Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-125/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı “hərrac nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı “hərrac nəticələrinin ləğv edilməsi və təkrar qiymətləndirmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 14\2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2009cu il tarixli, KBB №YEV 012F saylı kredit müqaviləsinə xitam verilməsi, İddiaçı ilə "xxxx" İKB ASC-nin Yevlax filialı arasında xx.xx.2009-cu il tarixli, KBB № YEV 012F saylı kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas kredit borcu, 55708 manat faiz borcu və 400 manat dəbbə pulu cəmi 194148 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı alınıb iddiaçıya ödənilməsi, ödənişin 17.09.09-cu il tarixli, KBB № YEV012İ-2 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Mingəçevir şəhəri, Günəş küçəsində 0,12 ha torpaq sahəsində yerləşən ikimərtəbəli, 7 otaqlı, 1A nömrəli fərdi yaşayış evinə və 17.09.09-cu il tarixli, KBBMYEV012İ-2 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Mingəçevir şəhəri, Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 3 girişli, bir mərtəbəli qeyri yaşayış binası olan daşınmaz əmlaklara yönəldərək açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cavabdeh İddiaçı "xxxx" İKB ASC-nin Yevlax filialına olan cəmi 194148 manat borcun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş və Mingəçevir İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 7848\2011-3-14 saylı sifarişi ilə hər iki ipoteka predmeti hərraca çıxarılmışdır. Mingəçevir şəhəri, Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 3 girişli, bir mərtəbəli qeyri-yaşayış binası cavabdeh Respublika Xammal və Əmtəə Birjası“ Cavabdeh3 MMC tərəfindən 120 000 manata, Mingəçevir şəhəri, Günəş küçəsində 0,12 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 7 otaqlı, 1A nömrəli fərdi yaşayış evi 130 000 manata qiymətləndirilmişdir. Cavabdeh2 MMC tərəfindən iki dəfə keçirilmiş hərraclar baş tutmadığından ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair 119 və 120 saylı xx.xx.2023-cü il tarixli protokollar tərtib edilmişdir. Hesab edilir ki, hərracın nəticələrinə dair protokollar ləğv edilməli və əmlaklar yenidən qiymətləndirilərək hərraca çıxarılmalıdır. Belə ki, hər iki ipoteka predmeti qiymətləndirmə haqqında qanunvericiliyin tələblərinə zidd olaraq əmlakların yerində baxışı keçirilməmiş, Mingəçevir şəhəri, Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 3 girişli, bir mərtəbəli qeyriyaşayış binasının əvəzinə başqa ünvanda yerləşən ipoteka predmetlərinə aid olmayan qeyri-yaşayış binasının fotoşəkli əsasında mülkiyyətçi dəvət olunmadan qiymətləndirmə aparılmışdır. Əmlakın qiymətləndirilməsinə dair 77 saylı, xx.xx.2023-cü il tarixli və 77\1 saylı xx.xx.2023-cü il tarixli hesabatlar formal xarakter daşıyır və real bazar qiymətlərini, eləcə də əmlaka çəkilən məsrəflərin dəyəri nəzərə alınmamışdır. Bununla cavabdeh Respublika Xammal və Əmtəə Birjası“ Cavabdeh3 MMC “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozmuşdur. Göstərilənlərə əsasən Cavabdeh2 MMC tərəfindən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair tərtib edilmiş 119 və 120 saylı xx.xx.2023-cü il tarixli yekun protokollarının ləğv edilməsi və ipoteka predmetlərin yenidən qiymətləndirilməsinə dair barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1420/2024 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh1nə qarşı “hərracın nəticələrinin ləğv edilməsi və təkrar qiymətləndirmə” tələbinə dair iş üzrə iddianın “ipoteka predmetlərinin qiymətləndirilməsi” hissəsində yolverilməzliyinə görə qəbulundan imtina olunmuş və iddia ərizəsi həmin hissədə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmış və iddiaçıya hazırki məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququ izah edilmişdir. 4.İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh1nə qarşı hərrac nəticələrinin ləğv edilməsi tələbi ilə yanaşı, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş, Mingəçevir şəhəri Gəncə şosesi 7 ünvanda yerləşən, yaşayış məntəqələrinə aid ümumi sahəsi 283 kv.m və 0.03 ha torpaq sahəsi üzərində "xxxx" ASC-nin mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********15-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın və Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən verilmiş, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 421.50 kv.m və 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin yaşayış məntəqələrinə aid ümumi sahəsi"xxxx" ASC-nin mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********11- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iddia tələbinin əsassız olduğunu, belə ki, qiymətləndirilmənin qanunvericiliyə uyğun həyata keçirildiyini, daha sonra hərracın keçirildiyini və bunun nəticəsində Bank tərəfindən çıxarış əldə edildiyini qeyd edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh3 MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 77 nömrəli Əmlakın qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, Cavabdeh1 7848/2011-3-14-002 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 14/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən Cavabdeh3 MMC tərəfindən İddiaçı məxsus Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi ilə birlikdə likvid qiyməti 130000 (bir yüz otuz min) manat təşkil etdiyi müəyyən edilmişdir. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası Cavabdeh3 MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 77/1 nömrəli Əmlakın qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, Cavabdeh1 7848/2011-3-14- 002 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-14/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən Cavabdeh3 MMC tərəfindən İddiaçı məxsus Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən 7 saylı qeyri yaşayış sahəsinin 0,03 ha torpaq sahəsi ilə birlikdə likvid qiyməti 120000 (bir yüz iyirmi min) manat təşkil etdiyi müəyyən edilmişdir. 11.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı məxsus Mingəçevir şəhəri, Günəş küçəsi, 1A saylı fərdi yaşayış evi KBB№YEV002F, xx.xx.2008-ci il tarixli müqavilə üzrə "xxxx" İKB ASC qarşısında ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi:**********11-10301, qeydiyyat nömrəsi:200801339, qeydiyyat tarixi:xx.xx.2008). 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı məxsus Mingəçevir şəhəri, Gəncə şossesi, 7 saylı qeyri-yaşayış binası KBB№YEV009F, xx.xx.2008-ci il tarixli müqavilə üzrə "xxxx" İKB ASC qarşısında ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi:**********115-16301, qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2008). 13.Mülki işin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-14/2011 nömrəli, 18 aprel 2011-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı ilə "xxxx" İKB ASC-nin Yevlax filialı arasında 17 sentyabr 2009-cu il tarixdə bağlanmış KBB№YEV012F saylı kredit müqaviləsinə xitam verilməsi, İddiaçı ilə "xxxx" İKB ASC-nin Yevlax filialı arasında 17 sentyabr 2009-cu il tarixdə bağlanmış KBB№YEV012F saylı kredit müqaviləsi üzrə yaranmış 134440 manat əsas kredit borcu, 55708 manat faiz borcu və 4000 manat dəbbə pulu – cəmi 194148 manat borc, habelə iddia verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı alınıb iddiaçıya ödənilməsi, İddiaçı 17 sentyabr 2009-cu il tarixdə bağlanmış KBB№YEV012F saylı kredit müqaviləsi üzrə ödənilməmiş 134440 manat əsas kredit borcu, 55708 manat faiz borcu, 4000 manat dəbbə pulu – cəmi 194148 manat borcun, habelə iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun ödənilməsi onun tərəfindən ipotekaya qoyulmuş, Mingəçevir şəhərinin Günəş küçəsində mülkiyyətində olan, 0,12 hektar torpaq sahəsində yerləşən iki mərtəbəli, 7 saylı, 170,49 m2 yaşayış, 250,98 m2 köməkçi sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə və Mingəçevir şəhəri, Gəncə şossesində olan, 0,03 hektar torpaq sahəsində yerləşən 7№li, 3 girişli, 288,08 m2 ümumi, 187,9 m2 əsas, 95,18 m2 köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək açıq hərracda satılması qət edilmişdir. 14.Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli, 7848/2011-3-14 nömrəli Sifariş məktubundan görünür ki, xx.xx.2011-ci il tarixli qərarla icraata başlanılmış Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-14/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə cavabdeh İddiaçı məxsus Mingəçevir ş. Gəncə şossesində yerləşən 7 saylı qeyri-yaşayış sahəsinin 0,03 ha torpaq sahəsi ilə birlikdə və Mingəçevir şəhəri Günəş küçəsində yerləşən 1-A saylı fərdi yaşayış evinin 0,12 torpaq sahəsi ilə birlikdə satışının təşkil etməsi xahiş edilmişdir. 15.Mülki işin materiallarında olan Cavabdeh2 MMC (Təşkilatçı) və "xxxx" ASC (Əldə edən) arasında xx.xx.2023-cü il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilədən görünür ki, Təşkilatçı” İddiaçı məxsus Mingəçevir ş. Gəncə şossesində yerləşən 7 saylı qeyri-yaşayış sahəsi 0,03 ha torpaq sahəsi ilə birlikdə “Əldə edənin” tam mülkiyyətinə verməyi, “Əldə edən” isə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. 16.Mülki işin materiallarında olan Cavabdeh2 MMC (Təşkilatçı) və "xxxx" ASC (Əldə edən) arasında xx.xx.2023-cü il tarixli “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilədən görünür ki, Təşkilatçı” İddiaçı məxsus Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən 1-A saylı fərdi yaşayış evi 0,12 ha torpaq sahəsi ilə birlikdə “Əldə edənin” tam mülkiyyətinə verməyi, “Əldə edən” isə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam ödəməyi öz öhdəsinə götürür. 17.Mülki işin materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilən İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 11 avqust 2023-cü il tarixli, 119 nömrəli Protokoldan görünür ki, İddiaçı məxsus Mingəçevir ş. Gəncə şossesində yerləşən 7 saylı qeyri-yaşayış sahəsi 0,03 ha torpaq sahəsi ilə birlikdə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(051)-14/2011 saylı icra vərəqi və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 7848/2011-3-14 saylı sifariş məktubu əsasında təşkil edilmiş hərracda "xxxx" ASC-yə satılmışdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 120000 (yüz iyirmi min) manat, daşınmaz əmlakın 15% endirimlə qiyməti 102000 (yüz iki min) manat, daşınmaz əmlakın təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiyməti 76500 (yetmiş altı min beş yüz) manat olmuşdur. 18.Mülki işin materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilən İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 11 avqust 2023-cü il tarixli, 120 nömrəli Protokoldan görünür ki, İddiaçı məxsus Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən 1-A saylı fərdi yaşayış evi 0,12 ha torpaq sahəsi ilə birlikdə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(051)-14/2011 saylı icra vərəqi və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 7848/2011-3-14 saylı sifariş məktubu əsasında təşkil edilmiş hərracda "xxxx" ASC-yə satılmışdır. Daşınmaz əmlakın ilkin satış qiyməti 130000 (yüz otuz min) manat, daşınmaz əmlakın 15% endirimlə qiyməti 110500 (yüz on min beş yüz) manat, daşınmaz əmlakın təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiyməti 82875 (səksən iki min səkkiz yüz yetmiş beş) manat olmuşdur. 19.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən 1-A saylı fərdi yaşayış evi 0,12 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 20.Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən 7 saylı qeyri-yaşayış sahəsi 0,03 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 21.Mülki işin materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilən 25 iyun 2023cü il tarixli, 164 nömrəli və 18 iyul 2023-cü il tarixli, 164-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(051)-14/2011 saylı icra vərəqi və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 7848/2011- 3-14 saylı sifariş məktubuna əsasən tərəflərə açıq hərracın keçirilməsi vaxtı və yeri müəyyən edilmişdir. 22.Mülki işin materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 10/3249-9/3298 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Mingəçevir şəhəri, Gəncə şossesində olan 0.03 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 3 girişli, birmərtəbəli ümumi sahəsi 283.03 kv.m olan qeyriyaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 205200 manat məbləğində, Mingəçevir şəhəri, Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən ikimərtəbəli, 7 otaqlı, 1A nömrəli ümumi sahəsi 421.5 kv.m olan fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 415178 manat məbləğində olduğu müəyyən edilir. 23.Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizalarına dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 24.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-14/2011 nömrəli, 18 aprel 2011-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə "xxxx" İKB ASC-nin Yevlax filialı arasında 17 sentyabr 2009-cu il tarixdə bağlanmış KBB№YEV012F saylı kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə cəmi 194148 manat borcun ödənilməsi üçün ipotekaya qoyulmuş və iddiaçıya məxsus Mingəçevir şəhəri, Günəş küçəsi, 0,12 hektar torpaq sahəsində yerləşən 1A nömrəli fərdi yaşayış evi və Mingəçevir şəhəri, Gəncə şosesi, 0,03 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək açıq hərracda satılması nəzərdə tutulmuşdur. 25.Müəyyən edilmişdir ki, sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh1nə icra edilməsi üçün göndərilmiş, daha sonra qətnamə əsasında açıq hərracdan satılması nəzərdə tutulan Mingəçevir şəhəri, Günəş küçəsi, 0,12 hektar torpaq sahəsində yerləşən 1A nömrəli fərdi yaşayış evi və Mingəçevir şəhəri, Gəncə şosesi, 0,03 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binası Cavabdeh3 MMC tərəfindən qiymətləndirilərək, sonuncu tərəfindən Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi ilə birlikdə likvid qiyməti 130000 manat, Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən 7 saylı qeyri yaşayış sahəsinin 0,03 ha torpaq sahəsi ilə birlikdə likvid qiyməti 120000 manat təşkil etdiyi müəyyən edilmişdir. 26.Bundan sonra qeyd edilən əmlaklarla bağlı Cavabdeh2 MMC tərəfindən ayrı-ayrı vaxtlarda iki dəfə hərrac keçirilmiş və son olaraq 11 avqust 2023-cü il tarixli, 119 nömrəli və 120 nömrəli protokollara əsasən iddiaçıya məxsus əmlaklar tələbkar, yəni "xxxx" ASC tərəfindən əldə edilmişdir. 27.Hazırda iddiaçı qiymətləndirilmənin qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirildiyini iddia edərək, keçirilmiş hərracın nəticəsində əmlakların ipotekasaxlayan tərəfindən əldə edilməsinə dair tərtib edilmiş 119 və 120 saylı xx.xx.2023-cü il tarixli yekun protokollarının ləğv edilməsini, həmçinin ipoteka predmeti olan daşınmaz əmlaklarla bağlı üçüncü şəxs "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan çıxarışların ləğv edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 28.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 29.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6-ci maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
30. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 48.1-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır. 48.2-ci maddəsinə əsasən girov qoyulmuş əmlak girovsaxlayanda olduqda, o özünün tələbinə nisbətən üstün olan digər tələbləri həmin əmlakın dəyərindən çox olmayan həcmdə təmin etməyə borcludur. 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 31.“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 32.Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-14/2011 nömrəli, 18 aprel 2011-ci il tarixli qətnaməsinə əsasən Mingəçevir şəhəri, Günəş küçəsi, 0,12 hektar torpaq sahəsində yerləşən 1A nömrəli fərdi yaşayış evi və Mingəçevir şəhəri, Gəncə şosesi, 0,03 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binası olan daşınmaz əmlaklara tutma yönəldilmişdir. Qətnamə icra edilməsi üçün Cavabdeh1nə göndərilmiş, sonuncu tərəfindən əmlakların qiymətləndirilməsi Cavabdeh3 MMC-dən xahiş edilmiş, Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixli, 77 və 77/1 nömrəli əmlakların qiymətləndirilməsi ilə bağlı hesabatlardan görünür ki, iddiaçıya məxsus ipoteka predmeti olan Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi ilə birlikdə likvid qiyməti 130000 manat, Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən 7 saylı qeyri-yaşayış sahəsinin 0,03 ha torpaq sahəsi ilə birlikdə likvid qiyməti 120000 manat qiymətləndirilmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 7848/2011-3-14 nömrəli Hərracın keçirilməsi haqqında sifarişlə həmin əmlaklar barədə hərracın keçirilməsini Cavabdeh2 MMC-yə sifariş etmişdir. Cavabdeh2 MMC tərəfindən sözügedən mənzillərin ilkin satış qiyməti 120.000 və 130.000 manat müəyyən olunmaqla, ilk hərracın keçirilmə tarixi xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin olunmuşdur. Mənzillərin ilkin satış qiyməti 15% endirimlə 102.000 və 110.500 manat müəyyən olunmaqla, təkrar və son hərracın keçirilmə tarixi xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin olunmuş və bununla bağlı "525-ci” qəzetində elanlar yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli 119 və 120 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokollara və həmin tarixli İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilələrə əsasən, Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən 7 saylı qeyri yaşayış sahəsinin 0,03 ha torpaq sahəsi ilə birlikdə 76.500 manat və Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən 1 A saylı fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi ilə birlikdə 82.875 manat qiymətlə "xxxx" ASC tərəfindən əldə edilmişdir. 33.Hazırda iddiaçı hərraca çıxarılmış daşınmaz əmlakların ilkin satış qiymətinin qiymətləndirici tərəfindən düzgün müəyyən olunmadığını və real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satıldığını bildirərək, hərracın yekunları barədə protokolların və əmlaklara dair "xxxx" ASC-nin adına verilən çıxarışların ləğv olunmasını tələb edir. 34.Məhkəmə qeyd edir ki, tərəflərin arasındakı mübahisə yalnız mənzilin bazar dəyəri ilə əlaqədardır. Mübahisənin mahiyyətini mənzilin dəyərinin müəyyən edilməsinə dair fikir ayrılığı təşkil edir. Ona görə də mübahisənin obyektiv, tam və hərtərəfli həll edilməsi ilə bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka predmeti olan əmlakların bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. 35.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/3249-9/3298 nömrəli ekspert rəyi ilə mübahisə predmeti olan Mingəçevir şəhəri, Gəncə şossesində olan 0.03 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 3 girişli, birmərtəbəli ümumi sahəsi 283.03 kv.m olan qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 205200 manat məbləğində, Mingəçevir şəhəri, Günəş küçəsində 0.12 ha torpaq sahəsində yerləşən ikimərtəbəli, 7 otaqlı, 1A nömrəli ümumi sahəsi 421.5 kv.m olan fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 415178 manat məbləğində olduğu müəyyən edilmişdir. 36.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 37.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 38.Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. 39.Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin borc məbləğləri ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. 40.Yuxarıda göstərilənlərdən göründüyü kimi, eyni zamanda borcun məbləğini (cəmi 194.148 manat) nəzərə aldıqda mənzilin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixli 77 və 77/1 saylı Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatı (120.000 və 130.000 manat) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/3249-9/3298 nömrəli ekspert rəyi (205.200 və 415.178) arasında kəskin fərq vardır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh3 MMC-nin qiymətləndirmənin nəticələri haqqında hesabatında əmlakların bazar dəyərinin yekun göstəriciləri həqiqi sayıla bilməz və buna görə də həmin hesabatlar əsassız hesab edilməlidir. 41.Belə olan halda, hərrac, əmlakların satış qiyməti Cavabdeh3 MMC-nin hesabatlarına əsasən 120.000 və 130.000 manat əsas götürülməklə keçirildiyindən və həmin hesabatlar yuxarıda göstərilənlərə əsasən əsassız hesab edildiyindən həmin hərracın nəticələrinə dair Cavabdeh2 MMC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli, 119 və 120 saylı protokollar ləğv edilməklə hərracın nəticələri aradan qaldırılmalıdır. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsidir; tərəflərin hüquq və vəzifələri isə mülki qanunvericilik prinsipləri əsas götürülməklə ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmaqla tənzimlənməlidir.
42. Bu hissədə həmçinin məhkəmə iddianın təmin olunmayan hissəsi ilə bağlı qeyd edir ki, nə qədər ki, mübahisə əmlakların bazar qiymətinin düzgün qiymətləndirilməməsi ilə bağlıdır, burada subyektiv cavabdehlik hissəyə xüsusilə yetirilməlidir. Belə ki, hazırki mülki iş üzrə cavabdehlərdən olan Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirmiş və məhkəmənin qətnaməsinin icra edilməsi yönündə qanuni hərəkətlər etmişdir. Yəni sonuncu cavabdehin əmlakın bazar qiymətinin düzgün müəyyən edilib-edilməməsi kimi funskiyası olmamışdır. Bu hissədə yalnız qiymətləndirməni düzgün həyata keçirməyən Cavabdeh3 MMC və Cavabdeh2 MMC olmuşdur. Odur ki, iddia tələbi Cavabdeh1nə münsibətdə rədd edilməlidir. 43.Məhkəmə onu da qeyd edir ki, keçirilən hərrac nəticəsində ipoteka predmeti olan əmlaklar "xxxx" ASC tərəfindən əldə edilmiş və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestri tərəfindən çıxarışlar verilmişdir. Hazırda hərracın yekunlarına dair 119 və 120 saylı protokollar ləğv edildiyindən, keçirilən hərracla bağlı "xxxx" ASC-nin adına əldə edilən daşınmaz əmlaklarla bağlı daşınmaz əmlakın dövlət reyestri tərəfindən çıxarışlar da ləğv edilməlidir.
44. Bundan əlavə isə məhkəmə qeyd edir ki, iddiaçı ilkin olaraq vermiş olduğu iddia tələbində ipteka predmetlərinin yenidən qiymətləndirilməsini tələb etsə də, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin hissədə mülki işin icraatına xitam verilmişdir. Həmçinin, daha sonrada iddiaçı iddia ərəzinin dəqiqləşdirilməsi barədə ərizə verərək sonuncu tələbini (hərrarın yekun protokollarının ləğv edilməsi və çıxarışların ləğvi) irəli sürərək müdafiə etmişdir. 45.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 MMC tərəfindən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair tərtib edilmiş 119 və 120 saylı, xx.xx.2023-cü il tarixli yekun protokollar ləğv edilməli, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən verilmiş, Mingəçevir şəhəri Gəncə şosesi 7 ünvanda yerləşən, yaşayış məntəqələrinə aid ümumi sahəsi 283 kv.m və 0.03 ha torpaq sahəsi üzərində "xxxx" ASC-nin mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********15-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarış və Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən verilmiş, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 421.50 kv.m və 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin yaşayış məntəqələrinə aid ümumi sahəsi"xxxx" ASC-nin mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********11-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarış ləğv edilməli, iddia tələbi qalan hissədə (Cavabdeh1nə münsibətdə) rədd edilməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 47.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 48.İş üzrə təyin edilmiş məhkəm ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. 49.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 MMC tərəfindən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair tərtib edilmiş 119 və 120 saylı, xx.xx.2023-cü il tarixli yekun protokollar ləğv edilsin. Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən verilmiş, Mingəçevir şəhəri Gəncə şosesi 7 ünvanda yerləşən, yaşayış məntəqələrinə aid ümumi sahəsi 283 kv.m və 0.03 ha torpaq sahəsi üzərində "xxxx" ASC-nin mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********15-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarış və Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidməti tərəfindən verilmiş, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 421.50 kv.m və 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin yaşayış məntəqələrinə aid ümumi sahəsi "xxxx" ASC-nin mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********11-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarış ləğv edilsin. İddia tələbi Cavabdeh1nə münasibətdə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəm ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.