Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1363/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X1 8İ-39 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mülki işin məhkəmənin icraatında olan eyni tərəflər və eyni məzmunu özündə əks etdirən 2(006)-1355/2024 saylı mülki işlə birləşdirilməsinə dair vəsatət verdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işlərin birləşdirilməsi barədə vəsatəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı 8İ-39 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı 8İ-157 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası əsasında olan digər mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı 8İ-39 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair e-2(006)- 1363/2024 saylı mülki iş, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı 8İ-157 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair e-2(006)-1355/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı 8İ-39 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair e-2(006)-1363/2024 saylı mülki iş, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 qarşı 8İ-157 reyestr nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair e-2(006)-1355/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1363/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1363/2024
04.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver