Məhkəmə qərarları › İş №e-2(006)-115/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-115/2024

26.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-115/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ümumi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 87, 7 saylı mənzilin çıxarışa əsasən ona məxsus olan 2 otaqdan ibarət payının cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 paylarından naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, H. Aslanov küçəsi, ev 87, 7 saylı, altı otaqlı, ümumi sahəsi 98.45 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı ilə cavabdehlərin paylı mülkiyyətindədir. Həmin mənzildə İddiaçı mülkiyyət payı 2 otaqdır. Cavabdehlərdən Cavabdeh3 mülkiyyət payı mənzilin 3 otağının ¼ hissəsi, Cavabdeh1 mülkiyyət payı mənzilin 3 otağının ¼ hissəsi, Cavabdeh4 mülkiyyət payı mənzilin 3 otağının ¼ hissəsi, Cavabdeh5 mülkiyyət payı mənzilin 3 otağının ¼ hissəsi, Cavabdeh2 (payçı X1 almışdır) mülkiyyət payı isə mənzilin 1 otağıdır. Sözgüdən Bakı şəhəri, Nəsimi rayonu, H. Aslanov küçəsi, ev 87, 7 saylı mənziliki mərtəbəli bina evində yerləşir. Mənzil binanın birinci mərtəbəsində olmaqla, altı otaqlıdır. Paylı mülkiyyətlə tərəflər arasında bölünmüş və tərəflərin ümumi çıxarışda paylarına müvafiq olaraq adları qeyd edilmişdir. Mənzilin İddiaçı məxsus hissəsinin giriş qapısı, su və kanalizasiya xətləri, qaz və işıq xətləri ayrıdır. Cavabdehlərin sahiblik hüquqlarına xələl gətirmir. Göründüyü kimi mülkiyyətçi, habelə ən böyük payçı İddiaçı olmasına və mənzilin əhəmiyyətli hissəsinin ona məxsus olmasına rağmən xüsusi mülkiyyət hüququndan tam istifadə edə bilmir, sərəncam və sahiblik hüququ kifayət dərəcədə məhdudlaşır və özünə məxsus hissəyə ayrıca çıxarış ala bilmir. Qeyd olunan səbəbdən sözügedən hissədə olan payını – mənzilin 2 otaqdan ibarət hissəsinin naturada bölünməsinə dair məhkəmədə iddia qaldırmağa məcburdur. Cavabdeh2 ümumi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 87, 7 saylı mənzilin çıxarışa əsasən ona məxsus olan 1 otaqdan ibarət payının cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və İddiaçı paylarından naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 87, 7 saylı, altı otaqlı, ümumi sahəsi 98.45 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçı Cavabdeh2 ilə cavabdehlərin paylı mülkiyyətindədir. Həmin mənzildə iddiaçı Cavabdeh2 mülkiyyət payı 1 otaqdır. Cavabdehlərdən Cavabdeh3 İzzəlulla qızının mülkiyyət payı mənzilin 3 otağının 1/4 hissəsi, Cavabdeh1 mülkiyyət payı mənzilin 3 otağının 1/4 hissəsi, Cavabdeh4 mülkiyyət payı mənzilin 3 otağının 1/4 hissəsi, Cavabdeh5 mülkiyyət payı mənzilin 3 otağının 1/4 hissəsi, İddiaçı mülkiyyət payı 2 otaqdır. Sözügedən Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 87,7 saylı mənzil iki mərtəbəli bina evində yerləşir. Mənzil binanın birinci mərtəbəsində olmaqla altı otaqlıdır. Paylı mülkiyyətlə tərəflər arasında bölünmüş və tərəflərin ümumi çıxarışda paylarına müvafiq olaraq adları qeyd edilmişdir. Mənzilin Cavabdeh2 məxsus hissəsinin giriş qapısı, su və kanalizasiya xətləri, qaz və işıq xətləri ayrıdır. Cavabdehlərin sahiblik hüquqlarına xələl gətirmir. Göründüyü kimi, mülkiyyətçi xüsusi mülkiyyət hüququndan tam istifadə edə bilmir, sərəncam və sahiblik hüququ kifayət dərəcədə məhdudlaşır və özünə məxsus hissəyə ayrıca çıxarış ala bilmir. Qeyd olunan səbəbdən sözügedən hissədə olan payını mənzilin 1 otaqdan ibarət hissəsinin naturada bölünməsinə dair məhkəmədə iddia qaldırmağa məcburdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddia tələbinin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş cavabdehlər X4 və X5 iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə ilk iddia üzrə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ümumi sahəsi 98.45 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, ev 87, mənzil 7 Cavabdeh5 3 otaqdan 1/4, Cavabdeh3 3 otaqdan 1/4, Cavabdeh1 3 otaqdan 1/4, Cavabdeh4 3 otaqdan 1/4, İddiaçı 2 otaq və Cavabdeh2 1 otaq hissədə paylı mülkiyyətlərindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanda yerləşən, çıxarışa uyğun, ümumi sahəsi 98.45 kv.m olan mənzildə İddiaçı məxsus 2 otağın və Cavabdeh2 məxsus 1 otağın İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci bəndində göstərilənlərə (yəni istifadələrində təcrid şəkildə mətbəx, dəhliz olmadığı üçün) və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri və məhkəmə tərəfindən daxil olmuş məktubu nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən, çıxarışa uyğun, ümumi sahəsi 98.45 kv.m olan mənzildə İddiaçı məxsus 2 otağın və Cavabdeh2 məxsus 1 otağın İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun qaydada digər 3 yaşayış (16.6 kv.metr, 14.8 kv.metr və 11.2 kv.metr) otaqlarından təcrid şəkildə naturada ayrılması texniki cəhətdən mümkündür. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə iclasında təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, iddiaçı ünvan 3 ünvanda yerləşən mənzilin 2 otağı İddiaçı 1 otağı isə Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən aydın olur ki, ünvan 3 ünvanda yerləşən 98.45 kv.m olan mənzildə İddiaçı məxsus 2 otaq, Cavabdeh2 məxsus 1 otaq digər 3 yaşayış (16.6 kv.m, 14.8 kv.m və 11.2 kv.m) otaqlarından təcrid şəkildə naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumları ilk və qarşılıqlı iddiaçıların özlərinə aid edilməli, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk və qarşılıqlı iddialar təmin edilsin. ünvan 3 ünvanda yerləşən 98.45 kv.m olan mənzildə İddiaçı məxsus 2 otaq, Cavabdeh2 məxsus 1 otaq digər 3 yaşayış (16.6 kv.m, 14.8 kv.m və 11.2 kv.m) otaqlarından təcrid şəkildə naturada ayrılsın. Məhkəmə xərcləri ilk və qarşılıqlı iddia üzrə iddiaçılara aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar