Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1398/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağaməmməd qızı tərəfindən ödənilməmiş 12300 (on iki min üç yüz manat ) AZN pulun və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 126,9 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Ağaməmməd qızına xx.xx.2023-cü il 09:40 radələrində Yasamal rayonu, Landau küçəsində yerləşən X1 Filialında Fransa səfirliyinə təqdim etmək üçün 12 300 ( on iki min üç yüz manat ) AZN vəsait vermişdir. Vəsaiti kassada birlikdə hesabına mədaxil etmişlər. Nərminlə danışıqlarına əsasən vəsaiti hesabına mədaxil edib, daha sonra çıxardıb ona təqdim etməli idi. Lakin Nərmin vəsaitin geri qaytarılmasından imtina etmişdir. Bundan öncə xx.xx.2023-cü il tarixində eyni sözügedən əməliyyatı Kapital bank Bravo 2 Filialında 16:00 iradələrində 17 200 AZN civarında vəsaiti hesabına mədaxil edilib və arayış alındıqdan sonra kassadan məxaric edilmişdir. Sözü gedən əməliyyatdan sonra müştəri vəsaiti geri qaytarmaqdan imtina edir. Qəsdən vəsaiti hesabında ola–ola geri qaytarmır. Bununla bağlı X1 Filialında xx.xx.2023 – cü il tarixdə 09:40 – 09:50 iradələrində vəsaitin onun tərəfindən müştəriyə təqdim edildiyi kamera müşahidələrindən görmək mümkündür. Əlavə olaraq Nərmin xanıma bununla bağlı telefon danışıqları və whatsapp yazışmaları mövcuddur. Cavabdeh bildirir ki, Greencard Azərbaycan şirkətində olan Rüfət adlı şəxsilə pul məsələsi olmuşdur. Rüfət adlı şəxs Cavabdeh xanımı bu əməliyyat üçün yönləndirdiyindən, Rüfətdən ala bilmədiyi 11 900 AZN ( on bir min doqquz yüz manat ) vəsaiti onu aldadaraq almışdır. Nərmin xanım vəsaiti ona borc verdiyinə görə 100 AZN ödəməli olacaqdı. Lakin qeyd etdiyi kimi, Rüfət adlı şəxs Nərmin xanımdan Amerika vizası düzəltmək adıyla aldığı vəsaiti Nərminə ödəmədiyindən , həmin şəxs vəsaiti dələduzluq edərək ondan almış və geri qaytarmır. Cavabdehə etdiyi şifahi və yazılı müraciətlərdən sonra da o, öz öhdəliyini yerinə yetirmir. Ona görə də o Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh Ağaməmməd qızı tərəfindən ödənilməmiş 12 300 (on iki min üç yüz) manat borcun, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 126,9 (bir yüz iyirmi altı manat, doxsan qəpik) manat, vəkilə ödədiyi 850 (səkkiz yüz əlli) manatın və etibarnamə üçün ödədiyim 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manatın Cavabdeh Ağaməmməd qızından onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdi ki, Cavabdeh heç kimə qarşı dələduzluq etmədiyini, xanımın təhsil üçün xaricə getmək istədiyini, həmin məbləği Rüfətə verdiyini və özünün də qurban olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh Ağaməmməd qızı visa almaq məqsədi ilə iddiaçıdan Yasamal rayonu, Landau küçəsində yerləşən X1 Filialında Fransa səfirliyinə təqdim etmək üçün 12300 manat vəsait almışdır. Aralarındaki razılığa əsasən Nərmin xanım vəsaiti hesabına mədaxil edib, daha sonra çıxardıb iddiaçıya təqdim etməli idi. Lakin sonradan iddiaçı vəsaitin geri qaytarılmasından imtina etmişdir. Buna görə də iddiaçı verdiyi pulu geri qaytarılmasını tələb edir. Cavabdeh isə həmin məbləği Rüfətə verdiyini və özünün də qurban olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş edir. b) Mülki işin materialları: Mülki işin materiallarına İddiaçı 416973******5677 nömrəli katrı üzrə xx.xx.2023xx.xx.2024-cü il tarixli dövr üzrə "xxxx" ASC-nin çıxarışı əlavə edilmişdir. Mülki işin materiallarında olan məhkəmə sorğusu əsasında əldə olunmuş "xxxx" ASC-nin hesabdan çıxarışın sürətlərindən görünür ki, Cavabdeh hesabına (hesab nömrəsi: 410100G*********8207) xx.xx.2023-cü il tarixində 17200,00 AZN pul mədaxil edilmişdir. Mülki işin materiallarında olan məhkəmə sorğusu əsasında əldə olunmuş "xxxx" ASC-nin hesabdan çıxarışın və mədaxil sənədinin sürətlərindən görünür ki, Cavabdeh hesabına (hesab nömrəsi: 410100G*********8207) xx.xx.2023-cü il tarixində 12300,00 AZN pul mədaxil edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 126.9 manat məbləğində dövlət rüsumu vəsaiti ödənilmişdir. Mülki işin materiallarında olan 06 mart 2024-cü il tarixli, 7E-3292 nömrəli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Vəkil2 etibarnamə verilmiş və 17,25 manat haqq tutulmuşdur. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım xərcinə görə 19 saylı Vəkil Bürosuna 850 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarına tərəflər arasında “Whatsapp” sosial şəbəkədə olan yazışmalar, həmçinin məhkəmə sorğusu əsasında əldə olunmuş xx.xx.2023–cü il tarixdə 09:40 – 09:50 radələrində "xxxx" ASC-nin kamera görüntüləri əlavə edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında hər hansı borc müqaviləsi bağlanmadığına görə öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə bu qənaətə gəlir ki, bu halda tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Məcəllənin 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Mülki Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan (iş materiallarına əlavə edilmiş CD-disk və tərəflər arasında whatsapp yazışmaları) göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 12300 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Cavabdeh nümayəndəsi izahat verərək, Cavabdeh heç kimə qarşı dələduzluq etmədiyini, xanımın təhsil üçün xaricə getmək istədiyini və həmin məbləği Rüfətə verdiyini bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda, alınmış məbləğin hazırda Cavabdeh olmadığını və onun tərəfindən 3-cü şəxlərə və ya iddiaçıya verilməsinin sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12 300 (on iki min üç yüz) manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 19 saylı Vəkil Bürosuna ödənilmiş 850 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzin surətindən görünür kimi, iddiaçı tərəfindən hüquqi yardıma görə 850 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 850 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia təmin edildiyindən, məhkəmə xərci də cavabdehə aid edilməli və dövlət rüsumu kimi ödənilmiş 126.9 manat Cavabdeh İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 12.300 (on iki min üç yüz) manat, iddiaçının göstərilmiş hüquqi yardıma görə ödədiyi 850 manat (səkkiz yüz manat) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126,9 (bir yüz iyirmi altı manat, doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1398/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1398/2024
11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver