Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1381/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın hərracda satılmaqla hissəyə uyğun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Tucson” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərraca çıxarılaraq satılması və ona satışdan əldə edilmiş pul vəsaitin 4/6 hissəsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X5 2005-ci il tarixdə nikaha daxil olmuşlar. X5 birgə nikah dövründə, 2009-cu il tarixdə “Hyundai Tucson” minik markalı, **- VA-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişdir. X5 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Hal-hazırda X3 vərəsələri İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vərəsələrdir. Onu da qeyd etmişdir ki, AR Ali Məhkəməsinin 2(102)-3839/22 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən, Cavabdeh1 İddiaçı və X1 qarşı iddia tələbi təmin edilmiş və 2009-cu il buraxışlı “Hyundai Tucson” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmçinin, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3351/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X2 miras qalmış “Hyundai Tucson” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı 4/6 hissədə payı müəyyən edilmişdir. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir neçə dəfə fərqli təkliflər ilə, həmçinin nəqliyyat vasitəsinin satılması və əldə edilmiş pul vəsaitinin hər bir vərəsənin payına mütənasib olaraq bölünməsinə dair müraciət etməsinə baxmayaraq, tərəflər arasında razılıq əldə edilməmişdir. Bu səbəbdən, sözügedən nəqliyyat vasitəsinin hərracda satılması və əldə edilmiş pul vəsaitinin hər bir vərəsənin payına mütənasib olaraq bölünməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən, “Hyundai Tucson” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 11000 manat pul məbləği dəyərində hesablanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3351/2023 saylı qətnaməsindən görünür ki, X2 miras qalmış “Hyundai Tucson” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı 4/6 hissədə payının müəyyən edilməsi qət edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, mübahisə predmeti olan “Hyundai Tucson” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı 4/6 hissədə payı mövcüddur. Avtomobilin paylara uyğun naturada bölünməsi mümkün deyil (bölünməz əşyadır). Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən onun payına uyğun ona kompensasiyanın ödənilməsi cavabdehlədən tələb edilmiş, lakin cavabdehlərlə bu barədə razılıq əldə edilməmişdir. İş materiallarında olan Vəkillər Kollegiyası Fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubda iddiaçının “Hyundai Tucson” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə digər vərəsələrin hər birinə onların paylarına uyğun pul məbləğinin verilməsi təklifi irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, paylı mülkiyyət olan daşınar əmlak (avtomobil) paylara uyğun qaydada naturada bölünməsi mümkün olmayan (bölünməz) əşya olduğundan, cavabdehlər tərəfindən isə iddiaçının payına uyğun kompensasiyanın verilməsinə münasibət bildirməməkləri, bu da öz növbəsində imtinaya bərabər tutulduğundan iddia tələbi əsaslıdır və həmin avtomobil açıq hərracdan satılmalı və avtomobilin satışından əldə edilən pul iddiaçının payına uyğun ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2. və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “Hyundai Tucson” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmalı, “Hyundai Tucson” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilən pulun 4/6 hissəsi İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Hyundai Tucson” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılsın. “Hyundai Tucson” markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilən pulun 4/6 hissəsi İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-1381/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1381/2024
02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver