Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1143/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsiev 2A ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 paylı mülkiyyətindədir və onların adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyetrindən müvafiq Çıxarış verilmişdir. Cavabdeh iddiaçılardan İddiaçı1 ilə 07 iyun 2009-cu ildə faktiki nikah münasibətinə daxil olmuş, 2013-cü ildən İddiaçı1 payına düşən hissədə yaşamağa başlamış, eyni zamanda 2013-cü ildən iddiaçılara məxsus qeyd olunan evə pasport qeydiyyatına düşmüşdür. Cavabdeh ilə İddiaçı1 birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Hal-hazırda iddiaçılardan İddiaçı1 ilə Cavabdeh faktiki olaraq ayrılmışlar və cavabdeh yuxarıda göstərilən evdə qeydiyyatda olmasına baxmayaraq orada yaşamır, qızı ilə birlikdə evdən çıxıb getmişdir. Hətta cavabdeh 01 dekabr 2023-cü il tarixli iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X1 üçün sabit pul məbləğində alimentin tutulmasını xahiş etmiş, həmin 2(006)-5407/2023 saylı iş məhkəmənin icraatındadır. Cavabdehin faktiki ünvanını da elə onun alimentin tutulması barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsindən götürmüşlər. Göründüyü kimi cavabdeh faktiki nikaha daxil olduğu kimi faktiki də ayrılmış və artıq pasport qeydiyyatında olduğu evdə yaşamır, onun həmin qeydiyyatı da formal xarakter daşıyır. Cavabdehin iddiaçılara məxsus evdə formal da olsa, qeydiyyatda qalması onların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Buna görə də cavabdehin Nəsimi rayonu, Möhsün Sənani küçəsiev 2A ünvanında yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi zərurəti vardır. O cümlədən nəzərə çatdırılır ki, cavabdeh 2013-cü ildən sonra pasport qeydiyyatına düşdüyünə görə hazırki mübahisəyə hüquq münasibətinin yarandığı dövrün qanunvericiliyə uyğun olaraq yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq ediləcəkdir. Göstərilənlərə əsasən hesab edirlər ki, cavabdeh qeyd olunan evə 2009-cu ildən sonra pasport qeydiyyatına düşdüyündən, artıq həmin evdən öz könüllü iradəsilə çıxıb getdiyindən və uzun müddətdir orada yaşamadığından Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən istifadə hüququ saxlanmamış, yəni itirilmişdir. Cavabdehin həmin evdə formal olaraq qeydiyyatda qalması iddiaçıların bilavasitə mülkiyyətində olan əmlak üzərində hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Belə olan halda cavabdehin iddiaçılara məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməklə yaşayış yeri üzrə Cavabdeh qeydiyyatının ləğv edilməsinə əsas olan məhkəmə aktının qəbul edilməsi zəruridir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil yuxarıdakı məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* nömrəli Arayışdan görünür ki, İddiaçı2 xx.xx.2006-cı il tarixdən ünvan 3 ünvanda onunla birlikdə digər şəxslər – X8 (xx.xx.2007), X11 (xx.xx.1965), X5 (xx.xx.2011), X4 (xx.xx.2005), İddiaçı1 (xx.xx.1978), X9 (xx.xx.2009), X6 (XX.XX.1926), X7 (XX.XX.1936), İddiaçı3 (xx.xx.1961), Cavabdeh (xx.xx.1972) qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, ev 2a (yeni qaydalarla: AZ1078, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ********** saylı, xx.xx.2020-ci il tarixli qeydiyyat ilə 102,6 kv.m-lik torpaq sahəsi və evdən ibarət olmaqla İddiaçı2, ********** saylı, xx.xx.2019-cu il tarixli qeydiyyat ilə 20,8 kv.m-lik fərdi evdən ibarət olmaqla İddiaçı3, ********** saylı, xx.xx.2019-cu il tarixli qeydiyyat ilə 16,0 kv.m-lik fərdi evdən ibarət olmaqla İddiaçı1 məxsusdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixdə verilmiş ******* saylı Arayışdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, ev 2a ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-875/2024 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı1 qarşı sabit pul məbləğində aliment tələbi təmin edilmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının Əsas X2 Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır . Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin qiymətləndirməsi: Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, ev 2a (yeni qaydalarla: AZ1078, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 mülkiyyətindədir, cavabdeh əvvəllər həmin mənzildə yaşamış, hazırda isə orada formal olaraq qeydiyyatdadır. Eyni zamanda müəyyən olundu ki, cavabdeh mübahisəli mənzildə hazırda yaşamır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-875/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı1 qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiasının təmin edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı1 aliment tutulması müəyyən edilmişdir. Həmçinin, Cavabdeh aliment tələbi ilə bağlı mülki iş üzrə məhkəməyə təqdim etdiyi iddia ərizəsinin surətindən görünür ki, o, öz yaşayış ünvanı olaraq başqa ünvanı qeyd etmişdir. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh əmlakın paylı mülkiyyətçisi İddiaçı1 keçmiş ailə üzvüdür. Bu səbəbdən mübahisəli hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən sonra yarandığından cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələ Mənzil Məcəllənin 30.4-cü maddəsi əsasında həll olunmalıdır. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin mülkiyyətçinin keçmiş ailə üzvü kimi özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması işə baxılarkən öz təsdiqini tapmamışdır. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvü, yəni arvadı (əri), uşaqları və valideynləri olması və həmin şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşamaları əsas şərtdir. Cavabdeh mənzilin paylı mülkiyyətçilərindən birinin ailə üzvü olduğundan onun da mənzildən istifadə hüquqları yaranmışdır. Lakin cavabdeh mənzil mülkiyyətçisi ilə olan ailə münasibətləri pozulduqdan sonra olaraq köçüb başqa yaşayış yerinə getməklə, mənzildən istifadə hüquqları ilə bağlılığını da kəsmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, ev 2a (yeni qaydalarla: AZ1078, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, ev 2a (yeni qaydalarla: AZ1078, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1143/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1143/2024
06.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver