Məhkəmə qərarları › İş №e-2(006)-137/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-137/2023

29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-137/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması» tələbinə dair ilk iddiası; Cavabdeh2 İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri X15 küçəsi b.75 ünvanda yerləşən 40,10 m2 qeyri-yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Babayeva X4 Jalə Məmməd qızına və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi b 75 ünvana dair verilmiş xx.xx.2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, onların Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi ev 75 ünvana istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri X15 küçəsi b.75 ünvanda yerləşən 40,10 m2 qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir və Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə ********** saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. Keçmiş həyat yoldaşı X6 ögey əmisi Cavabdeh1 uzun müddət cəzaçəkmə müəssisəsində qaldıqdan sonra azad olunmuş, qalmağa yeri, ev kirayələməyə və almağa maddi imkanı olmadığından yazığı gələrək yuxarıda göstərilən qeyri-yaşayış sahəsində müvəqqəti olaraq yaşamasına icazə vermişdir və həmin ünvanda yaşamağa başlamışdır. Bir müddətdən sonra bilmişdir ki, Cavabdeh2 adlı şəxs də həmin ünvana köçmüş və Cavabdeh1lə ailə qurmuşdur. X14 Qaşqay küçəsi b.75 ünvanda yerləşən 40,10 m2 qeyri-yaşayış sahəsi onun ehtiyacları üçün zəruri olduğundan, bununla bağlı Cavabdeh2 məlumat verərək qeyri-yaşayış sahəsini boşaltmaları tələb olunmuş, cavabdeh həmin sahədən çıxmaq istəmədiyini bildirmişdir. Konkret iş üzrə mülkiyyətçinin əmlaka sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə yoxdur və qanunla da belə bir hal müəyyənləşdirilmir. Elə bir hal yoxdur ki, mülkiyyətçi qeyri-yaşayış sahəsində yaşayan şəxslərin həmin sahədən istifadə hüquqlarına razılıq verməyə borclu olsun. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 1988-ci ildən, mərhum anası isə 1980-ci il tarixdən ölən gününə kimi, yəni 25 oktyabr 2004-cü il tarixə qədər yuxarıda qeyd olunan sözügedən mübahisəli zirzəmidə yaşamışdır. Həmin sözügedən mübahisəli zirzəmi anasına iş yerindən verilmişdir. Cavabdeh1 2-ci dərəcəli əlildir, başqa yaşayış yeri yoxdur, uzun illərdir ki, sözügedən mübahisəli qeyri-yaşayış sahəsində (zirzəmidə) ailə üzvü ilə birgə yaşayır. Bu halı xx.xx.2022-ci il tarixdə notariat qaydada təsdiq edilmiş qonşuların ərizələri də təsdiq edir. Babayeva X9 Nadir Adil oğlu ilə 2009-cu il tarixdən nikah münasibətində olaraq, xx.xx.2011-ci il tarixdə isə Cavabdeh1 ilə nikahlarını rəsmləşdirmişlər və sözügedən mübahisəli Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi ev 75 ünvanda bu günə qədər birgə yaşayıb, birgə təsərrüfat aparır. Onlar həmin sözügedən mübahisəli qeyriyaşayış sahəsinə (zirzəmiyə) uzun illər yaşadıqlarına görə hətta həmin yerə istifadə hüququ qazanmışlar. Məhz məhkəmə tərəfindən məhkəmə bildirişi və ona əlavə edilmiş iddia ərizəsinin məzmunundan onlara məlum olmuşdur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onların yaşadıqları Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi ev 75 ünvana b 75 ünvanı əlavə etdirərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, ********** saylı qeydiyyat nömrəli çıxarış almışdır. Ən maraqlısı odur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hansı yolla və hansı əsaslarla Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi ev 75 ünvanda yerləşən zirzəmini özəlləşdirmiş və ora b 75 ünvanı almışdır. Bundan başqa, X1 Nadir Adil oğlunun ögey qardaşı oğludur. Sözügedən mübahisəli zirzəmini vaxtı ilə özü sənədləşdirmək istəyirdi, zirzəmi olduğundan və qanunvericilikdə zirzəmi özəlləşmədiyinə görə həmin yaşadığı zirzəmiyə hər hansı bir sənəd ala bilməmişdir. Hansı əsaslarla, həmin zirzəmidə yaşamaya-yaşamaya X2 İ arvadı onun daim yaşadığı zirzəmiyə çıxarış ala bilib? Araşdırma zamanı yəqin ki müəyyən olunacaq ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə keçmiş əri X11 arasında hər hansı bir əqd mövcuddur. Belə halda məhkəmə gedişində Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə verilməklə iddia ərizəsinin həcmi, ya da, predmeti dəyişdiriləcək. Hesab edirlər ki, Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi ev 75 ünvana dair xx.xx.2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməli və onların Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi ev 75 ünvana istifadə hüquqları tanınmalıdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəfat etdiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli e-2(006)-137/2023 saylı qərardadı ilə Cavabdeh1 münasibətdə ilk iddia üzrə icraata və qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, İddiaçı izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və qarşılıqlı iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və qarşılıqlı iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 25 iyun 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi b.75 ünvanda yerləşən ümumi sahəsi 40,10 m2 olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 28 fevral 2006-cı il tarixdə ünvan 5 ünvanında yerləşən birmərtəbəli binanın zirzəmisindəki 40,10 m2 olan qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericiliyə əsasən satın almışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi 75 ünvanda yerləşən ümumi sahəsi 40,10 m2 olan qeyri-yaşayış sahəsi üzərində ½ hissədə İddiaçı, ½ hissədə X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - X12 ilə İddiaçı arasında bağlanmış 05 dekabr 2016-cı il tarixli qarşılıqlı razılaşma barədə sazişin 2.3-cü bəndindən görünür ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlaklar – ünvan 5 ünvanında yerləşən 40,1 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən 9 saylı evin 103-cü mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətinə verilmiş, sazişin bağlanması ilə hazırki bənddə qeyd edilən əmlaklar üzrə X7 bütün hüquqlarına xitam verilmişdir. - ünvan 8 ünvanında qeydiyyatda olan X10, ünvan 9nında qeydiyyatda olan X20 və ünvan 10 ünvanında qeydiyyatda olan X13 tərəfindən imzalanmış 25 iyun 2022-ci il tarixli, **********977 saylı ərizədən görünür ki, ərizədə mərhum X3 1980-ci ildən öldüyü günədək, Cavabdeh1 1988-ci ildən bu günədək və Cavabdeh2 nikah dövründən bu günədək ünvan 11 ünvanında qeydiyyatsız yaşadıqları qeyd olunmuşdur. Göründüyü kimi, ilk iddia üzrə İddiaçı Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi b.75 ünvanda yerləşən ümumi sahəsi 40,10 m2 olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir (dövlət əmlakının satın alınmasını təsdiq edən şəhadətnamə, onunla əri arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair məhkəmə çəkişmələrinə, sonradan qarşılıqlı razılaşmanın bağlanmasına və s. barədə). Həmin sənədlərlə müəyyən edilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi daha öncədən, 2006-cı il tarixdən etibarən İddiaçı mülkiyyətində olmuş, sonradan həmin əmlaka onunla keçmiş həyat yoldaşının ½ hissədə payları müəyyən edilmiş və ən son keçmiş ərarvad arasında bağlanmış qarşılıqlı razılaşma barədə sazişlə əmlak üzərində İddiaçı mülkiyyət hüquqları təsdiq edilmişdir. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində cavabdeh buna hər hansı hüququ olmadan yaşayır və bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulur. Bu səbəbdən, ilk iddia təmin edilməli, cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxarılmalı, qeyri-yaşayış sahəsi boşaldılmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə münasibətdə hər hansı hüququ yoxdur. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin əsası kimi 25 iyun 2022-ci il tarixli, **********977 saylı ərizəni (səh. 35) təqdim etməsi xx.xx.2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və sonuncunun Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi ev 75 ünvana istifadə hüququnun tanınması üçün əsas deyildir. Göründüyü kimi, qarşılıqlı iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması» tələbinə dair ilk iddiası təmin edilməli, ilk iddia üzrə Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi b.75 ünvanda yerləşən ümumi sahəsi 40,10 m2 olan qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi boşaldılmalı; Cavabdeh2 İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması» tələbinə dair ilk iddiası təmin edilsin. İlk iddia üzrə Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu X16 küçəsi b.75 ünvanda yerləşən ümumi sahəsi 40,10 m2 olan qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyriyaşayış sahəsi boşaldılsın. Cavabdeh2 İddiaçı və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar