Məhkəmə qərarları › İş №e-2(005)-777/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-777/2024

06.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-777/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: ərazi aidiyyati) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “protokoldan çıxarış, yaşayış sahəsinin plan-cizgisinin verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin halları: İddiaçı Cavabdehnə qarşı “protokoldan çıxarış, yaşayış sahəsinin plan-cizgisinin verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzil üzrə X3 ilə Cavabdeh MMC arasında mənzilin ½ hissəsinin alqı-satqısı müqaviləsinin, maliyyə arayışının, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş X2 yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının protokolundan çıxarışın və verilən yaşayış sahəsinin plan-cizgisinin verilməsi; ünvan 2 ünvanında “C” bloklu, 8-ci mərtəbə, 20 nömrəli mənzilin 1/8 hissəsinin əvəssiz olaraq İddiaçı adına paylı mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınması üçün bütün zəruri hərəkətlərin edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması berədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ötən məhkəmə hazırlıq iclasında cavabdeh qismində məhkəmə araşdırılmasına cəlb olunmuş Cavabdeh MMC-nin (VÖEN: **********) qanuni təmsilçi X1 məhkəməyə bildirdi ki, hazırkı iddia predmetinin onun təmsil etdiyi müəssisəyə heç bir aidiyyatı yoxdur, bundan əvvəl onu dəfələrlə digər Cavabdeh MMC ilə əlaqədar narahat etmişlər, lakin hər dəfə müəyyən olunmuşdur ki, məsələnin onun təmsil etdiyi müəssisə ilə heç bir əlaqəsi yoxdur. Bununla əlaqədar tərəfindən, hazırkı iddianın predmetini təşkil edən ünvan 3 ünvanda “C” bloklu 8-ci mərtəbə, 20 nömrəli mənzilin yerləşdiyi binada ofisləri fəaliyyət göstərən əsl Cavabdeh MMC-də olmuşdur. Müəyyən olunmuşdur ki, əsl Cavabdeh (VÖEN: **********) hüquqi və faktiki ünvanları və VÖEN-i fərqli olaraq, Yasamal rayonunun ərazisində yerləşir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Keşlə Stansiyası, ev Yataqxana 2 və VÖEN-i ********** olan Cavabdeh əsl cavabdeh, yəni hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 198 və VÖEN-i ********** olan Cavabdeh ilə əvəz edilməsini və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki iş üzrə məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İİİ. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin vəsatəini, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili yazılı vəsatətlə məhkəməyə müraciət edərək, hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Keşlə Stansiyası, ev Yataqxana 2 və VÖEN-i ********** olan Cavabdeh əsl cavabdeh, yəni hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 198 və VÖEN-i ********** olan Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Vəsatət təmin edilmiş, mülki iş üzrə Cavabdeh (VÖEN: **********), əsl cavabdeh Gilan” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. -44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. - 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. - 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Plenum Qərarına əsasən, mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər. (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan hüquqi şəxslərin axtarış bazasından əldə edilmiş məlumatlara, habelə iş materiallarına iddiaçının nümayəndəsi və vəkili tərəfindən əlavə edilmiş Cavabdeh MMC tərəfindən “Hümbətov və partnyorları” Vəkil bürosuna ünvanlanmış 28 №-li xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 206, faktiki ünvanı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 198-dir. Məhkəmə hesab edir ki, Cavabdeh hüquqi ünvanı Yasamal rayonu ərazisində yerləşdiyindən vəsatət təmin edilməli, hazırki iddia tələbinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. IV. Nəticə: Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “protokoldan çıxarış, yaşayış sahəsinin plan-cizgisinin verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar