Məhkəmə qərarları › İş №e-2(006)-1108/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1108/2024

13.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1108/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borc qeydinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borc qeydinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına Azərbaycan Beynəlxalq Bank ASCdə olan borc qeydinin silinməsi və Azərbaycan Kredit Bürosu MMC-yə (Mərkəzləşdirilmiş Kredit Reyestri) məlumatın təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ildə bankdan kredit götürmək üçün, müraciət edərkən, Kredit bürosundan çıxarış əldə etmiş və guya "xxxx" ASC-yə borclu olduğu bildirilmişdir. Sonradan "xxxx" ASC-nin filialına müraciət edildi və bildirildi ki, borcu yoxdu, ancaq MKR sistemində hələ də görsənirdi. Sonra rəsmi olaraq müraciət etdikdə, xx.xx.2009-cu ildə bankdan kredit götürdüyü bildirildi və bu günə guya 1678,68 USD əsas borc, 4004,78 USD faiz borcu olduğu qeyd edildi. İddiaçı ABB ASCdən müvafiq sənədləri göstərmələri xahiş etdikdə, heç bir sənəd qalmadığı göstərildi. 2009-cu ildən əgər şəxsin kredit borcu var idisə, 14 il ərzində nə məhkəməyə müraciət ediblər, nə də ki, bircə dəfə belə ona bu bu barədə məlumat veriblər. Bir neçə dəfə banka müraciət edilib, ancaq hər hansı nəticə əldə edilməyib. Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edilib, onlar da özləri banka müraciət ediblər və sonda bildirildi ki, onlara da hər hansısa sənəd təqdim edilməmişdir. Mərkəzi Bank tərəfindən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Beynəlxalq Bankı isə bildirir ki, guya 2010-cu ildə də ödəniş edilib. Ödəniş sənədini tələb etdikdə isə, onu da verə bilmirlər. Əgər hər hansısa sənəd yoxdursa, maraqlıdır ki, sistemdə iddiaçının adına borc necə yazılıb. 2023-cü ildə yenə də Azərbaycan Beynəlxalq Bankına (nümayəndə vasitəsilə) müraciət edildi, cavab olaraq bildirildi ki, nümayəndəyə məlumat verilə bilər (etibarnamə əsasında, elə nümayəndə tərəfindən müraciət edilmişdir). Artıq bir ildən artıqdır ki, bank bu məsələni həll edə bilmir və Azərbaycan Kredit Bürosunda borc öz yerində qalır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 məhkəməyə xx.xx.2024-cü il tarixli barışıq sazişini təqdim edərək, aşağıdakı şərtlərlə razılaşdıqlarını bildirmişlər:

1. Bu Sazişi imzalamaqla İddiaçı, bağlanmasından xəbəri olmadığını iddia etdiyi xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən mərkəzi kredit reyestrində olan borcun 1678,68 USD əsas borc, 3861,34 USD faiz borcu olduğunu qəbul edir və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün Bank tərəfindən bu məbləğin silinməsi ilə bağlı Azərbaycan Kredit Bürosuna məlumat verilməsinin kifayət olduğuna dair öz razılığını (təsdiqini) bildirir.

2. Bu Sazişi imzalamaqla İddiaçı, həmçinin onu da təsdiq edərək qəbul edir ki, bu Sazişin 1-ci maddəsində təsvir edilən borcun silinməsi halı pulun ödənilməsi səbəbindən deyil, Bankın bu barədə reyestrə məlumat ötürməsi ilə həyata keçirilmişdir. Bunun əksi iddia edildiyi halda Bank borcun silinməsindən imtina edəcəkdir.

3. Bank, İddiaçı bu Sazişin 1-ci və 2-ci maddəsində qeyd edilən iradə ifadəsini əsas götürərək, bu Saziş imzalandıqdan, məhkəmə tərəfindən qəbul edildikdən və bununla bağlı Qərardad qanuni qüvvəyə mindikdən sonra, mümkün ən tez ağlabatan müddətdə bu Sazişin 1-ci maddəsində qeyd edilən borc məbləğinin silinməsi ilə bağlı müvafiq olaraq Azərbaycan Kredit Bürosuna məlumat təqdim təmin etmək öhdəliyini öz üzərinə götürərək təsdiq edir.

4. İddiaçı Banka qarşı hazırki mülki mübahisəsindən irəli gələn bütün tələblərindən, habelə tərəflər arasında mövcud olan müqavilə münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək) bütün mülki mübahisələr üzrə tələblərindən qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı nə məhkəmədənkənar, nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), habelə bununla bağlı hər- hansısa dövlət orqanına müraciət (şikayət) etməyəcəyini qəbul edir.

5. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.

6. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 4cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 4-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

7. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

8. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

9. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

10. Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

11. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: • bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; • bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; • Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; • yaxın qohumlara.

12. Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

13. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

14. Bu Sazişin 14-cü maddəsində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

15. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.

16. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur.

17. Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.

18. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borc qeydinin silinməsi” tələbinə dair mülki iş üzrə tərəflər – bir tərəfdən İddiaçı, digər tərəfdən cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

1. Bu Sazişi imzalamaqla İddiaçı, bağlanmasından xəbəri olmadığını iddia etdiyi xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən mərkəzi kredit reyestrində olan borcun 1678,68 USD əsas borc, 3861.34 USD faiz borcu olduğunu qəbul edir və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün Bank tərəfindən bu məbləğin silinməsi ilə bağlı Azərbaycan Kredit Bürosuna məlumat verilməsinin kifayət olduğuna dair öz razılığını (təsdiqini) bildirir.

2. Bu Sazişi imzalamaqla İddiaçı, həmçinin onu da təsdiq edərək qəbul edir ki, bu Sazişin 1-ci maddəsində təsvir edilən borcun silinməsi halı pulun ödənilməsi səbəbindən deyil, Bankın bu barədə reyestrə məlumat ötürməsi ilə həyata keçirilmişdir. Bunun əksi iddia edildiyi halda Bank borcun silinməsindən imtina edəcəkdir.

3. Bank, İddiaçı bu Sazişin 1-ci və 2-ci maddəsində qeyd edilən iradə ifadəsini əsas götürərək, bu Saziş imzalandıqdan, məhkəmə tərəfindən qəbul edildikdən və bununla bağlı Qərardad qanuni qüvvəyə mindikdən sonra, mümkün ən tez ağlabatan müddətdə bu Sazişin 1-ci maddəsində qeyd edilən borc məbləğinin silinməsi ilə bağlı müvafiq olaraq Azərbaycan Kredit Bürosuna məlumat təqdim təmin etmək öhdəliyini öz üzərinə götürərək təsdiq edir.

4. İddiaçı Banka qarşı hazırki mülki mübahisəsindən irəli gələn bütün tələblərindən, habelə tərəflər arasında mövcud olan müqavilə münasibətlərindən irəli gələrək yaranmış, məlum olan və ya gələcəkdə yarana biləcək (gələcəkdə meydana çıxa biləcək) bütün mülki mübahisələr üzrə tələblərindən qeyd-şərtsiz olaraq imtina etdiyini, həmçinin bunlarla bağlı nə məhkəmədənkənar, nə də məhkəmə qaydasında Banka qarşı hansısa iddia (bununla bağlı iradə ifadəsi) bildirməyəcəyini (qaldırmayacağını, irəli sürməyəcəyini), habelə bununla bağlı hər- hansısa dövlət orqanına müraciət (şikayət) etməyəcəyini qəbul edir.

5. Bu mülki iş üzrə Tərəflərin birbaşa və ya dolayısıyla çəkdiyi bütün məhkəmə xərcləri (dövlət rüsumları, işə baxılması ilə əlaqədar olan məsrəflər (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində qeyd olunan və bu maddə ilə məhdudlaşmayan) və s.) onların özünə (bu xərci çəkmiş Tərəfin özünə) aid edilir və qarşı Tərəfdən qarşılanmır.

6. Bu Sazişin imzalanması eyni mübahisə predmetinə (o cümlədən bu Sazişin 4-cü maddəsində qeyd edilən mübahisə predmetlərinə) aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti (o cümlədən bu Sazişin 4-cü maddəsində qeyd edilən mübahisə predmetləri) ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

7. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

8. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.

9. Tərəflərdən hər biri bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatların, o cümlədən bu Sazişin bağlanması faktının konfidensiallığını qorumaq, bu barədə ictimaiyyətə hər-hansı formada (kütləvi informasiya vasitələrində, mediada, sosial şəbəkələrdə və s. formalarda) məlumat verməmək (açıqlamamaq) öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

10. Tərəflərin bu Sazişin tərtib edilməsi prosesi çərçivəsində əldə olunan bütün məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.

11. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu, o cümlədən onun mövcudluğunu üçüncü şəxslərə açıqlaya bilməzlər: • bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; • bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; • Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; • yaxın qohumlara.

12. Tərəflər razılaşırlar ki, qanunvericiliyə əsasən ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

13. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir.

14. Bu Sazişin 14-cü maddəsində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

15. Bu Sazişdən irəli gələn bütün hüquqi nəticələr tərəflərə tam aydındır.

16. Tərəflər təsdiq edirlər ki, bu Sazişi qanunvericiliyə uyğun olaraq tərtib ediblər (bu Saziş qanunvericiliyə zidd deyil) və bu Saziş üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur.

17. Bu Saziş, Tərəflər arasında imzalandıqdan, məhkəmə tərəfindən təsdiq olunduqdan, habelə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5ci maddəsinə əsasən çıxarılmış müvafiq qərardad qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir və Tərəflər üçün məcburi xarakter daşıyır.

18. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər).

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borc qeydinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar