Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1355/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 və Cavabdeh1 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC- cavabdehlər Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 və Cavabdeh1 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X1 8İ -157 reyestr nömrəli 09 yanvar 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" MMC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlamışdır. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən texniki səhvə yol verilmiş və cavabdeh kimi Cavabdeh1 qeyd edilmişdir. Lakin Cavabdeh1 hazırkı iş üzrə üçüncü şəxsdir. Göstərilənləri nəzərə alaraq xüsusi notarius X1 8İ-157 reyestr nömrəli 09 yanvar 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsinə texniki səhvin düzəldilərək Cavabdeh1 ASC-nin üçüncü şəxs kimi cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-1363/2024 saylı qərardadı ilə (hakim: Nail Abbasov) iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı 8İ-39 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair e-2(006)-1363/2024 saylı mülki iş, iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı 8İ -157 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə e-2(006)-1355/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlamışdır. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda Cavabdeh1la razılıq əldə edilmiş və həmçinin icra qeydi ilə bağlı barışıq olmuşdur. Odur ki, xüsusi notarius X1 8İ -157 reyestr nömrəli 09 yanvar 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsinə Cavabdeh1 ASC-nin cavabdeh kimi cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb hazırki işə Cavabdeh1 ASC-ni cavabdeh qismində cəlb etmişdir. İddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş, təqdim olunmuş barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 ASC-nin nümayəndəsi X5 tərəfindən barışıq sazişi təqdim edilərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla mülki işə digər cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 ASC-nin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə görə tərəflər razılığa gəlmişlər ki, İddiaçı MMC cavabdehlər Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X4 və Cavabdeh1 ASC ilə qarşılıqlı razılığa gələrək hazırda Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-1355/2024 saylı mülki iş üzrə iddiadan imtina edir. Cavabdeh1 ASC İddiaçı MMC ilə razılığa gələrək Abşeron Rayon İcra şöbəsinin icraatında 8İ-39 reyestr nömrəli xx.xx.2024- cü il tarixli icra qeydinin və 8İ-157 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin icra hərəkətlərini “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən dayandırır. İddiaçı MMC Cavabdeh1 ASC-yə icra qeydi üzrə hesablanan ümumi borcdan 500.000 manat ödəniş edir və qalıq borcu 2024-Cü ilin Oktyabr ayından başlayaraq 40.000-50.000 manat arası ödənişləri 40 (qırx) ay müddətinə etməyi öz üzərinə götürür. İddiaçı MMC aylıq ödənişləri ardıcıl 2 ay ödəmədikdə Cavabdeh1 ASC-nin icra hərəkətlərini bərpa etmək hüququ yaranır. Cavabdeh1 ASC-nin saxlancında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, cəmi maya dəyəri 477.456 manat olan “Predo” uşaq bezlərini İddiaçı MMC-yə qaytarır. Məhkəmə qeyd edir ki, işin halları ilə müəyyən edildiyi kimi, 8İ-39 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin və 8İ-157 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin icra hərəkətlərini “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən dayandırılması və digər məsələlər ilə əlaqədar barışıq sazişi bağlanmışdır. Barışıq sazişi "xxxx" MMC (direktor X6) ilə cavabdehlər Cavabdeh1 ASC (direktor X7) və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X4 arasında bağlanmışdır. 15 iyul 2024-cü il tarixli Barışıq sazişinin şərtlərinə görə:
1. Tərəflərin öhdəlikləri: 1.1. İddiaçı MMC cavabdehlər Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X4 və Cavabdeh1 ASC ilə qarşılıqlı razılığa gələrək hazırda Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-1355/2024 saylı mülki iş üzrə iddiadan imtina edir. 1.2. Cavabdeh1 ASC İddiaçı MMC ilə razılığa gələrək Abşeron Rayon İcra şöbəsinin icraatında 8İ-39 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin və 8İ-157 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin icra hərəkətlərini “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən dayandırır. 1.3. İddiaçı MMC Cavabdeh1 ASC-yə icra qeydi üzrə hesablanan ümumi borcdan 500.000 manat ödəniş edir və qalıq borcu 2024-cü ilin oktyabr ayından başlayaraq 40.000- 50.000 manat arası ödənişləri 40 (qırx) ay müddətinə etməyi öz üzərinə götürür. 1.4. İddiaçı MMC aylıq ödənişləri ardıcıl 2 ay ödəmədikdə Cavabdeh1 ASC-nin icra hərəkətlərini bərpa etmək hüququ yaranır. 1.5. Cavabdeh1 ASC-nin saxlancında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, cəmi maya dəyəri 477.456 manat olan “Predo” uşaq bezlərini İddiaçı MMC-yə qaytarır.
2. Digər müddəalar: 2.1. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. 2.2. Tərəflərdən biri bu Sazişin 1.1-1.5-ci bəndləri ilə üzərinə düşən vəzifələrini icra etmədikdə və ya lazımi şəkildə icra etmədikdə həmin vəzifələrin icrası ilə bağlı icra vərəqəsinin verilməsi barədə məhkəməyə müraciət ediləcəkdir. 2.3. Bu Saziş tərəflərin hər birində bir nüsxə və məhkəmədə bir nüsxə qalmaqla eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədən ibarət tərtib edildi. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış materiallarla göründüyü kimi, hazırda barışıq sazişinin predmeti qismində çıxış edən 8İ-39 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin və 8İ-157 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin icra hərəkətləri “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. - 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, habelə tərəflərin barışıq sazişi bağlaması yolu ilə məhkəmə mübahisəsinin yekunlaşmasının əsaslarını təsbit etmişdir. Qanunvericiliyə görə məhkəmə bağlanmış barışıq sazişini o halda təsdiq edə bilər ki, həmin saziş qanunazidd olmasın və yaxud hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Göründüyü kimi, hazırki barışıq sazişi səlahiyyətli şəxslər tərəfindən bağlanmış olması səbəbilə qanunazidd deyildir və məhkəmə tərəfindən təsdiqinə yol verilir. Bununla da məhkəmə hesab edir ki, bağlanmış barışıq sazişinin təsdiqi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı Notariat Ofisinə (Cavabdeh1 ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 və Cavabdeh1 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair müstəqil iddia ərizələri ilə bağlı e-2(006)-1355/2024 saylı mülki işin icraatına xitam verilməlidir. İddiaçı "xxxx" MMC-nin iddiadan imtina etməsi qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: "xxxx" MMC ilə cavabdehlər Cavabdeh1 ASC və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X4 arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.1. İddiaçı MMC cavabdehlər Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X4 və Cavabdeh1 ASC ilə qarşılıqlı razılığa gələrək hazırda Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-1355/2024 saylı mülki iş üzrə iddiadan imtina edir. 1.2. Cavabdeh1 ASC İddiaçı MMC ilə razılığa gələrək Abşeron Rayon İcra şöbəsinin icraatında 8İ-39 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin və 8İ-157 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin icra hərəkətlərini “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən dayandırır. 1.3. İddiaçı MMC Cavabdeh1 ASC-yə icra qeydi üzrə hesablanan ümumi borcdan 500.000 manat ödəniş edir və qalıq borcu 2024-cü ilin oktyabr ayından başlayaraq 40.000- 50.000 manat arası ödənişləri 40 (qırx) ay müddətinə etməyi öz üzərinə götürür. 1.4. İddiaçı MMC aylıq ödənişləri ardıcıl 2 ay ödəmədikdə Cavabdeh1 ASC-nin icra hərəkətlərini bərpa etmək hüququ yaranır. 1.5. Cavabdeh1 ASC-nin saxlancında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, cəmi maya dəyəri 477.456 manat olan “Predo” uşaq bezlərini İddiaçı MMC-yə qaytarır. 2.1. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. 2.2. Tərəflərdən biri bu Sazişin 1.1-1.5-ci bəndləri ilə üzərinə düşən vəzifələrini icra etmədikdə və ya lazımi şəkildə icra etmədikdə həmin vəzifələrin icrası ilə bağlı icra vərəqəsinin verilməsi barədə məhkəməyə müraciət ediləcəkdir. 2.3. Bu Saziş tərəflərin hər birində bir nüsxə və məhkəmədə bir nüsxə qalmaqla eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədən ibarət tərtib edildi. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 və Cavabdeh1 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)-1355/2024 saylı mülki işin icraatına xitam verilsin. İddiaçı "xxxx" MMC-nin iddiadan imtina etməsi qəbul edilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmıış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ceyhun Tağıyev