Məhkəmə qərarları › İş №e-2(006)-1410/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1410/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1410/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi X4 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Cavabdeh1 950 (doqquz yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 04 fevral 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Khazar LX" markalı 99PC028 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 18 iyul 2021-ci il tarixdə Abşeron rayonunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X12 tərəfindən idarə olunan "Chevrolet Malibu" markalı 10VY502 dövlət qeydiyyat nişanlı və "Tofaş Şahin" markalı 01CE098 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onu zədələmişdir. Abşeron DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənlərin avtomobilinin zədələnməsi ilə bağlı cəmi 950 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X14 iddianın özünə aid hissəyə etiraz edərək bildirmişdir ki, 18.07.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 idarə etdiyi “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanh avtomobil ilə “Chevrolet Malibu” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı və “Tofaş Şahin” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toquşmuşdur. Abşeron DYPŞ-mn qərarı ilə “Khazar LX” markalı, 99-PC-Ö28 dövlət qeydiyyat nişanh avtomobilin sürücüsü Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. İddiaçının Cavabdeh2 MMC-dən pul tələbinə dair iddiasına etiraz edir və bu hissədə iddianı əsassız hesab edir. 04 fevral 2021ci il tarixli MAS-1429 saylı “öhdəliklərin ölürülməsi” müqaviləsinə əsasən Cavabdeh1 14.11.2019-cu il tarixli MAS-1429 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və 2019-cu il buraxılışlı, “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsi imzalandığı andan müqavilənin müddəti sona çatana və ya müqavilə ləğv olunan kimi lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə ərizə ilə müraciət edərək verdiyi iddianı müdafiə etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia Cavabdeh2 MMC-yə münasibətdə rədd, Cavabdeh1 münasibətdə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Belə ki, TP seriyalı, ******* nömrəli, 19.07.2021-ci il tarixli inzibati tənbəh vermə haqqında qərın surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. AD serialı, 665709 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Khazar LX" markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 MMC-dir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin kompyuter çıxarışından görünür ki, "Khazar LX" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 MMC-dir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 16.08.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Tofaş Şahin” markalı, ** CE *** qeydiyyat nişanlı avtomobilə cəmi 650 manat məbləğində maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli PGU-212496 saylı sığorta ödənişi ilə bağlı aktdan görünür ki, 18.07.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş üçüncü şəxs X1 650 manat məbləğində sığorta ödənişi hesablanmışdır. 01.09.2021-ci il tarixli 96472 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti 650 manat məbləğində sığorta ödənişini X1 məxsus AZ57GUNA******************** nömrəli İBAN hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən tərtib olunmuş 19.08.2021-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Chevrolet” markalı, ** VY *** qeydiyyat nişanlı avtomobilə cəmi 300 manat məbləğində maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli PGU-212571 saylı sığorta ödənişi ilə bağlı aktdan görünür ki, 18.07.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş üçüncü şəxs X6 300 manat məbləğində sığorta ödənişi hesablanmışdır. 01.09.2021-ci il tarixli 96477 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti 300 manat məbləğində sığorta ödənişini X6 məxsus AZ26AİİB410100C**********106 nömrəli İBAN hesabına köçürülmüşdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Khazar LX" markalı, **-PC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsusdur və onun tərəfindən “Daxili lizinq” və “Öhdəliklərin ötürülməsi” müqavilələrinə əsasən Cavabdeh1 sahibliyinə verilmişdir. Cavabdeh "Khazar LX" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək 18.07.2021-ci il tarixdə saat 17:00 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrinin tələblərini pozmaqla X6 məxsus olan "Chevrolet Malibu" markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil və X1 məxsus olan "Tofaş Şahin" markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə hər iki avtomobilə zərər dəymişdir. Dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən 950 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğdə sığorta ödənişi zərər çəkən şəxslərə həyata keçirilmişdir. Qeyd edilməlidir ki, cavabdehin "Khazar LX" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə hüququ olmamışdır. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi inzibati məsuliyyətə səbəb olmaqla yanaşı, iddiaçının cavabdehə qarşı, verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaratmışdır. Beləliklə, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyindən sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə (hadisəni törətmiş şəxsə) qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Məhkəmə iddianın Cavabdeh2 MMC-yə qarşı olan hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh2 MMC (Lizinq verən) ilə X16 (Lizinq alan) arasında bağlanmış 14.06.2019-cu il tarixli, MAS-181 saylı “Daxili lizinq müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, Lizinq verən lizinq alanın yekun sifarişi əsasında əmlakı əldə edib muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyən edilmiş ödənişlərini ödəməyi öhdəsinə götürür. Cavabdeh2 MMC ilə X15 və X16 arasında bağlanmış 25.07.2020-ci il tarixli, MAS- 1429 nömrəli “Öhdəliklərin ötürülməsi müvailəsi”nin təsdiq edilmiş surətindən görünür ki, X16 Cavabdeh2 MMC qarşısında götürdüyü bütün öhdəlikləri X8 ötürür, X15 isə bu öhdəlikləri X13 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri Lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh2 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşlər. 25.07.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, X15, X9 istifadəsində olan və Cavabdeh2 MMC-nin mülkiyyətində olan "Khazar LX" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Cavabdeh2 MMC ilə X15 və X10 arasında bağlanmış 30.07.2020-ci il tarixli, MAS- 1429 nömrəli “Öhdəliklərin ötürülməsi müvailəsi”nin təsdiq edilmiş surətindən görünür ki, X15 Cavabdeh2 MMC qarşısında götürdüyü bütün öhdəlikləri X3 ötürür, X10 isə bu öhdəlikləri X8 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri Lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh2 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşlər. 30.07.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, X10, X7 istifadəsində olan və Cavabdeh2 MMC-nin mülkiyyətində olan "Khazar LX" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Cavabdeh2 MMC ilə Cavabdeh1 və X10 arasında bağlanmış 04.02.2021-ci il tarixli, MAS-1429 nömrəli “Öhdəliklərin ötürülməsi müvailəsi”nin təsdiq edilmiş surətindən görünür ki, X10 Cavabdeh2 MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh1 ötürür, Cavabdeh1 isə bu öhdəlikləri X3 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri Lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada Cavabdeh2 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşlər. 04.02.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1, X2 istifadəsində olan və Cavabdeh2 MMC-nin mülkiyyətində olan "Khazar LX" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. 14.06.2019-cu il tarixdə Cavabdeh2 MMC (Lizinq verən) ilə X16 (Lizinq alan) arasında daxili lizinq müqaviləsi bağlanmış, "Khazar LX" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq verən tərəfindən muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. 25.07.2020-ci il, 30.07.2020-ci il tarixli və 04.02.2021-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müvailələrinə əsasən "Khazar LX" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil müvafiq olaraq X16 tərəfindən X8, X15 tərəfindən X3, X10 tərəfindən Cavabdeh1 ötürülmüşdür. Cavabdeh2 MMC ilə Cavabdeh1 və X10 arasında bağlanmış 04.02.2021-ci il tarixli, MAS-1429 nömrəli “Öhdəliklərin ötürülməsi müvailəsi”nin təsdiq edilmiş surətindən görünür ki, X10 Cavabdeh2 MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh1 ötürməyi, Cavabdeh1 isə bu öhdəlikləri X3 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi və bu öhdəlikləri Lizinq müqaviləsində göstərilən şərtlərlə Cavabdeh2 MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşlər. Beləliklə, Cavabdeh1 yol-nəqliyyat hadisəsini törədərkən "Khazar LX" markalı, **-PC- *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla (lizinq alanın hüququ ilə) idarə etdiyindən digər cavabdeh - nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh2 MMC-yə qarşı iddia rədd edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməli, 950 manat məbləğində pul ondan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İddia Cavabdeh2 MMC münasibətdə isə rədd edilməlidir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh1 təmin edilsin. Sığorta ödənişi olaraq 950 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 980,40 manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia Cavabdeh2 MMC-yə münasibətdə digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar