Məhkəmə qərarları › İş №e-2(005)-805/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-805/2021

24.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-805/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “X7” MMC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “X7” MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X7” MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X7” MMC tərəfindən ona vurulmuş maddi və mənəvi zərər görə ümumilikdə ödədiyim 9040 (doqquz min qırx) manat, mənəvi ziyana görə isə 20.000 (iyirmi min) manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Övladım dünyaya gəldikdən sonra qarın sallanması və uşaqlıq yolunda genişlənmənin olmasından əziyyət çəkirdi. Bu məqsədlə Bakı şəhərində bir neçə tibb mərkəzinə müraciət etdi və eyni zamanda özü də araşdırma apardı. İddiaçı tanışlarının da məsləhəti ilə “X7” müraciət etdi. Bütün müvafiq laborator müayinələri keçdikdən sonra tam sağlam olduğu müəyyən edildi. Onsuz da plastik əməliyyata qərar verdiyi üçün eyni vaxtda süd vəzilərində də əməliyyat etdirməyi düşünürdü. Bu əməliyyatı sözügedən klinikada Nazim Durak adlı Türkiyədən gəlmiş həkim həyata keçirir. O, ona eyni vaxtda üç əməliyyat keçirəcəyini dedi. Bu məqsədlə “X7”nın xəzinəsinə 6000 manat vəsait ödədi, lakin həmin vaxt iddiaçıya qəbz verilmədi. 15.09.2014-cü il tarixdə Nazim Durak adlı həkim tərəfindən iddiaçının üzərində vena daxili narkoz altında “Süd vəzilərinə imlantın yerləşdirilməsi. Abdominoplastika. Kolporafiya” əməliyyatları icra olundu. İki gün həmin klinikada qaldıqdan sonra 17.09.2014-cü il tarixdə evə buraxıldı. Əməliyyatdan qısa müddət sonra onun səhhəti ağırlaşmağa başladı, süd vəziləri şişərək ağrı verməyə başladı, həmçinin tez-tez temperaturu yüksəlməyə başladı, təkrar klinikaya müraciət etdi, həkim Nazim Durak iddiaçıya heç bir problemin olmadığını bildirdi və yeni dərmanlar yazdı, lakin zaman keçdikcə səhhəti düzəlmək əvəzinə daha da ağırlaşdı. İddiaçı yenə də adıçəkilən klinikaya müraciət etdikdə X1yıtdığını bildirdilər. Bir neçə il imkanı olmadığından o, təkrar cərrahiyyə əməliyyatına girə bilmədi və yalnız müəyyən ağrıkəsicilərlə yaşadı, lakin 2018-ci ildə ağrıları daha da artdı və o məcbur olub müxtəlif şəxslərdən borc alaraq bədəni üzərində cərrahiyyə əməliyyatı keçirməyə qərar verdi. 28.02.2018-ci il tarixdə iddiaçı “X16”ya müraciət etdi, burada müayinə olundu və məlum oldu ki, iddiaçının süd vəzi korreksiyasına yenidən cərrahi müdaxiləyə zərurət vardır. Bu barədə vermiş olduğu analzilərin nəticəsi olaraq bunu iddiaçıya uzman doktor Mircəfər Seyidov bildirdi. Nəhayət 03.03.2018-ci il tarixdə 2880 (iki min səkkiz yüz səksən) manat ödəniş etməklə iddaiçı“X16”da həkim Mircəfər Seyidov tərəfindən “implantın dəyişdirilməsi, sağ tərəfli kapsulektomiya” cərrahiyyə müdaxiləsinə məcburən məruz qaldı. İddiaçıya əməliyyatdan sonra bildirildi ki, Oksigen Klinikasında onun bədəninə qoyulmuş implant keyfiyyətsiz olmuş və qanunsuz idxal edilmiş, o cümlədən əməliyyatlar da düzgün aparılmamış, həkim səhvi olmuşdur. Beləliklə, “Oksigen Klinikasının” həkimi Nazim Durakın səhvi nəticəsində iddiaçıya ümumilikdə 9040 (doqquz min qırx) manat maddi ziyan dəymişdir. Hesab edir ki, “X7” MMC-nin əməkdaşlarının səhvi nəticəsində iddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur. Buna görə də iddiaçıya vurulmuş maddi zərərə görə oraya ödədiyi 9040 (doqquz min qırx) manat, mənəvi ziyana görə isə 20.000 (iyirmi min) manat “X7” MMC-dən mənim xeyrimə tutulmalıdır. Məhkəmə iclasında həkim Nazim Durak mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “X7” MMC-nin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğunu, hazırki tələb üzrə Oksigen Klinikasının hər hansı məsuliyyətinin olmadığını qeyd edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09.09.2014-cü il tarixli qəbzdən görünür ki, Fərəh Manafova tərəfindən “X7” MMC-nin hesabına 93 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 1301/2014 nömrəli İddiaçı məxsus Epikrizdən görünür ki, Klinikaya qəbul tarixi: 15.09.2014. Çıxma tarixi: 17.09.2014. Son klinik diaqnoz: “Mikromastiya. Qarının ön divarının dərisinin sallanması. Uşaqlıq yolunun doğuşdan sonrakı genişlənməsi”, daxil olarkən şikayətləri: Süd vəzilərinin kiçik olması. Qarının sallanması. Uşaqlıq yolunda genişlənmənin olması. İnstrumental müayinə: EKQ- Sinus normal. Sol mədəciyin elektrik aktivliyi. Döş qəfəsi orqanlarının R.-skopiyası.- Ağciyərlər və ürək dəyişiksizdir. Xəstəyə kompleks hazırlıq müayinəsi aparıldıqdan sonra 15.09.2014-cü il tarixdə vena daxili narkoz altında “Süd vəzilərinə implantın yerləşdirilməsi. Abdominoplastika. Kolporafiya” əməliyyatları icra olunmuşdur. Əməliyyatdan sonrakı dövrü fəsadsız keçmişdir. Xəstə kafi vəziyyətdə ambulator nəzarət altında evə yazılır. İş materiallarında olan “X16” Mərkəzinin İddiaçı məxsus Epikrizindən görünür ki, klinikaya 03.03.2018-ci il tarixdə daxil olmuş, 03.03.2018-ci ildə çıxış etmişdir. Xəstəyə süd vəzi hipotrofiyası post operativ deformasiya diaqnozu qoyulmuşdur. Xəstə süd vəzilərinin hipotrofiyasından daha öncə əməliyyat olunmuş. Sağ tərəfli kapsul kontraktına bağlı deformasiya olduğu üçün müraciət etmişdir. Xəstəyə 03.03.2018-ci il tarixində ETN altında implantın dəyişdirilməsi + sağ tərəfli kapsulektomiya icra edilmişdir. Əməliyyatdan sonrakı dövr kafidir Xəstə ambulator müşahidəyə buraxılaraq məsləhətlər verilmişdir. İş materiallarında olan 28.02.2018-ci il tarixli, A00242121 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən “X16” Mərkəzinin hesabına 160 manat ödəniş edilmişdir. İş materiallarında olan 03.03.2018-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı tərəfindən “X16” Mərkəzinin hesabına 2880 manat ödəniş edilmişdir. İş materiallarında olan 28.02.2018-ci il tarixli Süd Vəzi USM surətindən görünür ki, Müayinə yüksək frekanslı və rezolyusiyalı (linear) probla aparıldı: Hər iki süd vəzisində dəri, dərialtı və retromammar yumşaq toxumaların görüntüsü normaldır. Piy toxuması miqdarı normal sərhəd kərdədir. Hər iki süd vəzisində exo fərqi göstərən, vəzidə yer alan patologiya izlənilmədi. Solid və ya kistoz törəmə qeyd olunmadı. Hər iki süd vəzi yatağına yerləşdirilmiş normal konfiqurasiyada (oval və ya "damla” şəkilli) izlənilməyən, ətrafında sağda ən geniş yerində qalınlığı 16 mm solda isə 10 mm ölçüdə izoexoik solid sahə əhatə etməkdədir. Sol tərəfdə implant içərisində septa qeyd edilir. Sağ süd vəzi toxuması saat 10 hizasına doğru yerdəyişmişdir. Sağda təxmini 220 ml, solda isə 200 ml implant izlənilir. Xəstənin implant perforasiyası yönündən kliniki dəyərləndirilməsi məsləhət görülür. Bilateral aksillar və aksillar “quyruq*’ nahiyələrində patoloji limfa düyünü izlənilmədi. İş materiallarında olan 15.09.2014-cü il tarixli Əməliyyatönü epikrizin surətindən görünür ki, Xəstə klinikaya süd vəzisi nahiyyəsinin ölçüsü və formasının, bədən ölçüsünün və formasının estetik baxımından onu qane etməməsi, cinsi əlaqə zamanı uşaqlıq yolunda diskomfort şikayətləri ilə daxil otmuşdur. Aparılan kliniki və instrumentel müayinələr nəticəsində "Mikromastiya, qarnın ön divarının dərisinin sallanması,uşaqlıq yolunun doğuşdan sonrakı genişlənməsi" diaqnozu qoyulmuşdur. ETN altında "Süd vəzilərinə implantın yerləşdirilməsi, Abdominoplastika, Kolporafiya" əməliyyatı planlaşdırılır. Əməlliyyata əks göstəriş yoxdur,xəstə yaxınlarının razılığı alınmışdır. Müalicə həkimi: Nazim Durak İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X13 1151 nömrəli, 30.04.2021-ci il tarixli ekspertiza rəyindən görünür ki, 1988-ci il təvəllüdlü, X3 adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. “X11$ı”nda Fərəh Abdullayevdnıoadına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 15.09.2014-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Mikromastiya. Qarnın ön divarının dərisinin sallanması. Uşaqlıq yolunun doğuşdan sonrakı genişlənməsi” diaqnozu düzgün təyin edilmişdir, təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə xəstənin üzərində “Süd vəzilərinə implantın yerləşdirilməsi, abdominoplastika və kolporafiya” cərrahiyyə əməliyyatları icra edilmişdir. 3.4.6. “X16”da İddiaçı adına tərtib edilmiş tibbi sənəddən görünür ki, o, 03.03.2018-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Süd vəzi hipotrofiyası post operativ deformasiya” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “İmplantın dəyişdirilməsi, sağ tərəfli kapsulektomiya” əməliyyatı icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda süd vəzilərinin qismən assimetrik olduğu, süd vəzində silikon implantların palpator olaraq dəyişikliyə uğradığı, sağ süd vəzində icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonrakı kontrakturanın hesabına əmələ gəldiyi və bunun nəticəsində implant konturunun kəskin hiss olunduğu müəyyən edilmişdir. Qeyd olunan assimetriyaya səbəb onurğada deformasiya və ya icra edilmiş ilkin cərrahiyyə əməliyyatından sonrakı kontraktura ola bilər. Təkrar cərrahiyyə əməliyyatı ilə assimmetriya aradan qaldırıla bilər. 5. Tərtib edilmiş tibbi sənədlərdə İddiaçı üzərində icra edilmiş ilkin cərrahiyyə əməliyyatı zamanı süd vəzilərinə yerləşdirilən implantın hansı ölkə istehsalı olduğu haqqında hər hansı bir qeydiyyat aparılmamışdır. Beləliklə müəyyən edildi ki, İddiaçı 15.09.2014-cü il tarixində süd vəzilərinin kiçik olması, qarının sallanması, uşaqlıq yolunda genişlənmənin olması şikayətlərinə görə “X7” MMC-yə müraciət etmişdir. Aparılmış müayinə nəticəsində “Mikromastiya. Qarının ön divarının dərisinin sallanması. Uşaqlıq yolunun doğuşdan sonrakı genişlənməsi” diaqnozu qoyulmuşdur. “X7” MMC-nin həkimi Nazim Durak tərəfindən iddiaçının üzərində “Süd vəzilərinə implantın yerləşdirilməsi. Abdominoplastika. Kolporafiya” əməliyyatları icra olunmuşdur. İddiaçı bu əməliyyatdan narazı qalmışdır. Bu səbəbdən də ikinci dəfə “X16” Mərkəzində xəstəyə süd vəzi hipotrofiyası post operativ deformasiya diaqnozu qoyulmuşdur. Bundan sonra İddiaçı üzərində 03.03.2018-ci il tarixində ETN altında implantın dəyişdirilməsi + sağ tərəfli kapsulektomiya əməliyyatı icra edilmişdir. İddiaçı hazırda cavabdeh klinikada aparılmış əməliyyat nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini bildirir, iddia ərizəsində sadaladığı əsaslara görə həmin məbləğin ona ödənilməsini xahiş edir. Məhkəmə qеyd еdir ki, iddiа tələbinin qаnuni əsаsını mülki qаnunvеriciliyin mülki hüquq pоzuntusu ilə bаğlı müddəаlаrı təşkil еdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar təqdim edilmiş sübutlarla tam olaraq sübuta yetmiş, “X7” MMC-də həkim Nazim Durak tərəfindən aparılan əməliyyat nəticəsində iddiaçının sağlamlığına zərər vurulmuşdur. Məhkəmə bu nəticəyə gələrkən qeyd etməyi zəruri hesab edir ki, bu halın aparılmış qüsurlu cərrahiyyə əməliyyatının nəticəsində yaranması mümkündür. Odur ki, iddiaçıya dəyən maddi və mənəvi zərər cavabdeh “X7” MMC-dən tutulmalıdır. Daha sonra işəgötürən reqres qaydada zərəri işçidən tələb edə bilər. Məhkəmə İddiaçı adına tərtib edilmiş 1151 nömrəli, 30.04.2021-ci il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edib hesab edir ki, iddia tələbi dəymiş ziyanın tutulması hissəsində qismən əsaslıdır və cavabdeh “X7” MMC-dən iddiaçının xeyrinə 3133 manat məbləğində pul tutulmalıdır. (iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri) Bundan başqa iddiaçı deliktlərin nəticəsi olaraq keçirdiyi mənəvi zərərə görə 20 000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MülkiMəcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, cavabdeh “X7” MMC-dən mənəvi ziyana görə 1000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hazırkı iddianın qaldırılması ilə əlaqədar cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X7” MMC-dən maddi zərərə görə 3133 manat və mənəvi zərər görə 1000 manat məbləğində pul vəsaiti İddiaçınun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh “X7” MMC-dən 30 manat məbləğində pul tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar