Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-140/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50 250 (əlli min iki yüz əlli) manat məbləğində pulun, 241 (iki yüz qırx bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın üzvlərinin 18 may 2017-ci il tarixli ümumi iclasının qərarı ilə Cavabdeh ünvan 1 ünvanında 2-ci giriş, 17-ci mərtəbə, ümumi sahəsi 122,4 kv.m., yaşayış sahəsi 71,5 kv.m., eyvan sahəsi 7,8 kv.m. olan 3 otaqlı 180 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. Cavabdeh tərəfindən mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı tərtib olunmuş və ünvan 3, 180 saylı mənzil (yeni qaydalarla: ünvan 2) üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10 iyun 2017-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. X3 (cavabdehin oğlu) xx.xx.2012-ci ildə İddiaçı2 (iddiaçının qızı) ilə evlənmişdir və həmin nikahdan xx.xx.2014-cü ildə Arifə, xx.xx.2016-cı ildə Tahir adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən, cavabdehlər Cavabdeh Pərviz qızı və X9 iddiaçıya məxsus ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş HM-A210317-076 saylı,xx.xx.2021-ci il tarixli arayışa əsasən, X2 rayonu, A.Cəlilov küçəsi, 71, m.17, mənzil 7-də xx.xx.2017-ci il tarixdən ölüm tarixinədək - xx.xx.2019-cu ilədək yaşamış, onun övladları - qızı Cavabdeh Pərviz qızı xx.xx.2017-ci il tarixdən, oğlu X9 xx.xx.2017-ci il tarixdən həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. X3 (cavabdehin oğlu) xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Cavabdehlər İddiaçı2, Cavabdeh Pərviz qızı və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 3 ünvanında yerləşən 180 saylı mənzildən (ünvan 2-dən) çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021 il tarixli, 2(011)-1833/2021 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı2, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən 1 il müddətinə möhlət verilməklə, ünvan 3, 180 saylı (Yeni qaydalarla: ünvan 2) mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 2(103)- 7254/2021 saylı qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) cavabdeh İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı2 övladları Cavabdeh Pərviz qızı və X9 ilə birlikdə iddiaçı Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 180 saylı mənzildən (ünvan 2-dən) çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-606/2022 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 2(103)-7254/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 qızı A.X1 (cavabdehin oğlu) ilə birgə nikah dövründə ünvan 3 ünvanında yerləşən 180 saylı mənzilə (ünvan 2-dən) köçüb daimi yaşayacağı əsası ilə sözügedən mənzilin təmir xərcləri İddiaçı1 tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş qaimə və ödəniş qəbzləri ilə həmin məbləğ – 50250 manat müəyyən edilir. Tərəflərin münasibətləri hazırda gərgin olduğu üçün iddiaçı hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, cavabdeh onun hesabına əsassız varlanmışdır. Buna görə də iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 50 250 (əlli min iki yüz əlli) manat məbləğində pulun, 241 (iki yüz qırx bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə müştərək qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı1 tərəfindən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən mənzildə aparılmış təmir işləri ilə bağlı hər hansı xərc çəkilməmişdir. İş materiallarında iddia tələbini təsdiq edən, təmirə çəkilən xərclərin məhz iddiaçı tərəfindən ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. İddia ərizəsinə əlavə edilmiş qaimə-fakturalar isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 №-li Qərarı ilə təsdiq etdiyi “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri”nin 7 və 8 saylı əlavələrində qaimə-fakturalar üçün nəzərdə tutulan tələblərə uyğun tərtib edilməmiş, qaimə-fakturaların nömrəsi, qaimə-fakturanın sifarişçisi olan hüquqi şəxsin və ya fiziki şəxsin VÖEN-i göstərilməmiş, rəhbər və baş mühasib tərəfindən imzalanmamış, möhür vurulmamış, ciddi hesabat blankını çap edən şəxsin adı, VÖEN-i göstərilməmişdir. Bu baxımdan həmin qaimə-fakturalar və orada əks olunan məlumatlar mötəbər sübut kimi qəbul edilə bilməz. İddia tələbi yalnız formal mülahizələrə əsaslanmışdır. Mülki prosesdə bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar qiymətləndirilərkən “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə bilər. İddiaçı tərəfindən mübahisəli mənzilin təmirinə 50250 manat məbləğində xərc çəkildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən həmin qaimə-fakturalar ümumiyyətlə iddiaçı tərəfindən təmir xərclərinin ödənilməsini təsdiq etmir. Mənzilin təmiri ilə bağlı bütün xərclər cavabdehin yoldaşı X17 Salmanoviç tərəfindən ödənilmişdir. Təmir işlərini aparan ustalara da sifarişi məhz X17 Salmanoviç vermiş və tələb olunan bütün ödənişləri təmin etmişdir. Mənzil üçün tələb olunan bütün avadanlıq və əşyaların alınmasında Cavabdeh şəxsən iştirak etmiş və ödənişlər onun tərəfindən təmin edilmişdir. Bundan başqa işin materiallarına əlavə edilən qaimə-fakturaların bir neçəsi təkrarlanır, onlardan bir neçəsində evdə təmir işləri aparan baş usta Xaspulatov Azərin adı qeyd edilmişdir. Qaimə-fakturalarda göstərilən məbləğlərlə iddia tələbində göstərilən məbləğlər arasında uyğunsuzluq mövcuddur. Qaiməfakturalarda göstərilən əşyaların bir çoxu ünvan 2 ünvanında yerləşən mənzildə mövcud olmamışdır və həmin əşyaların mübahisəli mənzildə olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bunun əksinə Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(103)- 7254/2021 saylı icra vərəqəsinə əsasən iddiaçının qızı İddiaçı2 övladları ilə birlikdə Cavabdeh məxsus mənzili tərk etdiyi zaman mənzildə özünə məxsus olan və olmayan bütün əşyaları atası İddiaçı1 ilə birlikdə götürərək çıxıb getmişdir. Mənzildə mövcud olan bütün qapıları kobud şəkildə sökmüş, divar kağızlarını cırmış, özünə məxsus olmayan sanitar qovşaqda moydadırı, 2 ədəd kondisioneri, mətbəx mebelini, dəhlizdə olan paltar dolabını, otaqlardakı bütün çilçıraqları, 7 ədəd asma lampaları, mənzildə möcvud olan bütün qapıları söküb aparmışdır. Bütün bu əşyaları apararkən döşəmə və paketi cızıb yararsız hala salmışlar. Qeyd olunanlar Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən aktlaşdırılmışdır. Tərtib olunmuş akt və mənzildə aparılan video çəkiliş və şəkillər diskə yerləşdirilmiş və etiraza əlavə edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin əsassız hesab edilməsi və iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş ödnişə dair sənədlərin 2574.7 manat məbləğində olan hissəsi təkrar qaimələr, 1078 manat məbləğində olan hissəsi iddiaçının adına olmayan, 10318.5 manat məbləğində olan hissəsi imzalanmamış qaimələrdir, 6237 manat məbləğində olan hissəsinə dair ödənişin həyata keçirilməsi ilə əlaqədar qəbz, qaimə-faktura mövcud deyil, buna görə də ödənişin iddiaçı tərəfindən edildiyini təsdiq etmir, 1728 manat məbləğində olan hissəsi iddiaçılar tərəfindən sökülüb aparılmış qapılarla əlaqədardır, 3853.25 manat məbləğində olan hissəsi iddiaçılar tərəfindən sökülüb aparılmış və icra məmuru tərəfindən aktlaşdırılmış lampalarla əlaqədardır və iddiaçılar tərəfindən tələb edilməsi əsassızdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçıların və cavabdehin nümayəndələrinin izahatını, vəkillərin çıxışını dinləyib, şahid ifadələrini nəzərə alıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əvvəlki məhkəmə hazırlıq iclaslarından birində cavabdehin vəkili-nümayəndəsi Vəkil2 vəsatətinə əsasən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, mübahisə predmeti olan mənzildə təmir işləri aparmışdır. İddiaçı ilə təmir işləri apararkən tanış olmuşdur. İddiaçı mənzildə aparılan təmir işlərinə nəzarət edirdi. Cavabdehi tanıyır, belə ki, təmir işləri zamanı xırda əşyaları ona aldırmışlar, lakin ödənişləri cavabdehin yoldaşı etmişdir. Bahalı materialları, məsələn kafel, santexnik aksesuarlarını və s.-ni cavabdehin yoldaşı özü almışdır. Onları ustalara Xaspulatov Azər yönləndirdiyi üçün bu xərcləri cavabdeh tərəfin çəkdiyini bilir. Bundan başqa qeyd etmişdir ki, çatışmayan xırda ləvazimatları cavabdeh tərəf həm də iddiaçıya pul verərək aldırmışdır. Əvvəlki məhkəmə hazırlıq iclaslarından birində cavabdehin vəkili-nümayəndəsi Vəkil2 vəsatətinə əsasən şahid qismində dindirilmiş X17 Salmanoviç ifadəsində bildirmişdir ki, Cavabdeh həyat yoldaşıdır. İddiaçı ilə əvvəllər yaxşı qohumluq münasibətləri olmuşdur. Lakin oğlu vəfat etdikdən sonra münasibətlər pozulmuşdur. Mübahisə predmeti olan mənzilin bütün təmir xərclərini o özü çəkmişdir. İddiaçılar və qızı isə sadəcə olaraq materialları, aksesuarları seçmişdir. Mülki işin materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(011)-1833/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı2, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən 1 il müddətinə möhlət verilməklə, ünvan 3, 180 saylı (Yeni qaydalarla: ünvan 2) mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(103)-7254/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apelyasiya şikayətinin təmin edilməsi, cavabdeh İddiaçı2 apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1833/2021 saylı iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı2 övladları Cavabdeh Pərviz qızı və X9 ilə birlikdə iddiaçı Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 180 saylı mənzildən (ünvan 2-dən) çıxarılması qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il il tarixli, 2(102)-606/2022 saylı qərarından görünür ki, cavabdeh İddiaçı2 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(103)-7254/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X14 və hal şahidləri ünvan 4 ünvanında yaşayan X10, Bakı şəhəri, Sabunçu rayonu, L.Məmmədbəyov küçəsi ev 46, mənzil 2 ünvanında yaşayan X11, iş üzrə tələbkar Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(103)-7254/2021 saylı icra vərəqəsinə əsasən İddiaçı2 övladları Cavabdeh Pərviz qızı və X9 ilə birlikdə iddiaçı Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 180 saylı mənzildən çıxarılmalıdır. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq qeyd olunan ünvana gəlmiş, borclu İddiaçı2 icra sənədinin yeri və vaxtı barədə rəsmi məlumat verilməsə də, onun özünün xəbər etmədən mənzildə olan özünə məxsus olan və olmayan əşyaları götürərək çıxıb getməsinin şahidi olmuşlar. Bu zaman bilmişlər ki, o, sanitar qovşaqda olan aksesuar moydadırı, 2 ədəd özünə məxsus olmayan kondisioneri, mətbəxdə uzunluğu 5 metr olan mətbəx mebelini, dəhlizdə olan paltar dolabını, 7 ədəd asma lampanı sökərək götürmüş və otaqlardakı bütün qapıları kobud şəkildə sökmüş, divar kağızlarını qoparmışdır. Bundan başqa, o, özünə məxsus olmayan kombi sistemini də söküb aparmışdır. Sökülən əşyaları apararkən o parketi də cızıb yararsız hala salmışdır. Bundan başqa otaqlardakı 6 ədəd çilçıraq götürülərək aparılmışdır. Müşahidə olunanlar aktlaşdırılmış və akt onu tərtib edənlər tərəfindən imzalanmışdır. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqından məlumat” hissəsindən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsinə görə 241 (iki yüz qırx bir) manat rüsum ödənilmişdir (qəbz № 9********). Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli 4/1285 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin materiallarında olan xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, sifariş formasında “Açıqlama” hissələrindəki imzalar; xx.xx.2016-cı il tarixli (2 ədəd), xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli (2 ədəd), xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli (4 ədəd), xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli (2 ədəd), xx.xx.2016-cı il tarixli (4 ədəd), xx.xx.2016-cı il tarixli (4 ədəd), xx.xx.2016-cı il tarixli (3 ədəd), xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli (2 ədəd), xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, 553357 saylı, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, 16419 saylı, xx.xx.2016-cı il tarixli, 6-1231 saylı xx.xx.2016-cı il tarixli qaimə-fakturalarda “Təhvil-alan” qrafasındakı imzalar: xx.xx.2016-cı il tarixli (2 ədəd), xx.xx.2016-cı il tarixli qaimə fakturaların kserosurətlərində Təhvil-alan” qrafalarında əks olunmuş imzalar: 0025115 saylı, ******* saylı, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli (2 ədəd) qaimə-fakturaların surətlərində əks olunmuş imzalar - İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli 10/5628 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə aparılmış təmir işlərinin növünü (tavan, döşəmə, divarlarda görülmüş işləri, elektrik, santexnika işlərini, mətbəx və sanitar qovşağında görülmüş işləri və s.) və iş həcmini nəzərə alaraq, həmin mənzilin təmiri zamanı mülki işin materiallarında olan qaimə-fakturalarında və digər sənədlərdə göstərilən təmir-tikinti materiallarından istifadə edildiyi müəyyən edilir. İş materiallarına əlavə edilmiş qaimə-faktura və digər sənədlərdən qeyd olunan qiymətlərə əsasən, təmir zamanı istifadə edilən mal və materilların ümumi dəyərinin 34.532,0 (otuz dörd min beş yüz otuz iki) manat təşkil etdiyi müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı2 digər İddiaçı1 qızı, Cavabdeh keçmiş gəlinidir. Hazırda iddiaçılar cavabdehin mülkiyyətində olan mənzili öz hesablarına təmir etdiklərini bildirərək, cavabdehin onların hesabına əsassız varlandığını iddia edib, buna görə də təmir-bərpa işləri zamanı xərclənən 50250 manat pulun cavabdehdən tutularaq onların xeyrinə müştərək qaydada ödənilməsini tələb edirlər. Cavabdeh tərəf isə İddiaçı1 aralarında olan yaxşı qohumluq münasibətlərinə əsasən etibar etdiyini, cavabdehin yoldaşının xəstə olması səbəbindən malların alınması üçün ona inanaraq pulu verdiklərini, bununla əlaqədar heç bir sənəd tərtib etmədiklərini, onun sadəcə materialların seçilməsi, alınması və ustaların tapılmasında vasitəçilik etdiyini bildirərək, təmirin öz hesablarına aldıqları mallar ilə aparıldığını qeyd edir və iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərin mötəbərliyini mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Sübutların mümkünlüyü” adlı 81ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu sübutetmə vasitələri Azərbaycan Respublikası Vergi Məcəlləsində və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda təsvir olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı maddəsinin mənasına görə, qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda), kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti, qiymətli kağızların, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı, elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti, bu Məcəllənin 220.10-cu maddəsinə əsasən fərdi qaydada göstərilən bərbər fəaliyyəti növləri istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidir (maddə 16.1.8.). Nağd pul hesablaşmaları aparılan zamanı alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blankları verilməli və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etməlidirlər (maddə 16.1.9.). Bu qayda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 7-ci bəndində də nəzərdə tutulmuşdur. (Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir, 2-ci hissə) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmir üçün lazım olan materialların alınması, həmin materialların dəyərinin ödənilməsi faktı iddiaçı tərəfindən təqdim edilmiş ödənişə dair sənədlərlə təsdiq olunmalıdır. Həmin sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, sənədlər müvafiq qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməmiş, belə ki, qaimə-fakturalar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 №-li Qərarı ilə təsdiq etdiyi “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri”nin 7 və 8 saylı əlavələrində qaimə-fakturalar üçün nəzərdə tutulan tələblərə uyğun deyil, qaimə-fakturaların nömrəsi, qaimə-fakturanın sifarişçisi olan hüquqi şəxsin və ya fiziki şəxsin VÖEN-i göstərilməmiş, rəhbər və baş mühasib tərəfindən imzalanmamış, möhür vurulmamış, ciddi hesabat blankını çap edən şəxsin adı, VÖEN-i göstərilməmiş, bəziləri iddiaçı tərəfindən imzalanmamışdır. Bu baxımdan həmin qaiməfakturalar və orada əks olunan məlumatlar mötəbər sübut kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ödənişə dair sənədlərlə əlaqədar həmçinin, qeyd edilməlidir ki, qaimə-fakturaların iddiaçıda olması və onun tərəfindən məhkəməyə sübut qismində təqdim edilməsi, məhkəmə tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizasının rəyi ilə həmin sənədlərin iddiaçı tərəfindən imzalanmış olmasının təsdiq edilməsi, təmir zamanı həmin materiallardan istifadə edilməsini təsdiq edən ekspert rəyinin mövcudluğu hələ iddiaçının malları öz hesabına alması demək deyil. Belə ki, cavabdeh tərəfin “İddiaçı1 aralarında olan yaxşı qohumluq münasibətlərinə əsasən etibar etməsi, cavabdehin yoldaşının xəstə olması səbəbindən malların alınması üçün ona inanaraq pulu verməsi, bununla əlaqədar heç bir sənəd tərtib etməməsi, onun sadəcə materialların seçilməsi, alınması və ustaların tapılmasında vasitəçilik etməsi, təmirin öz hesablarına aldıqları mallar ilə aparılması” barədə dəlilinə görə bu malları seçməyi, alqı-satqıda vasitəçilik etməyi və digər işləri yerinə yetirməyi iddiaçıya tapşırması ağlabatandır. Çünki tərəflərin də qeyd etdiyi kimi, qohum olduqları müddətdə onların münasibətləri yaxşı olmuşdur. İddiaçının “təmir materiallarını öz hesabına alması” dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı bunu müvafiq qaydada sübuta yetirsəydi belə, bu, cavabdehin əsassız varlanması hesab oluna bilməzdi. Belə ki, hazırki iş üzrə iddiaçılar cavabdehə məxsus mənzilə lazım olan təmir-tikinti materiallarını öz hesablarına aldıqlarını iddia edirlər və cavabdehin varlanması üçün xərcləri könüllü olaraq çəkdiklərini mübahisələndirmirlər. Mülki Məcəlləyə əsasən bir şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə əvəzsiz qaydada başqa şəxsə verməsi (onu zənginləşdirməsi) bağışlama hüquq münasibətlərinə (Mülki Məcəllənin 666.1-ci maddəsi) uyğun gəlir. Bu baxımdan hər hansı mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür. Lakin işin hallarından göründüyü kimi, iddiaçılar bu halı sübuta yetirə bilməmişlər. Oxşar mübahisələr üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma qaydaları o halda tətbiq edilə bilər ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirdiyi əmlakı ona hədiyyə şəklində vermədiyini sübuta yetirmiş olsun və tərəflər arasında hər hansı digər əqdin bağlandığı və ya varlanmaya haqq qazandıran qanuni əsas olduğu müəyyən edilməsin. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçılar cavabdehi könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyi halda onun cavabdehə verdiklərini geri qaytarması yalnız bağışlamaqdan imtina (Mülki Məcəllənin 673-cü maddəsi) və ya bağışlamanın ləğvi (Mülki Məcəllənin 674-cü maddəsi) əsaslarının mövcud olduğu sübuta yetirildiyi halda mümkündür. Göstərilənlərə əsasən, iddiaçıların iddiası mötəbər, təkzib edilməz vasitələrlə qanunamüvafiq qaydada sübuta yetirilmədiyindən, işin faktiki halları iddianın qanuni əsası kimi istinad edilən halların dispozisiya şərtlərinə uyğun gəlmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: - hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; - hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; - o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Mülki Məcəllənin 673.2-ci maddəsinə əsasən hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: - bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; - vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; - vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Mülki Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Mülki Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Mülki Məcəllənin 674.1-ci maddəsinə əsasən aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: - bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; - hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Mülki Məcəllənin 674.2-ci maddəsinə əsasən hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 241 (iki yüz qırx bir) manat məbləğində dövlət rüsumu İddiaçı1 və İddiaçı2 aid edilməlidir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir: İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 160 (bir yüz altmış) manat iddiaçılardan müştərək qaydada alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 241 (iki yüz qırx bir) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 160 (bir yüz altmış) manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-140/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-140/2023
16.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver