Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1430/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə İddiaçı «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh «X32» publik hüquqi şəxsinə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı «X32» publik hüquqi şəxsinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə qızı X8 qarın boşluğunda olan ağrıları, qusma və hərarət şikayətləri ilə bağlı X29 müraciət etmişdir. Bununla əlaqədar olaraq X34 maşını qızını həmin gün saat 6-7 saat radələrində X23 gətirmişdir. Bu zaman növbədə olan və özünü uşaq cərrahı olaraq təqdim edən X27 uşağa baxış keçirmişdir. Klinik əlamətlərə əsasən apendisin şübhəsi olduğuna görə xx.xx.2022-ci il tarixdə həkimə təkidlə uşağa hökmən USM müayinəsi etdirməyi bildirmişdir. Müayinə nəticəsində ilkin olaraq həkim uşaqda apendisitin olub-olmaması barədə fikir yürüdə bilmədi, sonra apendisitin olmasına inkar etmişdir. Uşağın qarın boşluğunda kəskin ağırdar davam etdiyindən, korpənin taleyinə biganə qalmayaraq həmin gün təcili şəkildə özəl klinikaların birinə gedərək orada yenidən USM etdirmişdir. X13 (KA) əməliyyatının icra edilməsi üçün göstəriş olmuşdur: retrosekal kəskin appendisit, distal yarıda 8 mm-i keçən gərgin bağırsaq ilgəy, ora seqmentdən etibarən mənzəlində böyüyü – 8 mm ölçüdə olan 2- 3 ədəd apendikolit. Özəl klinikadı USM həkimi Aynur Qurbanovaya telefonla zəng edərək, uşaqda kəskin appendisit olduğunu bildirmişdir. İddiaçı də USM müayinəsinin nəticələrini Aynur Qurbanovaya gətirib təqdim etmişdir. Lakin həkim yenidən əməliyyatı inkar etmiş, onların istəkləri ilə uşağı ancaq xəstəxanada yatıra biləcəyini söyləmişdir. X24 imtina edildiyi üçün xx.xx.2023-cü il tarixdə iddiaçı yenidən uşağa özəl klinikada USM etdirmək məcburiyyətində qalmışdır. Yenidən nəticə Retrosekal appendisitin davam etməsini göstərmişdir. Lakin, X25 uşaq cərrahı yenidən cərrahı əməliyyatın aparılmasına imtina etmişdir. X24 yatdığı müddət ərzində uşağa müalicə aparılmadan ağrı kəsicilər vurulmuşdur. 2023-cü il yanvarın 2-si tarixdə ağrı kəsicilər vuraraq, uşağı X19 evə yazmışlar. Evə buraxılan gün bir-neçə saatdan sonra, yəni xx.xx.2023-cü il tarixdə ağrı kəsicilərin təsiri keçdikdən sonra uşağın qarnında yenidən kəskin və dözülməz ağrılar başlamışdır. X24 uşaq ambulator yatışda olduğu müddət ərzində iddiaçı ümid edirdi ki, uşağına dövlətin tibb müəssisəsi lazımi tibbi xidmət göstərəcəkdir. İddiaçı hesab edir ki, KTibbi Klinik Mərkəzdə uşağına tibbi xidmət və icra edilməsi zəruri olan cərrahi əməliyyat icbari tibbi sığortanın vəsaiti hesabına həyata keçiriləcəkdir. Lakin görünür ki, onun tibbi xidmətin icbari tibbi sığortanın vəsaiti hesabına həyata keçirmək istəmiş, yəni əlavə təklif etməməsi həkim tərəfindən uşağına laqeyd yanaşılması ilə nəticələnmişdir. Nəticədə iddiaçı icbari tibbi sığorta vəsaiti hesabına tibbi xidmətdən yararlanmaqdan məhrum edilmişdir. Həmçinin həkim qeyd edilən tibbi xidmətin göstərilməsində təcrübə ilə əlaqədar çətinlik görürdüsə, bununla əlaqədar xəstəxana tərəfindən konsilium təşkil edilməli və ya KTM tərəfindən icbari tibbi sığorta vəsaiti hesabına digər tibb müəssisəsinə göndəriş verməli idi. X25 həkiminin uşağına tibbi xidmət göstərilməsində imtinanı görüb maddi vəziyyətinin yaxşı olmamasına baxmayaraq, təlaş içində uşağı təcili şəkildə X10 aparmaq məcburiyyətində qalmışdır. KT baxışı zamanı isə uşaqda Appendiksin diametrinin 11 mmdək artması, daxilində apendikolit imajının izlənilməsi qeyd edilirdi. Priapendikulyar piy toxumasında ödem iltihaba bağlı sıxlıq və maye artışı olmuşdur. X24 gecikdirmə nəticəsində apendisit deşilmişdir. Təcili əməliyyat zamanı, tibbi dillə desələr retrosekal appendiksin orta hissəsindən perforasiya olduğu görülmüş, artıq qarın boşluğuna tökülmüş nəcis daşları çıxarılmışdır. Qaraciyər altı abses olmuşdur. Apendisitin deşilməsi nəticəsində bağırsaqdan çölə çıxmış irinli möhtəviyyat təmizlənmişdir. Qeyd edənlər əsasında iddiaçı bildirir ki, X24 həkim etinasızlığı və səhlənkarlığı nəticəsində onun uşağının sağlamlığına ciddi zərər dəymişdir. Hələ indiyə qədər həkim səhlənkarlığı nəticəsində uşağının sağlamlığına dəymiş zərərə görə uşaqda periodik ağrılar və immun sisteminin zəifləməsi nəticəsində həkimə müraciət etmələri davam edir. X24 dəfələrlə təkid etmələrinə baxmayaraq xəstəyə lazımi tibbi xidmət göstərilməmiş və uşaq kəskin apendisit diaqnozu ilə əməliyyata alınmamışdır. Nəticədə uşağın gecikmiş halda özəl xəstəxanada əməliyyat etdirmələri nəticəsində icbari tibbi sığortanın hesabına xidmət almaqdan məhrum olmuşlar. KTM imtina etdiyi üçün təkcə əməliyyat üçün məcbur olub X4 3425 manat xərcləri çıxmışdır. Hal-hazırda da uşaq həkim nəzarəti altındadır. X20 həkim səhlənkarlığına görə icbari tibbi sığortanın vəsaiti hesabına əsassız olaraq imtina edilmiş cərrahi əməliyyata, habelə digər tibb müəssisələrinə göndəriş verilmədiyinə və hərəkətsizlik formasında övladının sağlamlığına vurulan zərərə görə KTM-dən şikayətçisidir. Nəticədə uşağının apendisiti deşilmiş, sağlamlığına zərər dəymiş, indiyədək uşağını həkim nəzarətində saxlamağa məcbur olmuşdur, habelə özəl tibb müəssisəsində tibbi xidmətin qarşılığını pulla almaq məcburiyyətində qalmışdır. Övladının sağlamlığına vurulan zərərlə əlaqədar indiyə qədər 4200 manat xərcləmişdir və bu qərəm davam edir. Uşağını bu vəziyyətdə görmək iddiaçını bir valideyn kimi çox ağrıdır. Qeyd edilənlərlə əlaqədar X26 məktubla müraciət edərək 10 gün müddətində ona vurulan zərərin ödənilməsi ilə əlaqədar danışıqların aparılmasını xahiş etsə də, ona heç bir cavab verilməmişdir. Göstərilənlərə əsasən tibbi xidmətlə əlaqədar iddiaçıya vurulmuş real zərərə görə 4080 manatın, vəkilə xidmət haqqı olaraq ödənilən 800 manatın, dövlət rüsumu olaraq ödənilən 120 manatın, habelə övladına qarşı etinasızlınla əlaqədar valideynlərin keçirdiyi iztiraba görə vurulan mənəvi zərərə görə 5000 manatın, ümumilikdə 10.000 manatın X19 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərimşdir ki, həkim məsuliyyətsizliyi və ya səriştəsizliyi ucbatından o, bir valideyn kimi övladını itirmək təhlükəsi ilə üz-üzə qalmışdır. İşin faktiki hallarına gəlincə isə bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixdə qızını qarın boşluğunda olan ağrıları, qusma və hərarət şikayətləri ilə cavabdeh xəstəxanaya gətirmişdir. X27 kəskin appendisitin simptomları olmasına baxmayaraq bunu qəbul etmədi və ağrıların kəsilməsi üçün ona antibiotiklər tətbiq elədi. O, əmin olmaq üçün başqa xəstəxanada iki dəfə USM müayinəsi etdirmişdir. Hər iki müavinənin nəticəsində uşaqda kəskin appendisit olduğu müəyyən olundu və bununla bağlı hətta Aynur Qurbanova ilə da əlaqə saxlanılaraq bildirdirmişdir. Hər iki müayinənin nəticəsi tərəfindən X27ya təqdim edilmişdir. Cavabdeh xəstəxanada keçirilmiş USM müayinəsi nəticəsində həkim appendisiti görmədiyini bildirdikdə, o, ona hətta demişdir ki, öz hesabına başqa xəstəxanada KT etdirib əmin olaq. Həkim əminliklə buna zərurət olmadığını bildirmişdir. Hətta həkim uşaqda infeksion xəstəlik diaqnozu ilə onları Qarayev adına uşaq klinikasına göndərmişdir. Oranın həkimi ilkin müayinə zamanı bnlə onlara bildirmişdir ki, bu uşaq reanimasiyalıqdır, vəziyyəti ağırdır və orada boşuna vaxt itirirlər. X27 bunu belə qəbul etmədi. Daha sonra uşaq 6 gün xəstəxanada qalmışdır qalmışdır. Nəticədə ona maddi və ağır mənəvi ziyan vurulmuşdur. Onlar xx.xx.2023-cü il tarixdə axşam saatlarında X10 getmişlər. Gecə isə əməliyyat olunmuş və əməliyyat saat 03.00-da bitmişdir. Bununla bağlı sənədlər isə xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur.Uşağın vəziyyəti pisləşdikdən sonra onlar yenidən X16 görə müraciət etməmişlər ki, orada övladı bir neçə gün yanlış diaqnoz ilə müalicə olunmuşdur. Həkim onun və digər həkimlərin təkidlərinə baxmayaraq kəskin appendisit olmadığını bildirmişdir. Onun bütün bunlara baxmayaraq yenidən ora müraciət etməsi absurd olardı, çünki nə xəstəxanaya, nə də həkimlərinə inamı qalmışdır. Özəl xəstəxanaya getmək onun öz seçimi idi. Bütün bu qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, hazırki mülki iş üzrə ekspertiza təyin olunmuş və ekspert rəyində bir çox məqamlar öz təsdiqini tapmışdır. Belə ki, ekspert rəyində də, birbaşa göstərilir ki, uşağın daşıdığı simplomlarla bağlı kəskin appendisit ən düzgün diaqnozdur. Bundan başqa Səhiyyə Nazirliyinin 2022-ci ildə təsdiq etdiyi «kəskin appendisitin müalicəsi və diaqnostikası üzrə klinik protokol»da birbaşa göstərilib ki, uşaqlarda kəskin appendisitin müalicəsi üçün bir qayda olaraq cərrahi müdaxilə standard olaraq qəbul olunur. Ən vacibi isə onu qeyd edir ki, müalicə həkimi Aynur Qurbanova tərəfindən ümumiyyətlə diaqnoz səhv qoyulub və kəskin appendisitin yox, infeksion xəstəliklə bağlı müalicə həyata keçirilib. Halbuki kəskin appendisit üçün kifayət qədər əsaslar var idi. Qarayev adına uşaq klinikasında həkim hətta qeyd edib Aynur həkimə göndərib ki, uşağın bağırsaqlarında qalınlaşma gedir. İddiaçı tərəfindən «Güvən» klinikasında aparılmış 2 USM müayinəsi nəticəsində də, eyni hallar təsdiq olunub və Aynur həkimə bildirilib. Hətta keçən məhkəmə iclasında o, həkimə sual ünvanlayaraq cavabdeh xəstəxanada aparılmış USM müayinəsində uşağın bağırsaqlarını görüb-görmədiyini soruşduqda o, ona bildirdi ki, retrosekal yerləşmə ilə əlaqədar görə bilməyib. O, görə bilməməsinə, digər xəstəxanalarda aparılmış USM müayinələri zamanı və digər həkiminin bunu təkid etməsinə rəğmən kəskin appendisit olmadığında israr edib. «Güvən» klinikası apendisitin qalınlığı 8 mm müəyyən edib, lakin cavabdeh xəstəxana xəstəni evə buraxarkən ümumiyyətlə appendisiti yoxlamayıb, çünki xəstəyə ümumiyyətlə tam fərqli diaqnoz qoyulub və müalicə edilib. Göstərilənləri nəzərə alaraq iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin tamin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ekspertiza rəyində göstərilir ki, ilkin diaqnoz düzgün qoyulmuşdur və kəskin appendisit şübhəli ola bilər. Ümumiyyətlə kəskin appendisitin müalicəsi iki mərhələdə aparılır. Əməliyyat və əməliyyataqədərki stabilləşdirmə. Belə ki, xəstə xəstəxanaya yerləşdirildikdən sonra daimi müşayət altında saxlanılıb və müalicə olunub. Əməliyyatda zərurət görülməyib. Ekspert rəyində də göstərilib ki, kəskin appendisit ilə bağlı cərrahi müdaxilə aparılması ilə seçimdir. Yəni hər bir halda cərrahi müdaxilə şərt deyil. Həmçinin xəstə bir çox xəstəxanalarda da müayinə olunub və onu da nəzərə almaq lazımdır ki, xəstəxanalarda olan aparatlar fərqli nəticələr göstərə bilər. Müdafiəçisi olduğu xəstəxanada aparılmış USM müayinəsində kəskin appendisit müşahidə edilməmişdir. Daha sonra iddiaçı bayram günləri ilə əlaqədar xəstəni evə aparmış və uşağın vəziyyəti pisləşdikdən sonra öz istəyi ilə onu başqa xəstəxanaya aparmışdır. Həmin xəstəxanada icbari sığortadan yararlanmaq üçün müraciət etməmişdir. Hesab edir ki, bunun məsuliyyətini də iddiaçı özü daşımalıdır. Həmçinin həkimin və xəstəxanasının məsuliyyətsizliyi və səriştəsizliyi heç bir sübutla təsdiq olunmamışdır. Onu da nəzərinə çatdırır ki, X27 kifayət qədər səriştəyə malikdir. Belə ki, o, Ankara Universitetində uşaq cərrahiyyəsi ilə bağlı uzmanlıq alıb. Həmçinin bu sahədə Səhiyyə Nazirliyi tərəfindən keçirilmiş sertifikasiyadan uğurla keçib. O ki qaldı maddi ziyanın vurulmasına, bununla bağlı sadəcə faktura təqdim olunmuşdur ki, bu ödənişi təsdiq sənəd deyildir. Mənəvi ziyanla bağlı isə onu qeyd edir ki, bununla bağlı heç bir sübut təqdim edilməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir.
6. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» publik hüquqi şəxsin nümayəndəsi X11 iddia tələbinin qəbul etməməsi və rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Nümayəndə həmçinin göstərmişdir ki, X1rla müqaviləsi var. Kəskin appendisitin müayinə və müalicəsi xidmətlər zərfinə daxildir. Onların xəstəxana ilə aralarında bağlanan müqaviləyə əsasən müəyyən edilən məbləğdən artıq pulun xəstəxana tərəfindən vətəndaşdan tələb edilməsi əsassızdır.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
8. Məhkəmə əvvəlki iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, o, hazırki mülki iş üzrə pasient X8 müalicə həkimi olmuşdur. Bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixdə Rəna Qurbanova hazırda həkim olaraq çalışdığı «X32»ə qarın nahiyyəsində 2 saat müddət daxilində davam etməkdə olan ağrı ilə yardım vasitəsi ilə daxil olmuşdur. O, müayinə zamanı bildirmişdir ki, 2 həftəyə yaxın bir müddətdir ki, xəstədir və qızdırma, öskürək kimi şikayətləri olmuşdur. Bundan əlavə 10 gündür ki, kəskin baş ağrıları mövcuddur. Xəstənin ilkin fiziki müayinəsi zamanı tərəfindən cərrahi olaraq hər-hansı bir şübhəli məqama rast gəlinməmiş və xəstə USM müayinəsi, rentgenoloji və laborator müayinə olmuşdur. Bu zaman xəstənin leykositlərinin 28 min olduğu müəyyən olunmuşdur. Lakin 2 saatlıq bir qarın ağrısı 28 minlik leykositi açıqlamır. Xəstə xəstəxanaya müraciət etdikdə zəifləmişdi, bu da onun 10 gündən artıq davam edən qızdırma, öskürək, baş ağrıları ilə həmçinin ailəsinin bildirdiyi üzrə bədənində yaranmış səpkilər və digər sistemik infeksiyalarla bağlı idi. Bir xəstə xəstəxanaya müraciət etdikdə həkim üçün ilk öncəlik olaraq anemistik müayinə əsas rol oynayır. Bununla əlaqədar olaraq xəstə USM müayinəsi olundu və həmin müayinədə onlar 28 min leykositi açıqlayacaq bir bulğuya rast gəlməmişlər. Yəni 2 saatlıq bir qarın ağrısı, 28 min leykosit, xəstənin fiziki müayinəsi və USM müayinəsi bir-birini tamamlamırdı. Daha sonra xəstə başqa bir xəstəxanada USM müayinəsi olunmuş və orada xəstənin appendisitinin 8 mm-ə qədər böyüməsi müəyyən olunmuşdur. Bununla bağlı xəstənin ailəsi ona məlumat vermiş və həmin gün gecə o, xəstəyə xəstəxanada stasionar müalicə təyin etmişdir. Ailəsinə də bildirmişdir ki, USM müayinəsinin nəticəsi əsasında o, əməliyyat təyin etməyəcək, çünki xəstənin klinik, anemistik müayinəsi daha vacib faktordu. Onlar da bununla razılaşdılar və stasionar müalicə təyin olunmasına etiraz etmədilər. Bundan sonra xəstədə keçirmiş olduğu infeksion xəstəliklərlə və leykositlərin yüksək olması ilə bağlı antibiotik müalicəsinə başlamışlar. Xəstə kliniki olaraq müşahidə olundu. Appendisitinin 8 mm-ə qədər böyüməsinə gəlincə isə onu da qeyd edir ki, xəstə keçirmiş olduğu infeksion xəstəliklərin təsirindən boğazında və digər orqanlarda iltihablanma olduğu üçün həmin iltihablanmanın təsirindən appendisitinində 8 mm-ə qədər qalınlaşması normal haldır. Bunun isə antibiotiklə sovuşdurması mümkündür. Ertəsi gün kosilium təşkil etmiş və şöbə müdiri olan 35 illik uşaq cərrahı ilı danışıqlar aparmışdır. O, da xəstəni müayinə etmiş və 2 saatdan artıq onun başında gözlədi. Həmçinin həmin gün o, növbətçi həkim kimi saat 09.00-da növbəni təhvil verə biləcəyi halda bunu etməmiş və saat 12.00-a qədər xəstənin başında gözləmiş və mümkün olan bütün müalicəvi tədbirləri həyata keçirmişdir. Bu vaxt xəstənin ailəsi də onun yanında olmuşdur. Xəstə imalə olunmuş və dərmanlar verilmişdir. Ertəsi gündən xəstə fiziki olaraq yaxınlaşmış və yemək istəmişdir. Ona oral qidalanma tətbiq olunmuşdur. Həmin gün axşam xəstə təkrarən müayinə olunmuşdur. Bu zaman qarın ağrıları rahatladığı, qusma və qızdırmasının olmadığı müəyyən olunmuşdur. Onlar bu müddət ərzində xəstəyə heç bir ağrıkəsici tətbiq etməmişlər. Bu müddətdə xəstənin ailəsi İKT müayinəsinin edilməsində israrlı idi. Lakin o, klinik vəziyyəti stabil olan xəstəni radiasiyaya məruz qoyulması tərəfdarı olmadığından buna lüzum görməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə xəstə oral antibiotik yazılaraq evə buraxılmışdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Belə ki, iş materiallarında olan «X28» publik hüquqi şəxs tərəfindən verilmiş və müalicə X27 tərəfindən imzalanmış ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, xəstə xx.xx.2015-ci il təvəllüdlü X17 xx.xx.2023-cü il tarixdə saat 00.26-da «Qarında dəqiqləşdirilməmiş ağrı» diaqnozu ilə 9 saylı TTYS-sı ilə klinikaya gətirilmişdir. Şikayətləri qarında kəskin ağrı, ümumi zəfilikdəndir. Valideynlərinin dediyinə görə təqribən 2 saat öncə başlamışdır. Anamnezindən məlum olur ki, uşaq 2 həftədi xəstədir. Xəstəlik baş ağrıları başlayıb, boğaz ağrısı, öskürək şikayətləri ilə davam etmişdir. Bu müddətdə bir neçə tibb müəssisəsinə müraciət etmişlər. Lakin xəstəyə bir diaqnoz qoyulmamışdır. Qəbul şöbəsinin diaqnozu: «Qarın nahiyəsinin digər və dəqiqləşdirilməmiş ağrıları». Qəbuldan qabaq xəstədə MİS-C və naməlum etiologiyalı mədə-bağırsaq infeksiyasından şübhə olduğu üçün Ə.Qafayev adına xəstəxanaya konsultasiyaya göndərilib və geri qaytarılmışdır. Bu müddətdə özəl klinikada USM olunmuş və ETPİ-də xəstənin dinamiki müşahidəyə ehtiyacı olduğu deyilmişdir. Ümumi vəziyyəti orta ağırlıqdadır. Dəri və görünən selikli qişaları avazımışdır. Sol budun üç səthində piqmentasiyalı səpkilər vardır. Auskultasiyada hər iki tərəfdə sərt tənəffüz fonunda aşağı paylarda xırıltılar eşidilir. Ürək tonları bir qədər karlaşıb. Qarın köpdür, bir qədər assimetrikdir. Palpasiya zamanı bir qədər gərgindir. Yoğun bağırsaq proyeksiyasında ağrılıdır. Sağ qalça çuxurunda sağ kanala yaxın ağrı artır. Yuxarı ətraflar aktiv hərəkətlərində kəskin ağrı qeyd edilir. Klinik diaqnoz: «Kəskin appendisit (dəqiqləşdirilməmiş)?». xx.xx.2023-cü il tarixdə kliniki gedişin müayinələrin nəticəsini nəzərə alaraq simptomatik müalicə fonunda dinamik nəzarətə ehtiyacı vardır. Hal-hazırda xəstədə kəskin patologiya yoxdur. Təmizləyici imalədən sonra külli miqdarda nəcis qazlar xaric olub, qarında ağrılları keçmiş, aktivləşmiş, gəzir, yemək tələb edir. xx.xx.2023-cü il tarixdə xəstənin ümumi vəziyyəti kafidir. Qarında olan ağrı şikayəti keçmişdir. Dəri və görünən selikli qişalar bir qədər avazımışdır. Hərarəti və qusması yoxdur. Sərbəst qidalanır. Palpasiyada qarın yumşaqdır, ağrısızdır. Xəstənin stasionar yatışındakı kliniki gedişi nəzərə alaraq xəstədə hal-hazırda kəskin cərrahi patologiya yoxdur. xx.xx.2023-cü il tarixdə saat 12.00-da xəstədə naməlum etiologiyalı mədə-bağırsaq infeksiyası və MİS-C şübhəsi olduğunu nəzərə alaraq xəstə kafi vəziyyətdə ixtisaslı yardım məqsədilə uşaq qastroenteroloq və infeksion xəstəliklərin həkim müayinəsinə göndərilmişdir. Son klinik diaqnoz: «Naməlum etiologiyalı mədəbağırsaq infeksiyası».
10. İş materiallarında olan «Güvən Klinik»də xəstə Rəna Həsənovanın adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli abdominal orqanların USM-dən görünür ki, sağ qalça çuxurunda retrosekal sahəyə uzanan, proksimal hissədə normal (3 mm) diametrda olan və orta seqmentdən etibarən mənfəzindən – 8 mm ölçüdə 2-3 ədəd apendikolit olan, distal yarıda (- 4 sm uzunluqda seqmentdə) diametri 8 mm-i keçən, perilstaltikası olmayan, gərgin bağırsaq ilgəyi izlənmişdir (retrosekal kəskin appendisit). Ətraf mezenterial toxumalar bir qədər ödəmlidir, reaktiv limfa düyünləri izlənmişdir. Qarın boşluğunda sərbəst maye diqqəti çəkməmişdir.
11. İş materiallarında olan «Güvən Klinik»də xəstə Rəna Həsənovanın adına xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tibbi sənəddən (həkim Vüqar Həsənov) görünür ki, bir gün əvvəl sağ qalça çuxurunda retrosekal sahəyə uzanan, orta seqmentindən etibarən, divarları qiffuz qalınlaşmış (3 mm-dən çox) mənfəzində böyüyü – 8 mm ölçüdə 2-3 ədəd apendikolit olan, distal yarıda diametri 8 mm-i keçən, perilstatikası olmayan, gərgin bağırsaq ilgəyi izlənmişdir (retrosekal appendisit əlamətlərinin davam etməsi). Ətraf mezenterial toxumalar ödemlidir (plastron formasiyası?), reaktiv limfa düyünləri izlənmişdir. Qarın boşluğunda sərbəst maye diqqəti çəkməmişdir. Tapılan nəticə: Retrosekal appendisitin davam etməsi, plastron formasiyası.
12. İş materiallarında olan «X14» tərəfindən xəstə Rəna Həsənovaya edilmiş xx.xx.2023-cü il tarixli Tam qarın boşluğu KT-dən görünür ki, apendiks retroçekal yerləşməlidir. Apendiks diametri 11 mm olub artmış, daxilində apendikolit imajı izlənilir. Periapendikulrar piy toxumasında ödem iltihaba bağlı sıxlıq və maye artışı mövcuddur.
13. İş materiallarında olan «X14» tərəfindən verilmiş və həkim Vüsal Cəfərov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli stasionar xəstənin tibb kartasından çıxarışın surətindən görünür ki, xəstə xx.xx.2015-ci il təvəllüdlü X17 xx.xx.2023-cü il tarixdə saat 21.45-də klinikaya qəbul edilmişdir. Şikayəti 3 günlük qarın ağrısı, qusma və febril temperaturdan olmuşdur. Anamnez: ailənin deməsinə görə iki həftə öncəsində uşaqda baş ağrı və subfebril temperatur şikayətləri olmuşdur. Son 3 gündür qarın ağrısı başlamış, qusma və febril qızdırmaları olmuşdur. Başqa mərkəzdə pediatr tərəfindən müayinə edilmiş və appendisit şübhəsi ilə klinikaya gətirilmişdir. Tərəflərdən müayinə edildi. Qarının sağ qalça çuxuru nahiyəsində həssaslıq müşahidə olunur. Qanun ümumi analizində leykositoz görülür. USM appendisit leyhinədir. Təcili olaraq appendiktomiya edilməsi üçün stasionara yatırıldı. Xəstə supin pozisiyada əməliyyat masasına uzadıldı. Ümumi anesteziya ilə yatızdırıldı və steril olaraq əməliyyat sahəsi silindi və örtüldü. Xəstənin qarın içərisində transumblikal olaraq 10-luq trokar girildi. Qarın boşluğu CO2 qazı ilə ensuflyasiya edildi. Digər iki ədəd çalışma alətləri optik görüntüsü altında qarın içinə girildi. Çekum eksplorasiya edildi və retroçekal yerləşmiş appendiksin orta hissəsindən perforasiya olduğu görüldü. Qarın boşluğuna tökülmüş nəcis daşları çıxarıldı. Periappendikulyar və çanaq boşluğunda kirli maye izləndi, yuyularaq aspirasiya edildi. Qaraciyəraltı sahədə abses izləndi və boşaldılaraq təmizləndi. Appendiks yapışıqlıqlardan sərbəstləşdirildi, grasper aləti ilə tutularaq asqıya alındı və bipolyar yandırıcı vasitəsilə disseksiya edildi. Appendiks mezosu yandırıldı və kəsildi. Endoloop ilə appendiks kökü iki yerdən bağlandı və kəsildi. Douglas boşluğu, çanaq boşluğu, apendiks loju və qaraciyəraltı shə yuyularaq aspirasiya edildi və təmizlənd. Qanama kontrolu edildi. Daha sonra appendiks 10-luq trokar içərisindən çıxrıldı. Trokarlar çıxarıldı. Giriş yerləri tikildi. 03-xx.xx.2023-cü il tarixdə xəstənin ümumi vəziyyəti və hemodinamik göstəriciləri normaldır. Bağırsaq səsləri normoaktivdir. Xəstə mobilizə edildi. Gün ərzində subfebril qızdırmaları olmuş və düşmüşdür. 06-xx.xx.2023-cü il tarixdə xəstənin ümumi vəziyyəti və hemodinamik göstəriciləri normaldır. Qızdırma və qarın ağrıları yoxdur. xx.xx.2023-cü il tarixdə xəstənin ümumi vəziyyəti və hemodinamik göstəriciləri normaldır. Yara yerli antiseptiklə silindi. İnfeksiya əlamətləri müşahidə edilmir. Oral antibiotik başlanaraq xəstə Rəna Həsənova xx.xx.2023-cü il tarixdə evə göndərilmişdir. Diaqnoz: «Appendisitin digər formaları».
14. İş materiallarında olan «X14»nın fakturalarından görünür ki, xəstə X8 xx.xx.2023-cü il tarixdə biokimyəvi laboratoriyaya görə 20 manat, qeyri-iş saatı planlaşdırılmamış əməliyyat aparılmasına görə 102 manat, təcili yardımda müayinəyə görə 113 manat, tam qarın boşluğunun kompyuter tomoqrafiyasına və təcili yardımda müayinəyə görə 247,51 manat, xx.xx.2023,xx.xx.2023,xx.xx.2023,xx.xx.2023-cü il tarixdə – cəmi 3.654 manat, xəstənin üzərində icra olunan xx.xx.2023-cü il tarixli əməliyyata (yayılmış irinli (nəcis) peritonit) əməliyyata görə 2244 manat, tibbi ləvazimatlara görə 109,09 manat, xx.xx.2023-cu il tarixdə biokimyəvi laboratoriyaya görə 36 manat, xx.xx.2023-cü il tarixdə 255 manat məbləğində pul ödənilmişdir.
15. İş materiallarında olan İddiaçı tərəfindən «X32» publik hüquqi şəxsinə ünvanlanmış ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə qızı X8 qarın boşluğunda olaq ağrıları, qusma və hərarət şikayətləri ilə X29 zəng etmişlər. Bununla əlaqədar olaraq TTY maşını qızını həmin gün saat 6-7 radələrində X23 gətirdi. Bu zaman növbədə olan və özünü uşaq cərrahı olaraq təqdim edən həkim X27 uşağa baxış keçirdi. Kliniki əlamətlərə əsasən appendisit şübhəsi olduğuna görə xx.xx.2022-ci il tarixdə həkimə təkidlə uşağa hökmən USM müayinəsi etdirməyi bildirdi. Müayinə nəticəsində ilkin olaraq həkim uşaqda appendisitin olub-olmaması barədə fikir yürüdə bilmədi, sonra appendisitin olmasını inkar etdi. Uşağın qarın boşluğunda kəskin ağrılar davam etdiyindən, körpənin taleyinə biganə qalmayaraq həmin gün təcili özəl klinikaların birinə gedərək orada yenidən USM etdirdi. Nəticə KA əməliyyatının icra edilməsi üçün göstəriş oldu: retrosekal kəskin appendisit, diametr 8 mm-i keçən gərgin bağırsaq ilgəyi, 8 mm ölçüdə olan 2-3 ədəd apendikolit Özəl klinikadakı USM həkimi Aynur Qurbanovaya telefonla zəng edərək, uşaqda kəskin appendisit olduğunu bildirdi. O, da USM müayinəsinin nəticələrini Aynur Qurbanovaya gətirib təqdim etdi. Lakin həkim yenidən əməliyyatı inkar inkar edərək onların istəkləri ilə uşağı ancaq xəstəxanada yatıra biləcəyini söylədi. X24 yatdığı müddət ərzində uşağa müalicə aparılmadan ağrı kəsicilər vuruldu. Yanvarın 2-i 2023-cü il tarixdə ağrı kəsicilər vuraraq, uşağı X19 evə yazdılar. Evə buraxılan gün bir neçə saatdan sonra, yəni xx.xx.2023-cü il tarixdə ağrı kəsicilərin təsiri keçdikdən sonra uşağın qarnında yenidən kəskin və dözülməz ağrılar başladı. Təlaş içində təcili X10 apardı. X24 gecikdirmə nəticəsində apendisit partlamışdır. KT baxışı zamanı isə uşaqda appeqdiksinin diametrinin 11 mm-lik artması, daxilində apendikolit imajının izlənilməsi qeyd edilirdi. Hal-hazıradək uşağın sağlamlığında ciddi müalicəyə ehtiyac vardır. Qeyd edilənlər əsasında bildirir ki, X24 həkim etinasızlığı və səhlənkarlığı nəticəsində onun uşağının sağlamlığına ciddi zərər dəymişdir. Habelə, dəfələrlə təkid etmələrinə baxmayaraq, xəstəyə lazımi tibbi xidmət göstərilməmiş və uşaq kəskin appendisitlə əməliyyata alınmamışdır. Nəticədə uşağın gecikmiş halda özəl xəstəxanada əməliyyat etdirməsi nəticəsində icbari sığorta tibbi sığortanın hesabına xidmət almaqdan məhrum olmuşlar. KTM imtina edildiyi üçün məcbur olub X4 3160 manat xərcləri çıxmışdır. Hal-hazırda da uşaq həkim nəzarəti altındadır. X20 həkim səhlənkarlığına görə əsassız olaraq imtina edilmiş cərrahı əməliyyata və hərəkətsizlik formasında övladının sağlamlığına vurulan zərərə görə KTM-dən şikayətçidilər. Belə ki, X27 tərəfindən, habelə ümumilikdə xəstəxana tərəfindən uşağın sağlamlığına etinasız yanaşılmışdır. Ona görə də ona vurulan 4000 manat real zərərin, habelə 6000 manat mənəvi zərərin ödənilməsini xahiş edir. Bildirir ki, 10 gün müddətində müraciətinə müsbət münasibət bildirilmədiyi təqdirdə, məsələni məhkəmə qaydasında mübahisələndirmək zərurətində olacaq.
16. Məhkəmə tərəfindən təyin edilmiş 303/KEŞ saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 2015-ci il təvəllüdlü X8 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: - 1-ci sual üzrə: X31 PHŞ-də X8 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 00.26-da «Qarında dəqiqləşdirilməmiş ağrı» diaqnozu ilə xəstəxanaya gətirilmişdir. Aparılan müayinələrə əsasən ona «Kəskin appendisit (dəqiqləşdirilməmiş)?» diaqnozu düzgün təyin edilmiş və diaqnozun dəqiqləşdirilməsi üçün xəstə kliniki müşahidəyə alınmışdır. - 2-ci sual üzrə: X31 PHŞ-də həkim və şöbə müdirinin iştirakı ilə keçirilmiş konsiliumun nəticəsində xəstəyə seçilən kliniki müşahidə taktikasına əsasən xəstə 24-48 saat kliniki müşahidəyə alınıb təyin olunan diaqnoz dəqiqləşdirilir. - 3-cü sual üzrə: Rəna Həsənova kliniki müşahidəyə alındıqdan sonra yaxşılaşma ilə ambulator nəzarətə göndərilmişdir. Xəstə təkrar ağrı ilə əlaqədar yenidən xəstəxanaya müraciət etmiş, aparılan fiziki və instrumental müayinələrə əsasən əməliyyata göstəriş ola bilərdi. - 4-cü sual üzrə: Retrosekal yerləşimli appendisit kliniki müşahidəyə gərək ola biləcək klinik tablo yarada bilər. Bu cür xəstələrə ağrının lokalizasiyası, instrumental müayinələrin xəstəliklə bağlı informativliyi azala bilər. - 5-ci sual üzrə: İfadə edilən anamnestik və instrumental müayinəyə əsasən kəskin appendisit diaqnozu təyin oluna bilər. Xəstəyə ilkin diaqnoz olaraq da kəskin appendisit diaqnozu təyin olunmuşdur. - 6-cı sual üzrə: Kəskin appendisit diaqnozu dəqiqləşdirildikdən sonra cərrahi müdaxilə xəstəliyin müalicəsinin bir seçimidir. Bütün kəskin appendisit diaqnozlu xəstələr cərrahi üsulla müalicə olunmur. - 7-ci sual üzrə: Xəstənin son kliniki diaqnozu naməlum etiologiyalı mədə-bağırsaq infeksiyası olmuşdur. Laborator müayinədə leykomitlərin 32.000, neytrofillərin isə 90,4 olması kəskin infeksion prosesin göstəricisidir. Lakin, buna baxmayaraq xəstənin ümumi vəziyyətində kliniki yaxşılaşma qeyd olunduğundan və cərrahi patologiya atipik gedişli olduğundan, müvafiq məsləhətlər verilərək xəstəxanadan yazılmışdır. - 8-ci sual üzrə: Appendiksin diametrinin böyüməsi xəstəliyin davam etdiyini və xəstənin vəziyyətində ağırlaşmanın olması müalicə taktikasının təkrar nəzərdən keçirilməsinə ehtiyac olduğunu göstərir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə saat 00.26-da 2015-ci il təvəllüdlü X2 Təxirəsalınmaz Tibbi Yardım briqadası vasitəsilə valideynlərinin müşahiyəti ilə qarnında kəskin ağrılar və ümumi zəiflik şikayəti ilə «X32» publik hüquqi şəxsə daxil edilmişdir. Həmin klinikanın həkimi Aynur Qurbanova tərəfindən uşağa ilkin baxış aparılmış, USM, rentgenoloji və laborator müayinələr icra edilmiş və «kəskin appendisit» şübhəsi səbəbindən stasionara alınmışdır. Aktiv dinamiki müşahidə və simptomatik müalicələrdən sonra qarında ağrılar azalmış və uşağın vəziyyəti xeyli aktivləşmişdir. Uşağa stasionarda olduğu zamanı təkrar USM müayinələri edilmiş, kəskin appendisit diaqnozu qoyulmamış, cərrahiyə əməliyyatı inkar edilmiş və xx.xx.2023-cü il tarixdə uşaq kafi vəziyyətdə evə yazılmışdır. Evə buraxılan gün bir neçə saatdan sonra, yəni xx.xx.2023-cü il tarixdə uşağın qarın boşluğunda yenidən kəskin ağrılar başlamış və valideynlər uşağı X15 aparmışlar. Həmin klinikada yenidən USM müayinəsi aparılmış, qarının sağ qalça çuxuru nahiyyəsində həssaslıq müşahidə olunmuş, qanın ümumi analizində leykositoz görülmüş, təcili olaraq appendektomiya edilməsi üçün stasionara yatırılmış, KA əməliyyatının icra edilməsi üçün göstəriş olmuş: retrosekal kəskin appendisit, diametr 8 mm-i keçən gərgin bağırsaq ilgəyi, 8 mm ölçüdə olan 2-3 ədəd apendikolit. "Appendisitin digər formaları» diaqnoz qoyulmuşdur. Əməliyyat zamanı retrosekal yerləşmiş appendiksin orta hissəsindən perforasiya olduğu görülmüş, artıq qarın boşluğuna tökülmüş nəcis daşları çıxarılmışdır. Qaraciyəraltı abses olmuşdur, appendisitin deşilməsi nəticəsində bağırsaqdan çölə çıxmış irinli möhtəviyyat təmizlənmişdir. Əməliyyatdan sonra xx.xx.2023-xx.xx.2023-cü il tarixdə uşağın ümumi vəziyyəti normallaşmış, qızdırmaları düşmüş, qarın ağrıları olmamışdır və xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, X24 həkim etinasızlığı və səhlənkarlığı nəticəsində uşağının sağlamlığına ciddi zərər dəymişdir. Dəfələrlə təkid etməsinə baxmayaraq uşağa lazımi tibbi xidmət göstərilməmiş və uşaq kəskin appendisitlə əməliyyata alınmamış, gecikdirmə nəticəsində appendisit partlamışdır. Nəticədə uşağın gecikmiş halda özəl xəstəxanada əməliyyat etdirməsi nəticəsində icbari tibbi sığortanın hesabına xidmət almaqda məhrum olmuşlar. X32 imtina etdiyi üçün təkcə əməliyyat üçün məcbur olub X4 3245 manat xərcləri çıxmışdır. Hazırda iddiaçı tibbi xidmətlə əlaqədar vurulmuş real zərərə görə 4080 manat, vəkilə xidmət haqqı olaraq ödənilən 800 manat, dövlət rüsumu olaraq ödənilən 120 manat, habelə övladına qarşı etinasızlınla əlaqədar valideynlərin keçirdiyi iztiraba görə vurulan mənəvi zərərə görə 5000 manat, ümumilikdə 10.000 manat X19 tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və 303/KEŞ saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, X31 PHŞ-də X8 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 00.26-da «Qarında dəqiqləşdirilməmiş ağrı» diaqnozu ilə xəstəxanaya gətirilmişdir. Aparılan müayinələrə əsasən ona «Kəskin appendisit (dəqiqləşdirilməmiş)?» diaqnozu düzgün təyin edilmiş və diaqnozun dəqiqləşdirilməsi üçün xəstə kliniki müşahidəyə alınmışdır. X31 PHŞ-də həkim və şöbə müdirinin iştirakı ilə keçirilmiş konsiliumun nəticəsində xəstəyə seçilən kliniki müşahidə taktikasına əsasən xəstə 24-48 saat kliniki müşahidəyə alınıb təyin olunan diaqnoz dəqiqləşdirilir. Rəna Həsənova kliniki müşahidəyə alındıqdan sonra yaxşılaşma ilə ambulator nəzarətə göndərilmişdir. Xəstə təkrar ağrı ilə əlaqədar yenidən xəstəxanaya müraciət etmiş, aparılan fiziki və instrumental müayinələrə əsasən əməliyyata göstəriş ola bilərdi. Retrosekal yerləşimli appendisit kliniki müşahidəyə gərək ola biləcək klinik tablo yarada bilər. Bu cür xəstələrə ağrının lokalizasiyası, instrumental müayinələrin xəstəliklə bağlı informativliyi azala bilər. İfadə edilən anamnestik və instrumental müayinəyə əsasən kəskin appendisit diaqnozu təyin oluna bilər. Xəstəyə ilkin diaqnoz olaraq da kəskin appendisit diaqnozu təyin olunmuşdur. Kəskin appendisit diaqnozu dəqiqləşdirildikdən sonra cərrahi müdaxilə xəstəliyin müalicəsinin bir seçimidir. Bütün kəskin appendisit diaqnozlu xəstələr cərrahi üsulla müalicə olunmur. Xəstənin son kliniki diaqnozu naməlum etiologiyalı mədə-bağırsaq infeksiyası olmuşdur. Laborator müayinədə leykomitlərin 32.000, neytrofillərin isə 90,4 olması kəskin infeksion prosesin göstəricisidir. Lakin, buna baxmayaraq xəstənin ümumi vəziyyətində kliniki yaxşılaşma qeyd olunduğundan və cərrahi patologiya atipik gedişli olduğundan, müvafiq məsləhətlər verilərək xəstəxanadan yazılmışdır. Appendiksin diametrinin böyüməsi xəstəliyin davam etdiyini və xəstənin vəziyyətində ağırlaşmanın olması müalicə taktikasının təkrar nəzərdən keçirilməsinə ehtiyac olduğunu göstərir.
19. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli Qərarı).
20. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.
21. Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il 21 yanvar tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar).
23. Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı).
24. Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X12rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları).
25. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
26. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
27. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
29. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
34. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
36. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
38. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
40. Məhkəmə qeyd edir ki, həqiqətən ilkin müayinələr zamanı Cavabdeh Publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə müvafiq diaqnozlar qoyulmuşdur. Bunlardan biri naməlum etioloji mədə-bağırsaq infeksiyası, digəri isə dəqiqləşdirilməmiş kəskin appendisit olmuşdur. Daha sonra iddiaçı digər xəstəxanaya müraciət etmiş və iş materiallarında olan «Güvən Klinik»də xəstə Rəna Həsənovanın adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli abdominal orqanların USM-nə əsasən- sağ qalça çuxurunda retrosekal sahəyə uzanan, proksimal hissədə normal (3 mm) diametrda olan və orta seqmentdən etibarən mənfəzindən – 8 mm ölçüdə 2-3 ədəd apendikolit olan, distal yarıda (- 4 sm uzunluqda seqmentdə) diametri 8 mm-i keçən, perilstaltikası olmayan, gərgin bağırsaq ilgəyi izlənmişdir (retrosekal kəskin appendisit). Ətraf mezenterial toxumalar bir qədər ödəmlidir, reaktiv limfa düyünləri izlənmişdir. Qarın boşluğunda sərbəst maye diqqəti çəkməmişdir kimi müvafiq rəy verilmişdir. Həmçinin iş materiallarında olan «Güvən Klinik»də xəstə Rəna Həsənovanın adına xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tibbi sənəddə isə (həkim Vüqar Həsənov) qeyd edilmişdir ki, bir gün əvvəl sağ qalça çuxurunda retrosekal sahəyə uzanan, orta seqmentindən etibarən, divarları qiffuz qalınlaşmış (3 mmdən çox) mənfəzində böyüyü – 8 mm ölçüdə 2-3 ədəd apendikolit olan, distal yarıda diametri 8 mm-i keçən, perilstatikası olmayan, gərgin bağırsaq ilgəyi izlənmişdir (retrosekal appendisit əlamətlərinin davam etməsi). Ətraf mezenterial toxumalar ödemlidir (plastron formasiyası?), reaktiv limfa düyünləri izlənmişdir. Qarın boşluğunda sərbəst maye diqqəti çəkməmişdir. Tapılan nəticə: Retrosekal appendisitin davam etməsi, plastron formasiyası olması barədə rəy verilmişdir. «X14» tərəfindən xəstə Rəna Həsənovaya edilmiş xx.xx.2023-cü il tarixli Tam qarın boşluğu KT-dən isə görünür ki, apendiks retroçekal yerləşməlidir. Apendiks diametri 11 mm olub artmış, daxilində apendikolit imajı izlənilir. Periapendikulrar piy toxumasında ödem iltihaba bağlı sıxlıq və maye artışı mövcudluğu müəyyən edilmişdir. Bütün bunlardan sonra iddiaçıda artıq cavabdehə qarşı inamsızlıq formalaşmış və övladının təcili əməliyyat olunması üçün «X14»na müraciət etmişdir. Elə həmin hospital tərəfindən xəstə xx.xx.2015-ci il təvəllüdlü X17 xx.xx.2023-cü il tarixdə saat 21.45-də klinikaya qəbul edilmişdir. Sonuncu hospitalın müvafiq çıxarışından görünür ki, xəstənin şikayəti isə 3 günlük qarın ağrısı, qusma və febril temperaturdan olmuşdur. «X14» tərəfindən müayinə zamanı xəstədə qarının sağ qalça çuxuru nahiyəsində həssaslığın müşahidə olunduğu, qanın ümumi analizində leykositoz görüldüyü müəyyən edilmişdir. Daha sonra xəstə təcili olaraq appendiktomiya edilməsi üçün stasionara yatırılmış və əməliyyat olunmuşdur Əməliyyat zamanı isə xəstədə çekum eksplorasiya edilmiş və retroçekal yerləşmiş appendiksin orta hissəsindən perforasiya olduğu görülmüşdür. Həmçinin əməliyyat zamanı isə qarın boşluğuna tökülmüş nəcis daşları çıxarılmış , periappendikulyar və çanaq boşluğunda kirli maye izlənərək, yuyularaq aspirasiya edilmişdir. (Diaqnoz: «Appendisitin digər formaları»). Bu isə onu deməyə əsas verir ki, ilkin diaqnoz düzgün və tam qoyulmamış nəticədə iddiaçı digər xəstəxanada məcburiyyət qarşısında qalaraq xəstə Həsənova Rənanı uğurlu əməliyyat etmişdir.
41. Lakin məhkəmə bir məqamıda qeyd edir ki, iddiaçıya maddi ziyan dəyməsi məhkəmə tərəfindən öz təsdiqini tapsada , lakin iddiaçı tərəfindən sırf maddi ziyanın tələb edilməsi ilə bağlı cavabdeh (Cavabdeh publik hüquqi şəxs ) düzgün seçilməmiş və iddiaya cavab verməli orqana (Cavabdeh publik hüquqi şəxs ) qarşı iddia irəli sürülmüşdür. Məhkəmə iclası zamanı iddiaçıya cavabdehi əsl cavabdehlə («İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» ) əvəz edilməsi təklifi irəli sürsədə iddiaçının nümayəndəsi və vəkili bundan imtina etmişdir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz».
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, hazırki cavabdeh iddiaçının iddiasına cavab verməli olan publik hüquqi şəxs olmamışdır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
46. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.
47. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
48. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
49. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.
50. Belə ki, “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.
51. Həmin Qanunun 15-4.1.2-ci maddəsinə əsasən icbari tibbi sığorta üzrə sığortaolunanların bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək və Qanunun 15-4.1.5-ci maddəsinə əsasən isə tibb müəssisəsinin təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tibb müəssisəsidən tələb etmək kimi hüquqları vardır.
52. İcbari tibbi sığorta üzrə sığortalıların isə “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun 15-5.2.2-ci maddəsinə əsasən sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək hüququ vardır.
53. Tibb müəssisəsinin isə həmin Qanunun 15-7.1.3-ci maddəsinə əsasən bu Qanunun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb etmək hüququ vardır.
54. Həmçinin icbari tibbi sığortanın maliyyə mənbələri kimi isə həmin Qanunun 15- 9.1.3-cü maddəsinə əsasən subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər nəzərdə tutulmuşdur.
55. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən özəl tibb fəaliyyəti subyektlərinin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən X29 görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir.
56. Odur ki, yuxarıd qeyd edilən “Tibbi Sığorta Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından hər bir fiziki şəxsin icbari tibbi sığortası mövcuddur və iddiaçının (Həsənova Rənanın) təcili və təxirə salınmaz vəziyyət ilə əlaqədar olaraq (partlamış appendisit) əməliyyat etdirmiş olduğu “X14” ilə «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» arasında icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə müqavilədə bağlanmışdır («İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» nümayəndəsi tərəfindən məhkəməyə verilmiş məlumat əsasında) .
57. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir.
58. İddia tələbinin 5.000 manat mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
60. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
61. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
62. Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.
63. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
64. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
65. Məhkəmə qeyd edir ki, cavabdeh klinikada etinasızlığı nəticəsində iddiaçının uşağının sağlamlığına ciddi zərər dəyməsi, xəstəxanalar arasında yaranan fikir ayrılığı, övladının həyatı məsələ daşıyan əməliyyat riskinin olması nəticəsində valideynin çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 1000 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
66. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 800 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir.
67. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
68. İş materiallarında olan «Arbitrium» vəkil bürosu ilə bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli müqaviləsinin və ödəniş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə “Arbitrium” Vəkil Bürosunun hesabına 800 (səkkiz yüz) manat ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, həmin hissədə tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 500 (beş yüz) manat məbləğində pulun tutulması müəyyən edilməlidir.
69. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
70. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin olunmadığı, mənəvi zərərin tutulması hissəsində isə qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 61 ((800 manat vəkil xərci iddianın predmeti olmamaqla məhkəmə xərcidir, həmçinin bu halda ödilməli dövlət rüsumu 111 manat təşkil etməli idi) (altmış bir)) manat Cavabdeh publik hüquqi şəxsdən iddiaçının xeyrinə tutulmalıdır (iddianın 55 % hissəsi təmin olunmuşdur).
71. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
72. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
73. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
74. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
76. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
77. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh publik hüquqi şəxsdən İddiaçı xeyrinə 1000 (bir min) manat mənəvi ziyanın, dövlət rüsumunun əvəzi kimi 61 (altmış bir) manat və hüquqi xidmətə görə ödənilmiş 500 (beş yüz) manat, cəmi 1561 (bir min beş yüz altmış bir ) manat pul tutulsun. İddia tələbləri qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov