Məhkəmə qərarları › İş №e-2(005)-85/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-85/2023

24.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-85/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağ massivində 8 ha torpaq sahəsində yerləşən 249,4 kv.m qeyri-yaşayış binasına dair Cavabdeh2 verilmiş xx.xx.2014-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2014-cü il tarixli, AN-İN ******* nömrəli alqı-satqı müqaviləsi və Cavabdeh3 verilmiş xx.xx.2014-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, qeyd edilən qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin boşaldılaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsinin Cavabdeh3 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 18 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağ massivində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh2 qeyri-qanuni olaraq 8 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində yerləşən 249,4 kv.m qeyri-yaşayış binasına dair Cavabdeh2 Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixli, ******* nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra Cavabdeh2 qeyd edilən əmlak üzərində mülkiyyət hüququna dair xx.xx.2014-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və Cavabdeh2 həmin əmlakı xx.xx.2014-cü il tarixli, AN-İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Cavabdeh3 qeyd olunan əmlak üzərində mülkiyyət hüququna dair xx.xx.2014-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sabunçu bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 18 nömrəli sərəncamı ilə Cavabdeh2 ayrılmış 8 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli, 29/771 nömrəli qərarı ilə X1 işçilərinin istirahət bazasının tikintisi məqsədi ilə ayrılmış 84145,28 kv.m. torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Bələdiyyənin xx.xx.2000-ci il tarixli, 18 nömrəli sərəncamı qanunsuz olduğundan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən həmin qərarın etibarsız sayılması ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmış və həmin iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməklə bələdiyyənin qərarı etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Beləliklə, qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətində olması, bələdiyyə tərəfindən həmin torpaq sahəsinin Cavabdeh2 ayrılmasının qanunsuz olması qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X2 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldırılaraq, Cavabdeh2 verilmiş xx.xx.2001-ci il tarixli, ******* nömrəli qeydiyyat vəsiqəsinin, xx.xx.2014-cü il tarixli, AN-İN ******* nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh3 verilmiş xx.xx.2014-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi xahiş edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-705/2017 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-22/2020 nömrəli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi “Cavabdeh2 verilmiş xx.xx.2001-ci il tarixli, ******* nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə icraata xitam verilmişdir. Bunun səbəbi kimi, məhkəmə müvafiq tələblə inzibati məhkəməyə müraciət olunmalı olduğunu qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-22/2020 nömrəli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi “xx.xx.2014-cü il tarixli, AN-İN ******* nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh3 verilmiş xx.xx.2014-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia bu hissədə rədd edilmişdir. Bunun səbəbi kimi məhkəmə qeyd etmişdir ki, Maraqlı şəxs başçısının xx.xx.2000-ci il tarixli, 510 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağ massivində tikilmiş tikililərin vətəndaş Cavabdeh2 adına hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Lakin iddiaçı tikintilərə mülkiyyət hüququnun verilməsinə əsas olmuş inzibati akt olan Maraqlı şəxs başçısının xx.xx.2000-ci il tarixli, 510 nömrəli sərəncamını mübahisələndirməmişdir və bu səbəbdən iddia tələbinə qiymət verilməsi mümkün deyildir. Qeyd edilən səbəbdən iddianı rədd etmişdir. Bununla əlaqədar olaraq, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2021ci il tarixli, **********94 nömrəli məktubla Bakı şəhəri Maraqlı şəxsnə müraciət olunaraq Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağ massivində tikilmiş tikililərin vətəndaş Cavabdeh2 adına hüquqi qeydiyyata alınmasına icazə verilməsinə dair xx.xx.2000-ci il tarixli, 510 nömrəli sərəncamın ləğv edilməsi xahiş olunmuşdur. Maraqlı şəxs Xidmətin müraciətinə xx.xx.2022-ci il tarixli, 1/2528 nömrəli məktubla cavab verərək, belə bir sərəncam mövcud olmadığından onun ləğv edilməsinin mümkün olmadığını bildirmişdir. Eyni zamanda, Maraqlı şəxs sorğusuna cavab olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA-06131-2021 nömrəli məktubunda Maraqlı şəxs 510 nömrəli sərəncamının tarixinin xx.xx.2000-ci il deyil, xx.xx.2000-ci il olduğu və həmin sərəncamın da tamamilə başqa bir məsələ ilə (X3 Zabrat qəsəbəsi, Vidadi küçəsində torpaq sahəsinin ayrılması) əlaqədar olduğu qeyd edilmişdir. Beləliklə, aparılmış araşdırmalar zamanı Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağ massivində tikilmiş tikililərin vətəndaş Cavabdeh2 adına hüquqi qeydiyyata alınmasına icazə verilməsinə dair Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2000-ci il tarixli, 510 nömrəli sərəncamın verilmədiyi müəyyən olunmuşdur. Maraqlı şəxs tərəfindən tikililərin vətəndaş Cavabdeh2 adına hüquqi qeydiyyata alınmasına icazə verilməsinə dair sərəncamın verilmədiyini (bununla da əvvəlki məhkəmə araşdırmaları zamanı istinad olunan xx.xx.2000-ci il tarixli, 510 nömrəli sərəncamın qeyri-mötəbər bir sənəd olduğu müəyyən olur), həmçinin Sabunçu bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 18 nömrəli sərəncamının yuxarıda qeyd edilən məhkəmə qərarı ilə artıq etibarsız hesab edildiyini nəzərə alaraq Cavabdeh2 verilmiş xx.xx.2014-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Cavabdeh2lə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, AN-İN ******* nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh3 verilmiş xx.xx.2014-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın da hüquqi əsası yoxdur və bu səbəbdən həmin sənədlər etibarsız hesab edilməlidir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 Sədrəddin qızı məhkəməyə ərizə ilə müraciət edərək, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə uyğun olaraq mülki işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və başqalarına (indiki cavabdehlərə) qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağ massivində 8 ha torpaq sahəsində yerləşən 249,4 kv.m qeyri yaşayış binasına dair Cavabdeh2 adına verilmiş xx.xx.2001-ci il tarixli MN seriyalı 120342 saylı Qeydiyyat Vəsiqəsinin; Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İN ******* nömrəli alqı-satqı müqaviləsi və Cavabdeh3 verilmiş xx.xx.2014-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə” dair iddia ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-705/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə yuxarıda qeyd edilən iddia rədd edilmişdir. Bundan sonra mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-22/2020 saylı xx.xx.2020-ci il tarixli Qərardadı ilə Bakı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-705/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi qismən (hissəvi) olaraq ləğv edilmiş; iddianın “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağ massivində 8 ha torpaq sahəsində yerləşən 249,4 kv.m qeyri yaşayış binasına dair Cavabdeh2 adına verilmiş xx.xx.2001-ci il tarixli MN seriyalı 120342 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi” hissəsində iddiaya baxılması mümkünsüz olduğu üçün icraata xitam verilmişdir, iddiaçıya həmin hissə ilə bağlı inzibati məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməmiş, qanuni qüvvəsini almışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 22/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə iddianın “Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AN-İN ******* nömrəli alqı-satqı müqaviləsi və Cavabdeh3 verilmiş xx.xx.2014-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə” dair hissəsi təmin edilməmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddianın predmetləri ilə bağlı icraata xitam verilməsinə dair qərardad və iddianın rədd edilməsinə dair qətnamə mövcuddur. MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və iştirak etməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini və iş üzrə icraata xitam verilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, iddia ərizəsi və mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməlidir. Mülki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-705/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 qarşı qeydiyyat vəsiqələrinin, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-22/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-705/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi iddia tələbinin “Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2001-ci il tarixli, 120342 №-li qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi”nin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-22/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-705/2017 saylı qətnaməsi ləğv edilmiş, mübahisələndirilən hissədə yeni qətnamə çıxarılaraq, iddianın Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014cü il tarixli, AN-İN ******* nömrəli alqı-satqı müqaviləsi və Cavabdeh3 verilmiş xx.xx.2014cü il tarixli, RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi eyni iddia tələbi ilə 2017-ci ildə məhkəməyə müraciət etmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsi barədə qərardad və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat inzibati akta əsaslandığından Cavabdeh2 adına verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2001-ci il tarixli, 120342 №-li qeydiyyat vəsiqəsi inzibati icraat qaydasında mübahisələndirilməlidir. İddianın təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi Cavabdeh2 mülkiyyətini təsdiq edən çıxarış əsasında aparılmışdır. Həmin çıxarışın, yəni yuxarıda qeyd edilən qeydiyyat vəsiqəsinin etibarsızlığına mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmədə baxılmalıdır. Həmçinin məhkəmə hesab etmişdir ki, iddianın faktiki əsası kimi istinad olunan və inzibati akt olan Maraqlı şəxs Başçısının 13 iyul 2000-ci il tarixli, 510 saylı sərəncamının qanuna uyğun olub-olmamasına iddiaçının inzibati məhkəməyə müraciət etməsinin nəticəsindən asılı olaraq qiymət vermək olar. Məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə iddia tələbinə qiymət vermək mümkün olmadığından iddia təmin edilə bilməz. Hazırki iş üzrə iddiaçı isə eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmçinin iddia ərizəsində qeyd etmişdir ki, aparılmış araşdırmalar zamanı Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağ massivində tikilmiş tikililərin vətəndaş Cavabdeh2 adına hüquqi qeydiyyata alınmasına icazə verilməsinə dair Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2000-ci il tarixli, 510 nömrəli sərəncamın verilmədiyi müəyyən olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilərkən yalnız sərəncamın inzibati qaydada mübahisələndirilməməsinə deyil, qətnamənin məzmunundan göründüyü kimi həmçinin Cavabdeh2 adına verilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2001-ci il tarixli, 120342 nömrəli qeydiyyat vəsiqəsinin inzibati icraat qaydasında mübahisələndirilməməsinə istinad etmişdir. İddiaçı isə həmin qeydiyyat vəsiqəsini, yəni Cavabdeh2 adına verilmiş çıxarışı inzibati qaydada mübahisələndirmədən yenidən eyni iddianı vermişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbi eyni tərəflər arasında, eyni predmet barəsində eyni əsaslarla yuxarıda sadalanan məhkəmə araşdırmasının predmeti olmuş, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul olunmuşdur. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli Fərmanı ilə əvvəlki iş üzrə iddiaçı - Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi ləğv edilmiş və onun funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcud olduğundan mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin və çıxarışların etibarsız hesab edilməsi və sair tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar