Məhkəmə qərarları › İş №e-2(006)-111/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-111/2022

06.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-111/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Firuz qızına qarşı “borcun tutulması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Firuz qızına qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X1 Ramin Oqtay oğluna aid olan vergi ödəyicisinin şəxsi məlumatını və yazılı ərizə təqdim edərək bildirdi ki, icraat zamanı məlum oldu ki, iddiaçı ********** VÖEN üzrə fərdi sahibkar olub, ixtisaslaşdıırlmamış geniş çeşiddə olan malların topdan satışı (əsas fəaliyyət), yük avtomobili nəqliyyatının fəaliyyəti, digər qruplara daxil edilməyən sair təmizlik işləri üzrə fəaliyyət və malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət üzrə sahibkarlıq fəaliyyətini həyata keçirir. İddiaçı və Cavabdeh1 MMC arasında olan mübahisə onların sahibkarlıq fəaliyyəti həyata keçirilməsi ilə bağlı əmələ gəlib. Bu səbəbdən hazırki işi Bakı Kommersiya Məhkəməsinə aidiyyəti üzrə göndərilməsin məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı barədə lazımi qaydada məlumatlandırılan cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəməyə AR MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflərin arasında yaranmış mübahisəyə məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Firuz qızına qarşı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, 12.300 ABŞ dolları məbləğində borc, həmin borcun gecikdirilməsi səbəbilə hesablanan 1000 ABŞ dolları gecikmə faizi, 1000 manat məbləğində hüquqi xidmət haqqı, 30 manat məbləğində dövlət rüsumu, cəmi 13.300 ABŞ dolları və 1030 manat məbləğində pulun cavabdehlərdən tutulması, həmin 13.300 ABŞ dolları və 1030 manat məbləğində pulun tutulması iddiaçının sahibliyindən saxlanca verilmiş cavabdehə məxsus əşyalara yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin borcun İddiaçı ödənilməsi, artıq qalan hissə Cavabdeh1 MMC-yə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı ********** VÖEN üzrə fərdi sahibkardır, onun fəaliyyəti ixtisaslaşdırılmamış geniş çeşiddə olan malların topdan satışı(əsas fəaliyyət), yük avtomobili nəqliyyatının fəaliyyəti, digər qruplara daxil edilməyən sair təmizlik işləri üzrə fəaliyyət və malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyətindən ibarətdir. İş materiallarından görünür ki, Cavabdeh1 MMC hüquqi şəxsdir, onun hüququ ünvanı: ünvan 1ür ki, iddiaçı və Cavabdeh1 MMC arasında olan mübahisə onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış və həmin mübahisə kommersiya mübahisələrinə aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 Firuz qızı qarşı “borcun tutulması və s.” tələbinə dair mülki işə Bakı Kommersiya Məhkəməsində baxlmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının nümayəndəsi (vəkili) X2 ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh1 MMC-yə qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar