Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1251/2025 20.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh4 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “mütəxəssis rəylərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “mütəxəssis rəylərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 tərəfindən verilmiş 09 apel 2024-cü il tarixli, LP-048/2024 saylı, 31 iyul 2024-cü il tarixli, LP-110/2024 saylı və 31 iyul 2024-cü il tarixli, LP-109/2024 saylı mütəxəssis rəylərinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 ASC-nin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh4 ASC-nin nümayəndəsi tərəfindən verilən ərizəni mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının "İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə" xx.xx.2021-ci il tarixli 02/2021 №-li qərardadına əsasən borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Hazırkı işdə hərrac hələ keçirilmədiyi üçün qiymətləndirmə rəyinin ləğvi barədə iddia tələbinə mülki məhkəmə icraatı qaydasında deyil, icra icraatı qaydasında (qiymətləndirmə sifarişini vermiş icra məmurunun hərəkətindən/qərarından şikayət kimi) baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Eyni Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “mütəxəssis rəylərinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “mütəxəssis rəylərinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1251/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1251/2025
20.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver