Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1448/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğvetmə Prosesində Olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Oqtay oğlu və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 Oqtay oğlu və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 fevral 2021-ci il tarixli, 15/21 nömrəli Kredit müqaviləsi və sözügedən kredit müqaviləsinə öhdəliyin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli Zaminlik müqaviləsinə əsasən, cavabdehlərdən 4.966,87(dörd min doqquz yüz altmış altı manat səksən yeddi qəpik) manat məbləğində əsas borc, 517,69 (beş yüz on yeddi manat altmış doqquz qəpik) manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, ümumilikdə isə 5.484,56 (beş min dörd yüz səksən dörd manat əlli altı qəpik) manat məbləğində pulun və 74,84 (yetmiş dörd manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 19 fevral 2021-ci il tarixində evin təmiri məqsədilə 15/21 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 15 ( on beş) faiz ödənilməsi şərti ilə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh2 arasında 19 fevral 2021-ci il tarixli, 15/21 saylı Kredit müqaviləsinə 30 noyabr 2021-ci il tarixli 1 saylı Əlavə bağlanmışdır. Əlavəyə əsasən, Kredit Müqaviləsi üzrə hesablanmış 1.400,41 (bir min dörd yüz manat qırx bir qəpik) manat məbləğində gecikdirilmiş faiz öhdəlikləri kapitallaşdırılır və ümumi borc məbləği 8000 (səkkiz min) manat təşkil edir. Həmçinin sözügedən əlavəyə əsasən, 30 noyabr 2021-ci il tarixindən etibarən kredit üzrə aylıq ödəniş məbləği 36 (otuz altı) ay müddətinə 278 (iki yüz yetmiş səkkiz) manat təşkil edir. Bank ilə Cavabdeh1 arasında 30 noyabr 2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Sözügedən zaminlik müqaviləsi Bank ilə Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli, 15/21 Əlavə 1 saylı Kredit müqaviləsindən irəli gələn öhdəlikdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 tərəfindən 8000 (səkkiz min) manat məbləğində kreditin ssuda hesabına daxil olduğu gündən 36 (otuz altı) ay müddətinə, hər növbəti ay bərabər hissələrə qaytarılmasını, illik 15 % (on beş faiz) hesablanmış faizlərin kredit müddəti bitənədək hər ay ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdehlər öz üzərlərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində birgə cavabdehlərin Banka 19 fevral 2021-ci il tarixli, 15/21 saylı kredit müqaviləsi üzrə 4.966,87 (dörd min doqquz yüz altmış altı manat səksən yeddi qəpik) manat məbləğində əsas borc, 517.69 (beş yüz on yeddi manat altmış doqquz qəpik) manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, ümumilikdə isə 5.484,56 (beş min dörd yüz səksən dörd manat əlli altı qəpik) manat məbləğində icra edilməmiş borc öhdəliyi qalmışdır. Bank tərəfindən cavabdehlərə 11 sentyabr 2023-cü il tarixli, **********319 nömrəli və 30 oktyabr 2023-cü il tarixli, **********438 nömrəli bildirişlər göndərilmişdir. Bildirişə əsasən, borcun sözügedən müqavilədə qeyd edilmiş şərtlərlə və qaydada ödənilməsi, həmçinin ödənişin həyata keçirilmədiyi halda məhkəməyə müraciət olunması bildirilmişdir. Bununla belə, kredit borcunun vaxtlı-vaxtında ödənilməsinin həyata keçirilməsi məqsədilə borclunun ünvanına xəbərdarlıq ünvanlansa da, borclu kredit borcunu ödəməkdən yayınmışdır. Həmçinin iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək bildirmişdir ki, İddia ərizəsində qeyd edildiyi kimi Bank tərəfindən cavabdehlərə 11 sentyabr 2023-cü il tarixli, **********319 nömrəli və 30 oktyabr 2023-cü il tarixli, **********438 nömrəli bildirişlər göndərilmişdir. Bildirişə əsasən, borcun sözügedən müqavilədə qeyd edilmiş şərtlərlə və qaydada ödənilməsi, həmçinin ödənişin həyata keçirilmədiyi halda məhkəməyə müraciət olunması bildirilmişdir. Bununla belə, kredit borcunun vaxtlı-vaxtında ödənilməsinin həyata keçirilməsi məqsədilə borclunun ünvanına xəbərdarlıq ünvanlansa da, borclu kredit borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 423.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair 29 mart 2023-cü il tarixli Plenum qərarına əsasən, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verilə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Sözügedən Plenum qərarına əsasən, 30 oktyabr 2023-cü il tarixli, **********438 nömrəli bildirişlə cavabdehlərə 4966,87 manat əsas borc, 427,04 manat məbləğində müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, ümumilikdə isə 5393,91 manat məbləğində icra edilməmiş borc öhdəliyi olması bildirilmişdir. Həmçinin MM-nin 445.7-ci maddəsinə əsasən, Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, borclu ul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Bununla da, 29 fevral 2024-cü il tarixli maliyyə arayışına əsasən, 19 fevral 2021-ci il tarixli, 15/21 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 4966,87 manat əsas borc, 427,04 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi 87,63 manat məbləğində isə hesablanan illik faiz məbləği, ümumilikdə isə 5481,54 manat məbləğində icra edilməmiş borc öhdəliyi qalmışdır. Göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh2 Oqtay oğlu arasında bağlanmış 19 fevral 2021-ci il tarixli, 15/21 saylı kredit müqaviləsi, həmçinin həmin Kredit müqaviləsinə 1 saylı Əlavə və sözügedən kredit müqaviləsinə öhdəliyin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2021-ci il tarixli Zaminlik müqaviləsinə əasən cavabdehlərdən xx.xx.2023-cü il tarixinə 4966,87 manat əsas borc, 427,04 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi 87,63 manat məbləğində isə hesablanan illik faiz məbləği, ümumilikdə 5481,54 manat məbləğində pulun və 74,84 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2021-ci il tarixli, 15/21 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 Oqtay oğlu İddiaçı ASC-dən illik 15 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli, 15/21 saylı kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 1 saylı Əlavəyə əsasən kredit müqaviləsi üzrə hesablanmış 1400,41 manat məbləğində gecikdirilmiş faiz öhdəlikləri kapitallaşdırılır və ümumi borc məbləği 8000 manat təşkil edir. Həmçinin xx.xx.2021-ci i tarixindən etibarən kredit üzrə aylıq ödəniş məbləği 36 ay müddətinə 278 manat təşkil edir. xx.xx.2021-ci il tarixində Bank ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə Cavabdeh1 kreditor qarşısında borcalanla birgə məsuliyyət daşımağı və həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürür. Sözügedən Zaminlik müqaviləsi Bank ilə Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2021ci il tarixli, 15/21 Əlavə 1 saylı Kredit müqaviləsindən irəli gələn öhdəlikdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 tərəfindən 8000 (səkkiz min) manat məbləğində kreditin ssuda hesabına daxil olduğu gündən 36 (otuz altı) ay müddətinə, hər növbəti ay bərabər hissələrə qaytarılmasını, illik 15% (on beş faiz) hesablanmış faizlərin kredit müddəti bitənədək hər ay ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 Oqtay oğlu və Cavabdeh1 borcu 3 gün müddətində ödəməyi tələb etmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 Oqtay oğlu və Cavabdeh1 1425,21 manat vaxtı keçmiş əsas borc, 389,99 manat vaxtı keçmiş faiz borcu olmaqla, cəmi 1815,20 manat borcunu 3 gün müddətində ödəməyi tələb etmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2023-cü il tarixinə ümumi qalıq borc 4966,87 manat əsas və 427,04 manat faiz borcu olmaqla, cəmi borc 5393,91 manat təşkil edir. xx.xx.2023-cü il tarixli maliyyə arayışında Cavabdeh2 Oqtay oğlunun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 4966,87 manat əsas borc, 517,69 manat faiz olmaqla, cəmi 5484,56 manat borcunun mövcud olduğu göstərilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışında xx.xx.2024-cü il tarixə olan 4966,87 manat əsas borc, xx.xx.2023-cü il tarixinə hesablanmış və tələb olunan faiz borcu 427,4 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək vaxt üçün hesablanan faiz borcu 87,63 manat, ümumilikdə cəmi 5484,54 manat məbləğində borcun mövcud olduğu göstərilmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 Oqtay oğlu yuxarıda qeyd olunan müqavilə üzrə kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh1 borclu Cavabdeh2 Oqtay oğlunun kreditor qarşısında öz kredit öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iş üzrə Cavabdeh2 Oqtay oğluna xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 4966,87 manat əsas borc, cavabdehlərə bildiriş göndərilən xx.xx.2023-cü il tarixinə hesablanmış 427,04 manat faiz borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək vaxt üçün hesablanan 87,63 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 5484,54 manat məbləğində borc və ödənilmiş tələblərə mütənasib olaraq 74,84 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 Oqtay oğlu və Cavabdeh1 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oqtay oğlundan müştərək qaydada 4966,87 (dörd min doqquz yüz altmış altı manat səksən yeddi qəpik) manat əsas borc, 427,04 (dörd yüz iyirmi yeddi manat dörd qəpik) manat faiz borcu, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi 87,63 (səksən yeddi manat altmış üç qəpik) manat məbləğində hesablanan illik faiz məbləği, ümumilikdə 5481,54 (beş min dörd yüz səksən bir manat əlli dörd qəpik) manat məbləğində pul və 74,84 (yetmiş dörd manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1448/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1448/2024
16.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver