Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-863/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 296,40 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğinin, 30,40 manat dövlət rüsumunun, ümumilikdə 326,80 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Kia Soul” markalı, **- MK-*** dövlət nömrə nişanlı avtomobil Nərimanov rayonu, Təbriz küçəsi ilə A.Nemətulla küçəsi kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsində manevretmə qaydasını pozaraq, nəticədə “Hyundai” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Nərimanov rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli qərarla “Kia Soul” markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisəsi nəticəsində “Hyundai” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 296.40 manat məbləğində maddi zərər dəymişdir. Sığorta şəhadətnaməsinə və xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 296.40 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Kia Soul” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə kiçik iddia ərizəsini və ona əlavə edilmiş sübutları araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktının surətindən görünür ki, PME********** nömrəli sığorta şəhadətnaməsinə əsasən sığorta edilmiş “KİA SOUL” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə A.Nemətulla küçəsi kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Sənaye Sığorta ASC tərəfindən sığortalanmış “Hyundai Accent” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 296,4 manat məbləğində zərər vurmuşdur; - İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “KİA SOUL” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta ASC tərəfindən sığortalı X4 xeyrinə icbari qaydada sığortalanmışdır; - "xxxx" MMC-nin qüsur aktından görünür ki, “Hyundai Accent” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 296,4 manat məbləğində zərər dəymişdir; - M0025/21 saylı avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinin və ona əlavə 1 saylı cədvəlin surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-nin xeyrinə “Hyundai Accent” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil, sığorta məbləği 24900 manat olmaqla sığorta edilmişdir; - Azərbaycan Sənaye Sığortanın "xxxx" ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, cəmiyyət tərəfindən sığortalanmış “Kia Soul minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı “Azərbaycan Sənaye Sığorta" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, MCL-296/21 №-li sığorta ödənişinə dair akt və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli, 03122021-9300-598 saylı ödəniş tapşırığı əsasında ödənilmiş 296,40 manat pulun subroqasiya qaydasında "xxxx" ASC tərəfindən ödənilməsi tələb edilmişdir; - Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Sənaye Sığorta ASC-nin hesabına sığorta ödənişi olaraq 296,4 manat məbləğində pul köçürülmüşdür; - Azərbaycan Sənaye Sığortanın "xxxx" ASC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, "xxxx" ASC zərərin qiymətləndirilməsi prosesində iştirak etmək üçün dəvət edilmişdir; - MCİ-296/21 saylı sığorta ödənişi aktının və elektron qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişinin məbləği 296.4 manat məbləğində müəyyən edilərək ödənilmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)980/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh AR İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır; - Cavabdeh Bakı şəhər BPİ-in DYPİ-də verdiyi izahatın surətindən görünür ki, “Hyundai” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdan keçən piyadaya yol vermək üçün əyləcə basmış, o da saxlaya bilməyib arxa sağ tərəfdən avtomobilə zərər yetirmişdir; - AD seriyalı 150106 nömrəli nəqliyyat vasitəsnini qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Soul minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r; - AD seriyalı 988304 nömrəli nəqliyyat vasitəsnini qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir; - AB seriyalı 447342 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 vəsiqəsi xx.xx.2012-ci il tarixdə verilmiş, xx.xx.2022-ci il tarixədək qüvvədədir; - 3267 nömrəli, xx.xx.2021-cü il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən X3 nəqliyyat vasitəsini Respublika ərazisində idarə etmək hüququ verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh icbari qaydada "xxxx" ASC tərəfindən sığortalanmış “Kia Soul minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq "xxxx" ASC tərəfindən sığortalanmış “Hyundai Accent” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı maşını vurmuş, hadisə baş verən zaman sürücü Cavabdeh avtomobili idarə etmək hüququ olmamış, bu barədə inzibati tənbeh tətbiq edilməsi haqda protokol tərtib olunmuşdur. Vurulmuş zərərin məbləği 296,4 manat müəyyən edilmişdir. Sığorta aktına əsasən icbari sığortaçı tərəfindən dəymiş zərər ödənilərək icbari sığorta ödənişi həyata keçirilmiş, yəni iddiaçı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə müvafiq sığorta ödənişi ödənilmişdir. Hazırda isə sığortaçı sığorta aktına əsasən ödədiyi 296,40 manat məbləğində pulun subroqasiya qaydasında avtomobili idarə etməək hüququ olmayan cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 936-cı maddəsinin məzmununa uyğun olaraq subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yəni subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, həmçinin subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərəvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yarana bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmişdir. Lakin əmlak icbari sığorta növü ilə sığortalandığından, yalnız qanunda nəzərdə tutulmuş xüsusi hallarda sığorta ödənişi subroqasiya qaydasında zərər vuran şəxsdən tələb edilə bilər. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 13.1 və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə uyğun olaraq, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, sığorta hadisəsi hesab edilən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri müəyyən edilmiş Cavabdeh icbari qaydada sığortalanmış “Kia Soul minik” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq “Hyundai Accent” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirmiş, yolnəqliyyat hadisəsi baş verərkən Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, sığorta aktına əsasən iddiaçı "xxxx" ASC tərəfindən zərər dəymiş avtomobilin sığortaçısı "xxxx" ASC-yə 296,40 manat sığorta ödənişi ödənilmişdir. Cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmişdir. Bu səbəbdən iddiaçının icbari sığorta növündə sığortalanmış avtomobilə görə ödədiyi sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etmək hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişinə görə 296,4 manat və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 30,40 manat olmaqla, cəmi 326,8 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 296,4 manat, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 30,40 manat olmaqla, cəmi 326,8 (üç yüz iyirmi altı manat, səksən qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-863/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-863/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver