Məhkəmə qərarları › İş №e-2(006)-124/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-124/2023

28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-124/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “Mazda CX-5” markalı, 99TZ375 dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərərlə bağlı 1618,61 manat məbləğində sığorta ödənişinin cavabdeh "xxxx"Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilməsindən imtinasının məhkəmə qaydasında əsassız hesab edilməsi, habelə “Mazda CX-5” markalı, 99TZ375 dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərərlə bağlı 1618,61 manat sığorta ödənişinin, 37,85 manat dövlət rüsumunun, 166,71 manat dəbbə pulu, cəmi isə 1823,17 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə vəsatət təqdim edərək, "xxxx" ASC-nin hüquqi ünvanının ünvan 2 aidiyyəti qaydaları pozulmaqla işin icraata qəbul edildiyini bildirmiş, buna görə də işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı və nümayəndəsi X2 cavabdehin vəsatətinin təmin olunmasına etiraz etmədiyini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” bölməsindən çıxarışından görünür ki, "xxxx" ASC-nin (VÖEN: **********) hüquqi ünvanı ünvan 4rixi xx.xx.2017-ci ildir. Göründüyü kimi, hazırki iş üzrə iddia irəli sürülən vaxt, yəni xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 5essual Məcəlləsinin 35.1-35.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi baxılması üçün başqa məhkəməyə verir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-nin vəsatəti təmin edilməli, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 44.2.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəsatəti təmin edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar