Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1345/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, İddiaçı2 nümayəndəsi X4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi X19 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı maneələrin aradan qaldırılması və sairə tələbinə dair ilk, Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən quraşdırılan müşahidə kamerasının, ümumi istifadədə olan torpaq sahəsidə quraşdırılan qapının sökülməsi, yaşadığı evin üzərində tikinti işlərinin aparılmasının qadağan edilməsi, evinin damına çıxarkən yaradılan maneələrin aradan qaldırılması, pilləkəndə qoyulmuş qapının sökülməsi, yaşadığı evə qazın verilməsinə yaradılmış maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən sökülən tüstü bacalarının və tüstü bacalarının sökülməsi nəticəsində evinə vurulmuş ziyanın bərpa edilərək əvvəlki vəziyyətə, yəni istifadəyə yararlı vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ona vurulmuş 459 manat məbləğində maddi ziyan, 500 manat məbləğində mənəvi ziyanın, cəmi 5459 manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 99,6 kvadratmetr olan fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin ünvanda həmçinin, 3 qardaşına və 2 bacısına məxsus yaşayış evləri vardır. xx.xx.2024-cü il tarixində qardaşı Cavabdeh2 qızı Cavabdeh1 həmin ünvanda olan evlərin ümumi istifadəsində olan torpaqda, heç bir icazəsi olmadan öz evinin sahəsini genişləndirmək məqsədilə tikinti işləri apardığı üçün ona məxsus evin qabağını kəsmişdir. Həyat yoldaşı X1 Rəhimə Əsədulla qızının həyat yoldaşı X17 haqlı iradını bildirmişdir. Yaqub öz növbəsində həyat yoldaşına evə keçid üçün yer saxlamayacağını bildirmişdir. Daha sonra Yaqub həyat yoldaşı Rəhimə ilə telefonla danışaraq əmisi arvadının iradını ona bildirmiş bundan sonra telefonun səs gücləndiricisi açaraq Rəhimənin həyat yoldaşı Çəmən Gül xanıma qarşı elədiyi təhqirləri dinlətmişdir. Qızı Səriyyə də məsələdən xəbər tutduqdan sonra onları digər qızının evinə aparmış, sonra isə ərazi üzrə MİS-nə şikayət etmişlər. Ərazi üzrə MİS-in işçiləri və polis əməkdaşları həmin həyətdə qanunsuz tikilən tikilini sökmüşlər. Söküntüdən sonrakı gün həyətə gəlmiş, cavabdeh Rəhimə onların evin üstündəki tüstü bacasını söküb onu yararsız hala salmış, həyətdə onlara məxsus zivələri bıçaqla kəsmiş və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu vaxt onların ailədən heç kəs həmin həyətdə olmamışdır. Qızı Səriyyə bu hadisələrlə bağlı 102 xidmətinə zəng edərək şikayət etmişdir. Polis əməkdaşları həyətə gələrək onun və qarşı tərəfin izahatını almışlar. Polis əməkdaşı tüstü bacasının sökülməsi ilə bağlı qaz idarəsinə müraciət etməsini bildirmişdir. Noyabr ayının 5-də qızı Səriyyə qaz idarəsinə yaxınlaşıb məsələ ilə bağlı məlumat vermişdir. Qaz idarəsinin əməkdaşları evə gələrək baxış keçirmişlər. Müayinənin nəticəsində evdə dəmir sobanın yandırılmasının insan həyatı üçün ölümcül təhlükəli olması qənaətinə gələrək sobanı plomblamışlar və bununla bağlı akt tərtib etmişlər. Qızı Səriyyə onlar evdə olmayan zaman həyətdə baş verənlərdən məlumatlı olmaq üçün həyətdə müşahidə kamerası quraşdırmışdır. 14 noyabr 2024-cü il tarixdə cavabdeh yenidən həyətə gələrək dama çıxmaq üçün istifadə olunan pilləkənlərin qarşısına dəmir qapı qoydurmuş və ümumi istifadədə olan torpaq sahəsinin bir hissəsini qeyri-qanuni şəkildə zəbt etmişlər. 15 noyabr 2024-cü il tarixdə cavabdeh həyətdə onların evinin üz-üzə müşahidə kamerası quraşdırmışdır. Müşahidə kamerası isə onların evinin içini çəkir, nəticədə şəxsi və ailə həyatlarına müdaxilə olunur. Bu səbəbdən qızı Səriyyə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə və 102 xidmətinə şikayət etmişdir. 102 xidmətindən qızına yalnız məhkəmə qərarı olduğu təqdirdə müşahidə kamerasının sökülə biləcəyini bildirmişlər. 18 noyabr 2024-cü il tarixdə Cavabdeh1 bir qrup fəhlə ilə həyətə gələrək köç işləri həyata keçirmiş və həyətdə çoxlu səs-küy yaratmışdır. Buna etirazını bildirərkən aralarında mübahisə yaranmış hirslənərək evdən getmişdir. Bu mübahisənin üzərinə Rəhimənin həyat yoldaşı Yaqub qardaşı Cavabdeh2 və qardaşının həyat yoldaşı Cavabdeh3 onların eviə gəlmiş, evdə tək olan həyat yoldaşı X9 ilə mübahisə etmişdirlər. Rəhimə və anası Gülsüm tərəfindən həyat yoldaşını təhqir etmişlər. Mübahisəni müşahidə kameralarından izləyən qızı Səriyyə polisə və təcili tibbi yardıma zəng etmişdir. Evə gələn həkimlər yoldaşının vəziyyətinin ağır olduğunu və təcili xəstəxanaya aparılmalı olduğunu bildirdilər. Əks halda xəstəxanaya aparılmaqdan imtina edilməsi barədə sənədə imza çəkməliydilər. Onlar yoldaşını Daxili İşlər Nazirliyinin hospitalına aparmış və o 3 gün xəstəxanada reanimasiya şöbəsində müalicə olunmuşdur. Onlar xəstəxanada müalicə olunmaq üçün və dərmanlara pul ödəmişlər. Hal-hazırda mövcud vəziyyətə görə o və həyat yoldaşı həmin evdə qala bilmirlər. Çünki qanunsuz tikilisinin söküntüsündə onları günahkar bilən qardaşının ailəsi tərəfindən təzyiqlərə məruz qalır yaşlı və xəstə adamlardırlar və hər dəfə qardaşının qızı gəlib dava-dalaş saldıqda onların səhhəti pisləşir. Cavabdeh1 cavabdehlər İddiaçı1, X10 və İddiaçı2 qarşı pul və kameranın sökülməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı2, X2 və X5 müştərək qaydada 1200 manat məbləğində maddi ziyanın, vəkil xidmətindən istifadəyə görə ödədiyi 500 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun tutulması, habelə cavabdehlər İddiaçı2, X2 və X5 hər birindən 500 manat olmaqla mənəvi ziyanın tutularaq ona ödənilməsi, cavabdehlər tərəfindən həyətin giriş darvazasında quraşdırılmış kameranın cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh1 ərizə ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edərək, İddiaçı2 və X2 müştərək qaydada 1200 manat məbləğində maddi ziyanın, vəkil xidmətindən istifadəyə görə ödədiyi 500 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun tutulması, habelə cavabdehlər İddiaçı2 və X3 hər birindən 500 manat olmaqla mənəvi ziyanın tutularaq ona ödənilməsi, cavabdehlər tərəfindən həyətin giriş darvazasında quraşdırılmış kameranın cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ünvanında yerləşən 86 saylı ev təkcə ilk iddiaçıların mülkiyyətində deyil, ümumi paylı mülkiyyətdə olub o da daxil olmaqla 7 nəfərə məxsusdur. Həmin ünvanda yerləşən ona məxsus, giriş-çıxışı ayrı olan və ikinci mərtəbədə yerləşən fərdi yaşayış evinin sərhədləri hüdudunda tikməyə çalışdığı hasar qarşılılqlı iddia üzrə cavabdehlərin polisə əsassız şikayəti əsasında sökülmüş, bununla da ona maddi ziyan dəymişdir. Həmin hasarın sökülməsində əsas rolu cavabdehlərin qızı X14 oynamışdır. Belə ki, X14 DİN-nin ümumi şöbəsində işləyir və xidməti səlahiyyətlərindən sui-istifadə edərək hasarın polis əməkdaşları tərəfindən sökülməsinə nail olmuş, eləcə də anası X6 özünün və DİN-nin hospitalında tibb bacısı işləyən bacısı X11 vasitəsilə yerləşdirmiş, anasının guya həmin gün halının pisləşməsi ilə bağlı saxtakarlıqlar etmiş, DİN-nin hospitalında sonuncunun daimi müalicəsi üçün mütəmadi olaraq aldıqları dərman reseptlərini və ödəniş qəbzlərini məhkəməyə təqdim edərək guya onun əməli nəticəsində ona ziyan dəydiyini iddia etmişdir. Belə ki, 75 yaşlı X9 vaxtaşırı mütəmadi olaraq DİN-nin hospitalında müayinə və müalicə olunur. İlk iddia üzrə iddiaçılar tərəfindən iddia ərizəsində qeyd olunanların heç biri doğru deyildir. Belə ki, ona məxsus ikinci mərtəbədə yerləşən fərdi yaşayış evinin sərhədləri hüdudunda özünə aid olan hissədə tikmək istədiyi hasar öz ev sahəsinin genişləndirilməsi məqsədi daşımırdı (heç istəsə də evinin sahəsini genişləndirə bilməz, belə ki, orada hər hansı bir boş sahə yoxdur), sadəcə mənzilini digər sahələrdən təcrid etmək istəyirdi. İlk iddiaçıların evinin üstündəki tüstü bacasının sökülməsinə səbəb isə həmin bacanın düz onun evinin pəncərəsinin önündə 50 sm məsafədə, tüstü bacasının sonunun evinin pəncərəsi səviyyəsində olması, tüstü bacasından çıxan istiliyin pəncərəsinin alışmasına, dəm qazının isə pəncərədən evinə daxil olaraq ailə üzvləri üçün real təhlükə yaratması olmuşdur. Həmin tüstü bacası sökülərək, ona hər hansı bir ziyan vurulmadan istifadəyə yararlı halda ilk iddiaçıların divarına söykədilmişdir. Qaz idarəsinin əməkdaşlarının tərtib etdikləri akt isə sobanın bacasının qapadılması səbəbindən istismara yararsızlığı barədədir. Həmin akt sobanın tüstü bacasının başqa yerdən qoyulmasını istisna etmir. Belə ki, təqdim etdiyi şəkil və video görüntülərdən də məlum olur ki, ilk iddiaçılar özlərinə məxsus evin eyvanının şüsəbəndindən də tüstü bacasını çəkməklə sobadan istifadə edə bilərlər və bu zaman ətrafa və qonşulara hər hansı bir təhlükə yaranmayacaqdır. Daha sonra, ilk iddiaçıların dama çıxmaq üçün istifadə olunan pilləkənin qarşısına tərəfindən dəmir qapı qoyulmaqla ümumi istifadədə olan torpaq sahəsinin bir hissəsini qeyri-qanuni şəkildə zəbt eməsi barədə iddiaları tam əsassız və qanunsuzdur. Belə ki, təqdim etdiyi şəkil və video görüntülərdən də açıq-aşkar göründüyü kimi, həmin pilləkən qaynatası, ilk iddia üzrə Cavabdeh2 tərəfindən 50 ildən çoxdur ki, ona məxsus evə qalxmaq üçün tikilmişdir. Həmin tikilinin tarixini sübutu olaraq 30 il bundan əvvəl çəkilmiş video görüntüləri də məhkəməyə təqdim edir. Həyətinə kənar şəxslərin icazəsiz girişinin qarşısının alınması üçün tərəfindən həmin pilləkənə qapı qoyulması isə onun konstitusion hüququdur. Digər tərəfdən, ilk iddiaçılar öz evlərinin damına həyətdən və ya küçədən nərdivan qoymaqla rahat çıxa bilərlər. Tərəfindən ona məxsus ərazidə qoyulmuş kameralar nə ilk iddiaçılara, nə də digər qonşulara hər hansı bir maneçilik törətmir, yalnız təhlükəsizlik məqsədi daşıyır. Əksinə, ilk iddiaçılar tərəfindən həyətin giriş darvazısının içəri tərəfində quraşdırılmış kamera birbaşa onun mətbəxinin pəncərəsinə baxır və bu da onlar tərəfindən onun mənzilinin daxilini rahat görməyə imkan verir ki, həmin kamera sökülməlidir. Yuxarıda da qeyd etdiyi kimi, ilk iddiaçılar tərəfindən hasarının sökülməsi nəticəsində usta pulu da daxil olmaqla ona 1200 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə, qonşuların qarşısında əsassız şəkildə doğma əminin ailəsi tərəfindən polisə cəlb edilməsi, hasarının sökülməsi, aralarında yaranmış mübahisə, ona qarşı məhkəmədə sözügedən iddianın qaldırılması onda əsəb və stress yaratmış, mənəvi əzab çəkməyimə səbəb olmuşdur. Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd etmək istəmişdir ki, cavabdehlərin ona qarşı törətdiyi qanunsuz hərəkət nəticəsində, ona vurulmuş mənəvi zərərin əvəzini hər bir cavabdehə münasibətdə 500 manat olaraq qiymətləndirir. Belə ki, cavabdehlər tərəfindən edilən qeyri-qanuni əməllər onun çox gərgin mənəvi və psixoloji sarsıntı keçirməmə səbəb olmuşdur. Bundan əlavə, ona qarşı açılmış əsassız məhkəmə işi ilə bağlı özündən asılı olmayan səbəblərdən ödənişli vəkil xidmətlərindən istifadə etməli və dövlət rüsumu ödəməli olmuşdur ki, həmin ödənişlər də daxil olmaqla ona vurulmuş bütün maddi ziyan da müştərək qaydada qarşılıqlı iddia üzrə cavabdehlərdən tutulmalıdır. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi, qarşılıqlı iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. İddiaçı2 nümayəndəsi X12 ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi, qarşılıqlı iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi X29 ilk iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 99.6 kv.m olan ünvan 2 üzərində 13/84 hissədə X13, 13/84 hissədə X7, 13/84 hissədə İddiaçı2, 13/84 hissədə X15, 6/84 hissədə X18, 13/84 hissədə X20 və 13/84 hissədə Cavabdeh1 paylı mülkiyyət hüquqları müəyyən edilmişdir. İş materiallarında olan Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X9 xx.xx.2019-cu il tarixdən xx.xx.2019 cu il tarixədək “Ürəyin aterosklerotik xəstəliyi”, ÜİX A/K. Hipertenziya İİ diaqnozu. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Essensial (birincili) Hipertenziya İİ diaqnozu Endokrinologiya, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Vertebrobazilyar arterial sistem sindromu, Essensial (birincili) hipertenziya” diaqnozu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Beyin infarktının nəticələri' diaqnozu. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "Beyin arteriyalarının trombozu nəticəsində törənən beyin infarktı” diaqnozu ilə Hospitalda Reanimasiya və intensiv terapiya şöbəsində stasionar müalicədə olmuşdur. Mübahisəli sahəyə xx.xx.2025-ci il tarixdə keçirilmiş yerində baxış və işin hallarının məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə İddiaçı2 yaşadığı, o cümlədən həmin əmlaka pay hüququ olan Cavabdeh1 paylı mülkiyyətinin üzərində cavabdeh tərəfindən tikinti işləri aparılmaqla, özünə yaşayış sahəsi inşa etmiş, həmin sahəyə və iddiaçının yaşadığı paylı mülkiyyətdə olan evin damına qalxmaq üçün dövlət mülkiyyətində olan və ümumi istifadə edilən torpaq sahəsində(həyətdə) quraşdırılmış pilləkənin sonunda qapı qoymaqla, iddiaçının yaşadığı və paylı mülkiyyətində olan evin damına girişi məhdudlaşdırılmışdır. Həmin pilləkənə yaxın olan divarda, pilləkənin üstündə cavabdeh tərəfindən quraşdırılmış müşahidə kamerası iddiaçıların yaşadığı evin pəncərəsinə tuşlanmışdır. Həmçinin ilk iddia üzrə iddiaçıya məxsus sahədən çıxan tüstü bacası cavabdeh tərəfindən natamam olaraq sökülmüşdür. Cavabdehlər yaşadıqları və tikinti apardıqları 2-ci mərətəbədəki sahəyə heç bir hüquq müəyyənedici sənədə sahib deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Eyni zamanda cavabdeh quraşdırdığı müşahidə kamerası ilə İddiaçı2 şəxsi toxunulmazlıq hüququnu pozmuşdur. Belə ki, həmin müşahidə kamerası aşkar surətdə iddiaçının yaşayış sahəsinin pəncərəsinə doğru yönəlməklə onun təhlükəsizlik tədbirləri məqsədlərinə qulluq etməsi ağlabatan deyildir. Yerində baxış zamanı və məhkəmə iclaslarında cavabdehlərə quraşdırılmış kameranın istiqamətini dəyişdirilməsi təklif edilsə də bu təklif qəbul edilməyərək, bunun yalnız iddiaçının həyətə giriş qapısının üzərində həyətə doğru istiqamətlənmiş müşahidə kamerasının söküləcəyi təqdirində mümkün olduğunu bildirmişlər. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ-ci bənidnə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Məhkəmə tərəfindən yerli baxış zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ümumi istifadədə olan torpaq sahəsində pilləkənin sonunda quraşdırılmış qapı qonşuların və müvafiq orqanın icazəsi olmadan nə qonşuluq hüququna nə də “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun və həmin tarixdən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə də uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226-cı maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi müqavilə əsasında onu icarəyə verə bilər. Yaşayış binalarında sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı2 mülkiyyətinə tuşlanan kamera, ümumi istifadədə olan sahəyə qoyulmuş qapı sökülməli, onun yaşadığı evin üzərində qanunsuz aparılan tikinti işləri cavabdehlərə qadağan edilməli, evinin damına qalxması üçün yaradılan maneələr cavabdehlərə qadağan edilməli, tüstü bacası əvvəlki vəziyyətə qaytarılmalıdır. Qeyd olunmalıdır ki, quraşdırılmış qapıya münasibətdə də yerində baxış zamanı texniki cəhətdən mümkün hesab edilən hal kimi qapının yerinin dəyişdirilməsi ilə mübahisənin həll edilməsi cavabdeh R. Musayeva və onun nümayəndəsinə təklif edilmiş, lakin həyətdəki pilləkənin onlar və digər cavabdehlər tərəfindən quraşdırıldığını və qapının da məhz pilləkənin sonunda qoyulmasının öz yaşayış sahələrinin toxunulmazlığını təmin etmək məqsədi daşıdığını vurğulamaqla etirazlarını bildirmişlər. Məhkəmə ilk və qarşılıqlı iddianın “maddi ziyanın və mənəvi ziyanın tutularaq ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, ilk və qarşılıq iddia tələbləri həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı1 cavabdehlərin hərəkəti nəticəsində səhhətinin pozulması və bununla da dərman preparatlarına sərf olunmuş məbləğin maddi ziyan olaraq qiymətləndirməklə cavabdehlərdən tələb etməsi məhkəməyə təqdim edilmiş sənədlərlə sübut olunmamaqla səbəbli əlaqə mövcud olmadığından təmin edilə bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 1200 manat vurulmuş ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qanunsuz tikilmiş hasarın sökülməsinə görə dəymiş ziyanın ödənilməsini tələb etməkdə subyektiv hüququ mövcud deyildir. Bu hüququn mövcud olması üçün onun mülkiyyəti təsdiq edən sənədi yaxud tikintiyə icazəsi mövcud deyildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X16rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X16rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. İlk və qarşılıqlı iddia üzrə ddiaçılar onlara mənəvi zərərin vurulduğunu göstərsələr də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmişlər, habelə göstərilən zərərin onlara vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdirlər. Buna görə də iddia tələbləri qeyd edilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının tələbinin “yaşadığı evə qazın verilməsinə yaradılmış maneələrin aradan qaldırılması” hissəsinə dair qeyd olunmalıdır ki, yaşayış sahəsinə qazın verilməsi, nəzarəti və sair bu kimi hərəkətləri həyata keçirən qaz təchizatı sahəsində fəaliyyət göstərən müvafiq quruma müraciət edilməklə həll olunması nəzərdə tutulduğundan, tələb cavabdehlərə yönələ bilməz və iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ilk iddia tələbinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin çəkilmiş vəkil xərcinin və ödənilmiş dövlət rüsumunun qarşı tərəfdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının əsas hissədə iddiası təmin edilmədiyindən, bu xərclər onun özünə aid edilməklə, qeyd edilən hissədə də qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh1 üzərinə ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin pəncərəsinə tuşlanan müşahidə kamerasının sökülməsi vəzifəsi qoyulsun. Cavabdeh1 üzərinə ünvan 2 ünvanda ümumi istifadədə olan sahədəki pilləkənin sonunda qoyulmuş qapının öz vəsaiti hesabına sökülməsi vəzifəsi qoyulsun. ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətindən çıxan tüstü bacası Cavabdeh1 vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılsın. ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətin üzərində qanunsuz tikinti işlərinin aparılması Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilsin. ünvan 2 ünvanda İddiaçı2 məxsus 13/84 hissədə olan paylı mülkiyyətinin damına qalxması üçün yaradılan maneələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilk iddia üzrə ödənilmiş 100 manat alınaraq İddiaçı2 ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1345/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1345/2025
15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver