Məhkəmə qərarları › İş №e-2(005)-957/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-957/2024

09.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-957/2024 09.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh X5 və Cavabdeh1 qarşı əmlakın naturada bölünməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 və Cavabdeh1 qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 68a ünvanında 2 ədəd 1 mərtəbəli, 9 otaqlı, 133,8 kv.m yaşayış, -kv.m qeyri yaşayış, 94,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin 4/12 hissəsi paylı mülkiyyət hüququ üzrə onun, İddiaçı adına qeydiyyata alınmışdır. Bu barədə ona verilmiş çıxarışda həmin fərdi yaşayış evinin qalan 8/12 hissəsinin paylı mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alındığı qeyd olunmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, faktiki olaraq əmlakın digər paylı mülkiyyətçisi X4 adına olan 8/12 hissə iki yerə bölünərək bir hissəsi X2 adına rəsmiləşərək X7 küçəsi, 68b ünvanı kimi, digəri isə X3 adına rəsmiləşərək X7 küçəsi, 70a ünvanı qeydiyyata alınmışdır. Həmin şəxslərin deməsinə görə onların mülkiyyət hüququna dair çıxarışları da var. Bu barədə vəkilim tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilsə də sorğuya cavab verilməmişdir. Lakin qeyd edilən payın faktiki mülkiyyətçilərinin həmin hissələrdə ayrıca ünvanlar əldə etməklə qeydiyyatda olmaları və yaşadıqları barədə arayışlar ərizəyə əlavə edilir. Bununla əlaqədar Bakı İnzibati məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 68a ünvanında 2 ədəd 1 mərtəbəli, 9 otaqlı, 133,8 kv.m yaşayış, -kv.m qeyri yaşayış, 94,1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və fərdi yaşayış evinin yerləşdiyi 0,03409 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi (fərdi yaşayış evi və torpaq sahəsi) dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdi. Məhkəmə prosesi zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş, cavab olaraq digər 8/12 payınmülkiyyətçisi X1 qeyd edilmişdir. Buna görə də Bakı İnzibati məhkəməsi xx.xx.2023-cü il tarixli 2-1(112)-11774/2023 saylı qərardad qəbul edərək ilkin olaraq mənə məxsus paylı mülkiyyətin naturada bölünməsi barədə məhkəməyə müraciət etməli olduğu tövsiyyə etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının məhkəməyə ünvanladığı ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X5 və Cavabdeh1 qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu olan 100 manat pul İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar