Məhkəmə qərarları › İş №e-2(005)-95/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-95/2024

18.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-95/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı1, Birləşdirilmiş iş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 və onun nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı1 Cavabdeh MTK və qeyrilərinə qarşı (X26 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və s. tələbi, birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdehlər Cavabdeh MTK, İddiaçı1, X38 və X10 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələbi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X20 cavabdehlər Cavabdeh MTK, X38 və X10 qarşı müqavilənin etibarsız hesab edilməsi və s. barədə iddia tələblərinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 200 kv.m. olan mənzilə mülkiyyət hüququnun tanınması və mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh qismində Cavabdeh MTK, X21 və X38 cəlb edilməklə, X21 ilə Cavabdeh MTK arasında ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 150 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair bağlanmış 20 noyabr 2019-cu il tarixli müqavilənin və X38 ilə Cavabdeh MTK arasında ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-2-ci mərtəbəsində yerləşən, sahəsi 100+100 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli müqavilənin ona aid hissədə etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində, X35 baxan hissədə, 2-ci və 5ci sütunlar arasında yerləşən, sahəsi 200,0 kv.m olan qeyri-yaşayış sahəsinə dair sahiblik, istifadə hüququnun tanınması və sözügedən sahənin yerində ölçülərək ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK-nın keçmiş sədri X36 arasında bağlanan 24 sentyabr 2021-ci il tarixli, 02 saylı müqaviləyə əsasəsən, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 200 kv.m olan qeyri yaşayış sahəsi “payçı” qismində ona təhvil verilmişdir. Onun tərəfindən qeyri-yaşayış sahəsinin pay dəyəri olaraq 400.000 manat tam şəkildə ödənilsə də, ona 200000 manat üçün ödəniş sənədi və müqavilə verilmişdir. Bu yaxınlarda həmin qeyriyaşayış sahəsinə gedən zaman pay dəyərini tam şəkildə ödədiyi həmin qeyri-yaşayış sahəsinin başqa şəxsə satıldığını öyrənmişdir. Bu barədə ona binanın komendantı məlumat verdikdən sonra MTK-nın rəsmisi Nofəl adlı şəxslə əlaqə saxlamış, sonuncu isə bildirmişdir ki, narahat olma, həll edəcək. Həmin yer başqasına satılmışdır. Buna baxmayaraq qeyri-yaşayış sahəsinin ona verilməsini və yaxud da ödədiyi 200.000 manat pay dəyərinin ona geri qaytarılmasını xahiş etdikdə, ona bu ödənişi 2-3 gün içərisində edəcəyini bildirmişdir. Əslində N.Hacıyev ondan 400000 manat alıb. Buna baxmayaraq o, rəsmiləşdirdiyi müqavilədə 200000 manat yazmışdır. Cavabdeh MTK-nın sədri X36 tərəfindən 03 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-2-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsi alıcı qismində X2. 15 dekabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin binanın 1-ci blok, 1-2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi alıcı qismində X5. Həmçinin, həmin binanın 1-ci blok 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsi X36 tərəfindən 15 dekabr 2018-ci il tarixli müqavilə ilə X10, 15 dekabr 2018-ci il tarixli müqavilə ilə X12, 15 dekabr 2018-ci il tarixli müqavilə ilə X4. Alqı-satqı müqavilələrindən açıq-aşkar surətdə görünür ki, MTK-nın rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində ona, həmçinin digər şəxslərə külli miqdarda ziyan vurulmuşdur. Ondan əvvəl həmin mənzillə bağlı alqı-satqı edən şəxslər də MTK-nın rəhbərliyini həyata keçirən Hacıyev Nofəllə müqaviləni imzalamış olsalar da, həmin şəxslərin alqı-satqı müqavilələri etibarsızdır. Belə ki, həmin şəxslərlə bağlanan müqavilələrə MTK-nın adından Nofəl Hacıyevin imza atmaq sələhiyyəti olmamışdır. 2019-cu ilin noyabr ayınadək olan müqavilələri Nofəl Hacıyev ona X16 (Cavabdeh MTK-nın yox) verdiyi etibarnamə üzrə imza atmışdır. 20 Noyabr 2019-cu il tarixindən Cavabdeh MTK tərəfindən Nofəl Hacıyevə etibarnamə verilmişdir ki, həmin tarixdən sonra hazırkı iddianın predmeti olan mənzillə bağlı yalnız onunla müqavilə bağlanmışdır. Bundan başqa, N.X8 və X23 borc pul almışdır. Lakin tikintiyə yeni başladığı və ilkin sərmayə qoyuluşu üçün pula ehtiyacı olduğundan onlara olan borcunu ödəmək imkanı mövcud deyildi. Buna görə onların alacağı pulun təminatı olaraq onlarla qeyri-yaşayış sahəsinin alqı-satqısına dair görüntü üçün müqavilələr bağlamalı olmuşdur. Həmin müqavilələrə əsasən 25 noyabr 2019-cu il tarixli müqavilə ilə X12 guya hər 1 m2 1500 manat olmaqla, 15 dekabr 2018-ci il tarixli müqavilə ilə X31 hər 1 m2 3000 manat olmaqla və tam dəyərini əvvəlcədən ödəməklə sözügedən binanın müvafiq olaraq 1-ci blok 2-ci mərtəbəsində və 1-ci blok 1-2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsi satılmış, bu barədə onların adına maliyyə arayışları tərtib edilərək verilmişdir. Həmin sənədlərdə göstərilməsinə baxmayaraq X21 və X38 tərəfindən Cavabdeh MTK-nın kassasına, yaxud da N.Hacıyevə şəxsən heç bir məbləğ ödənilməmişdir. Onların adına saxta müqavilə, protokol və maliyyə arayışı yuxarıda qeyd olunan qaydada sənədləşdirilmişdir. Yuxarıda qeyd olunan faktlardan açıq-aşkar surətdə görünür ki, X21 və X38 ilə Cavabdeh MTK arasında bağlanan 15 dekabr 2018-ci il tarixli və 25 noyabr 2019-cu il tarixli müqavilələrdə nəzərdə tutulan əvəz onlar tərəfindən ödənilməmiş, müqavilələr sadəcə müəyyən faktı pərdələmək üçün bağlanmışdır. Belə olduğu halda sözügedən müqavilələrin hüquqi nəticə yaratmasından söhbət gedə bilməz və buna əsasən də onlar etibarsız hesab olunmalıdır. X7 Rahim Ələkbər oğluna, Cavabdeh MTK-ya, X31 və X10 qarşı müstəqil tələb irəli sürərək, Cavabdeh MTK ilə İddiaçı1 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 200 kv.m olan qeyriyaşayış sahəsinə dair bağlanmış 24 sentyabr 2021-ci il tarixli müqavilənin X12 aid hissədə, Cavabdeh MTK ilə X38 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-2-ci mərtəbəsində yerləşən, sahəsi 100+100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli müqavilənin X12 aid hissədə, Cavabdeh MTK ilə X13 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, - mərtəbəsində yerləşən, sahəsi 480 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli müqavilənin X12 aid hissədə etibarsız hesab edilməsi, X11 ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci və 2-ci mərtəbələrində Z.Bünyadov prospektindən baxanda sağ tərəfdə yerləşən, sahələri 150 kv.m+150 kv.m olan, cəmi 300 kv.m qeyri-yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, X21 Cavabdeh MTK ilə aralarında bağlanmış 15 dekabr 2018-ci il tarixli və 25 noyabr 2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən ünvan 1 ünvanında yerləşən 1 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1 və 2-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 150 kv.m olan, cəmi 300 kv.m qeyri-yaşayış sahəsini 1-ci mərtəbənin hər 1 kv.metrinə 2000 manat, 2-ci mərtəbənin hər bir kv.metrinə 1500 manat ödəməklə almışdır. Qeyd olunan qeyri-yaşayış sahələrinin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışları vardır. Müqavilə bağlanan tarixdən qeyri-yaşayış sahəsi faktiki olaraq onun sahiblik və istifadəsindədir. Sonradan məlum olmuşdur ki, ona məxsus olan qeyri-yaşayış sahəsi təkrarən digər şəxslərə satılmışdır. Bu səbəbdən də hazırda Cavabdeh MTK-nın vəzifəli şəxsləri barəsində ibtidai istintaq gedir. Qeyd edilən MTK-da olan mənzillər də eyni zamanda bir neçə şəxsə satılmışdır. ünvan 1 ünvanında yerləşən 1 bloklu çoxmərtəbəli Z.Bünyadov prospektindən baxanda sağ tərəfdə yerləşən cəmi 300 kv.m qeyri-yaşayış sahəsi X1 və istifadəsində olmaqla bu günə qədər hər hansı digər şəxs oraya gəlməmiş, ona qarşı qarşı hər hansı tələb irəli sürməmiş, qeyri-yaşayış sahəsinin ona aid olduğunu bildirməmişdir. Ona məxsus olan sahə arakəsmə divarları ilə digər şəxslərin sahəsindən ayrılmışdır. Hazırki iddia tələbindən məhkəmədən ona sms bildiriş daxil olduqdan sonra məlumatlı olmuşdur. X11 ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci və 2-ci mərtəbələrində Z.Bünyadov prospektindən baxanda sağ tərəfdə yerləşən sahələri 150 kv.m + 150 kv.m olan, cəmi 300 kv.m qeyri-yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması və digər cavabdehlərin müqavilələrinin üçüncü şəxsə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə tədqiq olunmuş sübutlarla mübahisəsiz şəkildə müəyyən olunur ki, cavabdeh MTKnın ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci və 2-ci mərtəbələrində Z.Bünyadov prospektindən baxanda sağ tərəfdə yerləşən sahələri 150 kv.m + 150 kv.m olan, cəmi 300 kv.m qeyri-yaşayış sahələrinə dair üç ədəd ayrı-ayrı müqavilə bağlanmış, hər üç müqavilə əvəzli olmuş və hər üç müqaviləyə görə əvəz ödənilmişdir. Belə olan halda işin halları ilə müəyyən olunur ki, MTK ilkin olaraq iddiaçı X21 həmin qeyri-yaşayış sahəsinə dair müqavilə bağlandığından və iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin (əvəzi) dəyəri MTK-ya ödənildiyindən, MM-in istinad olunan 178.8ci maddəsinin tələbləri baxımından X21 həmin qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ əldə etmişdir. Həmin tarixdən sonra həmin qeyri-yaşayış sahəsinə dair MTK hər hansı sərəncam verə bilməzdi, o cümlədən də başqa şəxslərlə həmin sahəyə dair alqı-satqı müqavilələri bağlaya bilməzdi. X32 da Cavabdeh MTK-ya, X31 və X10 qarşı müstəqil tələblər irəli sürərək, Cavabdeh MTK ilə X38 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 100 + 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli müqavilənin X22 aid hissədə, Cavabdeh MTK ilə X13 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, - mərtəbəsində yerləşən, sahəsi 480 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli müqavilənin X22 aid hissədə etibarsız hesab edilməsi, X19 ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində Z.Bünyadov prospektindən baxanda sol tərəfdə yerləşən, sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X32 müstəqil tələbini onunla əsaslandırmışdır ki, X32 Cavabdeh MTK ilə aralarında bağlanmış 03 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 1 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 1-ci mərtəbəsində yerləşən sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsini hər 1 kv.metrinə 2500 manat ödəməklə almışdır. Qeyd olunan qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı vardır. Müqavilə bağlanan tarixdən qeyri-yaşayış sahəsi faktiki olaraq onun sahiblik və istifadəsindədir. Sonradan məlum olmuşdur ki, ona məxsus olan qeyri-yaşayış sahəsi təkrarən digər şəxslərə satılmışdır. Bu səbəbdən də, “Təbriz" MTK-nın vəzifəli şəxsləri barəsində ibtidai istintaq gedir. Qeyd edilən MTK-da olan mənzillər də eyni zamanda bir neçə şəxsə satılmışdır. ünvan 1 ünvanında yerləşən 1 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən sahəsi 150 kv.m olan, Z.Bünyadov prospektindən baxanda sol tərəfdə yerləşən 150 kv.m qeyri-yaşayış sahəsi X6 və istifadəsində olmaqla bu günə qədər hər hansı digər şəxs oraya gəlməmiş, ona qarşı qarşı hər hansı tələb irəli sürməmiş, qeyri-yaşayış sahəsinin ona aid olduğunu bildirməmişdir. Ona məxsus olan sahə arakəsmə divarları ilə digər şəxslərin sahəsindən ayrılmışdır. Hazırki iddia tələbindən məhkəmədən ona sms bildiriş daxil olduqdan sonra məlumatlı olmuşdur. X19 ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində Z.Bünyadov prospektindən baxanda sol tərəfdə yerləşən sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması və digər cavabdehlərin müqavilələrinin üçüncü şəxsə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə təqiq olunmuş sübutlarla mübahisəsiz şəkildə müəyyən olunur ki, cavabdeh MTK-nın ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində Z.Bünyadov prospektindən baxanda sol tərəfdə yerləşən sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsinə dair iki ədəd ayrı-ayrı müqavilə bağlanmış, hər iki müqavilə əvəzli olmuş və hər iki müqaviləyə görə əvəz ödənilmişdir. Belə olan halda işin halları ilə müəyyən olunur ki, MTK ilkin olaraq iddiaçı X33 ilə həmin qeyri-yaşayış sahəsinə dair müqavilə bağladığından və iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin (əvəzi) dəyəri MTK-ya ödənildiyindən, MM-in istinad olunan 178.8-ci maddəsinin tələbləri baxımından X33 həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Daha sonra, X11 və X19 nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MTK ilə İddiaçı1 arasında ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 24 sentyabr 2021-ci il tarixli müqavilənin X12 aid hissədə, Cavabdeh MTK ilə X38 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-2-ci mərtəbəsində yerləşən, sahəsi 100+100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli müqavilənin, Cavabdeh MTK ilə X13 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, - mərtəbəsində yerləşən, sahəsi 480 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli müqavilənin, Cavabdeh MTK ilə X24 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 300 kv.m olan və 1-ci blok 2-ci mərtəbəsində yerləşən sahəsi 480 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli və 19 may 2018-ci il tarixli müqavilələrin X12 aid hissədə etibarsız hesab edilməsi; X11 ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci və 2-ci mərtəbələrində Z.Bünyadov prospektindən baxanda sağ tərəfdə yerləşən sahələri 150 kv.m+150 kv.m olan, cəmi 300 kv.m qeyri-yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması; Cavabdeh MTK ilə X24 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, sahəsi 300 kv.m olan və 1-ci blok 2-ci mərtəbəsində yerləşən sahəsi 480 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli və 19 may 2018-ci il tarixli müqavilələrin X22 aid hissədə etibarsız hesab edilməsi; X19 ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində Z.Bünyadov prospektindən baxanda sol tərəfdə yerləşən sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X24 Cavabdeh MTK-ya, İddiaçı1, X22, X12 və X10 qarşı iddia ərizəsi təqdim edərək, Cavabdeh MTK ilə İddiaçı1 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsindəki sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 24 sentyabr 2021-ci il tarixli müqavilənin X17 aid hissədə, Cavabdeh MTK ilə X38 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-2-ci mərtəbələrindəki sahəsi 100+100 kv.m olan qeyri-yaşayış sahələrinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli müqavilənin X17 aid hissədə, Cavabdeh MTK ilə X21 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci və 2-ci mərtəbələrində Z.Bünyadov prospektindən baxanda sağ tərəfdə yerləşən sahələri 150+150 kv.m olan qeyri-yaşayış sahələrinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli müqavilənin X17 aid hissədə, Cavabdeh MTK ilə X13 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsindəki sahəsi 544 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli müqavilənin X17 aid hissədə etibarsız hesab edilməsi və X14 ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsindəki sahəsi 300 kv.m olan, həmçinin eyni yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsindəki sahəsi 480 kv.m olan qeyri-yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X13 da İddiaçı1, X12, X25 və Cavabdeh MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi verərək, Cavabdeh MTK ilə İddiaçı1 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsindəki sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 24 sentyabr 2021-ci il tarixli müqavilənin X10 aid hissədə, Cavabdeh MTK ilə X38 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-2-ci mərtəbələrindəki sahəsi 100+100 kv.m olan qeyri-yaşayış sahələrinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli müqavilənin X10 aid hissədə, Cavabdeh MTK ilə X21 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci və 2-ci mərtəbələrində Z.Bünyadov prospektindən baxanda sağ tərəfdə yerləşən sahələri 150+150 kv.m olan qeyri-yaşayış sahələrinə dair bağlanmış 15 dekabr 2018-ci il tarixli müqavilənin X10 aid hissədə etibarsız hesab edilməsi və X9 ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsindəki sahəsi 544 kv.m olan qeyriyaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı2 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında tikilmiş binanın 1-ci mərtəbəsində ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı2 sahibliyinə və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında Kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. İddiaçı2 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli 115 nömrəli müqaviləyə əsasən satıcı ünvan 2 ünvanında tikdiyi binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsini alıcıya satmağı, alıcı isə həmin qeyri-yaşayış sahəsinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən İddiaçı2 verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, o, ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin ümumi dǝyǝri 550 000 manat olan pulu tam ödəmişdir, borcu yoxdur. İddiaçı qeyd olunan müqavilə üzrə qeyri-yaşayış sahəsinin dəyərini tam şəkildə ödəmişdir. Yəni bu müqavilə üzrə iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında icra etmişdir. Lakin Cavabdeh MTK ilə artıq bir neçə ildir ki, müqavilə bağlanmasına baxmayaraq həmin əmlak hələ də iddiaçının sahiblik və istifadəsinə verilmir. Cavabdeh tərəflə dəfələrlə əlaqə saxlayıb əmlakın təhvil verilməsi ilə bağlı müraciətlər etsə də, qarşı tərəf üzərinə düşən öhdəlikləri bu günə qədər yerinə yetirməmişdir. Yaranmış bu vəziyyət isə iddiaçının mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Həmçinin Cavabdeh MTK-ya müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi, daşınmaz əmlakların 1 həftə ərzində təhvil verilməsi ilə bağlı pretenziya məktubu da göndərilmişdir. Lakin cavabdeh tərəfindən daşınmaz əmlakların təhvil verilməsi ilə bağlı hər hansısa bir tədbir görülməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 iddia ərizəsi əsasında başlanılmış mülki iş (qeyri-yaşayış sahəsinin təhvil verilməsi hissəsində) İddiaçı1 iddiası əsasında başlanılmış mülki işlə bir icraatda birləşdirilmiş, xx.xx.2024-cü il tarixli qərardadına əsasən isə mülki işin müstəqil tələb irəli sürən üçüncü şəxs X17 və qarşılıqlı iddia üzrə iddiaçı X10 münasibətdə baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilk İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, X36 Cavabdeh MTK-nın faktiki direktoru vəzifəsini heç bir zaman icra etməmişdir. MTK-nın faktiki rəhbəri Nofəl Hacıyev olmuş, müqavilə bağlanan zaman o, iştirak etmiş və müqavilələrə yalnız o, imza çəkmişdir. Belə ki, Vəkil4 tərəfindən N.Hacıyevə 20 noyabr 2019-cu il tarixdə etibarnamə verilmiş və Cavabdeh MTK tərəfindən ona bir sıra səlahiyyətlər verilmişdir. Lakin N.Hacıyev 20 noyabr 2019-cu il tarixinə qədər olan müddətdə də müxtəlif şəxslərlə bağlanan alqı-satqı müqavilələrinə etibarnamə olmadan imza atmışdır. Bundan başqa, N.X3 və X28 adına qeyri-yaşayış sahəsinə dair saxta müqavilə, protokol və maliyyə arayışı sənədləşdirmişdir. Belə ki, N.Hacıyev onlardan borc pul almış, lakin borcunu ödəmək imkanı olmadığından həmin borcun təminatı olaraq onlarla görüntü üçün alqı-satqı müqavilələri bağlamışdır. Müqavilə və maliyyə arayışlarında göstərilməsinə baxmayaraq X21 və X38 tərəfindən Cavabdeh MTK-nın kassasına, yaxud da N.Hacıyevə şəxsən heç bir məbləğ ödənilməmiş, onlarla Cavabdeh MTK arasında bağlanan 15 dekabr 2018-ci il tarixli və 25 noyabr 2019cu il tarixli müqavilələr sadəcə müəyyən faktı pərdələmək üçün bağlanmışdır. Belə olduğu halda, sözügedən müqavilələrin hüquqi nəticə yaratmasından söhbət gedə bilməz və buna əsasən də onlar etibarsız hesab olunmalı, Cavabdeh MTK-nın tikdiyi binanın 1-ci blok, 2-ci mərtəbəsində, X35 baxan hissədə, 2-ci və 5-ci sütunlar arası yerləşən, sahəsi 200,0 kv.m olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş iş üzrə İddiaçı2 nümayəndəsi və vəkili Vəkil4 təmsil etdiyi şəxsin iddiasının məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmiş, izahatında həmçinin göstərmişdir ki, MTK ilə təmsil etdiyi şəxs arasındakı müqavilə 2015-ci ildə bağlanmışdır. Digər şəxslərlə bağlanmış müqavilələr isə sonrakı tarixlərə aiddir. Buna görə də iddiaları əsaslıdır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X19 və X11 nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, təmsil etdiyi şəxslər qeyri-yaşayış sahələrinin dəyərini ödəməklə almışlar. Bu faktı Nofəl Hacıyevin özü də cinayət işində etiraf etmişdir. Bundan başqa, həmin qeyri-yaşayış sahələri faktiki olaraq təmsil etdiyi şəxslərə təhvil verilmiş, onlar isə həmin qeyri-yaşayış sahələrinin ətrafını hördürmüşlər və aldıqları gündən də ora faktiki sahiblik edirlər. Məhkəmə iclasında iştirak edən X32 da eyni məzmunda izahat verərək, müstəqil tələbinin təmin olunmasını xahiş etmişdir. Digər proses iştirakçıları, Cavabdeh MTK-nın nümayəndəsi, X38, X13 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəlləyə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələblərinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı1 və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 02 saylı müqaviləyə əsasən, Cavabdeh MTK ünvan 1 ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 200 kv.m., bir kv.metr sahəsinin dəyəri 1000 manat olmaqla, ümumi dəyəri 200000 manat olan qeyri-yaşayış sahəsini İddiaçı1 verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın maliyyə arayışına əsasən, İddiaçı1 həmin qeyri-yaşayış sahəsinin pay dəyəri kimi 200000 manatı Cavabdeh MTK-ya ödəmişdir; - Cavabdeh MTK ilə İddiaçı2 arasında xx.xx.2015-ci il tarixində bağlanmış 115 saylı müqaviləyə görə adı çəkilən MTK ünvan 1 ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və sahəsi 220 kv.m. olan qeyri-yaşayış sahəsini alıcıya verməyi, alıcı isə müqavilə ilə müəyyən edilmiş qaydada sahənin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin bir kv.metr sahəsinin dəyəri 2500 manat olmaqla, ümumi dəyəri 550000 manat təşkil edir; Cavabdeh MTK-nın maliyyə arayışına görə isə, İddiaçı2 həmin qeyri-yaşayış sahəsinə görə 550000 manat ödəmişdir və MTK-ya borcu yoxdur; - Təbriz” MTK ilə X21 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 01 və 02 saylı müqavilələrə əsasən MTK, bəhs olunan binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsinin hər bir kv.metrinə görə 2000 manat olmaqla cəmi 300000 manat, 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi eyni olan (150 kv.m.) digər qeyri-yaşayış sahəsinin hər bir kv.metrinə görə isə 1500 manat olmaqla, cəmi 225000 manat ödəmək şərti ilə X12 verməyi, sonuncu isə həmin qeyri-yaşayış sahələrinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK-nın maliyyə arayışlarına əsasən X21 həmin binanın 1-ci blok, 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə görə MTK-ya 225000 manat, 1-ci blok 1-ci mərtəbəsində olan qeyri-yaşayış sahəsinə görə isə 300000 manat ödəmişdir və MTK-ya borcu yoxdur; - Cavabdeh MTK ilə X32 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04 saylı müqaviləyə görə MTK-nın ünvan 1 ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasının 1ci blok, 1-ci mərtəbəsində yerləşən və sahəsi 150 kv.m. olan qeyri-yaşayış sahəsinin bir kv.metri 2500 manat olmaqla, cəmi 375000 manat ödəmək şərti ilə X22 verilməsi razılaşdırılmışdır. Cavabdeh MTK-nın maliyyə arayışına əsasən X32 həmin binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə görə 375000 manat ödəmişdir və MTK-ya borcu yoxdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4834 saylı ekspert rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsi 551,1 kv.m təşkil edir. ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində, X35 baxan hissədə, 2-ci və 5-ci sütunlar arasında (“T” və “Q” oxları arasında) yerləşən sahə 200 kv.m təşkil edir. Həmin sahə çıxıldıqdan sonra qalan sahə (194 və 157,5) 351,5 kv.m təşkil edir. X11 faktiki istifadəsində olan, ətrafı hörgü ilə bağlanmış ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində Z.Bünyadov prospektindən baxanda sağ tərəfdə yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 157,5 kv.m təşkil edir. X11 faktiki istifadəsində olan, ətrafı hörgü ilə bağlanmış ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində Z.Bünyadov prospektindən baxanda sağ tərəfdə yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 157,5 kv.m təşkil edir. X20 faktiki istifadəsində olan, ətrafı hörgü ilə bağlanmış ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok 1-ci mərtəbəsində Z.Bünyadov prospektindən baxanda sol tərəfdə yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 104,6 kv.m təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MTK-nın ünvan 4 ünvanında inşa etdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokundakı eyni mənzil və qeyri-yaşayış sahələrinin iki və daha çox şəxsə təkrar satılması faktı üzrə MTK-nın faktiki rəhbəri X39 və kooperativin sədri X26 barəsində cinayət işi başlanılaraq onlara qarşı çoxsaylı ittihamlar irəli sürülmüşdür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1 və 2ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin hər mərtəbə üzrə ümumi sahəsi 551,1 kv.m təşkil edir. Həmin qeyri-yaşayış sahələrinin müxtəlif ölçüdə hissələrinə dair MTK ilə hazırkı mülki işin iştirakçıları arasında müqavilələr bağlanmış, onların adına həmin müqavilələr üzrə maliyyə arayışları təqdim edilmişdir. Hazırda iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər bu hala (qeyri-yaşayış sahələrinin iki və ya daha çox şəxsə satılmasının qanunsuz olduğuna) istinadən qeyriyaşayış sahələrinə dair digər şəxslərlə bağlanmış müqavilələrin tam və ya qismən (onlara aid hissələrdə) etibarsız hesab edilməsini və müvafiq müqavilə üzrə onlara satılan qeyriyaşayış sahələri üzərində sahiblik, istifadə hüquqlarının tanınması və təhvil verilməsini xahiş edirlər. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, xx.xx.2018-ci il tarixli, 01 və 02 saylı müqavilələrə əsasən ünvan 1 ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1 və 2-ci mərtəbələrində yerləşən hər birinin sahəsi 150 kv.m olan qeyri-yaşayış sahələri X12 və o cümlədən xx.xx.2019-cu il tarixli, 04 saylı müqaviləyə əsasən həmin binanın 1-ci blok, 1-ci mərtəbəsində yerləşən və sahəsi 150 kv.m. olan qeyri-yaşayış sahəsi X22 faktiki olaraq təhvil verilmiş və onlar həmin qeyri-yaşayış sahələrinin ətrafını hördürərək özlərinə aid sahələri digər sahələrdən təcrid etmişlər. Məhkəmə mülki işin obyektiv həlli üçün, ilk növbədə, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin “digər şəxslərlə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi” tələblərinə münasibət bildirməyi məqsədə uyğun hesab edərək qeyd edir ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcəyi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Belə hallarda borclu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Bu kimi hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması isə qanunvericiliklə tənzimlənmişdir: Belə ki, MM-in 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Beləliklə, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Göründüyü kimi, mülki hüquq münasibətlərində fərdi-müəyyən əşyanı mülkiyyətə və ya istifadəyə vermək barədə əmlak (hüquq) sahibinin bir neçə şəxslə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslərin müqavilələrin etibarsız hesab edilməsi tələbləri ilə bağlı irəli sürdükləri faktiki hallar, həmin tələblərin qanuni əsası kimi göstərdikləri qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələblərinin “qeyri-yaşayış sahələri üzərində sahiblik, istifadə hüquqlarının tanınması və sahələrin təhvil verilməsi” hissəsi ilə bağlı isə məhkəmə aşağıdakıları vurğulamağı zəruri hesab edir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Yuxarıda da qeyd edildiyi kimi, mülki hüquq münasibətlərində fərdi-müəyyən əşyanın mülkiyyətə və ya əvəzli istifadəyə verilməsi barədə iki və ya daha çox şəxslə müqavilənin bağlanması halında qanunverici əşyanın hansı kreditora verilməsi qaydasını tənzimləmişdir. Həmin qaydaya görə, borclu, əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, əşyaya sahiblənmə dedikdə hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi və s.), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Ona görə də, qeyd edilən aktiv hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz. Mülki işin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X21 və X32 qeyri-yaşayış sahələrinə faktiki sahiblənən alıcılardırlar. Bu hal məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxış zamanı öz təsdiqini tapmışdır. Həmçinin ekspert rəyi ilə də, sözügedən binanın 1-ci blok, 1-ci və 2-ci mərtəbəsində ətrafı hörgü ilə bağlanmış hər birinin ümumi sahəsi 157,5 kv.m. olan qeyri-yaşayış sahəsinin (müqavilədə nəzərdə tutulandan 7,5 kv.m. daha artıq) X11, 1ci mərtəbəsində isə ətrafı hörgü ilə bağlanmış və ümumi sahəsi 104,6 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin (müqavilədə nəzərdə tutulandan 45,4 kv.m. daha az) X19 faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Digər alıcıların müvafiq müqavilə üzrə onlara verilməsi nəzərdə tutulan sahələrə (əşyalara) sahiblənmiş olduqları müəyyən edilmir. Başqa sözlə, qeyri-yaşayış sahəsinin qalan hissələri kreditordan hər hansı birinə verilməmişdir. Bu isə o deməkdir ki, qeyri-yaşayış sahələri üzərində sahiblik, istifadə hüquqlarının tanınmasında, habelə həmin sahələrin təhvil verilməsində üstünlük öhdəliyin xeyrinə daha əvvəl əmələ gəldiyi kreditora aiddir. İddia tələblərinin qeyd edilən hissəsini məhz bu konteksdə nəzərdən keçirərək məhkəmə hesab edir ki, “qeyri-yaşayış sahələri üzərində sahiblik, istifadə hüquqlarının tanınması və sahələrin təhvil verilməsi” hissəsində X11 və X19 müstəqil tələbləri əsaslı olduğundan, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci və 2-ci mərtəbələrində Z.Bünyadov prospektindən baxanda sağ tərəfdə yerləşən sahələri 150 kv.m + 150 kv.m olan, cəmi 300 kv.m qeyri-yaşayış sahələrinə X11, həmin binanın 1-ci blok, 1-ci mərtəbəsində Z.Bünyadov prospektindən baxanda sol tərəfdə yerləşən sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsinə isə X6 və istifadə hüquqları tanınmalıdır. Bu qənaətə gələrkən məhkəmə həmçinin qeyd edir ki, X19 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin müqavilədə nəzərdə tutulandan daha az olması, əskik olan hissəyə münasibətdə onun tələb hüququnun aradan qalxmasına (xitamına) əsas deyildir. Əksinə belə durumda borclunun öhdəliyinin lazımınca icra edilməməsi halı olduğundan öhdəliyin icra edilməyən hissəsinə münasibətdə borclunun məsuliyyəti davam etməkdədir. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin qeyri-yaşayış sahələrinin onların sərəncamına verilməsi tələbləri ilə bağlı isə məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən, şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmək üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Sərəncam hüququ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərar). Göründüyü kimi, daşınmaz əmlaka sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alındığı andan yaranır. Öhdəlik xeyrinə daha əvvəl əmələ gəldiyindən birləşdirilmiş iş üzrə İddiaçı2 iddia tələbi əsaslı hesab olunmalıdır. Belə ki, onunla Cavabdeh MTK arasındakı müqavilə digərlərindən daha əvvəl bağlanmış (2015-ci ildə), eyni zamanda o, əşyanın dəyərini tam şəkildə ödəmişdir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır”. Göstərilənlər baxımından İddiaçı2 iddia tələbi təmin olunmalı, ünvan 2 ünvanında tikilmiş binanın 2-ci giriş, 1-ci mərtəbəsində ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı2 sahibliyinə və istifadəsinə verilməlidir. İddiaçı1 “ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində, X35 baxan hissədə, 2-ci və 5-ci sütunlar arasında yerləşən, sahəsi 200,0 kv.m olan qeyri-yaşayış sahəsinə dair sahiblik, istifadə hüququnun tanınması və sözügedən sahənin yerində ölçülərək ona təhvil verilməsi” tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı1 Təbriz MTK ilə binanın 1-ci blok, 2-ci mərtəbəsində yerləşən 200 kv.metr sahənin ona satılmasını təsdiq edən müqaviləni və həmin müqavilə ilə müəyyən edilmiş öhdəliyini yerinə yetirməsini təsdiq edən maliyyə arayışını məhkəməyə təqdim etmiş, bununla da öz öhdəliyini icra etdiyini sübuta yetirmişdir. Lakin iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyinin tam şəkildə icra edilməsinə baxmayaraq, cavabdeh MTK sahənin iddiaçıya təhvil verilməsində maneəçilik törətmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Halbuki iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair hüquqi şəxslə bağladığı müqavilə qüvvədədir, onun etibarsız olması və ya ləğv edilməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən həmin MTK ilə digər şəxslərlə müqavilə bağlandığı müəyyən edilmiş və onlar məhkəmə prosesinə cəlb edilmişlər. Lakin buna baxmayaraq həmin şəxslər məhkəmə prosesində iştirak etməyərək eyni sahənin onlara da satılmasını və onun dəyərinin tam şəkildə ödənilməsini təsdiq edən sənədlərin əsillərini məhkəməyə təqdim etməmişlər. Belə olan halda, cavabdeh hüquqi şəxs müqavilə üzrə yaranmış öhdəliklərini icra etməli, 200 kv.m. qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı binanın 1-ci blok, 2-ci mərtəbəsində, X35 baxan hissədə, 2-ci və 5-ci sütunlar arasında yerləşən sahənin ona təhvil verilməli olduğunu bildirsə də, tərəflərin məhz həmin sahədə yerləşən qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlı razılığa gəldiklərini sübuta yetirə bilməmişdir. Həmçinin iddiaçının qeyd etdiyi qeyri-yaşayış sahəsinə sahiblənmiş olduğu da işin halları ilə müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin o da qeyd olunmalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı1 Cavabdeh MTK və qeyrilərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, qeyriyaşayış sahəsinin təhvil verilməsi və s.” barədə iddiası qismən təmin olunmalı, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı1 sahiblik və istifadəsinə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Birləşdirilmiş iş üzrə İddiaçı2 iddiası təmin edilməli, ünvan 2 ünvanında tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı2 sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X11 və X19 müstəqil tələbləri qismən təmin edilməli, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1 və 2-ci mərtəbələrində Z.Bünyadov prospektindən baxanda sağ tərəfdə yerləşən, sahələri 150 kv.m + 150 kv.m olan, cəmi 300 kv.m qeyri-yaşayış sahələrinə X1 və istifadə hüquqları tanınmalı, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində Z.Bünyadov prospektindən baxanda sol tərəfdə yerləşən sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsinə X6 və istifadə hüquqları tanınmalı, X11 və X19 müstəqil tələbləri qalan hissədə təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 Cavabdeh MTK və qeyrilərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və s.” barədə iddiası qismən təmin edilsin. ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı1 sahiblik və istifadəsinə verilsin. İddiaçı1 iddiası qalan hissədə təmin edilməsin. Birləşdirilmiş iş üzrə İddiaçı2 iddiası təmin edilsin. ünvan 2 ünvanında tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı2 sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X11 və X19 müstəqil tələbləri qismən təmin edilsin. ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1 və 2-ci mərtəbələrində Z.Bünyadov prospektindən baxanda sağ tərəfdə yerləşən, sahələri 150 kv.m + 150 kv.m olan, cəmi 300 kv.m qeyri-yaşayış sahələrinə X1 və istifadə hüquqları tanınsın. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində Z.Bünyadov prospektindən baxanda sol tərəfdə yerləşən sahəsi 150 kv.m olan qeyri-yaşayış sahəsinə X6 və istifadə hüquqları tanınsın. X11 və X19 müstəqil tələbləri qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X15, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar