Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1189/2025 11.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 459-cu maddələrini rəhbər tutmaqla keyfiyyətsiz, qanunsuz və qeyri-dəqiq cərrahi müdaxilə nəticəsində sağlamlığına əhəmiyyətli zərər vurulduğuna görə 50.000 AZN (əlli min manat) pul cavabdehlər Cavabdeh1 MMC(Mərcan Klinikası) və Cavabdeh2 müştərək qaydada tutularaq maddi zərərin əvəzi olaraq İddiaçı ödənilməsi, Mülki qanunvericilik normalarını, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli Qərarını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini rəhbər tutmaqla cavabdehlərin törətdiyi qanunsuz hərəkətin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatının normal axarının pozulmasına, 5 ay ərzində sağlamlığına zərər vuran implantların sinəsində saxlanılmasına görə cavabdehlər Cavabdeh1 MMC (Mərcan Klinikası) Cavabdeh2 müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 10.000 AZN (on min manat) pul tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ilin təxminən oktyabr ayının ortalarında “Mərcan” (Hüquqi adıCavabdeh1 MMC) klinikasında Kamil Məmmədli adlı şəxsin yanında müayinədə olmuş, Kamil Məmmədlini iş yoldaşı Səbinə adlı qızın vasitəsilə tanımışdır. Səbinə bildirmişdir ki, o da Kamil adlı həkimin yanında sinə əməliyyatı olmuşdur. Kamil Məmmədliyə müraciət etməyinə səbəb sinə böyütmə əməliyyatı olmaq istəməsi olmuşdur. O, Kamil Məmmədlinin qəbulunda olarkən sonuncu ona bir ay sonra üçün əməliyyat tarixi vermiş, əməliyyatın uğurla keçəcəyini bildirmişdir. 2023-cü ilin noyabrın 15-də o, Mərcan Klinikasına getmiş, əməliyyatdan əvvəl müvafiq analizlər verərək USM müayinəsindən keçmişdir. Əməliyyatın səhər 09:00-da başlayacağını ona desələr də, günorta saat 16:00 radələrində əməliyyata girmişdir. Əməliyyatı 11 saat çəkmiş, əməliyyatdan öncə Mərcan Klinikasının həkimi Kamil Məmmədliyə 4000 AZN pul ödəmişdir. Gecə saat 12:00 radələrində əməliyyatı bitmiş, əməliyyatdan sonra vəziyyəti ağırlaşmışdır. Əməliyyatdan sonra klinikada 2 gün qalmış, daha sonra evə buraxılmışdır. Evə buraxılandan sonra vəziyyəti daha da pisləşmiş, çünki sinə hissəsinə qoyulan tikişlər açılaraq implantlar görsənməyə başlamışdır. O, Kamil Məmmədliyə 10 gün sonra müraciət edərək şikayətlərini bildirmiş, lakin o ölkədə olmadığına görə iddiaçını müxtəlif klinikalarda müxtəlif həkimlərə yönəltmişdir. Onun tikişləri açıldığına görə Meduara klinikasında 5 dəfə sağ sinəsinə, 2 dəfə də sol sinəsinə qoyulan tikişlər bərpa olunmuşdur. Lakin tikişlər bərpa olunsa belə sinəsinə implantlar düzgün qoyulmadığı üçün tikişlər bağlanmamış, yaralar açıq qalmışdır. Daha sonra 2024-cü ilin yanvar ayında o, “X21” da Babək Qəhrəmanov adlı həkimin qəbulunda olmuş, sonuncu onu müayinə edərək təcili surətdə implantların çıxarılmalı olduğunu, implantların hava ilə təmasda olduğunu, sinəsində çirklərin yarandığını bildirmişdir. Bəxtiyar adlı həkim ondan implantların çıxarılması, yeni implantların qoyulması üçün 18.000 AZN pul istəmişdir. O, isə həmin məbləği verə bilmədiyinə görə yenidən Kamil Məmmədliyə müraciət etmişdir. Əməliyyatdan sonra Kamil Məmmədlinin qəbulunda ola bilməmiş, Kamil Məmmədli ona ölkə xaricində olduğunu, tikişlərin bərpa olunacağını, vəziyyətin düzələcəyini bildirmişdir. O, Bəxtiyar həkimin yanından çıxandan sonra telefonla Kamil Məmmədliyə zəng edərək vəziyyətinin ağır olduğunu bildirəndə Kamil Məmmədli onu təhqir etmişdir. O, buna görə də Mərcan klinikasının baş həkimi Araz Ağayevə zəng etmiş, səhərisi gün o, baş həkimin qəbulunda olmuşdur. O, günlərlə həmin klinikaya getmiş, həmin klinikada baş cərrah işləyən Cavabdeh2 adlı həkim onu qəbul edərək düzələcəyini, sinəsində problem olarsa implantları çıxaracağını bildirmişdir. Daha sonra onun vəziyyəti pisləşmiş, şiddətli qaşınmalar və bədənində səpgilər yaranmışdır. Şikayətlərlə Mərcan klinikasına gedəndə Araz həkim onu qarşılamış, təcili surətdə ona sistem qoşulmuş, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 tərəfindən əməliyyata alınmışdır. Həmin gün Kamil Məmmədli də əməliyyata girmiş, lakin o, Kamil Məmmədlinin əməliyyatda iştirakını istəməmişdir. Lakin sonradan Kamil Məmmədli etiraf etmişdir ki, onu iradəsi ziddinə ikinci əməliyyatdada iştirak etmişdir. O, əməliyyatdan çıxanda sinəsinə qoyulan implantlar çıxarılmış, daha sonra onun əməliyyatı düzgün icra olunmadığına görə ödədiyi məbləğin geri qaytarılmasını istəmişdir. Belə ki, iddiaçının əldə etdiyi məlumata görə Kamil Məmmədli tibbi təhsili, lisenziyası olmamışdır. X14 tərəfindən ilkin əməliyyat olunsa da tibbi sənədlərdə Cavabdeh2 tərəfindən əməliyyat olunduğu qeyd olunmuşdur. 4000 AZN məbləğində pulu ona X20 Ağayev və Cavabdeh2 yanında qaytarmışdır. O, pulu almağı ilə bağlı ərizə yazaraq təqdim etmiş, əməliyyatdan sonra vəziyyəti ağır olduğu üçün işləyə bilməmiş, azyaşlı oğluna baxa bilməmişdir. Habelə iddiaçının yenidən əməliyyat olunmasına zərurət yaranmışdır. Belə ki, iddiaçının əməliyyatdan sonra toxumaları götürülmüş, sinə əzələləri kəsilmiş, sinəsi yararsız hala düşmüşdür. Bundan əlavə Adil Cümşüdov adlı həkim müayinəsinə gedəndə həkim gələcəkdə əməliyyatın başqa fəsadları ola biləcəyini, xərçəng xəstəliyinə düçar olmaq ehtimalının çox olduğunu bildirmişdir. İddiaçını hazırda heç bir həkim yenidən əməliyyata qəbul etmir. Türkiyədə isə həkimlərin qəbulunda olmuş, 30.000 Dollar ondan pul istənilmişdir. Kamil Məmmədli 2024-cü ilin noyabrında yenidən iddiaçıya müraciət edərək bildirmişdir ki, hazırda “Medistyle” klinikasında işləyir, 2000-3000 AZN qarşılığında iddiaçını yenidən əməliyyat edə bilər. Lakin iddiaçı başına gələnlərdən sonra bununla razılaşmamışdır. O, yenidən əməliyyat olunmalı olduğunu, ona maddi cəhətdən köməklik etməsini istəmiş, lakin Kamil Məmmədli ona köməklik etməkdən imtina etmişdir. İddiaçının birinci əməliyyatını(implantın qoyulması) Kamil Məmmədli, ikinci əməliyyatını isə(implantın çıxarılması) Cavabdeh2 həyata keçirmişdir. X17 vətəndaşı olduğu üçün onu cavabdeh qismində qoya bilmirik. Şikayətin olmaması barədə ərizə yazmağının səbəbi 4000 AZN pulun geri alınması məqsədilə Mərcan klinikası və onların həkimlərinin tələb etdiyi məzmunda ərizə yazmaqla əsaslandırır. Aydın məsələdir ki, elə bir ərizə yazmasaydı, heç kim ona 4000 AZN pul qaytarası deyildi. Müalicələrinə çoxlu pul xərclədiyi üçün məcburiyyət qarşısında qalaraq belə bir ərizə yazmışdır. Həmin ərizənin etibarsız olduğu və məcburiyyət qarşısında yazılmasını sübut edən ən mühüm fakt iddiaçının dərhal Azərbaycan Respublikası Nəsimi Rayon Prokurorluğuna rəsmi müraciətinin olmasıdır. Azərbaycan Respublikası Nəsimi Rayon Prokurorluğunun prokuror köməkçisi İİ dərəcəli hüquqşünas Aytən Ramazanlının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı müraciəti əsasında rayon prokurorluğunda toplanmış material üzrə (258c-24) “Mərcan” klinikasının həkimlərinin əməllərində hər hansı cinayət tərkibi olmadığından sonuncular barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi və İddiaçı pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Həmin qərarın özünü də mübahisələndirmişlər. Həmin qərarda şahid kimi dindirilən X1 ifadəsi göstərilmişdir. Şahid ifadəsində qeyd etmişdir ki, 2008-ci il tarixdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmiş, hazırda “ASK” Plazada kosmetoloq kimi fəaliyyət göstərir, İddiaçı onun iş yoldaşı olmuşdur. 2023-cü ilin oktyabr ayında sinə əməliyyatı olunmaq istədiyi bildirəndə o, Aygünə bir neçə həkim məsləhət görmüş, Aygün ona Səbinə adlı iş yoldaşının Mərcan klinikasında Kamil adlı şəxs tərəfindən sinə əməliyyatı olunduğunu, həmin həkimin yanına getmək istədiyini bildirmişdir. O, Aygünün Kamilin yanına getmək istədiyini, sonuncu tərəfindən əməliyyat olunmaq istədiyini bildirəndə o, Aygünə qarışmamışdır. Daha sonra Aygün əməliyyatdan 1 həftə sonra şəkillərini ataraq yaralarının açıq olduğunu, irin axdığını şəkillər ataraq ona bildirmişdir. O, Aygünə həkimə məlumat verməyi, işlədiyi yerə gəlməyini bildirmiş, Aygün ona sinə hissəsini göstərəndə o, əməliyyatın düzgün icra olunmadığını görərək Aygünə təcili Kamil ilə əlaqə saxlamasını söyləmişdir. Aygün Kamilə zəng edəndə həkim Aygündə baş verən prosesin normal olduğunu, iki həftəyə sağalacağını bildirərək fevral-mart aylarında Bakıya qayıdacağını bildirmiş, Aygünün sinə nahiyyəsində yaralar bitişməyəndə onu müxtəlif həkimlərə yönləndirmişdir. Həmin həkimlər Aygünün tikişlərini bərpa etsə də, hər hansı faydası olmamış, 2024-cü ilin fevral ayında Aygün ona zəng edərək vəziyyətinin pis olduğunu bildirəndə o, X15 Bəxtiyar adlı plastik cərrahın yanına gedəndə həmin həkim implantın çıxarılmasını, yoxsa sinəsini itirəcəyini qeyd etmişdir. Aygünün maddi vəziyyəti yaxşı olmadığına görə o, Aygünlə birlikdə Mərcan klinikasına getmişdir. Mərcan klinikasında ona Kamil adlı həkimin xəstəxanada olmadığını bildirirərək baş həkim Araz adlı şəxsin qəbulunda olmuşdur. Araz adlı baş həkim əməliyyatın nəticəsinin uğursuz olduğunu, lakin onun problemi olmadığını bildirərək məhkəməyə şikayət etməli olduğunu bildirmişdir. Araz həkim onlara Bəxtiyar adlı həkimdən Aygünü əməliyyat etməsi üçün xahiş edə biləcəyini, klinikada plastik cərrah olan Telman adlı həkimin klinikada fəaliyyət göstərdiyini bildirmişdir. Həmçinin Araz həkim Kamildən şikayətlərin çox olduğunu, həmin xəstələri Telman həkimin müalicə etdiyini, əməliyyatlara Telman adlı həkimin adı altında girdiyini bildirmişdir. Daha sonra Telman adlı həkim Aygünü müayinə edərək təcili əməliyyat olunacağını, implantların çıxaracağını bildirmişdir. 3-4 gün sonra Mərcan klinikasında Aygünün sinəsindən implantların çıxarılması əməliyyatı Telman həkim tərəfindən icra olunmuşdur. Əməliyyatdan 3-4 günsonra stasionar qaydada Aygün klinikada qalanda sonuncunun yanında o, qalmış, həmin vaxt Kamil adlı şəxs klinikaya gəlmişdir. Aldığı məlumata görə Aygünün sinəsindən implantların çıxarılma əməliyyatında Kamil də iştirak etmişdir. Əməliyyatdan sonra Kamil Aygünü müayinə edərək sonuncu barəsində şikayət etməməsini, himayəsində azyaşlı uşaq olduğunu bildirmişdir. Əməliyyatdan sonra Aygünün vəziyyəti pis olmuş, Telman həkim əməliyyatdan sonra Aygünü müayinə edəndə birinci sinə implantı əməliyyatının düzgün icra olunmadığını, əzələlərinin kəsildiyini, implantların sinə nahiyəsinə yerləşdirə bilmədiyinə görə Aygünün sinəsində tikişlərin cırıldığını, açıq yaralar əmələ gəldiyinə görə sinə nahiyyəsinə infeksiyalar yarandığı barədə cümlələr söyləmişdir. Telman həkim onlara Aygünün ölmədiyinə görə şükür etmələrini, vaxtında müraciət etməli olduğunu qeyd etmişdir. Əməliyyatdan sonra Aygün sinə nahiyyəsinin toxumalarını itirdiyini görəndə daha da pis olmuş, Araz həkim Aygünün vəziyyətini görəndə sonuncu 4-5 gün xəstəxanada qalmağını, Kamilin də Aygünün xərclərini ödəyəcəyini bildirmişdir. O, Araz həkimə implantların çıxarıldığını, sinə nahiyyəsini itirdiyini, implantın pulunun qaytarılmasını bildirmişdir. Araz həkim “implantların pulunu istəyəcəyini bilsəydi, heç Aygünü əməliyyat etdirməyəydim” deyə bildirmişdir. O, Araz həkimə Aygünün sinə nahiyyəsinin bərpa olunmayacağını, əməliyyatın düzgün icra olunmadığını söyləmiş, Araz həkim ona hədəqorxu gələrək Mərcan klinikasının X11 məxsus olduğunu, klinikada həkim kimi fəaliyyət göstərdiyini, buna görə başının ağrıyacağını bildirmişdir. O, Oqtay Əsədovdan müvafiq orqanlara şikayət edəcəyini, klinikanın lisenziyasının qeyri-qanuni nəyə görə istifadə olunduğunu bildirmiş, X22 ilə yenidən danışacağını qeyd edərək Kamili çağırmışdır. Təxminən yarım saat sonra Kamil Aygünlə ona yaxınlaşmış, sabah səhər əməliyyat üçün aldığı pulu 4000 manatı qaytaracağını bildirmişdir. Səhərisi gün Kamil, klinikada işləyən bir xanım onlara yaxınlaşaraq Aygünün ödədiyi pulu təqdim etmişlər. Həmin klinikada Aygünə ərizə yazmalı olduğunu, şikayəti olmaması ilə bağlı ərizə yazmağı tələb edəndə Aygün həmin sözləri yazaraq əməliyyata ödədiyi pulları geri aldığını qeyd etmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Nəsimi Rayon Prokurorluğunun sorğusuna Mərcan klinikası belə cavab verir ki, guya süd vəzilərinin hipoplaziyası (Mammoplastika) əməliyyatını Kamil Məmmədli deyil, Cavabdeh2 həyata keçirmişdir. Eyni zamanda Mərcan klinikası sorğuya cavab olaraq bildirmişdir ki, İddiaçı əməliyyat zamanı qeydə alınmış videogörüntüləri silinib. Mərcan klinikası cəsarətli bir şəkildə riskə gedərək Nəsimi rayon Prokurorluğuna tamamilə yalan məlumat vermişdir. Birincisi, X18 klinikasnda çalışır. Əmək müqaviləsi bağlanmadığı üçün böyük məbləğdə cərimə olunmamaq üçün bu yalanı ortaya atmışlar. İkinci yalan isə əməliyyat zamanı çəkilmiş video görüntünün silinməsidir. Əslində heçnə silinməmişdir. Sadəcə videogörüntünü təqdim etsələr birinci yalanları da üzə çıxmış olacaq. Bundan başqa sual yaranır. Fərz olunur ki, videogörüntü silinibsə, əməliyyat sənədləri hanı? Haradadır? Niyə prokurorluğa təqdim olunmur? Əgər Cavabdeh2 dediyi kimi İddiaçı ilk əməliyyatını o etmişdirsə və implantlar onun sinəsinə düşməyibsə niyə İddiaçı düz 5 ay əziyyət verilib və 5 ay ərzində implantlar çıxarılmayıb ??? Ümumi olaraq əgər Cavabdeh2la ilkin əməliyyatın konsultasiyası, əməliyyatın təyin edilməsi günü, ağırlaşmalar haqqında danışıq və mesajlar varsa, Cavabdeh2 buyurub sübut etsin. Çünki İddiaçı Cavabdeh2 2-ci əməliyyat dövründə (yəni, implantların çıxarılması zamanı) tanımışdır. Özünü plastik cərrah kimi istintaqa təqdim edən Cavabdeh2 ifadəsində belə bir söz işlədir: “X18 klinikasında işləmir, həmin şəxsin instagram vasitəsilə xəstələri klinikaya cəlb edir. Daha bir yalan... Kamil Məmmədlinin instagram səhifəsinə baxdıqda şahidi oluruq ki, həqiqətən də KAMİL MƏMMƏDLİ adlı şəxs var. İKİNCİSİ KAMİL MƏMMƏDLİ intagramdakı BİO-sunda özünü “PLASTİK XİRURQ” ( PLASTİK CƏRRAH) kimi təqdim edir. Üçüncüsü, Cavabdeh2 dediyi kimi “Mərcan” klinikasında instagram vasitəsilə xəstələri cəlb etməyilə bağlı bir Kamil Məmmədlinin profilində bir dənə də olsun video, reklam yoxdur.Habelə bir həkim işləmədiyi klinikanı niyə reklam etsin ki? Deyilənlər ağlabatan deyil və qarşı tərəfin açıqaşkar yalan dediyinin bariz nümunəsidir: 1) Ya Mərcan klinikasının həkimlərinin ilkin müayinəsi səhvdir 2) Ya da Mərcan klinikasının həkimlərinin əməliyyatı səhvdir. Bundan başqa qərarda qeyd olunmuşdur ki, süd vəzilərinin implantasiya əməliyyatından sonra implantların çıxarılmasına səbəb orqanizmin yad cismə (silikon implantlara) qarşı cavab reaksiyası olmuşdur. Bildiririk ki, burada tək faktor- cavab reaksiyası deyil. Belə ki plastik tibbi əməliyyatlarla bağlı rəsmi tibbi məlumatlara əsasən, əməliyyatın doğru sterilizasiya və üsulla edilməsi infeksiya riskini azaldır, bununla da implantın rədd edilmə riski azalmış olar. Hazırki işdə cərrahi üsul düzgün seçilməmişdir. İkinci faktor, implantın tərkibidir. Ümumiyyətlə implantlar biouyğunlaşa bilən maddələrdən hazırlanır. Ola bilsin ki, keyfiyyətsiz implantlardan istifadə olunmuşdur. Üçüncü faktor isə infeksiya riskidir. Əgər əməliyyat sonrası infeksiya inkişaf edərsə, bədən implantı rədd etməyə meyilli ola bilər. İş materiallarından görünür ki, İddiaçı əməliyyatdan sonra iltihablaşma prosesi getmişdir. Bu da birbaşa əməliyyatın səhv aparıldığını sübut edir. Daha bir maraqlı hal ondan ibarətdir ki, Nəsimi Rayon prokurorluğu İddiaçı şikayəti üzrə müvafiq orqanlara sorğular vermiş, lakin sorğuların nəticəsini gözləmədən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, həmin qərarda aşağıdakı kimi yazılmışdır: “Yuxarıda qeyd olunan xüsusatlar, həmçinin araşdırma üçün digər əhəmiyyətli hallar ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə xidməti yoxlama təyin edilmiş, “Mərcan” klinikasının plastik cərrahiyyə əməliyatlarının icra olunmasına icazələrininin olub-olmamaları, Kamil Məmmədli adlı şəxsin həmin klinikada işləyib-işləməməsi, o cümlədən klinika, həkimlərin fəaliyyəti ilə bağlı məsələlərin aydınlaşdırılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə xidməti yoxlama təyin olunmuş, xidməti yoxlamanın nəticəsi hazırki vaxta kimi rayon prokurorluğuna daxil olmamışdır. Bütün bunlara baxmayaraq cinayət işinin başlanılmasının 7-ci səhifəsində qeyd olunmuşdur ki, həmçinin İddiaçı pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İddia ərizəsinə əlavə etdiyi X9 xx.xx.2024-cü il tarixli, R240094403 saylı Məmə USM (Bilateral) arayışında qeyd olunmuşdur ki, hər iki süd vəzisində kəsik xətti izlənildi. Kəsik xətti boyunca məmə parenximasında ödəmli sahə izlənilir. Ümummilli, əvəzolunmaz lider X8 belə bir ifadəsi var idi: “Hamı qanuna tabe olmalıdır. Heç kəs qanunu pozmamalıdır. Heç kəs özü üçün müstəsna hüquq tələb etməməlidir. Heç kəsin haqqı yoxdur. Heç kəs deyə bilməz ki, mənim filan vaxt filan xidmətim olmuşdur. Filan vaxt meydanda çox qışqırmışam və ya az qışqırmışam mənim ixtiyarım var qanunu pozmağa, yoxdur!” Həkim də olsa, qanunlara hər kəs riayət etməlidir. Həkimlərin səhvi ucbatından o, ömürlük əziyyət çəkəcək. Axı onlar həyatlarını onları zəlil qoymaqları üçün həkimlərə əmanət etmirlər. a)Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahatlar verərək iddianın təmin edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, rəydən də göründüyü kimi orqanizm, implanta qarşı əks reaksiya vermişdir. İddiaçı tərəf isə bildirir ki, əməliyyat qüsurlu olub. İddiaçı tərəf ilk öncə aydınlıq gətirməlidir ki, əməliyyatın qüsurlu olduğunu bildirir yoxsa 5 ay sonra implantın çıxarılmasını mı bəyənmir. Klinikanın təqsirsizliyi vardır. Ekspertizanın rəyi var və həmin rəyə əsasən heç bir qüsur aşkar edilməmişdir. Xanım bütün riskləri gözə almışdır. Bundan sonra xanım özü də digər yerlərə də müraciət etmişdir. Sonda yenidən onların klinikaya müraciət etmişdir və oradan implantlar çıxarılmışdır. Odur ki, hesab edirik ki, iddia əsassızdır və rədd olunmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ilə razı olmadığını və onun əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qətnaməsinin elan iclası) vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Əsaslandırıcı hissə: b) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Bakı şəhəri Nəsimi RP-nin xx.xx.2024-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında rayon prokurorluğunda toplanmış material “Mərcan” klinikasının həkimlərinin əməllərində hər hansı cinayət tərkibi olmadığından sonuncular barəsində AR CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi haqqında qərar qəbul edilmişdir. - İddiaçı tərəfindən Baş Prokurora ünvanlanan xx.xx.2024-cü il tarixli şikayət ərizəsində, Azərbaycan Respublikası Nəsimi Rayon Prokurorluğunun prokuror köməkçisi İİ dərəcəli hüquqşünas Aytən Ramazanlının cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı tamamilə əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi, 258c-24 saylı nömrə ilə qeydiyyata alınmış material çox ciddi və təxirə salınmadan nəzarətə götürülsün, cinayət işinin başlanılması, əməlin daha ağır maddəyə tövsif edilməsi üçün onun tərəfindən göstəriş verilməsi, bütövlükdə həmin materiallar tələb olunaraq Cinayət Prosessual Məcəlləsinin normalarına əməl olunub-olunmadığı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsinin araşdırılması, hazırki iş üzrə yenidən ekspertlərə kənar təsir olmadan və qeyri-prosesual hərəkətlərə yol verilmədən tam obyektiv şəkildə təkrar komisyon məhkəmə tibbi ekspertizasının keçirilməsi, Cavabdeh1 MMC-dən (Mərcan Klinikası) İlkin (yəni, birinci əməliyyatı hansı həkimin aparması barədə əməliyyat sənədlərinin (süd vəzilərinin hipopplaziyasımammoplastika) qətiyyətli şəkildə tələb olunması, Kamil Məmmədli adlı plastik cərrahın əmək müqaviləsiz Mərcan Klinikasında işlədiyi müəyyən olunarsa, müvafiq vergi orqanına bu barədə təqdimat verilməsini xahiş etmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyinə ünvanlanan xx.xx.2024-cü il tarixli şikayət ərizəsindən görünür ki, “Mərcan” (Hüquqi adı Cavabdeh1 MMC VÖEN:**********) klinikası Kamil Məmmədli adlı plastik cərrahı əmək müqaviləsiz işlətməklə vergidən yayınmışdırsa, bu barədə Vergi orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinə və digər normativ aktlara uyğun olaraq klinikanın məsul şəxslərinin cinayət və inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlər görülməsi, “Mərcan” klinikasının Kamil Məmmədli adlı plastik cərrahı əmək müqaviləsiz işlətməsi öz təsdiqini taparsa, İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq klinika heç bir güzəşt edilmədən 25000 AZN məbləğində cərimə edilməsi, müraciətin nəticəsi barədə “Vətəndaşların müraciəti haqqında” qanuna uyğun olaraq ona rəsmi qaydada cavab verilməsini xahiş etmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ünvanlanan şikayət ərizəsindən görünür ki, “Mərcan” klinikasında xidməti araşdırma aparılması, “Mərcan” klinikası və onun təqsirli həkimləri müvafiq məsuliyyətə cəlb olunması, “Mərcan” klinikasının baş həkimi Araz Ağayev, plastik cərrahları Cavabdeh2 və Kamil Məmmədlinin ən sərt şəkildə cəzalandırılması, Kamil Məmmədlinin əmək müqaviləsi və hər hansı qeydiyyatı, uçotu olmadan klinikada necə cərrahi əməliyyat aparması aydınlaşdırılması, Cavabdeh1 MMC-dən ilkin (yəni birinci əməliyyatı hansı həkimin aparması barədə) əməliyyat sənədləri qətiyyətli şəkildə tələb olunması, “Mərcan” klinikasında qanunsuz plastik əməliyyatların qarşısı alınaraq qanunsuz fəaliyyətinin dayandırılması, Ona müraciətinin nəticəsi barədə rəsmi qaydada məlumat verilməsini xahiş etmişdir. - İddiaçı tərəfindən Azərbaycan Tibb Universiteti X4 ünvanladığı xx.xx.2024-cü il tarixli şikayət ərizəsindən görünür ki, “Mərcan” klinikasının plastik cərrahı, eyni zamanda Azərbaycan Tibb Universiteti X5 müəllimi Cavabdeh2 “Həkimlərin etik davranış qaydaları haqqında” Azərbaycan respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş qaydalarını” kobud şəkildə pozaraq həkim etikasına və adına uyğun olmayan şəkildə davranış sərgiləməsi barədə işəgötürən olaraq onlara rəsmi qaydada məlumat verir, onun başına gətirdiyi bu oyunları başqalarının başına gətirməməsi üçün ona ciddi şəkildə xəbərdarlıq olunmasını, Azərbaycan Tibb Universiteti X10 kimi yaxşı nüfuza malik olan bir qurumun qeyri-peşəkar həkimlərlə əməkdaşlıq etməməsi üçün göstəriş vrerilməsini xahiş etmişdir. - X9 xx.xx.2024-cü il tarixli “Məmə USM (Bilateral)) nəticəsinə görə, hər iki süd vəzisində aşağı-içəri və aşağı-bayır kvadratında saat 6 istiqamətində Areolaya yaxın proyeksiyaya doğru kəsik xətti izləndi. Sağ süd vəzisində saat 6 istiqamətində kəsik xəttində kəsik xətlərinin kəsişməsinə doğru yerləşimli fibroid toxuma 10x5.9 MM ölçüldü. Sol süd vəzisində saat istiqamətində kəsik xətti boyunca məmə parenximasında ödəmli sahə izlənilir. Anamnezinə görə məməplastika əməliyyatı olunmuşdur (implant qoyulmuşdur). Hər iki süd vəzisində: sağda 3.2 mm, solda 2.8 mm olmaqla sadə kistlər izlənilir. Hər iki süd vəzisində patoloji solid görüntü izlənmədi. Bilateral aksillalarda patoloji görüntüdə və ölçüdə limfa düyünləri vizualizə olunmadı. Bilateral süd vəzisi bi-rads 2 6 ay sonra kontrol USG müayinə məsləhət görülür. - xx.xx.2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 03 dekabr 2024-cü il tarixdə saat 10:40-da ünvan 3 ünvanında yerləşən "xxxx" Klinika MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 maddəsini nəzərdə tutan inzibati xəta törətmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 03 dekabr 2024-cü il tarixli 698 nömrəli Akt ilə təsdiq edilir. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(006)-13/2025 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinərək 6000 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X12” Publik hüquqi şəxsinin KEŞ-228 nömrəli xx.xx.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, 1994-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2 İddiaçı xx.xx.2023-cü il tarixdə süd vəzlərinin kiçik olması şikayəti ilə “RM X16” ə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Süd vəzinin hipoplaziyası” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “Mammoplastika” cərrahiyə əməliyyatının aparılması qərara alınmışdır. İddiaçı üzərində “RM X16”də icra edilmiş cərrahiyə əməliyyatı zamanı ona hər iki süd vəzilərinə silikon implantlar yerləşdirilmişdir. əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmiş və əməliyyat zamanı hər hansı bir ağırlaşma qeyd edilməmişdir. 3. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən “RM X16”ə əvvəlki əməliyyatdan sonra süd vəzilərinin böyük olması şikayəti ilə müraciət etmişdir. Bununla əlaqədar onun üzərində “Süd vəzilərindən implantın çıxarılması; mammoplastika” cərrahiyə əməliyyatının aparılması qərara alınmışdır. əməliyyat icra edilmiş və implantlar süd vəzilərindən xaric edilmişdir. Təkrari əməliyyat texniki olaraq düzgün yerinə yetirilmişdir. Təkrar əməliyyat zamanı cərrahi ağırlaşma qeyd edilməmişdir. İddiaçı mütəxəssis müayinəsinə əsasən, ona süd vəzilərinin implantasiya əməliyyatından sonra təkrar süd vəzilərdən implantların xaric edilməsinə səbəb orqanizmin yad cisminə qarşı cavab reaksiyası olmuşdur. Plastik əməliyyat zamanı qoylmuş süni implantlardan irin axması müəyyən edildikdən sonra qısa müddət ərzində implantlar xaric edilməsi tibbi göstəriş hesab olunur. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın qiymətləndirilməsində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən edilmədi. - Azərbaycan Respublikası Səhiyyə nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin keş-28 saylı, xx.xx.2025-ci il tarixli rəyinə etiraza əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin keş-228 saylı, xx.xx.2025-ci il tarixli rəyinə etiraz edirlər. ( rəyin nəticə hissəsinin 6-cı bəndi istisna olmaqla) Belə ki, həmin rəydə qeyd olunub ki, guya əməliyyat və təkrar əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Guya klinikanın və həkimin heç bir təqsiri yoxdur. Bu tamamilə cəfəngiyyat və absurddur. Belə ki, əgər əməliyyat düzgün yerinə yetirilsəydi hər hansı axıntı ifrazatı və çürümə olmazdı. Yalnız rəyin nəticə hissəsinin 6-cı bəndi ilə razılaşırlar. Belə ki, 6-cı bənddə qeyd olunmuşdur ki, plastik əməliyyat zamanı qoyulmuş süni implantlardan irin axması müəyyən edildikdən sonra qısa müddət ərzində implantların xaric edilməsi tibbi göstəriş hesab olunur. Lakin iş materiallarından görünür ki, zərərçəkmiş vətəndaş İddiaçı Nizami qızı 5 ay ərzində əziyyət çəksə də, onun implantlarını çıxaran olmamış, hətta o səhhəti ilə bağlı həyati təhlükə yaşayaraq ölüm dərəcəsinə gəlib çıxmışdır. Azərbaycan Respublikası Nəsimi Rayon Məhkəməsinin 3(006)-13/2025 saylı, xx.xx.2025-ci il qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati cərimə edilmişdir. ( hakim Solmaz Mustafayeva) Məhkəmə prosesi zamanı məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Vəkil2 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, zərərçəkmiş xanıma dəymiş ziyan ödənilmişdir. Cərrah Cavabdeh2 sonuncu əməliyyatı İddiaçı əməliyyatı olmuşdur. Həmin əməliyyatdan sonra klinika tərəfindən Cavabdeh2 sertifikasiyası olmadığından xx.xx.2024cü il tarixdən etibarən cərrahiyyə şöbəsindən uzaqlaşdırılaraq heç bir əməliyyata girməsinə icazə verilməmişdir. Göründüyü kimi cavabdehlərin özləri də təqsirlərini etiraf etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Cavabdeh1 MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 10:40-da ünvan 4 ünvanında yerləşən Cavabdeh1 MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti (həkim ümumi cərrah Cavabdeh2) aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh2 sertifikasiya şəhadətnaməsindən keçmədən həm ümumi, həm də plastik cərrahiyyə iş və fəaliyyəti ilə məşğul olur (halbuki məşğul ola bilməzdi). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciət əsasında rayon prokurorluğunda toplanmış material üzrə “Mərcan” klinikasının həkimlərinin əməllərində hər hansı cinayət tərkibi olmadığından sonuncular barəsində Azərbaycan CPM-nin 39.1.2- ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bundan əlavə həm məhkəməyə təqdim olunan sonuncu rəydə, həm də cinayət işinin başlanılmasının rədd olunması barədə qərarın 4-cü səhifəsinin sonu 5-ci səhifəsinin əvvəlində qeyd olunmuşdur ki, “Mərcan Klinikasında müayinə zamanı xəstə icra olunacaq əməliyyat üçün əks göstərişin olduğu qeyd edilməlidir. Sual yaranır. Əgər əstənin bədəni süni implantı götürmürdüsə, bu necə müayinədir ki, müayinə zamanı əməliyyata əks göstərişin müəyyən olunmadığı yazılmışdır. Buradan mənti qanunauyğunluğuna əsasən 2 nəticəyə gəlmək olur: 1) Ya Mərcan klinikasının həkimlərinin ilkin müayinəsi səhvdir 2) Ya da Mərcan klinikasının həkimlərinin əməliyyatı səhvdir. Bundan başqa qeyd etmək istərdik ki, Cavabdeh2 Azərbaycan Tibb Universiteti X2 müəllimidir və onun yaxınlıqda yerləşən X19 (Semaşko) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin həkimekspertləri ilə yaxın əlaqələrinin olması ehtimal olunan haldır. Buna görə də həmin rəyin mötəbərliyini şübhə altına alırıq. Bundan başqa Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir v ə bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə m əhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Hazırki iş üzrə Məkəmə Tibbi-Ekspertiza rəyi məcburi hesab olunmamalı və işdə olan bütün sübutların məcmusuna obyektiv qiymət verilməklə ədalətli qərar qəbul edilməli olduğunu düşünürlər. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 Keş-228 saylı, xx.xx.2025-ci il tarixli rəyinə kəskin şəkildə etiraz edirlər. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iş üzrə araşdırmalar və təqdim edilmiş materiallar əsasında müəyyən etmişdir ki, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 barəsində irəli sürülmüş maddi və mənəvi zərərin ödənilməsi tələbi əsaslı deyil. Belə ki, iddiaçı əməliyyat zamanı zədələnmə, səhv və ya keyfiyyətsiz cərrahi müdaxilə nəticəsində sağlamlığına zərər dəydiyini iddia etsə də, iş üzrə toplanmış sübutlar və ekspert rəyləri göstərir ki, ilkin və təkrar əməliyyat texniki cəhətdən düzgün aparılmış, əməliyyat zamanı hər hansı qüsur və ya səhv aşkar edilməmişdir. Həmin ekspert rəyləri, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 KEŞ-228 nömrəli xx.xx.2025-ci il tarixli rəyinə əsasən, İddiaçı sinəsinə qoyulmuş implantların çıxarılmasına səbəb orqanizmin yad cismə qarşı cavab reaksiyası olmuşdur ki, bu tibbi normalara uyğun və gözlənilən hallardan biridir. Ekspertiza zamanı hər hansı morfoloji sağlamlıq zədələnməsi aşkar edilməmişdir, yəni əməliyyat və onun nəticəsi insan orqanizmi üçün ciddi təhlükə yaratmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş faktlar, o cümlədən əməliyyat öncəsi və sonrası vəziyyət, klinika və həkimlərlə ünsiyyət, iddiaçının müxtəlif klinikalara müraciəti və əlavə müalicə xərcləri, məhkəmə tərəfindən obyektiv şəkildə qiymətləndirilmişdir. Məhkəmə aşkar etmişdir ki, iddiaçının zərər iddiaları, əsasən subyektiv narazılıq və əməliyyatın gözlənilən nəticəsini tam razılaşdırmamasından irəli gəlmişdir, halbuki əməliyyatın tibbi göstərişlərə uyğun aparılması və ekspert rəyinə əsasən, hər hansı təqsirli hərəkət və ya qanunsuzluq müəyyən edilməmişdir. Bundan başqa, Nəsimi Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsasən, toplanmış materiallarda klinika və həkimlərin hərəkətlərində cinayət tərkibi olmadığı müəyyən edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət hüququ izah edilmişdir. Prokurorluğun qərarı, habelə müvafiq ekspert rəyləri və klinika tərəfindən təqdim edilmiş sənədlər göstərir ki, iddiaçının ittihamları hüquqi əsasdan məhrumdur və əməliyyatın keyfiyyətinə dair iddialar təsdiqlənməmişdir. Eyni zamanda, məhkəmə iş materiallarından görmüşdür ki, Cavabdeh1 MMC tərəfindən törədilmiş inzibati xətalar mövcud olmuş, lakin həmin inzibati xətaların iddiaçının əsas maddi və mənəvi zərərinə səbəb olduğu sübut olunmamışdır. Klinika tərəfindən göstərilən tibbi xidmətlərin icrası ekspert rəyləri ilə dəstəklənmiş və hər hansı hüquqi pozuntu iddiaçının sağlamlığına ciddi ziyan vurduğunu sübut etməmişdir. İddiaçı tərəfin “iddiaçının yenidən əməliyyata ehtiyacının olması, bu əməliyyatın icra edilməsi üçün “30.000 dollar məbləğində pulun tələb olunması və əməliyyatın xaricdə həyata keçiriləcəyi” dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçının cərrahiyyə əməliyyatından sonra onun məhz həkim tərəfindən edilmiş əməliyyata görə daha bir əməliyyata ehtiyacının olması sübut olunmur. Belə ki, məhkəməyə təqdim edilmiş müvafiq ekspert rəyində İddiaçı mütəxəssis müayinəsinə əsasən, ona süd vəzilərinin implantasiya əməliyyatından sonra təkrar süd vəzilərdən implantların xaric edilməsinə səbəb orqanizmin yad cisminə qarşı cavab reaksiyası olmasını, plastik əməliyyat zamanı qoyulmuş süni implantlardan irin axması müəyyən edildikdən sonra qısa müddət ərzində implantlar xaric edilməsinin tibbi göstəriş hesab olunmasını nəzərə alaraq, hazırda texniki qüsurun məhz cavabdeh “RM Medicare Clinic”də baş tutan cərrahiyyə əməliyyatından sonra baş verməsi haqqında fikir söylənilməsi mümkün deyil. Bunu da nəzərə almaq lazımdır ki, implantasiya əməliyyatının həyata keçirilməsindən sonra İddiaçı daha bir neçə xəstəxanada müxtəlif həkimlərə yönəlmişdir. İddiaçı bu xəstəxanalara onun əməliyyatını həyata keçirən Kamil Məmmədli tərəfindən yönləndirildiyini bildirsə də, nə bu barədə, nə də onun “RM Medicare Clinic”də işləməsi, əməliyyatının onun tərəfindən aparılması barədə məhkəməyə mötəbər sübut təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən qeyd olunmuşdur ki, ilkin əməliyyatdan sonra Cavabdeh1 MMC tərəfindən 4.000 manat məbləğində ödəniş geri qaytarılmışdır. Məhkəmə bu məsələni nəzərə alaraq bildirir ki, ödənişin həyata keçirilməsi klinikanın hər hansı səhv və ya qanunsuz əməli qəbul etməsi demək deyil. Belə bir ödənişin edilməsi, əksinə, klinikanın işgüzar nüfuzunu qorumaq, iddiaçının narazılığını azaltmaq və “müştərixidmət təminatçısı” münasibətlərində etibarlılığı saxlamaq məqsədi daşıyır. Hüquqi baxımdan, mülki münasibətlərdə tərəf bir tərəfə kompensasiya ödəyərkən bunun öz-özlüyündə qəbul edilmiş yanlışlıq və ya məsuliyyət anlamına gəlmədiyi qəbul edilir. Klinika tərəfindən ödənişin edilməsi sadəcə praktiki və işgüzar addım olub, tibbi xidmətlərin keyfiyyətinə dair iddiaçının iddialarını təsdiqləmir və heç bir hüquqi nəticə doğurmur. Belə ki, ödəniş yalnız iddiaçının narazılığını azaltmaq və münaqişənin daha da böyüməsinin qarşısını almaq məqsədini daşıyır, klinikanın əməliyyat zamanı hər hansı qüsur törətdiyini təsdiqləmir. Məhkəmə bununla da vurğulayır ki, iddiaçının ödəniş faktına istinad edərək cavabdehlərin səhvini sübut etməsi mümkün deyildir. Hətta ödənişin həyata keçirilməsi də cavabdehin qanuni fəaliyyətinə və tibbi standartlara uyğun hərəkət etdiyini əks etdirmir, yalnız iddiaçının subyektiv narazılığını idarə etmə məqsədini güdür. Bu baxımdan, ödənişin edilməsi iddiaçının zərər iddialarının hüquqi əsasını yaratmır və iddianın məhkəmə tərəfindən rədd olunmasına səbəb olan obyektiv sübutlarla uyğunluq təşkil edir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrini və məhkəmə təcrübəsini rəhbər tutaraq qərara almışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş maddi və mənəvi ziyanın ödənilməsi tələbi hüquqi əsasdan məhrumdur. İddiaçı tərəfindən təqdim olunan əsaslandırmalar, sübutlar və faktlar cavabdehlərin hərəkətlərinin qanunauyğun olub-olmamasını təsdiqləmədiyindən, iddia hüquqi baxımdan əsassız hesab edilmişdir. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X7rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İddiaçı cavabdehlərin törətdiyi qanunsuz hərəkətin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatının normal axarının pozulmasına, 5 ay ərzində sağlamlığına zərər vuran implantların sinəsində saxlanılmasına görə cavabdehlər Cavabdeh1 MMC (Mərcan Klinikası) Cavabdeh2 müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 10.000 manat (on min manat) pul tutularaq İddiaçı ödənilməsini də məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən keyfiyyətsiz, qanunsuz və qeyri-dəqiq cərrahi müdaxilə nəticəsində sağlamlığına əhəmiyyətli zərər vurulduğun təsdiqləyən sübutlar təqdim etmədiyindən, həmçinin iddia maddi ziyan hissəsində də təmin edilmədiyindən, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1189/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1189/2025
11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver