Məhkəmə qərarları › İş №e-2(006)-1008/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1008/2024

14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1008/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankını müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankını müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X5 xx.xx.2012-ci il tarixdə Salyan rayonu, Xələc-Kərimbəyli-Kürsəngi kəndlərarası yolunda baş vermiş yolnəqliyyat hadisəsində vəfat etmişdir. Vəfat edən tarixədək Elxas Cəfərov «Salyan OİL»-də işləmişdir. Elxas Cəfərov «Salyan OİL» və "xxxx" ASC arasında bağlanmış 0347/11-001 №-li «X2 və Peşə xəstəlikləri nəticəsində Peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsinə əsasən sığortalanmışdır. X1 vəfatı ilə əlaqədar "xxxx" şirkətindən iddiaçıya sığorta ödənişinin bir hissəsi ödənilmişdir. Geri qalmış ödənilməmiş sığorta məbləğinin ödənilməsi üçün "xxxx" ASC-yə müraciət olunmuşdur. "xxxx" ASC tərəfindən iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə imtina cavabı verilmişdir. Məktubda qeyd olunur ki, «E.Cəfərov «Salyan OİL» və "xxxx" ASC arasında bağlanmış 0347/11-001 №-li «X2 və Peşə xəstəlikləri nəticəsində Peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsinə əsasən sığorta təminatına daxil edilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq 46.823,91 manat sığorta məbləği (İcbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddi) müəyyən olunmuşdur. xx.xx.2012-ci il tarixdə baş vermiş bədbəxt hadisə ilə əlaqədar zərərçəkmişin ailə üzvü İddiaçı xx.xx.2012ci il tarixdə müddətli əlillik təyin edilmişdir. «X2 və Peşə xəstəlikləri nəticəsində Peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanunun 5.1.2.4-cü bəndi sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətinin itirilmiş şəxs olduğu üçün ümumilikdə (əlillik müddəti dövründə) 18.850,30 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinə zamanı İddiaçı əlilliyi növbəti dövr üçün uzadılmamış və əlillik təyinindən imtina qərarı verilmişdir. Şəxsin əlillliyi növbəti müayinə zamanı (xx.xx.2021-ci il tarixində) təsdiq edilsəydi,bu əsasla qanunamüvafiq qaydada sığorta ödənişi həyata keçirilə bilərdi. Qanunun müvafiq bəndindəndə göründüyü kimi 5.1.2.4-cü bəndi sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra 5 il ərzində əmək qabiliyyətini itirmiş şəxsləri nəzərdə tutur. Bunun üçün sığorta ödənişinin həyata keçirilməsi mümkün deyil» cavabı verilmişdir. Cavabdeh orqanın vermiş olduğu cavabı əsassız hesab edir. Qeyd edir ki, «X2 və Peşə xəstəlikləri nəticəsində Peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar: 5.1.1. sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığorta olunanlar; 5.1.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər: 5.1.2.1. sığorta olunan himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 5.2. Bu Qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü maddələrinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə, aşağıdakılar başa düşülür: 5.2.1. 18 yaşına çatmamış uşaqlar; 5.2.2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək; 5.2.3. ata, ana, ər, arvad, övlad «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud əlilliyi olan şəxsdirsə; 5.3. Bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər. "xxxx" ASC imtina məktubunda Qanunun 5.1.2.4-cü bəndində sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxs olduğu üçün ümumilikdə (əlillik müddəti dövründə) qeyd etsə də, qanunun həmin bəndinin redaksiyasında «əlillik müddəti dövründə» yazısı qeyd olunmamışdır. Qanunun 5.1.2.4-cü bəndi sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxsləri nəzərdə tutur. Hesab edir ki, iddiaçıda mərhum həyat yoldaşının ölümündən sonra 5 il ərzində əmək qabiliyyətini itirdiy üçün ödənilməmiş 27.963,61 manat sığorta məbləği iddiaçıya ödənilməlidir. Qeyd olunan məsələyə digər yanaşma onu göstərir ki, əgər iddiaçı mərhum həyat yoldaşının ölümündən sonra 5 il ərzində əmək qabiliyyəti itirməsə belə sözügedən Qanunun 5.3-cü bəndinə əsasən (bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər) sığorta ödənişindən faydalanmalıdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" şirkətindən 27.973,61 manat məbləğində sığorta pulunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 174 manat dövlət rüsumunun, cəmi 28.147,61 manat pulun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı mərhum əri X5 xx.xx.2012-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsində vəfat etmişdir. Vəfat edən tarixədək Elxas Cəfərov «Salyan OİL»-də işləmişdir. Elxas Cəfərov «Salyan OİL» və "xxxx" ASC arasında bağlanmış 0347/11-001 №-li «X2 və Peşə xəstəlikləri nəticəsində Peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsinə əsasən sığortalanmışdır. X1 vəfatı ilə əlaqədar "xxxx" şirkətindən İddiaçı sığorta ödənişinin bir hissəsi ödənilmişdir. Geri qalmış, ödənilməmiş sığorta məbləğinin ödənilməsi üçün "xxxx" ASC-yə müraciət olunmuşdur. "xxxx" ASC tərəfindən iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə imtina cavabı verilmişdir. Məktubda qeyd olunur ki, «E.Cəfərov «Salyan OİL» və "xxxx" ASC arasında bağlanmış sığorta müqaviləsinə əsasən sığorta təminatına daxil edilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq 46.823,91 manat sığorta məbləği müəyyən olunmuşdur. xx.xx.2012-ci il tarixdə baş vermiş bədbəxt hadisə ilə əlaqədar zərərçəkmişin ailə üzvü İddiaçı xx.xx.2012ci il tarixdə müddətli əlillik təyin edilmişdir. «X2 və Peşə xəstəlikləri nəticəsində Peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanunun 5.1.2.4-cü bəndi sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətinin itirilmiş şəxs olduğu üçün ümumilikdə 18.850,30 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar təkrar müayinə zamanı İddiaçı əlilliyi növbəti dövr üçün uzadılmamış və əlillik təyinindən imtina qərarı verilmişdir. Şəxsin əlilliyi növbəti müayinə zamanı təsdiq edilsəydi, bu əsasla qanunamüvafiq qaydada sığorta ödənişi həyata keçirilə bilərdi. Qanunun müvafiq bəndindəndə göründüyü kimi 5.1.2.4-cü bəndi sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra 5 il ərzində əmək qabiliyyətini itirmiş şəxsləri nəzərdə tutur. Bunun üçün sığorta ödənişinin həyata keçirilməsi mümkün deyil» cavabı verilmişdir. Hesab edirlər ki, cavabdeh orqanın imtinası əsasızdır. Belə ki, «X2 və Peşə xəstəlikləri nəticəsində Peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 5.1.2.4-cü maddəsinə əsasən sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər faydalanan şəxslərin dairəsinə aiddir ki, iddiaçı da bu kateqoriyaya aid idi. Qanunvericilikdə əlilliyin müddəti nəzərdə tutulmamışdır. Orada sadəcə 5 il ərzində əlilliyin müəyyən olunması nəzərdə tutulmuşdur. Bundan başqa adıçəkilən Qanunun 5.3-cü maddəsinə əsasən həmin Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər. Hesab edirlər ki, əlillik müəyyən edilməsəydi belə, cavabdeh tərəf bu bəndi tətbiq edərək iddiaçıya sığorta ödənişini həyata keçirilməlidir. Bu halları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərğaycan Respublikası Mərkəzi Bankın nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək və təqdim edilmiş yazılı etirazı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı mərhum əri X5 «Salyan OİL» və "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli «X2 və Peşə xəstəlikləri nəticəsində Peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» müqaviləsinə əsasən icbari qaydada şirkət tərəfindən sığortalanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq 46.823,91 manat sığorta məbləği müəyyən olunmuşdur. xx.xx.2012-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində sığortalı E.Cəfərov etmişdir. «X2 və Peşə xəstəlikləri nəticəsində Peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» AR Qanununun 5.1.2.4-cü maddəsinə əsasən sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər fəadalanan şəxs hesab edilirlər. Zərərçəkmişin ailə üzvü İddiaçı xx.xx.2012-ci il tarixdə müddətli əlillik təyin edilmişdir. Zərərçəkmişin ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxs olduğu üçün faydalanan şəxs hesab edilərək İddiaçı 18.850,30 manat sığorta ödənişi həyata keçirilmişdir. Müvafiq səlahiyyətli orqan tərəfindən təyin edilmiş eyni əlillik təyinatının uzadılma müddətlərinə uyğun olaraq müxtəlif dövrlərdə sığorta ödənişlərinin edilməsi ilə əlaqədar ümumilikdə şirkət tərəfindən 5 sığorta aktı tərti edilmişdir. Son sığorta ödənişi isə 2016-cı ildə 5 illik müddətli əlillik əsasında ödənilmişdir. Qeyd edir ki, sığorta ödənişinin İddiaçı bu müddət ərzində verilməsinə səbəb ona eyni əlillik təyinatı üzrə müddət uzadılmasının olmasıdır. Qeyd edilən əlilliyin ilkin təyinatı isə yuxarıda qeyd edildiyi kimi ölüm tarixindən 5 il ərzində baş vermişdir. Qeyd edildiyi kimi, İddiaçı təyin edilən əlillik müddətli olmuşdur və vətəndaşın xx.xx.2021-ci ildə təkrar müayinəsi zamanı onun əlilliyi növbəti dövr üçün müvafiq səlahiyyətli orqan tərəfindən uzadılmamış və əlillik təyinindən imtina qərarı verilmişdir. Məhz bu imtina qərarı heç bir qanuni əsas olmadığına görə sığorta ödənişinin davam etdirilməsini mümkünsüz etmişdir. Qanunun 5.1.2.4-cü maddəsinə əsasən sığorta olunanın himayəsində olmuş və onun ölümündən beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər faydalanan şəxs hesab edilirlər. Göründüyü kimi sığorta olunanın ölüm tarixindən pensiyanın təyin edilmə tarixinə qədər 11 ildən çox vaxt keçmişdir. Qeyd edir ki, 5 il ərzində əmək qabiliyyətini itirməsi üzrə müvafiq olaraq sığorta ödənişləri hesablanılaraq ödənilmişdir, həmin əlillik təyinatı isə artıq ləğv edilmişdir, buna görə də sığorta ödənişi üçün artıq qanuni əsas yoxdur. beləliklə yuxarıda şərh olunanları nəzərə alaraq və qanunvericiliyin sadalanan normalarına əsaslanaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 35 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli bildirişinin surətindən görünür ki, İddiaçı ikinci dərəcəli əlildir, «Diffuz toksiki ur.İİİ dər.ağır forma triotoksikozla» diaqonzu qoyulmuş, əmək qabiliyyətsizdir, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir.

8. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli C-CPA 022/2012 nömrəli sığorta aktına əsasən X2 və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə hallarından icbari sığorta növü üzrə 0347/11 nömrəli sığorta müqaviləsi ilə sığortalanmış «Salyan OİL» LTD-nin işçisi X3 xx.xx.2012-ci il tarixli sığorta olunan ölümü (su kanalında batma) nəticəsində faydalanan şəxs İddiaçı (Qanunun 5.0.2.4-cü maddəsi) 2.297,98 manat birdəfəlik sığorta ödənişi həyata keçirilmişdir.

9. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AAA-551 nömrəli kassa məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2012-ci il tarixli, 022/2012 saylı aktına əsasən 2.297,98 manat sığorta ödənişi ödənilmişdir.

10. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli C-CPA 022/2012 nömrəli sığorta aktına 1 №-li əlavəsinə əsasən X2 və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə hallarından icbari sığorta növü üzrə 0347/11 nömrəli sığorta müqaviləsi ilə sığortalanmış «Salyan OİL» LTD-nin işçisi X3 xx.xx.2012-ci il tarixli sığorta olunan ölümü (su kanalında batma) nəticəsində faydalanan şəxs İddiaçı (Qanunun 5.0.2.4-cü maddəsi) 2.297,98 manat birdəfəlik sığorta ödənişi həyata keçirilmişdir.

11. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 647 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2013-cü il tarixli, C-CPA- 022/2012 saylı aktın 1-ci əlavəsinə əsasən 2.297,98 manat sığorta ödənişi ödənilmişdir.

12. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli C-CPA 022/2012 nömrəli sığorta aktına 02 №-li əlavəsinə əsasən X2 və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə hallarından icbari sığorta növü üzrə 0347/11 nömrəli sığorta müqaviləsi ilə sığortalanmış «Salyan OİL» LTD-nin işçisi X3 xx.xx.2012-ci il tarixli sığorta olunan ölümü (su kanalında batma) nəticəsində faydalanan şəxs İddiaçı (Qanunun 5.1.2.4-cü maddəsi) 2.297,33 manat birdəfəlik sığorta ödənişi həyata keçirilmişdir.

13. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 1304 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2014-cü il tarixli, C- CPA-022/2013 saylı aktın 2-ci əlavəsinə əsasən 2.297,33 manat sığorta ödənişi ödənilmişdir.

14. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli C-CPA 0022/2012 nömrəli sığorta aktına 03 №-li əlavəsinə əsasən X2 və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə hallarından icbari sığorta növü üzrə 0347/11 nömrəli sığorta müqaviləsi ilə sığortalanmış «Salyan OİL» LTD-nin işçisi X3 xx.xx.2012-ci il tarixli sığorta olunan ölümü nəticəsində faydalanan şəxs İddiaçı 2.297,33 manat birdəfəlik sığorta ödənişi həyata keçirilmişdir.

15. İş üzrə "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 1973 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixli, C- CPA 0022/2012 saylı aktın 3-cü əlavəsinə əsasən 2.297,33 manat sığorta ödənişi ödənilmişdir.

16. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli C- CPA 0022/2012 nömrəli sığorta aktına 04 №-li əlavəsinə əsasən X2 və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə hallarından icbari sığorta növü üzrə 0347/11 nömrəli sığorta müqaviləsi ilə sığortalanmış «Salyan OİL» LTD-nin işçisi X3 xx.xx.2012-ci il tarixli sığorta olunan ölümü nəticəsində faydalanan şəxs İddiaçı 9.659,68 manat birdəfəlik sığorta ödənişi həyata keçirilmişdir.

17. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 44558 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2016-cı il tarixli, CCPA 0022/2012-04 saylı aktına əsasən 9.659,68 manat sığorta ödənişi ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının həyat yoldaşı «Salyan OİL LTD» şirkətinin işçisi olmuş və xx.xx.2012-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisəsi nəticəsində vəfat etmişdir. xx.xx.2012-ci il tarixdə iddiaçıya 2-ci dərəcəli müddətli əlillik təyin edilmişdir. «X2 və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Qanunun 5.1.2.4-cü maddəsinə əsasən iddiaçı ərinin ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxs olduğu üçün sığorta ödənişindən faydalanan şəxs hesab edilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 192 nömrəli qərarına əsasən cəmi 18.850,30 manat sığorta ödənişi hesablanıb ödənilmişdir. Müvafiq səlahiyyətli orqan tərəfindən təyin edilmiş eyni əlillik təyinatının uzadılma müddətlərinə uyğun olaraq müxtəlif dövrlərdə (xx.xx.2012-ci il tarixdə, xx.xx.2013-cü il tarixdə, xx.xx.2014-cü il tarixdə, xx.xx.2015-ci il tarixdə və xx.xx.2016-cı il tarixdə) sığorta ödənişlərinin edilməsi ilə əlaqədar "xxxx" ASC tərəfindən ümumilikdə 5 sığorta aktı tərtib edilmişdir. xx.xx.2021-ci ildə təkrar müayinəsi zamanı iddiaçının əlilliyi növbəti dövr üçün uzadılmamış və əlillik təyinatı davam etdirilməmişdir. Bu səbəbdən sığorta şirkəti iddiaçıya sığorta ödənişinin davam etdirilməsini mümkünsüz etmişdir. Hazırda iddiaçının iddia tələbi ondan ibarətdir ki, «X2 və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Qanunun 5.1.2.4-cü maddəsinə əsasən sığorta olunanın himayəsində olmuş və onun blümündən sonra 5 il ərzində əmək qabiliyyətini itirmiş şəxs olduğu üçün ümumilikdə (əlillik müddəti dövründə) qeyd etsə də, Qanunu həmin bəndinin redaksiyasında «əlillik müddəti dövründə» yazısı qeyd olunmamışdır. Bundan başqa, Həyat yoldaşının ölümündən sonra 5 il ərzində əmək qabiliyyətini itirdiyi üçün ona ödənilməmiş 27.973,61 manat sığorta məbləği ödənilməlidir. Bu səbəbdən iddiaçı cavabdehdən 27.973,61 manat sığorta ödənişinin ödənilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.

20. Həmin Məcəllənin 1121.1.3-cü və 1121.1.4-cü maddələrinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü- əmək qabiliyyətindən asılı olmayaraq, həmçinin ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər zərərin əvəzinin ödənilməsi hüququ vardır.

21. «X2 və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 192 nömrəli qərarına əsasən «X2 və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarındn icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixi, 3 nömrəli qərarı ilə tənzimlənir.

22. «X2 və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanunun 5.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər: 5.1.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 5.1.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 5.1.2.3. sığorta olunanın himayəsində olmuş və on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 5.1.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 5.2. Bu Qanunun 5.1.2.1-ci və 5.1.2.4-cü maddələrinin məqsədləri üçün əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş şəxs dedikdə, aşağıdakılar başa düşülür: 5.2.1. 18 yaşına çatmamış uşaqlar; 5.2.2. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlar, lakin ən çoxu 23 yaşına çatanadək; 5.2.3. ata, ana, ər, arvad, övlad «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud əlilliyi olan şəxsdirsə; 5.3. Bu Qanunun 5.1.2-ci maddəsində müəyyən edilmiş hər hansı şəxs mövcud olmadıqda, sığorta olunanın ailə üzvləri faydalanan şəxs hesab edilirlər.

23. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir: 16.3.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə; 16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda; 16.3.3. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə.

24. Eyni Qanunun 17.4-cü maddəsinə əsasən bu Qanunun 17.7-ci maddəsində müəyyən edilmiş hal istisna olmaqla, birdəfəlik sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır.

25. Göstərilən Qanunun 2.0.15-ci maddəsinə sığorta məbləği – icbari sığorta müqaviləsi üzrə sığortaçının öhdəliyinin son həddidir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

27. Məhkəmə qeyd edir ki, zərərçəkmişin ailə üzvü İddiaçı xx.xx.2012-ci il tarixdə müddətli əlillik təyin edilmişdir. Zərərçəkmişin ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxs olduğu üçün faydalanan şəxs hesab edilərək İddiaçı 18.850,30 manat sığorta ödənişi həyata keçirilmişdir. Müvafiq səlahiyyətli orqan tərəfindən təyin edilmiş eyni əlillik təyinatının uzadılma müddətlərinə uyğun olaraq müxtəlif dövrlərdə sığorta ödənişlərinin edilməsi ilə əlaqədar ümumilikdə şirkət tərəfindən 5 sığorta aktı tərti edilmişdir. Son sığorta ödənişi isə 2016-cı ildə 5 illik müddətli əlillik əsasında ödənilmişdir. Qeyd edilən əlilliyin ilkin təyinatı isə yuxarıda qeyd edildiyi kimi ölüm tarixindən 5 il ərzində baş vermişdir. Yəni bu hissədə heç bir qanuna zidd hərəkət olmamışdır. Qeyd edildiyi kimi, İddiaçı təyin edilən əlillik müddətli olmuşdur və vətəndaşın xx.xx.2021-ci ildə təkrar müayinəsi zamanı onun əlilliyi növbəti dövr üçün müvafiq səlahiyyətli orqan tərəfindən uzadılmamış və əlillik təyinindən imtina qərarı verilmişdir. Məhz bu imtina qərarı heç bir qanuni əsas olmadığına görə sığorta ödənişinin davam etdirilməsini mümkünsüz etmişdir. Qanunun 5.1.2.4-cü maddəsinə əsasən sığorta olunanın himayəsində olmuş və onun ölümündən beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər faydalanan şəxs hesab edilirlər. Lakin daha sonradan həmin əlillik təyinatı isə artıq ləğv edilmişdir, buna görə də sığorta ödənişi üçün artıq qanuni əsas yoxdur.

28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.

29. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankını müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir.

30. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən,məhkəmə xərcləri dövlət rüsumunun əvəzi kimi ödənilmiş 174 (yüz yetmiş dörd) manat iddiaçıya aid edilməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankını müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar