə mülkiyyətçilərinin haqlı narazılığına və MMMC-nin İdarə heyətinin sədri Cavabdeh etimadın tam itirilməsinə səbəb olmuş və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq bir qrup sahə mülkiyyətçilərinin təşəbbüsü ilə MMMC-nin ümümi yığıncağı çağırılmışdır. Ümumi Yığıncağın xx.xx.2022-ci il tarixli iclasında açıq səsvermə ilə və sahə mülkiyyətçilərinin ümümi səs çoxluğu ilə İddiaçı MMMC-nin yeni idarə heyəti və sədrinin seçilməsi qərara alınmış və həmin qərara əsasən MMMC-nin İdarə Heyəti barədə reyestr məlumatlarına olan dəyişiklik Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya qurumlarının Dövlət Reyestrinin xx.xx.2022-ci il tarixli 05/6758/2-14 saylı Çıxarışı ilə təsdiqlənmişdir. Lakin MMMC-nin yeni idarə heyəti dövlət qeydiyyatından keçdikdən sonra Cavabdeh mənzil qanunvericiliyinə əsasən MMMC-nin ümümi əmlakı sayılan və idarə heyətinin sədri olarkən fəaliyyət göstərdiyi binanın həyətində yerləşən yardımçı tikililini yeni idarə heyətinə təhvil verməyərək oradan yeni yaradılmış idarə heyətinin fəaliyyətinə mane olmaq məqsədilə qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Bununla yanaşı, Cavabdeh mütəmadi olaraq sözügedən yardımçı tikiliyə gələrək bina sakinlərinə fərdi qaydada yaxınlaşmaqla yeni yaradılmış idarə heyətinin guya qanunsuz yaradıldığını və binanın saxlanma xərclərinə görə olan kommunal haqları yeni idarə heyətinə deyil, ona ödəmələri barədə sakinlərdə yanlış fikir formalaşadıraraq öz şəxsi mənfəətinə görə hazırkı idarə heyətinin qanuni fəaliyyətinə bu və ya digər qaydada süni manelər yaratmağa başlamışdır. O həmçinin ayrı ayrı sakinlərə yaxınlaşaraq onlara MMMC-nin yeni idarə heyətinin yaradılması zamanı keçirilən iclasda lehinə verdikləri səslərin guya aldadılaraq verdiklərini boynuna almaları və yazılı qaydada səslərinin geri götürmələri barədə onlara təsir etməyə başlamışdır. Cavabdeh dəfələrlə MMMC-nin ümumi əmlakı sayılan yardımçı tikiliyə sahiblikdən məhrumetmə ilə müşayiət olunan özbaşınalığa son qoymağı, həmin tilikini qanuni sahibinə, yəni İddiaçı MMMC-yə qaytarılması və qanunsuz sahibliklə bağlı törətdiyi pozuntuları (sakinlərə müxtəlif formalarda təsir göstərmək və s digər formada) aradan qaldırılması tələb edilsə də o, bu tələblərə məhəl qoymayaraq hər cəhdlə MMMCnin qanuni fəaliyyətinə maneçilik törətməyə davam etmişdir. Cavabdeh həmçinin adı çəkilən yardımçı tikilidə yerləşən və MMMC-nin ümumi əmlakı sayılan avadanlıqları, yəni həmin yardımçı tikilinin içərisində, liftlərdə və binanın həyətində olan 12 (on iki) ədəd müşahidə kamerasanı, 1 (bir) ədəd video qeydiyyat aparatı (DVR), kamera görüntülərini özündə əks etdirən 1 (bir) ədəd monitor, şəxsi əşyalar isitisna olmaqla ümumi əmlak sayılan bütün avadanlıqlar, həmçinin MMMC-nin bank hesabında olan pul vəsaiti, MMMC-nin Nizamnaməsi, MMMC-nin VÖEN şəhadətanməsini, kommunal haqqların yığımı barədə qeydlər olan jurnalları, sahə mülkiyyətçiləri ilə bağlanmış kommunal müqavilələri, MTK ilə sakinlər arasında payın alqı-satqısına dair bağlanmış müqavilələrin sürətlərini yeni idarə heyətinə təhvil verməmişdir. Cavabdeh həmçinin, MMMC-nin ümumi əmlakı sayılan binanın zirzəmisində yerləşən avtomobil dayanacağından isitifadə edən bir qrup sakinə dayanacağın guya ona və bacısı "xxxx" MTK-nın hazırki sədri Svetlana Kazımovaya məxsus olmasını və bu səbəbdən ordan isitifadəyə görə ona pul ödənilməsini həmin sakinlərdən qanunsuz olaraq tələb etmişdir. Binanın liftlərini, bloklarını, su nasoslarını və digər texniki avadanlıqlarını fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməsinə görə avqust ayına (Cavabdeh İdarə heyətinin sədri olduğu dövrdə) yaranmış 544 (beş yüz qırx dörd) manat elektrik enerjisi sərfiyyat borcu, həmçinin məişət tullantılarının daşınmasına görə "xxxx" MMC-yə avqust ayına hesablanmış 350 (üç yüz əlli) manat pul bina sakinlərinin könüllü vəsaiti hesabına yığılaraq yeni yaradılmış idarə heyətinə verilmiş və hazırki İdarə heyəti tərəfindən qeyd edilən xərclər ödənilmişdir. Tərəfimizdən MMMC-nin ümümi əmlakı sayılan yardımçı tikili və onun içərisindəki inventarı, həmçinin MMMC-nin hüquqi sənədləri və eyni zamanda yuxarı qeyd olunmuş pul vəsaitlərini təhvil verilməsi barədə Cavabdeh dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq o, bu tələblərə məhəl qoymamış, təhvil-təslim aktlarını imzalamaqdan imtina etmiş, əksinə MMMC-nin yeni idarə heyətinin fəaliyyətinə hər bir cəhdlə maneçilik törətməyə çalışmışdır. Cavabdeh idarə heyətinin sədri olduğu dövrdə, yəni xx.xx.2022-ci il tarixdə binanın sakini Zülfiyyə Abdullayevadan 2022-ci il üzrə kommunal xidmətə görə 300 (üç yüz) manat ödənişi qabaqcadan almış, lakin faktiki xidmət göstərmədiyi halda 2022-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün hər ay üçün 25 (iyirmi beş) manat olmaqla, cəmi 100 (bir yüz) manat pul vəsaitini yeni idarə heyətinə geri təhvil verməmişdir. O, həmçinin xx.xx.2022-ci il tarixdə binanın sakini olan Nadir Kərimovdan avqust, sentyabr, oktyabr və noyabr ayları üçün nəzərdə tutulan 100 (bir yüz) manat kommunal xidmət haqqını qəbul etsə də da, sentyabr, oktyabr və noyabr ayları üçün 75 (yetmiş beş) manat pul vəsatini MMMC-nin yeni idarə heyətinə təhvil verməmişdir. MMMC-nin ümümi yığıncağının yeni idarə heyətinin formalaşdırılması ilə bağlı qərarı xx.xx.2022-ci il tarixdə verildiyindən, həmçinin cavabdeh V. Rüstəmova sentyabr 1-18 tarixləri aralığındakı dövrdə binanın saxlanması üçün faktiki olaraq heç bir xərc çəkmədiyindən (əksinə binanın elektrik enerjisi sərfiyyatı borcu və məişət tullantılarının daşınması borcu sakinlərin vəsaiti hesabına ödənilmişdir) 2022-ci ilin sentyabr ayına olan kommunal haqların yeni idarə heyəti tərəfindən qəbul edilməsi tamamilə qanunauyğundur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsinə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı xx.xx.2022-ci il tarixli ümumi yığıncağının növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək, onun yaratdığı bütün hüquqi nəticələrin tamamilə ləğv edilməsi; cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş mülkiyyətində olan ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış sahəsinin 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokun altında yerləşən 31 nömrəli avtomobil qarajının cavabdehdən alınıb ona təhvil verilməsi, 602 (altı yüz iki) manat vəkil xidmət haqqı və 100 (bir yüz) manat dövlət rüsumu olmaqla, cəmi 702 (yeddi yüz iki) manat məhkəmə xərclərinin cavabdeh İddiaçındən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını və saxta sənədlərin tərtib edilməsində iştirakçı olan şəxslər barəsində xüsusi qərardad qəbul edilərək, Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə "xxxx" Mənzil Tikinti Kooperativinə Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsi 2319 saylı məhəllə yüksək mərtəbəli yaşayış sahəsinin tikintisi həvalə edilmişdir. Həmin yaşayış sahəsinin sədri mərhum həyat yoldaşım X30 olmuşdur. Yaşayış binası 95% onun şəxsi vəsaiti hesabına tikilib vətəndaşlara təhvil verilmişdir. O 2011-ci il tarixdə vəfat etdiyindən MTK-nın dövlət qurumlarına tam təhvil verilməsi prosesi yarımçıq qalmışdır. Bundan sonra vərəsəlik və digər sənədləşmə işlərinin yekunlaşması da müvafiq vaxt apardı (obyektiv səbəb) və digər dövlət qurumlarının yaratdığı süni əngəllər (subyektiv səbəblər) binanın təhvil verilməsini başa çatdırmağa imkan verməmişdir. Buna baxmayaraq mənzildən istifadə edən vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə ona həyat yoldaşının əsas varisi kimi əlindən gələni etdi. Binanın yerləşdiyi ərazidə MTK- nın sərəncamında və istifadəsində yalnız öz şəxsi vəsaitim hesabına inşa edilmiş özbaşına tikili olan ofis sahəsi vardır. Qalan bütün yaşayış və qeyri yaşayış sahəsi müqavilə əsasında özgəninkiləşdirilərək vətəndaşların sərəncamına verilmişdir. Həyat yoldaşı Rövşən Rüstəmov rəhmətə gedəndən sonra 4 il binanın idarəçiliyi Oqtay Pənahəliyev, Emin Həsənov, Seymur Nəzərəliyev adlı və s şəxslər tərəfindən idarə edilib. Sakinlərdən pul yığılsa da onlara demək olar ki “xidmət” göstərilməmişdir. Hətta hər bir sakindən 400-500 manat məbləğində pul yığaraq qaz çəkəcəklərini vəd versələr də etməmişdirlər. xx.xx.2019-cu il tarixdə binada yaşayan sakinlərlə birlikdə İddiaçı yaratdı və 1119-MM6-0148 nömrə ilə Ədliyyə Nazirliyindən dövlət qeydiyyatından keçdi. O, binanın idarəçiliyinə təxminən 2014-cü ilin sentyabr ayında gəldikdən sonra həmin şəxslər onu binaya buraxmaq istəmirdilər. Bununla bağlı iş məhkəməyə və prokurorluğa düşmüşdür. X36, Emin Həsənov barəsində Cinayət Məcəlləsinin 221ci maddəsinə əsasən cinayət işi də başlanmış, Oqtay Pənahəliyev barəsində ittihamedici əsasla hökm də çıxmışdır. Seymur Nəzərəliyevlə və digər şəxslərlə bağlı məhkəmə çəkişməsi olmuş və məhkəmə ona MTK-nın işlərinə müdaxilə etməyi qadağan etmişdir. xx.xx.2022-ci il tarixdə övladının müalicəsi ilə bağlı qısa müddət ərzində Türkiyə Respublikasına getdi. xx.xx.2022-ci il tarixdə isə qayıtdı. Türkiyəyə gedərkən o, işləri şifahi qaydada idarə heyətinin digər üzvlərinə tapşırmışdı. Onun olmadığı müddətdən sui-istifadə edən, onunla əvvəldən ədavətləri olan sakinlər lifti dayandırmış, guya lift işləmir, camaatı isti yay günündə hündür mərtəbəli binada liftsiz qoyaraq ona qarşı camaatda qıcıq yaratmışdırlar. Qeyd etdiyim kimi həmin işlər də məhz onunla əvvəldən ədavətləri olan Emin, Mehparə Sadıqova, İnarə, Fərid və Oqtay Pənahəliyev etmişdirlər. Sakinlərin əksəriyyətinə “kupça” alınacaq adı ilə tərtib etdiyi sənədlərə imza çəkdirmişdirlər. O, binanın idarəçiliyini üzərinə götürdükdən sonra bir hissəsi öz vəsaiti və bir hissəsi MTK tərəfindən satılmış bir neçə avtomobil qarajından əldə edilən vəsait hesabına 1-ci blokun liftinin şaxtasını tam təmir etdirdi (təxminən 7000 manat), Avtomobil qarajlarının təmizlənməsi və təmiri, tamamilə asfalt örtüklə örtülməsinə, elektrik şitlərinin tam yenilənməsinə, mərtəbələrə elektrik rubilniklərinin tam yenisinin əvəzlənməsi (təxminən 50000 manat) tərəfindən təmin edilmişdir. Su quyularının və onların nasos sisteminin yenilənməsi də qeyd etdiyi həmin vəsait hesabına MTK rəhbərliyi və şəxsən onun tərəfindən həyata keçirilmişdir. Föqalədə hallar Nazirliyinə binanın təhvil verilməsi üçün verdiyi rəyə şəxsi vəsaiti hesabına 25000 dövlət rüsumu ödədi. Çünki həmin rüsum olmadan qazın çəklişinə belə icazə verilmirdi. Bundan sonra qazın çəkilişini də qısa müddətdə həyata keçirdi. Qaz çəkilişi ilə bağlı da cəmi sakinlərdən yığılan vəsait 41000 manat olsa da tərəfindən də əlavə olaraq 70000 manat da öz vəsaitilə ödəmişdir. Qaz çəkilişi ilə bağlı qazı çəkən şəxslərə (usta, fəhlə və s) 15000 dən çox vəsaiti də yenə öz hesabına etmişdir. Bəzi sakinlər var idi ki, qaz çəkilişi ilə bağlı ondan xahiş etdilər ki, sən pulu ver verəcəyik, lakin qaz çəkiləndən sonra həmin pulları da vermədilər. 2019-cu ildə MMMC-ni təsis etdikdən sonra bu xidmətlər tərəfindən davam etdirilmişdir. İlk iddia üzrə İddiaçı mənə qarşı iddia ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanındakı 16 mərtəbəli yaşayış binasının həyətində yerləşən yardımçı tikiliyə, binanın zirzəmisində yerləşən yeraltı avtomobil dayanacağına qanunsuz sahibliyinə və istifadəsinə son qoyulması və adı çəkilən yardımçı tikilinin və avtomobil dayanacağının İddiaçı MMMC-nin ümumi əmlakı sayılaraq MMMC-yə təhvil verilməsi, İddiaçı MMMC-nin ümumi əmlakı sayılan yardımçı tikilinin içərisində, liftlərdə və binanın həyətində olan 12 (on iki) ədəd kameranı, 1 (bir) ədəd video qeydiyyat aparatı (DVR), kamera görüntülərini özündə əks etdirən 1 (bir) ədəd monitoru, həmçinin MMMC-nin Nizamnaməsini, MMMC-nin VÖEN şəhadətanməsini, kommunal haqların yığımı barədə qeydlər olan jurnalları, sahə mülkiyyətçiləri ilə bağlanmış kommunal müqavilələri, "xxxx" MTK ilə sakinlər arasında payın alqı satqısına dair bağlanmış müqavilələrin sürətlərinin İddiaçı MMMC-yə təhvil verilməsi, Binanın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə görə elektrik enerjisi sərfiyyatı borcuna görə ödənilmiş 544 (beş yüz qırx dörd) manat pul vəsaiti, binanın məişət tullantılarının daşınmasına görə "xxxx" MMC- yə ödənilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti, həmçinin MMMC-nin bank hesabında olan pul vəsaiti və kommunal xidmətə görə Zülfiyyə Abdullayevadan qabaqcadan götürdüyü 100 (bir yüz) manat pulun, Nadir Kərimovdan qabaqcadan götürdüyü 75 (yetmiş beş) manat pul vəsatinin Xətai-17 MMMC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsassız olduğundan rədd edilməli və qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində öz şəxsi vəsaitihesabına tikilən özbaşına tikili olan ofis otağı haqqında qeyd edir ki, guya həmin əmlak Xətai-17 MMMC-nin ümumi əmlakıdır. Lakin bununla bağlı hər hansı bir sənəd və sübut məhkəməyə təqdim edə bilməmişdir. Həmin özbaşına tikili həyat yoldaşı tərəfindən tikilmişdir. Həmin ofis hazırda MTK-nın balansındadır və sakinlərə müvafiq sənədlər verilməsi üçün (maliyyə arayışı, müqavilələrdə dəyişiklik və s) inşa edilmişdir. Hazırda bina dövlət qurumlarına tam təhvil verilmədiyindən MTK işini həmin ofisdə davam etdirməlidir. Xətai-17 MMMC-yə məxsus hər hansı bir daşınar və daşınmaz əmlak yoxdur. MMMC-nin idarə olunması üçün istifadə etdiyi ofis MTK-nın xüsusi mülkiyyətində olan əmlakdır və ora quraşdırılmış kamera sistemləri də MMMC yaranmamışdan əvvəl şəxsi vəsaiti hesabına 2014-cü il tarixdə quraşdırılmışdır. Cəmiyyətin nizamnaməsinin 1.2-ci bəndinə əsasən cəmiyyətin fəaliyyətinin əsas məqsədi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri kommersiya təşkilatıdır. Lakin iddaçının tələbindən görsənir ki, saxta yığıncaq keçirib MMMC-nin səlahiyyətlərini mənimsəyərək MMMC-ni kommersiya qurumu kimi idarə edib oradan üç beş nəfər şəxsi məqsədləri üçün gəlir əldə etməkdən ibarətdir. Nizamnamənin 3.1-ci maddəsinə əsasən Cəmiyyət Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları və bu nizamnamə ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyi andan hüquqlara malik olur. Cəmiyyət yaranana qədər inşa edilmiş ofisi və başqasının mülkiyyətində olan avtodayanacaq yerlərini necə zəbt edibdir? İlk iddiaçı idda ərizəsində qeyd edir ki, binanın zirzəmisində olan 6 ədəd avtomobil dayanacağı da MMMC-nin balansına verilməlidir. Həmin binanın altında yerləşən bütün avtomobil dayanacaqları MTK tərəfindən vətəndaşlara satılmışdır. Həmin vətəndaşların xüsusi mülkiyyətindədir. Sadəcə olaraq həmin şəxslərdən onun sözünü deyən və onun xidmətlərini unutmayan, saxta iclaslarda iştirak etməyən şəxslərin mülkiyyətini zorla zəbt edibdirlər. Həmin şəxslər müstəqil qaydada hazırkı iş üzrə iddia irəli sürməyi düşünürlər. Elektrik enerjisinə görə və kommunal xidmətlər müəssisəsinə yaranmış borcla bağlı olaraq bildirir ki, onun rəhbərlik etdiyi dövrdə heç bir müəssisə və təşkilata borc olmamışdır. İlk iddiaçı qeyd edir ki, guya tərəfindən xx.xx.2022-ci il tarixdə bina sakini Zülfiyyə Abdullayevadan 300 manat, xx.xx.2022-ci il tarixdə Nadir Kərimovdan 100 manat pul alınmış lakin ona xidmət göstərilmədiyindən 100 manat pulu Z.Abdullayevaya görə, 75 manatı da N.Kərimova görə ondan tələb edir. İddiaçı tərəfindən başqasının adından pul tələb etmək tələbi hansı qanunvericiliklə tənzimləndiyini yəqin ki, iddaçı unudur. Zülfiyyə Abdullayevanın və Nadir Kərimovun adından helə bir tələbi varsa, özü ona qarşı iddia qaldıra bilərlər. Yuxarıda qeyd etdiyi kimi, sentyabr ayının 2-dən Türkiyə Respublikasında olan müddətdə ofis binasına hücum edərək qanunsuz yollla zəbt etmişdirlər. MMMC tərəfindən 2022-ci ilin avqust ayında komunal pullardan cəmi 1400 manat pul yığılıb, 6000 manatdan çox isə pul xərclənib. Bundan başqa iddiaçı qeyd edir ki, guya MTK ilə ixtisaslaşmış lift təmiri müəssisəsi ilə müqavilə olmamışdır. Ona görə FHN liktin istismarını dayandırmışdır. Halbuki bu da iddiaçının uydurmasıdır. Belə ki, "xxxx" MMC ilə Xətai-17 MMMC arasında xx.xx.2021-ci il tarixdə 06 nömrəsi ilə bağlanmış texniki xidmət müqaviləsinə əsasən liftlərə texniki xidmət göstərilir. Həmin müqavilə 1 il müddətinə bağlanmışdır. İddiaçıların süni şəkildə yaratdığı problem nəticəsində özləri qəsdlə lifti dayandırdığı vaxt sentyabr ayında olmuşdur. Halbuki müqavilə bağlandığı vaxtdan 1 il müddətinə bağlandığını nəzərə alsaq həmin vaxt müqavilə olmuşdur. İddiaçı təsis edilərkən Cəmiyyətin iştirakçılarının sayı 150 nəfərdən ibarət olmuşdur. Nəticələrinin etibarsız hesab edilməsinə dair tələb etdiyi xx.xx.2022-ci il tarixli iclas keçirilən zaman guya 80 nəfər sakin iştirak edibdir. Hətta bir nəfər sakin (HACİYEVA NƏRGİZ ALBERT QİZİ) ölkədən kənarda olub (Qazaxıstanda) və iclasda iştirak edibdir kimi qeyd edərək onun yerinə imza çəkmişdirlər. Həmin iclasda Cəmiyyətin iştirakçısı olmayan 18 nəfəri iştirakçı kimi qeyd etmişdirlər. Halbuki bu tamamilə qanunsuzdur. Bundan başqa digər cəmiyyət üzvlərinin bir qismi çıxarış adı ilə aldadılaraq, imza çəkməyə məcbur edilmişdir. Həmçinin iclas zamanı video lentə alınmış materialdan görünür ki, Süleymanova Balaxanım MMMC-yə sədr seçilmiş, lakin iclas protokolu saxtalaşdırılaraq sədr kimi X21 qeyd edilərək, Ədliyyə Nazirliyinə saxta sənəd təqdim edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X33, X28, X26, X32, X19, X20, X18, X27 və X29 cavabdeh İddiaçınə qarşı “mülkiyyətdən çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, payçı X35ma məxsus Bakı şəhər Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 26-27 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, vəkilə ödənilmiş 602 manat məbləği və 100 manat dövlət rüsumunun cəmi 702 manat vəsaitin İddiaçındən tutularaq ona ödənilməsi, payçı X34ma məxsus Bakı şəhər Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 18-19 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi, payçı X22 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 10,11,12 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi ; payçı X9 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 13-14 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi,; payçı X10 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 5-6 nömrəli avtomobil dayanacağından (qarajdan) İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi,; payçı X11 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 24-25 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi,; payçı X13 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 16 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi,; payçı X14 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 32-33 nömrəli avtomobil dayancağından (qarajdan) İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi, payçı X15 məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında yerləşən 15 nömrəli avtomobil dayanacağından (qarajdan) cavabdeh İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçındən tutularaq ona ödənilməsi, İddiaçı çıxarılması və həmin qarajların ona təhvil verilməsi, 100 manat dövlət rüsumunun İddiaçı idarə heyətinin sədri və üzvləri barəsində xüsusi qərardad çıxarılaraq, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tələblərini onunla əsaslandırmışdır ki, onlar müqavilə əsasında "xxxx" MTK-dan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanında inşa edilmiş binaların altında yerləşən avtomobil dayanacağı almışdırlar. 2022-ci ilin sentyabr ayından cavabdeh İddiaçı onlara məxsus avtodayanacaqları qanunsuz olaraq zəbt edib, başqa şəxslərə icarəyə verərək onlara məxsus pulu mənimsəmişdir. Dəfələtlə MTK-ya bununla bağlı tədbir görülməsini xahiş etsələr də, MTK həmin avtodayanacaqların onlara verildiyini, lakin MTK deyil, İddiaçı tərəfindən zəbt edildiyini hətta həmin avtodayanacaqların MMMC tərəfindən öz mülkiyyətinə çevirmək istəməsi ilə bağlı məhkəmədə iddia qaldırdığını bildirilmişdir. Bu səbəbdən hazırki tələblə 3-cü şəxs qismində məhkəməyə qoşulmuşlar. Zəbt edilmiş avtodayanacaqlar onlara qaytarılmalı, zəbt etdikləri müddətdə avtodayanacaqlardan mənimsədikləri vəsait onlara qaytarılmalı, işin məhkəməyə verilməsi ilə bağlı məsrəflər İddiaçındən tutularaq onlara ödənilməli, İddiaçı rəhbərliyi barəsində xüsusi qərardad qəbul edilərək, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməlidir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin mahiyyətinə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Vəkil bildirmişdir ki, hazırda FHN rəyi əsasında eləcə də, mövcud qanunvericiliyin tələbləri baxımından qaraj və avtodayanacağın təyinatı fərqləndirilməlidir. Çünki bunların faktiki təyinatı konkret fərqlidir. İclasla bağlı hər hansı qanunsuzluq olmamış, Venera xanımın binanın texniki və təşkilati məsələləri ilə əsasən də bu amillərdən biri kimi lift problemi və s. məsələlərin olması iclasın keçirilməsinə və onun sədrlikdən uzaqlaşdırılamasına əsas olmuşdur. Qeyd olunanlara əsasən ilkin iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxslər X26, X32, X18, X27 və X29 idida tələblərinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Cavabdeh tərəfindən təmin edilmiş şahid X23 bildirmişdir ki, tərəfləri tanıyır. Onların arasında bir çox problemlər var. Sakinlərin ən vacib problemi öz mənzillərinin dövlət qeydiyyatına alınmasına dair çıxarışla təmin olunmalarıdır. Bu səbəbdən avqust belə qərara gəlinmişdir ki, məsələ ilə bağlı MMMC ilə əlaqə saxlasınlar. Nəticədə yığıncaq keçirildi və ona yığıncağın bildirişini əvvəlcədən imzalatdılar. Bunun səbəbini soruşduqda isə, bildirişlərin hər bir sakinin ünvanına göndəriləcəyini bildirdilər. İclas bir çox məsələnin həlli ilə bağlı yığılmasına baxmayaraq, əsas müzakirə mövzusu MTK-nın ləğvi ilə bağlı müzakirələr həyata keçirildi. Bu barədə əvvəlcədən heç bir məlumatları olmamışdır. Lift problemi ilə əlaqədar hər bir sakin kimi onu da bu məsələ qayğılandırmış və qeyd etmişdir ki, lift avqust ayının əvvəllərindən işləmirdi. Bu müddətdə Venera xanım Bakıda olmamışdır. Venera xanım rəhbərliyi dövründə vətəndaşların bir sıra kommunal təminatlarını şəxsən həyata keçirmiş, həmçinin qaraj sahələrinin təmizlənməsi məsələlərini həll etmişdir. Məhkəmə iclasında iştirakı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təmin edilmiş şahid X53 bildirmişdir ki, tərəfləri tanıyır. 2013-cü il tarixindən həmin binada 44-cü mənzildə yaşamaqdadır. Binanın kommunal və s. məsələlərini Venera xanım həyata keçirmişdir. MMMC-yə rəhbər təyin olunması ilə bağlı ümumi yığıncağ keçirilmiş və o da katib qismində iclasda iştirak etmişdir. Bütün sakinlərin əsas problemi mənzillərinə dair çıxarışla təmin olunmalarıdır. Lakin iclasda rəhbərlik məsələləri müzakirə olunmuş və ilkin səsvermədə Xanım müəllimə sədr seçilmiş. Bir neçə gün sonra isə yenidən səsvermə təşkil olunmuşdur. Məhkəmə iclasında iştirakı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təmin edilmiş şahid X24 bildirmişdir ki, tərəfləri tanıyır. 5-6 ay bundan əvvəl dövlət orqanlarının nümayəndələrinin də iştirakı ilə iclas keçirilmiş və özləri MMMC təsis etmişdirlər. Ümumi yığıncağın qərarı ilə əvvəlcə Xanım müəllimə seçilmiş, lakin onun səhhəti ilə bağlı ailəsi tərəfindən razılıq olmadığından, elə həmin gün yenidən səsvermə keçirilmiş və Mehriban xanım sədr seçilmişdir. Məhkəmə iclasında iştirakı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təmin edilmiş şahid X6 bildirmişdir ki, tərəfləri tanıyır. Sözügedən binada onun da mənzili olmuşdur. Evi özü Azərbaycan Respublikasında olmadığı dövrdə etibarnamə əsasında yaxını onun üçün almışdır. Bina da hazırda çoxsaylı problemlər vardır. Belə ki, Ən əsas problem çıxarışla təmin olunmamaqlarıdır. Digər problemlər qismində liftin fəaliyyət göstərməməsi də buna misal ola bilər. Özü hüquqşünas olduğundan bu problemlərin hüquqi tərəfləri ilə kifayət qədər məlumatlıdır. Yığılan ödənişlərin təyinatı və xərclənmələrinə hesabat barədə onlara məlumat verilməməkdədir. Bütün bu problemlərin aydınlaşdırılması üçün sakinlərin iclası keçirilmişdir. İclasın video-çəkilişləri aparılmışdır. Ümumi yığıncağın qərarı ilə əvvəlcə Xanım müəllimə seçilmiş, lakin onun səhhəti ilə bağlı ailəsi tərəfindən razılıq olmadığından, elə həmin gün yenidən səsvermə keçirilmiş və Mehriban xanım sədr seçilmişdir. Səsvermədə şəxsən iştirak etmiş, əvvəlcə Xanım müəlliməyə sonra isə, Mehriban xanıma səs vermişdir. İclasda 150-200-ə qədər şəxs iştirak etmişdir. Həmin binada qaraj sahəsi vardır. Məhkəmə iclasında iştirakı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təmin edilmiş şahid Baylan Alim bildirmişdir ki, tərəfləri tanıyır. 2014-cü ildən binadan ev almış və həmin mənzildə yaşamışdır. Lakin binada çoxsaylı problemlər vardır. Binanın qaz təchizatı yoxdur. Bu barədə sakinlərdən ödəniş alınsa da, heç bir nəticəsi olmamışdır. Lakin buna baxmayaraq, ödənişləri həyata keçirmişlər. Bütün bu narazılıqların nəticəsi olaraq, digər sakinlərin və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə iclas keçirilərək, MMMC yaradılmışdır. İclas təqribən 3-4 ay bundan əvvəl keçirilmişdir. Ən əsas məsələ evlərinin çıxarışlarının olmamasıdır. Səsvermədə şəxsən iştirak etmiş, əvvəlcə Xanım müəlliməyə sonra isə, Mehriban xanıma səs vermişdir. Məhkəmə iclasında iştirakı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təmin edilmiş şahid X16 bildirmişdir ki, tərəfləri tanıyır. Yaşadığları binada bir sıra narazılıqlar olduğundan yığıncaq keçirilmiş və bununla əlaqədar təşkil edilən iclasda Xanım müəllimə sədr seçilmişdir. Lakin, Xanım müəllimə etiraz bildirdiyindən yenidən səsvermə keçirilmiş və Mehriban xanım sədr seçilmişdir. İclas şəffaf şəkildə həyata keçirilmişdir. Mehriban xanımın namizədliyini şəxsən irəli sürmüşdür. Xətai 17 MMMC 1 il qabaq təşkil olunmuşdur. Təsis iclasında heç bir sakin iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, Gürcüstan Respublikasının vətəndaşıdır. Bina hələ tikilməyə başlamamış mənzillərlə bağlı razılıq əldə edib mənzil almışdır. Lakin çıxarış almaq məsələsi hər zaman problemli olmuşdur. Venera xanıma çıxarışla bağlı söz dedikdə bir aya məsələnin həll olunacağını bildirmişdi. Lakin məsələ həll olunmadı. Bu narazılıqlar əsasında sakinlərin iclası keçirildi. İclasda xeyli adam iştirak edirdi. İclasda onun seçilməyi məsləhət görüldü. Lakin altı ay əvvəl əməliyyat olunmuşdu. Bu səbəbdən, həmçinin yaşı ilə əlaqədar olaraq ailə üzvləri razılıq vermədilər. Özü imtina etdi. Həmin gün Mehriban xanım təklif irəli sürüldü və Mehriban xanım seçildi. Sentyabrın 18-də iclas keçirildi və həmin gün Mehriban xanım seçildi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 fevral 2015-ci il tarixli müqavilənin məzmunundan görünür ki, "xxxx" MTK-nın sədri X25 ilə payçı X32 arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanda yerləşən, yüksək mərtəbəli yaşayış binasının İİ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 10-11-12 saylı qarajı sonuncunun mülkiyyətinə,15.000 (on beş min) manat müqabilində verir. 03 mart 2015-ci il tarixli müqavilənin məzmunundan görünür ki, "xxxx" MTK-nın sədri X25 ilə payçı X26 arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanda yerləşən, yüksək mərtəbəli yaşayış binasının İİİ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 18-19 saylı qarajı sonuncunun mülkiyyətinə, 18.000 (on səkkiz min) manat müqabilində verir. 06 may 2015-ci il tarixli müqavilənin məzmunundan görünür ki, "xxxx" MTK-nın sədri X25 ilə payçı X18 arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanda yerləşən, yüksək mərtəbəli yaşayış binasının İ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 5-6 saylı qarajı sonuncunun mülkiyyətinə, 20.000 (iyirmi min) manat müqabilində verir. 22 yanvar 2016-cı il tarixli müqavilənin məzmunundan görünür ki, "xxxx" MTK-nın sədri X25 ilə payçı X28 arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanda yerləşən, yüksək mərtəbəli yaşayış binasının İ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 15 saylı qarajı sonuncunun mülkiyyətinə, 5.000 (beş min) manat müqabilində verir. 25 fevral 2017-ci il tarixli müqavilənin məzmunundan görünür ki, "xxxx" MTK-nın sədri X25 ilə payçı X19 arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanda yerləşən, yüksək mərtəbəli yaşayış binasının İ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 13-14 saylı qarajı sonuncunun mülkiyyətinə, 13.000 (on üç min) manat müqabilində verir. 15 sentyabr 2017-ci il tarixli müqavilənin məzmunundan görünür ki, "xxxx" MTK-nın sədri X25 ilə payçı X20 arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanda yerləşən, yüksək mərtəbəli yaşayış binasının İİİ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 24-25 saylı qarajı sonuncunun mülkiyyətinə, 12.000 (on iki min) manat müqabilində verir. 25 sentyabr 2017-ci il tarixli müqavilənin məzmunundan görünür ki, "xxxx" MTK-nın sədri X25 ilə payçı X29 arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanda yerləşən, yüksək mərtəbəli yaşayış binasının İ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 16 saylı qarajı sonuncunun mülkiyyətinə, 5.000 (beş min) manat müqabilində verir. 25 sentyabr 2018-ci il tarixli müqavilənin məzmunundan görünür ki, "xxxx" MTK-nın sədri X25 ilə payçı X33 arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanda yerləşən, yüksək mərtəbəli yaşayış binasının İİİ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 26-27 saylı qarajı sonuncunun mülkiyyətinə, 12.000 (on iki min) manat müqabilində verir. 29 sentyabr 2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, "xxxx" MTK-nın sədri X25 ilə payçı X27 arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, Xətai rayonu, S.Ə.Şirvani 23/19 ünvanda yerləşən, yüksək mərtəbəli yaşayış binasının İİ blokunun yeraltı avtomobil dayanacağında yerləşən 32-33 saylı qarajı sonuncunun mülkiyyətinə, 8.000 (səkkiz min) manat müqabilində verir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin Təhlil qrupunun 24 noyabr 2014-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319 saylı məhəllədə "xxxx" MTK tərəfindən inşa olunmuş 3 girişli, 16 mərtəbəli (+mansarda) yaşayış binasının təyinatı dəyişdirilməmək şərtilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. 01 noyabr 2021-ci il tarixli 06 saylı texniki xidmət müqaviləsinin məzmunundan görünür ki, İddiaçı MMMC direktoru Cavabdeh "xxxx" MMC arasında müqavilə bağlanmış və sonuncuya- hər ay 650,04 (altı yüz əlli manat dörd qəpik) ödənilməsi müqabilində binada quraşdırılmış 6 (altı) ədəd 630 kq 3 ədəd yük lifti və 450 kq 3 ədəd sərnişin liftinə texniki xidmət göstərilməsini öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk İddiaçı iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı Cavabdeh qarşı iddia tələbi irəli sürmüş onun tərəfindən ünvan 1 ünvanındakı 16 mərtəbəli yaşayış binasının həyətində yerləşən yardımçı tikiliyə, binanın zirzəmisində yerləşən yeraltı avtomobil dayanacağına qanunsuz sahibliyinə və istifadəsinə son qoyulması və adı çəkilən yardımçı tikilinin və avtomonil dayanacağının “İddiaçı-nin ümumi əmlakı sayılaraq MMMC-yə təhvil verilməsi, İddiaçı ümumi əmlakı sayılan yardımçı tikilinin içərisində, liftlərdə və binanın həyətində olan 12 (on iki) ədəd kameranı, 1(bir) ədəd video qeydiyyat aparatı (DVR), kamera görüntülərini özündə əks etdirən 1 (bir) ədəd monitoru, həmçinin MMMC-nin nizamnaməsi, MMMC-nin VÖEN şəhadətnaməsini, kommunal haqların yığımı barədə qeydlər olan jurnalları, sahə mülkiyyətçiləri ilə bağlanmış kommunal müqavilələri, "xxxx" MTK ilə sakinlər arasında payın alqı-satqısına dair bağlanmış müqavilələrin surətlərinin İddiaçı MMMC-yə təhvil verilməsi; Binanın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə görə elektrik enerjisi sərfiyyatı borcuna görə ödənilmiş 544 (beş yüz qırx dörd) manat pul vəsaiti, binanın məişət tullantılarının daşınmasına görə "xxxx" MMC-yə ödənilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti, həmçinin MMMC-nin bank hesabında olan pul vəsaiti və kommunal xidmətə görə Zülfiyyə Abdullayevadan qabaqcadan götürdüyü 100 (bir yüz) manat pulun, Nadir Kərimovdan qabaqcadan götürdüyü 75 (yetmiş beş) manat pul vəsaitinin İddiaçı MMMC-yə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məcəllənin 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəm hesab edir ki, ilkin iddia üzrə Cavabdeh tərəfindən İddiaçınə məxsus olan avtomobil dayanacağına qanunsuz sahibliyi, ordan istifadə etməsi, yardımçı tikilinin və avtomobil dayanacağına qanunsuz müdaxiləsi verilmiş iddia tələbi üzrə sübut olunmur. Halbuki iddiaçı cavabdeh tərəfindən qeyd olunan sahələrin hüquqi əsas olmadan zəbt olunmasını sübutetmə yükünü daşıyır. O isə, mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn tələblərin tətbiqi baxımından həmin halları sübut edə biləcək hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. İlkin iddia üzrə cavabdehin qanunsuz müdaxiləsi nəticəsində ilkin iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olması iş materialları ilə öz təsdiqini tapmır. Eyni zamanda, liftlərdə və binanın həyətində olan 12 (on iki) ədəd kameranı, 1(bir) ədəd video qeydiyyat aparatı (DVR), kamera görüntülərini özündə əks etdirən 1 (bir) ədəd monitoru, həmçinin MMMC-nin nizamnaməsi, MMMC-nin VÖEN şəhadətnaməsini, kommunal haqların yığımı barədə qeydlər olan jurnalları, sahə mülkiyyətçiləri ilə bağlanmış kommunal müqavilələr, "xxxx" MTK ilə sakinlər arasında payın alqı-satqısına dair bağlanmış müqavilələrin surətlərinin Cavabdeh olması sübut olunmamışdır. Binanın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsinə görə elektrik enerjisi sərfiyyatı borcuna görə ödənilmiş 544 (beş yüz qırx dörd) manat pul vəsaiti, binanın məişət tullantılarının daşınmasına görə "xxxx" MMC-yə ödənilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti, həmçinin MMMCnin bank hesabında olan pul vəsaiti və kommunal xidmətə görə Zülfiyyə Abdullayevadan qabaqcadan götürdüyü 100 (bir yüz) manat pulun, Nadir Kərimovdan qabaqcadan götürdüyü 75 (yetmiş beş) manat pul vəsaitinin Cavabdeh tələb olunması üçün üçün hüquqi əsas mövcud deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülkiyyətə hər hansı müdaxilə qanuni olmaqla həmçinin proporsionallıq tələblərinə də uyğun olmalıdır. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X33, X28, X26, X32, X19, X20, X18, X27 və X8 cavabdeh İddiaçınə qarşı “mülkiyyətdən çıxarılma və əmlakın təhvil verilməsi” tələbinə dair iddia tələbini əsassız hesab edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X33, X28, X26, X32, X19, X20, X18, X27 və X8 hər birinin ayrı-ayrılıqda yeraltı avtomobil dayanacağında yerləşən qaraj sahələri mövcuddur və bununla bağlı "xxxx" MTK ilə müqavilələr bağlanmışdır. Qeyd olunan şəxslərin verdikləri iddia üzrə cavabdeh İddiaçı qarajdan çıxarılması, onlara təhvil verilməsi tələbləri irəli sürülsə də, MMMC-nin iddiaçıların hüquqlarına müdaxiləsi və ya maneə yaratmasını təsdiq edə biləcək mötəbər sübutları ilə müəyyən olunmamışdır. Bununla da cavabdeh İddiaçı tərəfindən iddiaçıların hər hansı hüququ pozulmadığından, pozulmamış hüququn bərpası və onun məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsinə dair tələbini əsaslı hesab edir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı əvvəlki sədri olmuşdur. Hazırda MMMC-nin sədri X12r. M.Sadıqova İddiaçı xx.xx.2022-ci il tarixli ümumi yığıncağının nəticəsi olaraq sədr seçilmiş, verilmiş qarşılıqlı iddia üzrə ümumi yığıncağının protokolun etibarsız hesab edilərək, onun yaratdığı bütün hüquqi nəticələrin ləğv olunması tələbi irəli sürülmüşdür. Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixli ümumi yığıncağı keçilən zaman Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qanunvericilik normaları pozulmuşdur. Belə ki, iş üzrə dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, keçirilmiş iclasda X1 seçilməsi barədə qərar qəbul edilsə də, sonradan tərtib olunmuş protokolda sədr olaraq M.Sadıqova göstərilmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təmin edilmiş şahid X53 iclasda iştirak etdiyini ilk səsvermədə X1 seçilməsini, bir neçə gün sonra isə iclas keçirilərək M.Sadıqovanın sədr seçilməsini göstərsə də, digər şahidlər səsvermənin elə həmin gün olması barədə ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ümumi yığıncağın protokolu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin iradə ifadəsini əks etdirmədiyindən həmin protokol etibarsız sayılmalı, hüquqi nəticələri ləğv edilməlidir. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən iclasın keçirilməsi qaydası pozulmuş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 44 və 45-ci maddələri tələblərinə əməl edilmədən çağırılmışdır. Həmin normaların tələblərinə əsasən Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. (44.4) Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; yığıncağın gündəliyi; yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı göstərilməlidir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki mülki iş üzrə qarşılıqlı iddiaçının «ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış sahəsinin 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokun altında yerləşən 31 nömrəli avtomobil qarajının cavabdehdən alınıb ona təhvil verilməsi» hissəsində iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsasldır, təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh ilə "xxxx" MTK arasında ünvan 7 ünvanıda inşa edilmiş çoxmənzilli yaşayış sahəsinin 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokun altında yerləşən 31 nömrəli avtomobil qarajının payçının mülkiyyətinə verilməsinə dair müqavilə mövcuddur. (08 fevral 2016-cı il tiarixli müqavilələri). Belə olduğu halda, iddia ərizəsi üzrə cavabdeh İddiaçı tərəfindən Cavabdeh həmin sahədən istifadə etməsinə müdaxilənin qarşısı alınmalı, qarajların təhvil verilməsi tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMMC-nin Cavabdeh qarşı “qanunsuz sahiblikdən məhrum etmə, əmlak və pul” tələbinə dair ilkin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X33, X28, X26, X32, X19, X20, X18, X27 və X29 cavabdeh Xətai-17” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı «mülkdən çıxarılma və mülkün təhvil verilməsi» tələbinə dair iddia ərizələri rədd olunmalı, Cavabdeh İddiaçı MMMC-yə qarşı “ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunmaldır. Məhkəmə qarşılıqlı iddiaçının «saxta sənədlərin tərtib edilməsində iştirakçı olan şəxslər barəsində xüsusi qərardad qəbul edilərək Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi» barədə vəsatətinə münasibətdə qeyd edir ki, iş üzrə tərəflərin əməlində cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından, vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qarşılıqlı iddia tələbi təmin olunduğundan iş üzrə çəkilmiş məhkəmə məsrəfləri -602 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumu cəmi 702 manat cavabdeh İddiaçındən tutularaq Cavabdeh ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMMC-nin Cavabdeh qarşı “qanunsuz sahiblikdən məhrum etmə, əmlak və pul” tələbinə dair ilkin iddia tələbi rədd olunsun. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X33, X28, X26, X32, X19, X20, X18, X27 və X29 cavabdeh Xətai-17” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı «mülkdən çıxarılma və mülkün təhvil verilməsi» tələbinə dair iddia ərizəsi rədd olunsun. İddiaçı Cavabdeh İddiaçı MMMC-yə qarşı “ümumi yığıncağının protokolunun etibarsız hesab edilməsi və zəbt edilmiş qarajların təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunsun. İddiaçı xx.xx.2022-ci il tarixli ümumi yığıncağın növbədənkənar iclasının nəticələrinə dair protokolun etibarsız hesab edilərək onun yaratdığı hüquqi nəticələri ləğv edilsin. ünvan 7 ünvanıda inşa edilmiş çoxmənzilli yaşayış sahəsinin 2-ci blokunun altında yerləşən 34-35 nömrəli və 3-cü blokun altında yerləşən 31 nömrəli avtomobil qarajı İddiaçındən alınıb Cavabdeh təhvil verilsin. 602 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumu cəmi 702 manat məhkəmə məsrəfləri cavabdeh İddiaçındən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-753/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-753/2023
19.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver