Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-764/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və kompensasiya tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və kompensasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik Hüquqi şəxstərəfindən verilmiş xx.xx.2021-ci i tarixi çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 933-cü məhəllə,ev 16, mən.2, giriş 1, Yeni qaydadlarla: AZ 1022,Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 52, M3, m2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Qeyd olunan mənzil xx.xx.2021-ci il tarixli alqı satqı və ipoteka müqaviləsi əsasında alınmışdır.Mənzil alındıqdan sonra mənzildə əsaslı təmir bərpa işləri aparılmışdır. Lakin sonradan mənzilin qarşısında qeyri-yaşayış sahəsi “X6” MMC-nin rəhbəri X4 tərəfindən tikilməyə başlamışdır. Həmin tikili iddiaçıya məxsus olan mənzilin yataq otaqlarını, mətbəxin və eyvanın qarşısını kəsmişdir. Bundan başqa qeyri-yaşayış sahəsinə quraşdırılmış tüstü borusu da iddiaçının mətbəxi istiqamətində birləşdirilmişdir. Mənzilin yararsız vəziyyətə salınmasının qarşısının alınması üçün müvafiq dövlət orqanlarına müraciət edilmişdir. Araşdırmanın nəticəsi olaraq AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Balı şəhər Memarlıq və əhərsalma Baş İdarəsi araşdırma aparmış və xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti və AR FHN Tikintidə X1 Agentliyinə məktub ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli ********** nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 138,3 kv metrola 1 mərtəbəli ev Cavabdeh xüsusi mülkiyyətindədir. Müəyyən edilmişdir ki, həmin ərazidə yerləşən 14 və 16 saylı ünvanlardakı hündürmərtəbəli yaşayış binalarının arasında yerləşən 14 a ünvanındakı 1 mərtəbəli Cavabdeh məxsus mənzil bir müddət öncə sökülmüş və yenidən yerində ara məsafəsi saxlanılmadan 2 mərtəbəli bina inşa edilmişdir. Məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyət haqqında Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Şəhərsalma Nəzarətinin həyata keçirilməsi qaydasının tələblərindən irəli gələn zəruri tədbirlərin görülməsini tələb edilsədə lakin bu günədək heç bir tədbir həyata keçirilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən də görünür ki, qeyd edilən ünvanda aparılan işlərə dair müvafiq sənəd təqdim edilmədiyindən, qanunsuz tikililərlə bağlı inzibati icraat yerli icra hakimiyyət orqanlarının səlahiyətlərinə aid olduğunu nəzərə alaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görülmə müvafiq məlumatlar təqdim edilməsi üçün Nazirliyin Tikintidə X1 Agentliyinin 37\34-02590 nömrəli məktub ilə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Lakin müraciətlə bağlı heç bir araşdırma aparılmadığından hər hansı tədbirlərin görülməsi də mümkün olmamışdır. Eyni zamanda Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunda isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Nərimanov rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, həmin ev sökülərək yerində ara məsafəsi saxlanılmadan ikimərtəbəli tikili inşa edilibdir. Tikintinin dayandırıldığı bu barədə Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə məktub ünvanlandığı bildirilmişdir. Lakin təqdim olunan sənədlərdən fotoşəkillərdən göründüyü kimi orada tikinti müvafiq dövlət orqanının tələbinə riayət edilmədən, dövlət orqanının və AR Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanına Cavabdeh trəfindən əhəmiyyət verilməmiş və tam əksinə olaraq binanın tikintisini davam etdirərək, onun tikintisini başa çatdırmışdır. Lakin bütün bu hallar barəsində dəfələrlə etdiyimiz şikayət heç bir nəticə verməmiş, əksinə əlaraq tikintini başa çatdıraraq müvafiq əmsallara riayət olunmamışdır. Bunun da nəticə olaraq həmin binada yerləşən iddiaçıya məxsus olan mənzilin yataq otaqlarını və mətbəxindən eyni zamanda eyvandan sərbəst şəkildə istifadə edə bilmir.Bundan başqa evinin satışını həyata keçirə bilmir. Belə ki, yuxarıda müvafiq orqanlardan verilmiş cavablardan da göründüyü kimi Cavabdeh lazımı ara məsafə saxlamadan bir mərətəbə deyil artıq 2 mərtəbəli binanı qeyri yaşayış sahəsini lazımı qaydada tinkiti normalarına riayət etmədən, lazimi ara məsafəsi saxlamadan tikmişdir. Əgər qeyri yaşayış sahəsində hər hansı bir təhlükə baş verərsə, yanğın və sair qısa zaman ərizində o iddiaçının mənzilinə keçəcəkdir. Qeyd etmək istəyirəm ki, hündürmərtəbəli yaşayış sahəsinin yerləşdiyi binada birinci və ikinci mərtəbədə qeyri yaşayış sahəsidir və yaşayış sahəsi yalnız iddiaçının yaşadığı mərtəbədən başlayır. Ona görə də hazırda baş verən bu qanunsuzluğun qarşısı alınmalı və bina lazımı ara məsafəsi saxlanılmadığından tikildiyindən Cavabdeh məxsus olan qeyri yaşayış sahəsi sökülməlidir. Qeyri yaşayış sahəsinin lazımı ara məsafəsi saxlanılmadan tikilməsi,tüstü borusunun iddiaçıya məxsus olan mətbəxə doğru tüstüsününü axıdılması, mənzilin real alıcılar tərəfindən alınmasına da maneə olmur. Mənzilin satılmasının məhz həmin tikiliyə görə imtina edilməsinə səbəb olduğundan, artıq mənzilin satılması da mümkün olmadığından, Cavabdeh tərəfindən kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləği müəyyən edilərkən binanın əvvəlki vəziyyəti ilə hazırkı vəziyyəti, lazımı ara məsafəsi saxlanılmadan tikilən qeyri yaşayış sahəsinin tikilməsinin onun mövcud bazar qiymətinə təsir etməsi nəzərə alınmalıdır. Göründüyü kimi müvafiq icra hakimiyyət orqanları, tikintiyə nəzarət edən orqanlar Cavabdeh icazə almadan, müvafiq əmsalı saxlamadan orda qeyri yaşayış sahəsəni tikdiyini etiraf etmişlər. Lakin onun sökülməsi və ya lazımı ara məsafəsi saxlanılması, qonşu hüququnun , qonşu binanın sakinlərinin hüquqularınım qorunması üçün hər hansı tədbir görməyərək, əksinə olaraq özbaşınalığa yol vermişlər. Beləliklə də iddia tələbini təmin edilməsini və qeyri yaşayış sahəsinin sökülməsini, 50000 min manat məbləğində kompensasiyanın da tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə ərizə və ona əlavə edilmiş barışıq sazişi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışıq əldə olunması səbəbindən həmin barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdilər və barışıq sazişinin təsdiqlənməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatını, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi qismən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, barışıq sazişinin 3-cü bəndinin birinci hissəsi – “İddiaçı təminat verir ki, Cavabdeh qarşı Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi,14A ünvanında yerləşən ikimərtəbəli tikilinin sökülməsi və kompensasiya tələbi ilə bağlı gələcəkdə hər hansı bir tələbi olmayacaqdır” hissəsi şəxsin məhkəməyə müraciət hüququnu məhdudlaşdırır. Qüvvədə olan qanunvericiliyə əsasən, belə razılaşmanın hüquqi qüvvəsi yoxdur. Belə ki, AR MPM-nin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə hesab edir ki, barışıq sazişinin göstərilən hissəsi istisna edilməklə, digər hissələri qanunvericiliyin tələblərini pozmur, tərəflərin və üçüncü şəxslərin hüquq və qanuni mənafelərinə xələl gətirmir və bu səbəbdən də təsdiq oluna bilər. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və kompensasiya tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və kompensasiya tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən Cavabdeh və digər tərəfdən İddiaçı arasında 24 iyul 2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh - İddiaçı 13.500 (on üç min beş yüz) manat məbləğində pul ödəyir.
2. İddiaçı Cavabdeh qarşı «Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 14A ünvanında yerləşən iki mərtəbəli tikilinin sökülməsi və 50.000 (əlli min) manat məbləğində kompensasiya tələbinə» dair iddiasından tamamilə imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir.
3. İddiaçı təminat verir ki, Cavabdeh qarşı Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 14A ünvanında yerləşən ikimərtəbəli tikili onun hər hansı hüququnu pozmur.
4. Cavabdeh - təminat verir ki, o, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 14A ünvanında yerləşən ikimərtəbəli tikilinin üzərində hər hansı əlavə tikinti işləri aparmayacaq və belə halın baş verməsi barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək.
5. İddiaçı bu protokolu imzalamaqla təsdiq edir ki, Cavabdeh barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi tam və birdəfəlik icra etmiş və 13.500 (on üç min beş yüz) manat məbləğində pulu ona ödəmişdir.
6. Bu barışıq sazişinin şərtləri pozacağı halda tərəflər barışıq sazişindən əvvəlki vəziyyətə qayıdacaq və İddiaçı 13.500 (on üç min beş yüz) manat məbləğində pulu tam və birdəfəlik şəkildə Cavabdeh qaytaracaq.
Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Ödənilmiş 270 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Mehriban Əfəndizadə