Məhkəmə qərarları › İş №e-2(006)-1242/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1242/2025

06.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1242/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı təhsil haqqında azad edilmə və ödənilmiş təhsil haqqının geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dərs ili başlamazdan əvvəl məcburi köçkün statusumun tanınması və bu barədə müvafiq vəsiqənin verilməsi tələbi ilə Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə 20 sentyabr 2022-ci il tarixli müraciəti, həmin müraciətə edilmiş imtina barədə məhkəmədə iddianın təmin olunması nəzərə alınaraq ödədiyi 1700 manat təhsil haqqının geri qaytarılması və təhsilini başa vuranadək qanunvericiliyin tələbinə əsasən təhsil haqqının ödənilməsindən azad olunması barədə öhdəliyin cavabdeh Bakı Slavyan Universiteti rəhbərliyinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, babasının ailə üzvləri, o cümlədən X2 1980ci ildə Ağdam şəhərindəki dövlətə aid mənzildən Xankəndinə köçərək Qarabağ hadisələrinin başlandığı dövrə kimi Admiral İsakov küçəsi 8, mənzil 24 ünvanındakı mənzildə yaşamış və pasport qeydiyyatında olmuşdur. Babasının ailəsi məcburən Xankəndindən Bakıya köçərkən X2nun 12 yaşı olub. O vaxtdan ünvan 1 ünvanında yaşayırlar. Babasının, nənəsinin, atasının, anasının, əmisinin və bibisinin – yəni babasının ailə üzvlərinin hər birinin 1988-ci ildən Xankəndidən məcburi köçkün statusları və vəsiqələri vardır. X2 21 yanvar 2003-cü ildə məcburi köçkün statusu olmayan X5 ilə ailə həyatı qurmuş, onların birgə nikahdandan xx.xx.2005-ci ildə o, anadan olmuşdur. 2022-ci ilin avqustunda test imtahanlarından uğurla keçərək Bakı Slavyan Universitetinin Sosial Elmlər fakültəsinə (jurnalistika ixtisası üzrə) ödənişli əsaslarla qəbul olmuşdur. O vaxt 17 yaşı olmuşdur. Təhsil haqqında Azərbaycan Respublikası Qanununa görə (Maddə 14.8- 1.,14,8-1,6) dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşlarının ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. X2 dərslərin başlamasından 1 ay əvvəl - 20 avqust 2022-ci ildə Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edərək həddi-buluğa çatmamış övladları İddiaçı və X7 məcburi köçkün statuslarının tanınmasını və onlara müvafiq vəsiqələrin verilməsini xahiş etdi. Universitetdə təhsil haqqının ödənişini tələb edən əməkdaşa bildirmişdir ki, o, məcburi köçkündür, statusunun tanınması və müvafiq vəsiqənin verilməsi xahişi ilə qaçqınkoma müraciət etmişlər, imtina cavabı alsalar da məhkəmədə mübahisələndirəcəklər. Əməkdaş təkid etmişdir ki, ödəniş mütləq edilməlidir, statusu rəsmi tanınsa ödədiyi vəsait qaytarılacaq. Ailənin maddi durumu qənaətbəxş olmadığından vəziyyəti babasına danışmışdır, o, hələ dərslər başlamamış – 9 sentyabr 2022-ci ildə öz 4127 .... .... 0469 nömrəli bank kartından yarım illik təhsil haqqı məbləğini (851,28 manat) təqdim edilmiş hesaba ödəmişdir. Xeyli müddətdən sonra, komitədən 8 sentyabr 2022-ci il tarixli 01/4832 tarixli imtina cavabı almışlar və imtinadan Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq 2-1(112)-5633/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Beləliklə, məhkəmə mübahisələri onlardan asılı olmayan səbəbdən uzanası olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3552/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qanunazidd qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu arada universitetin tələbi ilə babası Nümayəndə 27 may 2023-cü il tarixdə özünün 4105 .... .... 4217 nömrəli bank kartından 1-ci kursun 2-ci yarım illiyinə aid 851,28 manatı da ödəmişdir. 2013/2014-cü tədris ilində 2-ci kursda oxuyarkən universitetdə ondan təhsil haqqı tələb edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinə prosessual müddətdə təqdim etdikləri kassasiya şikayəti ilə, nəhayət, ədalətə nail olmuşlar. Məhkəmənin İnzibati Kollegiyası iş üzrə 2-1(102)-1120/2024 №-li xx.xx.2024-cü il tarixli yeni qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2023-cü il tarixli, 2-1(103)-3552/2023 nömrəli qərarı ləğv edilmişdir, ataları Xankəndi şəhərindən məcburi köçkün X9 olduğu və Xankəndində mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi olmadığı üçün 18 yaşı tamam olmamış oğulları xx.xx.2005-ci il təvəllüdlü İddiaçı və 25 aprel 2007-ci il təvəllüdlü X7 “məcburi köçkün” statuslarının tanınması və onlara müvafiq vəsiqələrin verilməsi barədə kassasiya şikayətləri tam təmin edilmişdir. Bundan sonra Qaçqınların və X8 üzrə Dövlət Komitəsi onun və qardaşının məcburi köçkün statusunun tanınmasını qərara alaraq hər birinə müvafiq vəsiqə verilmişdir. Məhkəmə proseslərinin bu qədər uzun çəkməsi məhz Bakı İnzibati Məhkəməsnin iddiaya düzgün hüquqi qiymət verməməsi, Bakı Apellyasiya Məhkəməsinin də bu səhvi təkrar etməsi ucbatından baş vermişdir. Odur ki, bu hakimlər barədə Məhkəmə-Hüquq Şurasına şikayət etmək qərarına gəlmişlər. Qaçqınkomdan məcburi köçkün vəsiqəsini alan kimi cavabdeh Bakı Slavyan Universitetinin rəhbərliyinə müraciət edərək 1-ci kursda dərslər başlamamışdan əvvəl məcburən ödədikləri 850,0 və sonra ödənən 850,0 – cəmi 1700 manat təhsil haqqının babasının bank kartına qaytarılmasını xahiş etmişdir. Ərizəsini qəbul etməyərək bildirmişlər ki, müraciətlərə yeni dərs ili başlayanda baxılacaqdır. Lakin, o, həm elektron poçt, həm də Azərpoçt vasitəsilə universitetin rəhbərliyinə tələb olunan sənədlərin surətlərini də əlavə etməklə 10 iyul 2024cü il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. 3 ay yarımdan sonra dərslər başlanmışdır, rəsmi ərizəsinə isə heç bir cavab verilməmişdir. Dəfələrlə dekanlığa ərizəsinin aqibəti barədə xəbər verilməsini, heç olmasa rəsmi imtina cavabı yazılmasını xahiş etsə də nəticə olmamışdır. Nəhayət vəziyyəti babasına bildirmişdir. O, Azərbaycan Respublikasının əməkdar jurnalisti Nümayəndə 24 sentyabr 2024-cü ildə BSU rektoru cənab Anar Nağıyevə rəsmi informasiya sorğusu ilə müraciət edərək cavablandırılmasını xahiş etmişdir. Yenə də BSU rəhbərliyindən səs çıxmamışdır. Babası 2-ci dəfə, 30 oktyabr 2024cü ildə rektora eyni məzmunda təkrar sorğu göndərmişdir. Aramsız telefon zənglərindən, ciddi tələblərdən sonra, nəhayət, 18 noyabrda poçt vasitəsilə BSU-nun hüquqşünası Nərmin Əskərovadan xx.xx.2024-cü il tarixli 15-01-542 №-li hüquqi cəhətdən əsaslandırılmamış qanunazidd bir cavab məktubunu ala bilmişdir. Məktubda qeyd edilir ki, guya tələbə hansısa təqdimatla tanış edilmişdir, halbuki bundan xəbəri olmamışdır. Cavab məktubunda o da qeyd edilmişdir ki, “Təhsil haqqında” Qanunda, universitetin nizamnaməsində və digər normativ hüquqi aktlarda məhkəmə prosesi yekunlaşanadək təhsil haqqı ilə bağlı möhlət verilməsi nəzərdə tutulmamışdır. Onda sual olunur, bəs hansısa qanunda, yaxud normativ hüquqi aktda, eləcə də BSU nizamnaməsində məhkəmə prosesi yekunlaşanadək təhsil haqqı ilə bağlı möhlət verilməsi qadağan edilmişdir? Bundan əlavə, o, qanuni statusa malik məcburi köçkün ailəsində dünyaya gəlmişdir. Ona məcburi köçkün statusu yeni verilməmişdir, məhkəmə qaydasında tanınmışdır. Cavabdeh iddiaya etiraz tədim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Slavyan Universiteti tərəfindən hər il ildə iki dəfə təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin siyahısı (həmin şəxslər müvafiq sənədlərlə birlikdə universitetə müraciət edərsə) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə təqdim olunur. Elm və Təhsil Nazirliyi həmin siyahı üzrə olan tələbələrin onların təhsil haqqından azad olunma barədə ərizə ilə müraciətlərin edildiyi semestrdən hesablayaraq təhsil haqlarını birbaşa universitetə köçürür. Həmçinin siyahıda müvafiq sənədləri qaydasında olmayan və məqbul hesab edilməyən şəxslərin təhsil haqları dövlət büdcəsi tərəfindən qarşılanmır. Odur ki, mövcud məsələ ilə bağlı iddiaçının Elm və Təhsil Nazirliyinə müraciət etməsi məqsədəuyğundur. Analoji məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4428/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir ki, “İddiaçıya izah edilir ki, o, yuxarıda qeyd edilən iddia ərizəsində göstəhlən tələblə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər.’’ Bakı Slavyan Universitetinin Nizamnaməsinin 5.8 və 5.9-cu bəndlərinə əsasən, BSU-nun maliyyələşdirilməsinin əsas mənbəyi büdcə vəsaitidir. Başqa sözlə, BSU özü-özünü maliyyələşdirən təhsil müəssisəsidir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi qanunvericilikdə ödənilmiş təhsil haqqının geri qaytarılması nəzərdə tutulmadığından tələbələrin təhsil haqqı ödənişlərini tələbə məcburi köçkün statusunu təsdiq edən sənədləri müvafiq ərizə ilə müraciət ediyi vaxtdan növbəti semestr üçün universitetlərə ödəyir. Azərbaycan Respublikasının Qaçqınlar və X8 üzrə Dövlət Komitəsinin 1 nömrəli 23 may 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən, məcburi köçkün statusunu təsdiq edən sənəd müvafiq orqan tərəfindən verilmiş vəsiqədir. Bu səbəblə tələbənin adının, “təhsil haqqı dövlət büdcəsi hesabına qarşılanan imtiyazlı şəxslər”in siyahısına daxil edilib Elm və Təhsil Nazirliyinə təqdim edilərkən müvafiq vəsiqənin təsdiq olunmuş surəti ilə birlikdə təqdim edilir. xx.xx.2022-ci il tarixli Tələbə və universitet arasında bağlanmış tələbə müqaviləsinin 1.2-ci bəndinə əsasən, tələbə hər tədris ili üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş məbləğdə təhsil haqqını oxuduğu müddət ərzində müvafiq illər üçün təhsil müəssisəsinin hesabına ödəməyi öhdəsinə götürür. Təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı əmr verilənədək müqavilənin bu bəndi hüquqi qüvvəsini saxlayır. Həmçinin müqavilənin 2.1.2-ci bəndinə əsasən, təhsil müəssisəsinin təhsil alandan təhsil müddətində bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini, habelə təhsil müəssisəsinin qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin birinci hissəsində qeyd olunmuş 1700 manat təhsil haqqının geri qaytarılması tələbini əsassız hesab edirlər. İddia tələbinin ikinci hissəsində qeyd olunmuş “təhsil haqqından azad olunma” hissəsi BSU tərəfindən artıq icra edilmişdir. Belə ki, BSU tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 387/3 saylı əmrə əsasən, İddiaçı təhsil haqqından azad edilərək təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi təmin edilmiş, 1700 manat təhsil haqqı borcunun tələbənin özü tərəfindən ödənilməsi qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətinədn görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun X2, anası X3r. İş materiallarında olan İddiaçı verilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Qaçqınların və X8 üzrə Dövlət Kömitəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən verilmişdir. İş materiallarında olan Qaçqınların və X8 üzrə Dövlət Kömitəsi tərəfindən X6 ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Həm onun həm də həyat yoldaşı X1 qeydiyyatı ünvan 2 ünvanında olduğu üçün istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə 851.28 manat ödənişlər edilmişdir. İş materiallarında olan Bakı Slavyan Universiteti tərəfindən Nümayəndə ünvanlanmış məktubda göstərilmişdir ki, tələbə İddiaçı İlqar oğlu 8 iyul 2024-cü ildə Bakı Slavyan Universitetinə ərizə il müraciət etmiş, xx.xx.2024-cü il tarixində Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini müvəqqəti icra edən G.F. Əliyeva tərəfindən ərizə aidiyyəti üzrə araşdırılmış və məsələ ilə bağlı rektora təqdimat yazılmışdır. Tələbə təqdimatla tanış edilmişdir. Sorğuda qeyd olunan digər suala əsasən, tələbəyə məcburi köçkün vəsiqəsi ilə bağlı məhkəmə prosesi yekunlaşanadək təhsil haqqı ilə bağlı möhlət verilməməsinin səbəbinin qeyd olunması xahiş edilmişdir. Bildirilmişdir ki, “Təhsil haqqında” Qanunda, Bakı Slavyan Universitetinin Nizamnaməsində və digər normativ hüquqi aktlarda məhkəmə prosesi yekunlaşanadək təhsil haqqı ilə bağlı möhlət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin tələbə və universitet arasında bağlanmış tələbə müqaviləsinin 1.2-ci bəndinə əsasən, tələbə hər tədris ili üçün Azərbaycan Respublikası Nazidər Kabineti tərəfindən müəyyənləşdirilmiş məbləğdə təhsil haqqını oxuduğu müddət ərzində müvafiq illər üçün təhsil müəssisəsinin hesabına ödəməyi öhdəsinə götürür. Təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı əmr verilənədək müqavilənin bu bəndi hüquqi qüvvəsini saxlayır. Həmçinin müqavilənin 2.1.2-ci bəndinə əsasən, təhsil müəssisəsinin təhsil alandan təhsil müddətində bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini, habelə təhsil müəssisəsinin qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən ataları Xankəndi şəhərindən məcburi köçkün X9 olduğu və Xankəndində mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi olmadığı üçün 18 yaşı tamam olmamış oğulları xx.xx.2005-ci il təvəllüdlü İddiaçı və 25 aprel 2007-ci il təvəllüdlü X7 "məcburi köçkün” statuslarının tanınması və onlara müvafiq vəsiqələrin verilməsi barədə iddia təmin edilmişdir. İş materiallarında olan Bakı Slavyan Universiteti ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, təhsil müəssisəsi tələbəyə ödənişli əsaslarla qəbul olunmuş qaydalara və təhsil proqramlarına uyğun olaraq jurnalistika (Azərbaycan bölməsi əyani) ixtisası üzrə təhsil verməyi öz üzərinə götürür. Tələbə təhsil almağı hər tədris ili üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş 1700 manat məbləğində təhsil haqqını oxuduğu müddət ərzində müvafiq illər üçün təhsil müəssisəsinin hesabına ödəməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, Bakı Slyavyan tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı-Sosial elmlər fakültəsində ödənişli əsaslarla təhsil alan Xankəndi şəhərindən məcburi köçkün İİİ tədris ili üzrə AJ-301 qrup tələbəsi “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 14.8-1.6-cı maddəsinə uyğun olaraq təhsil haqqının ödənilməsindən azad edilməsi və təhsil haqqının dövlət büdcəsinnin vəsaiti hesabına ödənilməsi, tələbənin sənədlərini gec təqdim etdiyi nəzərə alınması və onun universitetə olan 1700 manat təhsil haqqı borcunun özü tərəfindən ödənilməsi barədə №387/3 əmri verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı 2022-ci il tarixdə Bakı Slavyan Universitetinin Sosial elmlər fakültəsinə (ödənişli əsaslarla) qəbul olmuşdur. İlk il üzrə cəmi 1700 manat ödəniş etmişdir. Qaçqınların və X8 üzrə Dövlət Kömitəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən məcburi köçkün statusuna malik olması barədə vəsiqə aldıqdan sonra xx.xx.2024-cü il tarixdə Bakı Slavyan Universiteti tərəfindən təhsil haqqından 387/3 saylı əmrlə azad edilmişdir. Hazırda iddiaçı 1700 manat ödənilmiş təhsil haqqının ona geri qaytarılmaqla, təhsilini başa vuranadək qanunvericiliyin tələbinə əsasən təhsil haqqının ödənilməsindən azad olunmasını xahiş etmişdir. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncam 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi haqqında verilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statuslu şəxslər dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslər siyahısına daxil edilmişlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı məcburi köçkün statusunu müəyyən edən sənədi xx.xx.2024-cü il tarixdə əldə etsə də, bu hal onun məhz həmin tarixdən məcburi köçkün olmasına dəlalət etməmiş, həmin status onun doğulduğu andan mövcud olmaqla məcburi köçkünlərə şamil edilən imtiyazlardan yararlanmaq huququna malik olmuşdur. Lakin, Qaçqınların və X8 üzrə Dövlət Kömitəsi tərəfindən məcburi köçkün vəsiqəsinin verilməsindən imtina alması səbəbindən iddiaçı təhsil müəssiəsi ilə bağladığı müqaviləyə əsasən tədris ili üçün 1700 manat ödəniş etməli olmuş, eyni zamanda Kömitənin imtinası ilə razılaşmamaqla məhkəmə çəkişmələrini davam etdirmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən vəsiqənin verilməsi barədə iddiası təmin edilmişdir. Odur ki, iddiaçı ödədiyi 1700 manatın qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Qeyd olunmalıdır, Universitet tələbənin təhsil aldığı dövrdən başlayaraq onun məhkəməyə müraciət etdiyi dövrə qədər ödənişli şərtləri olan ixtisasda təhsil almasına baxmayaraq tələbəni 1 il ödəniş aparmadığına görə Universitetdən xaric etməyib onu təhsilini davam etdirilməsinə şərait yaratması iddiaçının statusuna anlayışla yanaşdığını və ehtimal olunan hüquqların təmin ediləcəyi gümanı ilə izah etmək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iddia tələbinin “təhsilini başa vuranadək qanunvericiliyin tələbinə əsasən təhsil haqqının ödənilməsindən azad olunması” hissəsinə münasibətdə qeyd edir ki, Bakı Slavyan Universiteti tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 14.8-1.6-cı maddəsinə uyğun olaraq təhsil haqqının ödənilməsindən azad edilməsi və təhsil haqqının dövlət büdcəsinnin vəsaiti hesabına ödənilməsi barədə əmrin verilməsini nəzərə alaraq, bu hissədə iddianın təmin edilməsinə olan zərurət aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı Slavyan Universitetindən 2022-2023 təhsil ili üzrə ödənilmiş 1700 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı Slavyan Universitetindən 2022-2023 təhsil ili üzrə ödənilmiş 1700 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar