Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1385/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MTK Cavabdeh qarşı «yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 21,90 m2 olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MTK-ya təhvil verilməsi; İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 21,90 m2 olan evin əvəzinə yeni tikiləcək binanın G bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 44,00 m2 olan 3 saylı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 30 ay müddətinə Cavabdeh təhvil verilməsi; sökülməsi nəzərdə tutulan evin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı MTK Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 23 m2 olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MTK-ya təhvil verilməsi; İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 23 m2, çıxarış üzrə sahəsi 21,9 m2 olan evin əvəzinə yeni tikiləcək binanın G bloku, 3-cü mərtəbəsində yerləşən, təsdiq edilmiş layihə üzrə ümumi sahəsi 44,2 m2 olan 1 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh təhvil verilməsi; sökülməsi nəzərdə tutulan evin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 183 saylı Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Həmin Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı MMC tərəfindən həll edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 28 mart 2018-ci il tarixli rəyə əsasən, həmin ərazidə yerləşən yaşayış evlərinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki: - yaşayış evlərinin yükdaşıyan divarlarında müxtəlif yerlərdə keçici çatlar mövcuddur; - yükdaşıyan divarlarda suvaq qatının qopması baş vermişdir; - bünövrələrdə, torpaqla təmasda olan divarlarda xaricdə və daxildə nəmlik, aşınmalar müşahidə olunmuşdur; - qapı və pəncərələrdə fiziki köhnəlmə, çürümə və digər deformasiyalar mövcuddur; - yaşayış evlərinin dam örtüyü uzunmüddətli təmirsiz istismar edildiyindən yararsız vəziyyətə düşmüşdür; - yaşayış evlərinin mərtəbəarası örtük konstruksiyasında fiziki köhnəlmə mövcuddur; - yaşayış evlərinin mərtəbəarası örtüklərin ağac konstruksiyaları çürüyərək ciddi deformasiyalara uğramışdır; - atmosfer suları bəzi yerlərdə evlərin daxilində sızaraq tavanlar və divarların nəmlənməsinə səbəb olmuşdur; - döşəmələrdə qabarma və çökmələr mövcuddur; - yaşayış evlərinin kommunikasiya xətləri yararsız vəziyyətdədir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və 12890 saylı inşaat pasportuna əsasən, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, № 1053 saylı icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 18/03-8/3573 saylı, xx.xx.2016-cı il tarixli məktubla Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binalarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin «Azərdövlətlayihə» DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 81 nömrəli məktubu ilə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən 1.1699 ha torpaq sahəsində İddiaçı MMC-yə yaşayış binalarının tikintisi məqsədilə obyektin tikintisinə icazə sənədi verilmişdir. İddiaçı MTK tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-ci il tarixli 183 saylı sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllə ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Nəzərə çatdırmaq istəyirlər ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə onlarla mülkiyyətçi köçürülmüş, tikilməli olan 8 blokdan ibarət binanın 2 bloku tikilərək sakinlərə təhvil verilmiş, 2 blok hazırda tikilməkdədir. İddiaçı MTK cavabdehə məxsus evin yerləşdiyi Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllə ünvanda yerləşən evlərin 30-dan artıq sakini ilə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları evlərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 1 ünvanda yerləşən evin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər ev sahibləri kimi, sahib olduğu ünvan 1 ünvanda yerləşən 21,90 m2 faktiki sahədən ibarət olan evin əvəzinə yeni tikiləcək binada təmirli 44 m2 yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 400 manat kirayə haqqı, alternativ variant kimi isə cavabdehə məxsus olduğu evin əvəzinə kompensasiya variantı da təklif olunur. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, şəhərsalma əsaslandırılmasına, ayrıc aktına, obyektin tikintisinə icazə sənədinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfindən onlara başqa yerdə və artıq hazır tikilmiş binada ev təklif edilmişdir, lakin həmin ev təmirli olmamışdır. Bu səbəbdən razılığa gələ bilməmişlər. Bacısının evi 2 otaqlı evdir, hazırda iddiaçı tərəfindən onlara bir otaqlı mənzil təklif edilməsi ilə qətiyyən razı deyillər. Hələ üstəlik iddiaçının təqsiri ucbatından bacısının evi yararsız vəziyyətə düşmüşdür. Son olaraq mülkiyyətçi kimi evinin satılmasını istəmir. Məhkəmədən iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Hüquqların dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 21,9 m2 olan 1 otaq xx.xx.2019-cu il tarixdə mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı MTK-nın Nizamnaməsindən (2-ci redaksiyada) və Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X7 Haqqında şəhadətnamədən görünür ki, İddiaçı MTK ********** X3 Nömrəsi ilə 04 noyabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 183 saylı sərəncamından görünür ki, İddiaçı MMC-nin xx.xx.2014-cü il tarixli 03 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. Sərəncamda bununla bağlı həll edilməli digər məsələlər də öz əksini tapmışdır. 04 may 2015-ci il tarixli 1053 saylı torpaq icarə müqaviləsindən görünür ki, Bakı şəhər İHB ilə İddiaçı MMC arasında Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə ayrılmış 11699 m2 torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İcarə haqqının 05 iyun 2014-cü il tarixdən hesablanması, hər il 9.344 manat 23 qəpik icarə haqqı ödəniləcəyi şərtləşdirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 29 noyabr 2016cı il tarixli 18/03-8/3573 saylı məktubundan görünür ki, İddiaçı MTK-nın xx.xx.2016-cı il tarixli 044 saylı məktubu nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 183 saylı sərəncamına və 12890 saylı inşaat pasportuna əsasən, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binalarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi «Azərdövlətlayihə» DBLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılması razılaşdırılır. xx.xx.2017-ci il tarixli 81 saylı obyektin tikintisinə icazədən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə 1,1699 ha torpaq sahəsində yaşayış binalarının (C, D, E, F, G və H bloklarının) tikintisinin layihələndirilməsinə icazə verilmiş, bu zaman müvafiq ekspertiza rəyi, rəylər və əlavə şərtlər nəzərə alınmışdır. 23 fevral 2018-ci il tarixdə 18/37 sayla qeydiyyata alınmış ayrıc aktından görünür ki, İddiaçı MMC-yə icarəyə verilmiş torpaq sahəsinə dair istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı tərtib olunmuşdur. «Azərdövləttikintilayihə» DLİ tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli rəydən göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə yerləşən yaşayış evlərinin mövcud vəziyyəti haqqında texniki rəy verilmişdir. Həmin yaşayış evlərinin halhazırda istismar olunduğu, yaşayış evlərinin uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Yaşayış evlərinin texniki məhdud işlək vəziyyətdə olduğu qeyd olunmuşdur. Dövlət Baş Ekspertiza ilə razılaşdırılmış Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli, Mərdanov qardaşları, A.Səhhət və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 997-ci məhəllədə inşası nəzərdə tutulmuş yaşayış binalarının C,D,G eyni tipli və H bloklarının planlarının korrektə edilməsi ilə bağlı layihədən görünür ki, G blokunda 1 otaqlı 44,2 kv m. sahəsi olan mənzil mövcuddur. 59 saylı Mənzil Kommunal İstismarı Sahəsinin möhürü ilə təsdiq edilmiş A.Səhhət küçəsi 35 saylı ünvanda Cavabdeh istifadəsində olan sahənin faktiki sxeminə əsasən sahə sanitar qovşağı, mətbəx və iki otaqdan ibarət olmaqla ümu i sahəsi iç ölçüləri 24,15 kv.m, çöl ölçüləri 27,80 kv.m təşkil edir. "xxxx" MMC-nin 05 mart 2025-ci il tarixli UNİ/M 07-085/2025 saylı məktubu ilə məhkəməyə göndərilmiş ekspert rəyindən görünür ki, qiymətləndirilən fərdi yaşayış evində cavabdeh tərəf ölçü işlərinə şərait yaratmadığından, vizual və çöldən çölə aparılan ölçü işlərinə istinadən Cavabdeh mülkiyyətində olan mənzilin (içdən-içə ölçülərlə və azalma əmsalı tətbiq edilmədən, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun sahə hesab oluna biləcək hissələr nəzərə alınmaqla) daxili sahəsi 22,0-23,0 m2 təşkil edir. Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin faktiki vəziyyəti nəzərə alınmaqla 1 m2-nin dəyəri 2.350 manat təşkil edir. ünvan 1 ünvanda yerləşən Cavabdeh mülkiyyətində olan mənzilə uyğun mənzillərin kirayə dəyəri 380 manat təşkil edir. Qiymətləndirmə xərci 400 manat təşkil etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən cavabdehin qızı xx.xx.2003-cü il təvəllüdlü X8: - xx.xx.2023-cü il tarixdən fiziki şəxs kimi Dövlət Vergi Xidmətində uçota alınmışdır. (şəhadətnamə uçot VÖEN:**********). - xx.xx.2024-cü il tarixdən birinci dərəcəli əlillik qrupu ilə müddətsiz əlil kimi qeydiyyatdadır. (ƏƏSM nazirliyinin X1 sistemi əlillik haqqında xx.xx.2024-cü il tarixli, ********** nömrəli arayış). Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş elektron daşıyıcılarda olan görüntülərə baxış keçirilmiş və onun digər şəxslərlə birlikdə iki müxtəlif mənzilə baxış keçirməsi, iddiaçıya məxsus olması ehtimal edilən binanın satış meneceri ilə telefon danışığının aparılması və satılan mənzillərin sahələri və qiymətləri ilə maraqlanması, habelə mübahisə predmeti olan yaşayış sahəsinin görüntüləri, təqdim edilmiş ekspert rəyində analoji sahələrdən biri olduğu göstərilən daşınmaz əmlakın satışı barədə danışıq müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 84.0, 84.0.1 və 84.0.2ci maddələrinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə, yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də ərizəçinin üzərinə həddindən artıq yük qoyub-qoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir.Bununla əlaqədar olaraq mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq qeyri-mütənasib müdaxilədir.Müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktı nəzərə alınaraq tam kompensasiyanın ödənilməməsi, ərizəçinin əmlakının alınması, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyi nəzərə alınaraq qanuna zidd hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh ona məxsus olan istifadəyə yararsız əmlakının yeni tikilmiş, müasir standartlara cavab verən binada təmirli əmlak sahəsi ilə əvəzləşdirilməsi təklif olunsa da, cavabdeh iddiaçı tərəfin qanunauyğun və ədalətli təklifi ilə razılaşmayaraq, kooperativin maraqlarına cavab verən tikinti işlərinin aparılmasını lüzumsuz yubadır. Bununla da qeyd edilən ərazidə inşa edilməli çoxmənzilli binalarda yaşayış sahəsi ilə təminatı nəzərdə tutulan vətəndaşların hüquqları və mənafeləri pozulur, MTK öz üzərinə düşən vəzifələri vaxtında və tam şəkildə icra etməmək təhlükəsi ilə üzləşir. Qanunvericiliyin müddəalarına və ayrılmaz hüquqlarla bağlı prinsiplərə əsasən cavabdehin xüsusi mülkiyyətində olan daşınmaz əmlakı üzərində hüquqlarının və mənafeələrinin qorunma qalxanı altında olması digər şəxslərin də eyni dərəcədə tanınan hüquqlarından üstün tutulmamalıdır.Hazırki mübahisənin predmetini cavabdehin xüsusi mülkiyyətində olan sahənin iddiaçıya təhvil verilməsi müqabilində onun yeni tikiləcək binada təmirli mənzillə təmin edilməsi və həmin yeni mənzilin təhvil veriləcəyi müddətədək yaşayış sahəsi ilə təmin olunması məqsədilə kirayə haqqının verilməsindən ibarətdir. İş üzrə mənzilin sahəsinin və kirayə haqqının müəyyən edilməsi məqsədilə təyin edilmiş qiymətləndiricinin verdiyi rəyə əsasən mənzilin sahəsi və həmin ərazidə oxşar şəraitli mənzillərin kirayə haqqları müəyyən edilərək iddiaçının tələbinin ədalətli olub-olmaması araşdırılmışdır. Cavabdehin dəlilləri isə ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan yaşayış sahəsi 2 otaqdan ibarətdir, odur ki, iddiaçı tərəfindən ona bir otaqlı mənzilin təklif edilməsi doğru deyildir. Məhkəmə bu yerdə qeyd etməyi zəruri hesab edir ki, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın sökülməsi üçün tikinti şirkətinə təqdim edilməsi üzrə qəbul edilmiş təcrübəyə əsasən sökülməsi nəzərdə tutulan daşınmaz əmlakın sahəsi əsas olaraq götürülür, həmin sahədə olan otaqların sayı mülkiyyətçinin öz mülahizəsinə görə istənilən sayda formalaşdırıla bilər. Bu məsələyə isə hər bir kəsin fərdi münasibəti ola bilər. Bir mülkiyyətçi üçün bir otağın ölçüsü ən azı 30 kv.m. olması əhəmiyyətli olduğu halda, digər mülkiyyətçi üçün bir otağın ölçüsünün 10 kv.m. təşkil etməsi yetərlidir. Odur ki, cavabdehin nümayəndəsini təmsil etdiyi şəxsin 22-24 kv.m. sahədən ibarət yaşayış sahəsində istənilən sayda otaq formalaşdırılması ona yeni tikilən binada eyni sayda otaqdan ibarət mənzilin verilməsinə əsas verən hal deyildir. Digər tərəfdən əgər hazırki iş üzrə cavabdeh 22-24 kv metr sahədə 2 otaq formalaşdıra bilmişdirsə, deməli bunu 44 kv metr sahədə də dizayn etmək mümkündür. Cavabdehin xüsusi mülkiyyət hüququndan irəli gələrək mənzilin hər hansı formada əvəzləşdirilməsinə etirazı iddiaçının həyata keçirdiyi tikinti və abadlaşdırma fəaliyyətinin, eyni ərazidə mülkiyyətləri ədalətli kompensasiya edilmiş digər sakinlərin yeni yaşayış sahələri ilə təminatının əsassız şəkildə qarşısını alır. Məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın qarşılığında iddiaçının təklif etdiyi qaydada mənzillə təminat və müvafiq dövr üçün kirayə haqqı ödənişi ədalətli kompensasiya kimi qiymətləndirilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 23 m2 olan ev boşaldılaraq sökülməsi üçün İddiaçı MTK-ya təhvil verilməli, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 23 m2, çıxarış üzrə sahəsi 21,9 m2 olan evin əvəzinə yeni tikiləcək binanın G bloku, 3-cü mərtəbəsində yerləşən, təsdiq edilmiş layihə üzrə ümumi sahəsi 44,2 m2 olan 1 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh təhvil verilməli, sökülməsi nəzərdə tutulan ev İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 400 manat məbləğində kirayə haqqı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatların dəyərini təşkil edən 400 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 23 m2 olan ev boşaldılaraq sökülməsi üçün İddiaçı MTK-ya təhvil verilsin. İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 23 m2, çıxarış üzrə sahəsi 21,9 m2 olan evin əvəzinə yeni tikiləcək binanın G bloku, 3-cü mərtəbəsində yerləşən, təsdiq edilmiş layihə üzrə ümumi sahəsi 44,2 m2 olan 1 otaqlı təmirli mənzili binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh təhvil verilsin. Sökülməsi nəzərdə tutulan ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 23 m2 olan ev Cavabdeh tərəfindən İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Aparılmış ekspertiza tədqiqatların dəyərini təşkil edən 400 (dörd yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1385/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1385/2025
09.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver