Məhkəmə qərarları › İş №e-2(006)-1284/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1284/2022

12.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1284/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Qələndər oğlu və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı «vəzifələrin icrası, mənəvi ziyanın ödənilməsi və borcun ləğv edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Qələndər oğlu və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı «vəzifələrin icrası, mənəvi ziyanın ödənilməsi və borcun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən elektrik xəttinin İddiaçı1 Qələndər oğlunun və İddiaçı2 fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılması, cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış 86 manat borcun ləğv olunması və iddiaçıya vurulmuş mənəvi ziyana görə 5000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 71 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1284/2022 saylı, 11.01.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 Qələndər oğlu və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı «vəzifələrin icrası, mənəvi ziyanın ödənilməsi və borcun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılması qərara alınmışdır. İddiaçılar İddiaçı1 Qələndər oğlu və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli, e-2(006)-1284/2022 saylı qərardadından şikayət verərək, qeyd olunan qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1284/2022 saylı, 09.02.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli, e- 2(006)-1284/2022 saylı qərardadından iddiaçılar İddiaçı1 Qələndər oğlu və İddiaçı2 oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikаyət bахılmаsı üçün 7 gün müddətində mülki işlə birlikdə Bаkı Аpеllyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bаkı Аpеllyаsiyа Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2672/2022 saylı, 14.03.2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli, e-2(006)- 1284/2022 saylı qərardadın ləğv edilməsi, mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, hazırkı iddia tələbi mülkiyyət hüququnu həyata keçirilməsinə maneələrin aradan qaldırılması (elektrik xətlərinin torpaq sahəsindən kənara çıxarılması) halları ilə bağlı olduğu üçün və hazırki iddianın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində qeyd edilən müstəsna aidiyyat çərçivəsində olduğu üçün, mülki prosessual qanunvericiliyin müstəsna aidiyyat qaydalarına uyğun olaraq mübahisəli əmlak Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşmədiyindən, işə torpaq sahəsinin və qurğunun olduğu (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi) yerin məhkəməsi tərəfindən baxılmalıdır. Belə olan halda mülki işə aidiyyət normaları tətbiq edilməli və işə ərazi aidyyəti üzrə müvafiq məhkəmədə (Bakı şəhəri Xətai Rayon Məhkəməsi) baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılar İddiaçı1 Qələndər oğlu və İddiaçı2 geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 Qələndər oğlu və İddiaçı2 cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı «vəzifələrin icrası, mənəvi ziyanın ödənilməsi və borcun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçılar İddiaçı1 Qələndər oğlu və İddiaçı2 izah edilsin ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar