Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1449/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə pay hüququnun tanınması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə pay hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki hissədən ibarət olan, Dövlət reyetrində Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında qeyd edilmiş 0,13 ha və 0,2 ha torpaq sahəsi üzərində və Türkiyə Respublikası, İstanbul şəhəri, Beşiktaş, Rumelihisari məhəlləsi, Ergin küçəsi, Boyraz binası, mənzil 1072 üzərində mənim ½ pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişdirlər. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. 2.1.Hazırki Sazişin predmetinin 1.3-cü bəndində adı çəkilən əmlakı Cavabdeh müstəqil gəlir və qazancları hesabına əldə edilmiş əmlak kimi tanıyaraq həmin əmlakın mülkiyyət hüquqularının ona aid hər hansı payının olmamasını bildirməklə yanaşı ümumiyyətlə nə hazırda nə də gələcəkdə həmin əmlakın hüquqi müqəddəratı ilə əlaqədar heç bir dövlətin ərazisində yeni iddia və ya tələb irəli sürməyəcək. İddiaçı hazırki Sazişin imzalanması ilə bəyan edir ki, bundan sonra Cavabdeh qeyd edilən əmlakın müstəsna mülkiyyətçisinə çevriləcək və həmin əmlaka dair bütün qərarları müstəqil və təkbaşına həyata keçirəcək.
2. 2.2.Hazırki Sazişin predmetinin 1.4-cü bəndində predmetində adı çəkilən əmlakla əlaqədar həmin daşınmaz əmlakı tərəflərin birgə nikahından doğulmuş qızları xx.xx.1994cü il təvəllüdlü X1 mülkiyyətinə bağışlama yolu ilə həyata keçirəcək. Həmçinin bu bəndi şəxsən Türkiyə Cumhuriyyəti ərazisində yerləşən müvafiq idarəyə gəlməklə həyata keçirəcək, bu mümkün olmadıqda isə bu hərəkətlərin onun adından edilməsi üçün İddiaçı özünün səlahiyyətli nümayəndəsi qismində müəyyən etdiyi 3-cü şəxsə etibarnamə verəcək. Bu bəndin icrası ilə əlaqədar bu əmlaka dairnə Cavabdeh qarşı, nə də X2 qarşı heç bir dövlətin ərazisində yeni iddia və ya tələb irəli sürməyəcək.
3. 2.3.Hazırki maddənin 2.1 və 2.2 ci bəndlərində adı çəkilən öhdəliklərin İddiaçı tərəfindən icra edilməsi üçün müəyyən edilən maksimal son müddət 15 aprel 2024-cü il tarixi hesab edilir.
4. 2.4.Hazırki Sazişin predmetinin 1.1.-ci bəndində adı çəkilən əmlakla əlaqədar mülkiyyət hüququndan imtina edir və həmin əmlakı bağışlama yolu ilə özünün və ya səlahiyyətli nümayəndəsi qismində etibarnamə verdiyi İİİ-cü şəxs vasitəsi ilə xx.xx.1967-cü il təvəlüdlü İddiaçı mülkiyyətinə keçirir və bu əmlaka dair heç bir dövlətin ərazisində yeni iddia və ya tələb irəli sürməyəcək.
5. 2.5.Hazırki Sazişin predmetinin 1.2 bəndində qeyd edilən əmlakla əlaqədar mülkiyyət hüququndan imtina edir və həmin əmlakı bağışlama yolu ilə özünün və ya səlahiyyətli nümayəndəsi qismində etibarnamə verdiyi İİİ-cü şəxs vasitəsi ilə xx.xx.1967-cü il təvəlüdlü İddiaçı mülkiyyətinə keçirir və bu əmlaka dair heç bir dövlətin ərazisində yeni tələb və ya iddia irəli sürməyəcək.
6. 2.6.Hazırki Sazişin predmetinin 1.1 və 1.2-ci bəndində qeyd edilən əmlak İddiaçı, özünün və ya səlahiyyətli nümayəndəsi qismində etibarnamə verdiyi İİİ-cü şəxs vasitəsi ilə həmin torpaq sahəsinin üzərində olan tikili və həmin tikilinin içərisində yerləşən daşınan əşyalarla birlikdə təhvil veriləcəkdir.
7. 2.7. Hazırki Sazişin predmetinin 1.4-cü bəndində qeyd edilən əmlakın X1 adına bağışlanmasının həyata keçirilməsi zamanı onun tərəfindən tələb edilən razılıq və hərəkətlərin edilməsi üçün müvafiq qurumlara gedərək lazımi sənədlərin rəsmiləşdirilməsinə icazəsini və ya razılığını verəcək.
8. 2.8. Hazırki maddənin 2.4. və 2.5, 2.6 və 2.7-ci bəndlərində adı çəkilən öhdəliklərin Cavabdeh tərəfindən icra edilməsi üçün müəyyən edilən maksimal son müddət 15 aprel 2024-cü il tarixi hesab edilir. Həmin bənddə sadalanan əmlakların və tikilinin açarlarının son təhvil tarixi 15 aprel 2024-cü il müəyyən edilir.
9. 3.1.Hazırki Sazişin icrası məqsədilə Türkiyə Cumhuriyyəti dövləti ərazisində yerləşən əmlak qurumlarında müvafiq reyestr məlumatlarının dəyişirilməsinin qeydiyyatı zamanı çəkiləcək xərclər Cavabdeh tərəfindən, Azərbaycan Respublikası ərazisində yerləşən əmlak qurumlarında müvafiq reyestr məlumatlarının dəyişirilməsinin qeydiyyatı zamanı çəkiləcək xərclər isə İddiaçı tərəfindən ödəniləcəkdir.
10. 3.2.X3 Cumhuriyyəti ərazisində məhkəmə qaydasında tanınması tələb olunduğu üçün onun tanınması ilə əlaqədar yaranan xərc və rüsumları Cavabdeh tərəfindən ödənəcək. Lakin, tərəflərin təmsil olunduqları vəkil xərcləri onların özlərinə aid ediləcək.
11. 3.3.Hazırki Sazişdə qeyd edilən şərt və ya öhdəlik hər hansı bir tərəfdən pozularsa və ya bir tərəf Sazişin icrası ilə əlaqədar maneçilik hərəkətləri törədərsə, bu zaman təqsirkar tərəf digər tərəfə 500 000 (beş yüz min) ABŞ dolları həcmində müəyyən edilən təzminat məbləği ödəyəcək.
12. 3.4.Hazırki Sazişin 3.1 və 3.2-ci bəndlərinin icrasında yayınma Sazişin ümumilikdə icrasından yayınma hesab olunacaq və yayınan tərəf 3.3-cü bəndinddə nəzərdə tutulan cərimələrin tətbiqinə məruz qalacaq.
13. 3.5.Hər iki tərəf üzərinə öhdəlik götürür ki, hazırki Barışıq Sazişi ilə yanaşı Sazişin predmetini təşkil edən 1.3 və 1.4-cü bənddə qeyd edilən əmlaklarla əlaqədar onların Türkiyə Cumhuriyyətində yerləşməsini nəzərə alaraq həmin dövlətin ərazisində keçərli olacaq və imzalanması zəruri olan Əlavə Saziş (Protokol) də imzalayacaqlar.
14. 3.6.Hazırki Saziş 3 (tərəflərin hər birinə 1 nüsxə olmaqla cəmi 2 nüsxədə, 1 nüsxə məhkəmə üçün) nüsxədə imzalandıqdan sonra məhkəməyə təqdim ediləcək. Sazişin qüvvəyə minməsi onun məhkəmənin qərardadı ilə təsdiq edildiyi və həmin qərardadın qüvvəyə mindiyi gün hesab ediləcək.
15. 3.7. Hazırki Sazişin icrası Nəsimi rayon məhkəməsinin qərardadının öz qanuni qüvvəsini aldığı vaxtdan etibarən başlanır və sazişin predmetini təşkil edən əmlakların müəyyyən edilmiş qaydada mülkiyyətçilərə təhvil-təsliminin icrasının son tarixi 15 aprel 2024-cü il tarixi müəyyən olunur.
16. 3.8. Sazişdəki şərlətin tam icra edilməsi Nəsimi rayon məhkəməsinin öz qanuni qüvvəsəini almış qərardadının Türkiyə Cumhuriyyətinin müvafiq məhkəmə instansiyasında tanınması barədə məhkəmə qərarının alınması ilə yekunlaşır və icrası başa çatmış hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı Cavabdeh qarşı "mənzilə pay hüququnun tanınması" tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:
1. “2.1.Hazırki Sazişin predmetinin 1.3-cü bəndində adı çəkilən əmlakı Cavabdeh müstəqil gəlir və qazancları hesabına əldə edilmiş əmlak kimi tanıyaraq həmin əmlakın mülkiyyət hüquqularının ona aid hər hansı payının olmamasını bildirməklə yanaşı ümumiyyətlə nə hazırda nə də gələcəkdə həmin əmlakın hüquqi müqəddəratı ilə əlaqədar heç bir dövlətin ərazisində yeni iddia və ya tələb irəli sürməyəcək. İddiaçı hazırki Sazişin imzalanması ilə bəyan edir ki, bundan sonra Cavabdeh qeyd edilən əmlakın müstəsna mülkiyyətçisinə çevriləcək və həmin əmlaka dair bütün qərarları müstəqil və təkbaşına həyata keçirəcək.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
2. “2.2.Hazırki Sazişin predmetinin 1.4-cü bəndində predmetində adı çəkilən əmlakla əlaqədar həmin daşınmaz əmlakı tərəflərin birgə nikahından doğulmuş qızları xx.xx.1994cü il təvəllüdlü X1 mülkiyyətinə bağışlama yolu ilə həyata keçirəcək. Həmçinin bu bəndi şəxsən Türkiyə Cumhuriyyəti ərazisində yerləşən müvafiq idarəyə gəlməklə həyata keçirəcək, bu mümkün olmadıqda isə bu hərəkətlərin onun adından edilməsi üçün İddiaçı özünün səlahiyyətli nümayəndəsi qismində müəyyən etdiyi 3-cü şəxsə etibarnamə verəcək. Bu bəndin icrası ilə əlaqədar bu əmlaka dairnə Cavabdeh qarşı, nə də X2 qarşı heç bir dövlətin ərazisində yeni iddia və ya tələb irəli sürməyəcək.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
3. “2.3.Hazırki maddənin 2.1 və 2.2 ci bəndlərində adı çəkilən öhdəliklərin İddiaçı tərəfindən icra edilməsi üçün müəyyən edilən maksimal son müddət 15 aprel 2024-cü il tarixi hesab edilir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
4. “2.4.Hazırki Sazişin predmetinin 1.1.-ci bəndində adı çəkilən əmlakla əlaqədar mülkiyyət hüququndan imtina edir və həmin əmlakı bağışlama yolu ilə özünün və ya səlahiyyətli nümayəndəsi qismində etibarnamə verdiyi İİİ-cü şəxs vasitəsi ilə xx.xx.1967-cü il təvəlüdlü İddiaçı mülkiyyətinə keçirir və bu əmlaka dair heç bir dövlətin ərazisində yeni iddia və ya tələb irəli sürməyəcək.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
5. “2.5.Hazırki Sazişin predmetinin 1.2 bəndində qeyd edilən əmlakla əlaqədar mülkiyyət hüququndan imtina edir və həmin əmlakı bağışlama yolu ilə özünün və ya səlahiyyətli nümayəndəsi qismində etibarnamə verdiyi İİİ-cü şəxs vasitəsi ilə xx.xx.1967-cü il təvəlüdlü İddiaçı mülkiyyətinə keçirir və bu əmlaka dair heç bir dövlətin ərazisində yeni tələb və ya iddia irəli sürməyəcək.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
6. “2.6.Hazırki Sazişin predmetinin 1.1 və 1.2-ci bəndində qeyd edilən əmlak İddiaçı, özünün və ya səlahiyyətli nümayəndəsi qismində etibarnamə verdiyi İİİ-cü şəxs vasitəsi ilə həmin torpaq sahəsinin üzərində olan tikili və həmin tikilinin içərisində yerləşən daşınan əşyalarla birlikdə təhvil veriləcəkdir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
7. “2.7. Hazırki Sazişin predmetinin 1.4-cü bəndində qeyd edilən əmlakın X1 adına bağışlanmasının həyata keçirilməsi zamanı onun tərəfindən tələb edilən razılıq və hərəkətlərin edilməsi üçün müvafiq qurumlara gedərək lazımi sənədlərin rəsmiləşdirilməsinə icazəsini və ya razılığını verəcək.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
8. “2.8. Hazırki maddənin 2.4. və 2.5, 2.6 və 2.7-ci bəndlərində adı çəkilən öhdəliklərin Cavabdeh tərəfindən icra edilməsi üçün müəyyən edilən maksimal son müddət 15 aprel 2024-cü il tarixi hesab edilir. Həmin bənddə sadalanan əmlakların və tikilinin açarlarının son təhvil tarixi 15 aprel 2024-cü il müəyyən edilir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
9. “3.1.Hazırki Sazişin icrası məqsədilə Türkiyə Cumhuriyyəti dövləti ərazisində yerləşən əmlak qurumlarında müvafiq reyestr məlumatlarının dəyişirilməsinin qeydiyyatı zamanı çəkiləcək xərclər Cavabdeh tərəfindən, Azərbaycan Respublikası ərazisində yerləşən əmlak qurumlarında müvafiq reyestr məlumatlarının dəyişirilməsinin qeydiyyatı zamanı çəkiləcək xərclər isə İddiaçı tərəfindən ödəniləcəkdir.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
10. “3.2.X3 Cumhuriyyəti ərazisində məhkəmə qaydasında tanınması tələb olunduğu üçün onun tanınması ilə əlaqədar yaranan xərc və rüsumları Cavabdeh tərəfindən ödənəcək. Lakin, tərəflərin təmsil olunduqları vəkil xərcləri onların özlərinə aid ediləcək.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
11. “3.3.Hazırki Sazişdə qeyd edilən şərt və ya öhdəlik hər hansı bir tərəfdən pozularsa və ya bir tərəf Sazişin icrası ilə əlaqədar maneçilik hərəkətləri törədərsə, bu zaman təqsirkar tərəf digər tərəfə 500 000 (beş yüz min) ABŞ dolları həcmində müəyyən edilən təzminat məbləği ödəyəcək.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
12. “3.4.Hazırki Sazişin 3.1 və 3.2-ci bəndlərinin icrasında yayınma Sazişin ümumilikdə icrasından yayınma hesab olunacaq və yayınan tərəf 3.3-cü bəndinddə nəzərdə tutulan cərimələrin tətbiqinə məruz qalacaq.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
13. “3.5.Hər iki tərəf üzərinə öhdəlik götürür ki, hazırki Barışıq Sazişi ilə yanaşı Sazişin predmetini təşkil edən 1.3 və 1.4-cü bənddə qeyd edilən əmlaklarla əlaqədar onların Türkiyə Cumhuriyyətində yerləşməsini nəzərə alaraq həmin dövlətin ərazisində keçərli olacaq və imzalanması zəruri olan Əlavə Saziş (Protokol) də imzalayacaqlar.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
14. “3.6.Hazırki Saziş 3 (tərəflərin hər birinə 1 nüsxə olmaqla cəmi 2 nüsxədə, 1 nüsxə məhkəmə üçün) nüsxədə imzalandıqdan sonra məhkəməyə təqdim ediləcək. Sazişin qüvvəyə minməsi onun məhkəmənin qərardadı ilə təsdiq edildiyi və həmin qərardadın qüvvəyə mindiyi gün hesab ediləcək.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
15. “3.7. Hazırki Sazişin icrası Nəsimi rayon məhkəməsinin qərardadının öz qanuni qüvvəsini aldığı vaxtdan etibarən başlanır və sazişin predmetini təşkil edən əmlakların müəyyyən edilmiş qaydada mülkiyyətçilərə təhvil-təsliminin icrasının son tarixi 15 aprel 2024-cü il tarixi müəyyən olunur.” məzmunlu barışıq sazişi təsdiq edilsin.
16. “3.8. Sazişdəki şərlətin tam icra edilməsi Nəsimi rayon məhkəməsinin öz qanuni qüvvəsəini almış qərardadının Türkiyə Cumhuriyyətinin müvafiq məhkəmə instansiyasında tanınması barədə məhkəmə qərarının alınması ilə yekunlaşır və icrası başa çatmış hesab edilir.” məzmunlu barışıq sazişi təsdiq edilsin. İddiaçı Cavabdeh qarşı "mənzilə pay hüququnun tanınması" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.