Məhkəmə qərarları › İş №e-2(006)-1457/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1457/2023

12.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1457/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı daşınmaz əmlakın üzərində sahiblik, istifadə, mülkiyyət hüquqlarına xitam verilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 51 saylı fərdi yaşayış evinin üzərində sahiblik, istifadə və mülkiyyət hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 51 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 129 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh3 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh3 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 210-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Nəsimi rayonu, N.Qardaşları küçəsi ev 51 ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 108 kvadrat metr olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh3 və istifadəçiləri digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin razılığın əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1.-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın iddiaçı tərəfindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında bu xarakterli mübahisələrə ətraflı izah verilmişdir. Həmin Qərarda göstərilir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. M ülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti M əcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. İddiaçı cavabdehin mülkiyyət hüquqlarını bu və ya digər formada pozmur və onu mülkiyyətindən məhrum etmir. Əksinə ona mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onun mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 51 saylı fərdi yaşayış evinin üzərində sahiblik, istifadə və mülkiyyət hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 51 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 192 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh3 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh3 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 1989-cu ildən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 51 savlı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin vaxt göstərilən mənzil babasının mülkiyyətində olmuşdur. 1999-cu ildən qeyd olunan mənzil onun xüsusi mülkiyyətinə keçmişdir. Mənzilin sənədi qeydiyyat vəsiqəsi olduğuna görə 2022-ci ildə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinə müraciət edərək həmin qeydiyyat vəsiqəsini çıxarışla əvəz edilməsini bildirdir. Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 51 saylı fərdı vaşavış evi və 0.0160 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli çıxarışla əvəz edilmişdir. Mülkiyvətində olan yaşayış sahəsindən və torpaq sahəsindən o, anası, həyat yoldaşı və iki uşağı ilə birlikdə istifadə etmişlər. Onun mülkiyyətində olan ev qəzalı vəziyyətdə deyil və yaşayış üçün yararlıdır və müəyyən edilmiş müvafiq tikinti norma və qaydalarına tam cavab verir. Bundan başqa mülkiyyətində olan torpaq sahəsində əlavə olaraq bir neçə yaşayış otağından ibarət ev tikmişdir. O, ailə üzvləri ilə birlikdə 34 ildən çoxdur ki, həmin ünvanda yaşayır. Övladları həmin ünvanda böyüyüb boya-başa çatıblar və həmin ev onun ata yurdudur. İddiaçının nümayəndələri müxtəlif vaxtlarda ona yaxınlaşaraq evin sökülməli olacağını bildirib onun ailə üzvləri ilə birlikdə köçürülmələri üçün söhbətlər aparmağa başlamışlar. Lakin, həmin şəxslərin onun evinə görə təkli 1 etdikləri müxtəlif məbləğlər evinin və torpaq sahəsinin heç yarı qiymətini də təşkil etmədiyindən onların təkliflərinə razı olmamışdır. Evin real bazar dəyərindən aşağı məbləğdə edilən təkidlərinə razı olmadığını gördükdə isə iddiaçının nümayəndəsi ona təzyiq göstərməyə, zorla evdən çıxarmaq üçün müxtəlif vasitələrə əl atmağa başlayıblar. Onun mülkiyyətində olan fərdı və yaşayış evi bütün texniki norma və standartlara, habelə yaşamaq üçün zəruri olan sanitar və gigiyenik tələblərə tam cavab verir. Sadəcə, iddiaçı onun mülkiyyətində olan evinin və həyətyanı torpaq sahəsinin yerləşdiyi ərazidə öz biznes fəaliyyətini həyata keçirmək üçün ona evinin real bazar dəyərini ödəmək əvəzinə, onu məhkəmə yolu ilə mülkiyyətindən zorla qanunsuz olaraq çıxarıb, bunun da nəticəsində ona evinin və torpaq sahəsinin real bazar dəyərindən dəfələrlə aşağı məbləğdə pul ödəyib, qalan məbləği özününküləşdirmək istəyir. İddiaç, iddia tələbinin əsası kimi Bakı Şəhər İcra Hakimiyy əti Başçısının 04 mart 2020-ci tarixli 51 saylı sərəncamının mövcudluğuna istinad etmişdir. Aşağıda qeyd olunanlara əsasən iddia əsassız olduğuna görə rədd edilməlidir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamında qeyd olunmuşdur ki, yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gəlirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli veni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədi ilə tikintisinə icarə əsasında 4.2258 ha ərazi iddiaçının istifadəsinə verilmişdir. Sərəncamda həmçinin qeyd edilmişdir ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilməlidir. «Bakı şəhərinin Nəsimi və digər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarının 1.2-ci bəndinə əsasən, İcra Hakimiyyətlərinə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyinə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını həyata keçirmələri tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə. Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" xx.xx.2016-cı il tarixli 86 saylı Qərarı ləğv edilmişdir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyxəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl elməklə aşağıdakıları həşata keçirsinlər:mənzil fondunun yenilənıməsi, sakinlərin mənzil-məişət şəraitinin, yaxşılaşdırıİması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını (4.1): qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirasə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini (4.2). Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 51 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətində olduğundan, hazırki iş üzrə iddiaçı yalnız onunla torpağa və evə münasibətdə razılıq əldə elməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı onunla bu cür razılıq əldə edə bilməmişdir. İddiaçının istinad eldiyi Nazirlər Kabinetinin 86 saydı qərarında yalnız qəzalı və yaşayış üçün yararsız olan evlərin (mənzillərin) sökülərək həmin evlərin sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yerində yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulmuşdur, etiraz ərizəsinə əlavə olunmuş fotoşəkillərdən görünür ki, onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 51 saylı fərdi yaşayış ev qəzalı vəziyyətdə deyil və yaşayış üçün yararlıdır. İddiaçının fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya şirkətidir. İddiaçı tərəfindən mənfəət əldə edilməsi məqsədi ilə onun mülkiyyət hüququna müdaxiləsini dövlətin və cəmiyyətin maraqlarına xidmət kimi qiymətləndirilə bilməz. Məhkəməmin diqqətinə onu çatdırmaq istəmişdir ki, iddiaçı "Pilot-16” MMC-nin hazırki iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı birmənalı olaraq, sakinlərin yaşayış sahələrinin əldə edilməsinin mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edərək qüvvədə olan mülki qanunvericiliyə uyğun olaraq sakinlərin razılığı ilə həyala keçirilməsini nəzərdə tutur. Bundan başqa iddiaçı "Pilot-16“ MMC-nin istinad etdiyi sərəncamda qeyri-yaşayış sahələrinin və yaşayış sahələrinin sökülməsi nəzərdə tutulmuşdur. Halbuki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 51 saylı fərdi yaşayış evi ilə yanaşı 0.0160 ha torpaq sahəsi də onun mülkiyyətindədir. Lakin iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinə münasibətdə də iddia tələbi irəli sürmüşdür. Göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iddiaçı "Pilot-16” MMC onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdil. Cavabdeh2 Eldəni oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməisnə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 Eldəni oğlunun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 1576 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 51 saylı xx.xx.2020-ci il tarixli sərəncamı və 20/18 saylı xx.xx.2020ci il tarixli cizgiyə əsasən Bakı şəhəri Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 42 258 kv.m torpaq sahəsini 49 il müddətinə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün icarəçinin istifadəsinə verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamının surətindən görünür ki, həmin sərəncam Bakı şəhəri Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinn tikintisi məqsədi ilə həmin tikililərin yerləşdiyi 42 258 ha torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlər sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən İddiaçı MMC-yə tapşırılması haqqında verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli **********46 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən 4.50 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçınə ayrılmasına rəy bildirilməsi barədə məktuba Agentlikdə baxılarkən, ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələnin mövcud qanunvercilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə İddiaçınə ayrılmasına etiraz edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 02/767 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, X3, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə məktuba baxılarkən müəyyən edilmişdir ki, tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən 4.2258 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə əsasən ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə İddiaçınə ayrılmasına etiraz edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli, Novruzov qardaşları, C.Məmmədquluzadə və Ak.Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazilərdə yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında rəyində göstərilmişdir ki, baxış zamanı məlum olmuşdur ki, yaşayış evləri 1 və 2 mərtəbəli olub relyefli ərazidə yerləşir. Bu tikililər XX əsrin ortalarından başlayaraq müxtəlif illərdə inşa edilmişdir. Tikililərin əksəriyyəti kürsüsüz, bir-birinə sıx, pərakəndə şəkildə, heç bir tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan müxtəlif inşaat materiallarından - mişarlanmış əhəng daşı, but daşı, boşluqlu kərpicdən istifadə edilməklə tikilmişdir. Əksər yaşayış evlərinin 2-ci mərtəbələri sonradan inşa edilmişdir. Bəzi yaşayış evlərinin birinci mərtəbələri hal-hazırda qeyri-yaşayış obyekti kimi istismar edilir. Dam örtüklərinin əksəriyyəti yastı tipli olmaqla, dalğavari asbestsement vərəqələrlə və ruberoidlərlə örtülmüşdür. Baxış zamanı yaşayış evlərində aşağıda qeyd edilən qüsurlar müşahidə olunmuşdur: yaşayış evlərinin əksəriyyəti uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır; baxış keçirilən evlərin əsas yükdaşıyan divarlarında eni 2-3 millimetrə qədər olan müxtəlif istiqamətli bir və ikitərəfli çatlar mövcuddur; torpaqla təmasda olan daxili divarlarda nəmlik, xarici divarlarında isə suvaq qatları və hörgü məhlulları aşınmışdır; baxış keçirilən evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir; dam örtüklərinin uzun müddət təmirslz istismarı nəticəsində atmosfer suları əksər tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda rütubət izləri yaratmışdır; baxış keçirilən bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələrində deformasiyalar yaranmışdır; əksəriyyət evlərin üzərində müxtəlif tutumlu su çənləri quraşdırılmışdır; daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikitni norma və qaydalarının tələblərinə əməl olunmadan əlavə tikililər inşa edilmişdir. Bu tikililər metal borular və mövcud daş hörgülərin üzərində müxtəlif tikinti materiallarından olmaqla yerinə yetirilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir ki, bu da zəlzələ təhlükəsi mövcud olan bu region üçün çox faciəvi nəticələrin baş verməsinə səbəb ola bilər; kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir; yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir; yaşayış evləri memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış evlərinə keçirilən baxış zamanı əksər mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, S.Rəhman və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Yaşayış evlərinin yükdaşıyan konstruksiyalarında yaranmış hazırki texniki vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ev 51 Cavabdeh3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri 14 saylı DNK-nın 3M-1/38 saylı reyestr nömrəli xx.xx.1999-cu il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 51 saylı fərdi yaşayış evi Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 51 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi, ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən iddiaçı tərəfindən həll edilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə 1576 nömrəli «torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqavilə bağlanmış və müqaviləyə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsi 49 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Cavabdehlər isə ünvan 5 ünvanda qeydiyyatdadırlar. Həmin ev və üzərində yerləşdiyi torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 51 saylı fərdi yaşayış evinin üzərində sahiblik, istifadə və mülkiyyət hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları küçəsi 51 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; "xxxx" MMC tərəfindən ünvan 5 ünvanda tikiləcək çoxmərtəbəli yaşayış binasında 192 kv.m ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh3 mülkiyyətinə verilməsi; yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MMC tərəfindən Cavabdeh3 oğluna hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamı və onun icrası məqsədilə bağlanmış müqavilə ilə Nəsimi rayonunun ərazisində yerləşən Həsən Əliyev, X3 və Novruzov qardaşları küçələrinin əhatə etdiyi 4,2258 hektar torpaq sahəsi yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə iddiaçının istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, cavabdehlərin sahibliyində və istifadəsində olan ev özbaşına tikili olmayıb, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evidir. İddiaçının cavabdehlərin sahibliyində və istifadəsində olan fərdi yaşayış evini müvafiq Sərəncama əsaslanmaqla onlardan məhkəmə qaydasında tələb etməsi əsassızdır. İddiaçının cavabdehlərin qonşuluğunda olan ailələrlə razılığa gəlməsini əsas gətirərək cavabdehlərdən də onun təklif etdiyi şərtlərlə razılaşmasını tələb etməsi mülki qanunvericiliyin tərəflərin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri ilə bir araya sığmır. Digər şəxslərin iddiaçı ilə razılığa gəlməsi işin mübahisəli halını təşkil etməklə yanaşı, razılığa gəlmişlərsə belə, həmin razılıq onların iradə ifadəsinin sərbəstliyi kimi qəbul edilməlidir. Eyni hal cavabdehlərə münasibətdə də keçərlidir. Cavabdehlərin iddiaçı ilə razılığa gəlməyərək, evlərini boşaldıb iddiaçıya təhvil verməmələri onların hüququ, şəxsi seçimi, sərbəst iradə ifadələridir. Onları müqavilə bağlamağa, evi boşaltmağa, iddiaçının verdiyi kompensasiya formasına və məbləğinə razı olmağa məcbur etmək hüququn və mülki dövriyyənin prinsiplərinə, qanunvericiliyə və hüquq qaydasına ziddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin faktiki hallarının qanuni əsası tapılmadığından, yəni tələb qanuni əsasın dispozisiya əlamətləri ilə uzlaşmadığından İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mübahisə predmeti olan evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməklə, cavabdehlərin həmin ev üzərində mülkiyyət hüququ vardır. Hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir. Cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası»nın 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin əsasını təşkil edən müvafiq Sərəncam və onun icrası məqsədilə bağlanmış müqavilə iddiaçıya yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən, köhnə tipli tikililərin sökülməsi və yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikilməsi hüquqlarını vermiş, iddiaçının üzərinə ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin, sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi ilə əlaqədar vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən həll edilməsi öhdəliklərini qoymuşdur. İddiaçının kommersiya hüquqi şəxsi olması və həyata keçirdiyi fəaliyyətdən gəlir əldə etməsi işin mübahisəsiz halını təşkil edir. Göründüyü kimi, icarə əsasında iddiaçının istifadəsinə verilən torpaq sahəsinin ərazisində olan əmlaklara dair hüquqlarını həyata keçirməkdə iddiaçının əsas məqsədi gördüyü işdən mənfəət əldə etməkdir. Buna görə də, burada torpaqların dövlət ehtiyacları üçün alınması və qəzalı vəziyyətdə olan tikililərin əhalinin mənafeyi naminə sökülərək yerində yeni tipli binaların tikilməsindən söhbət gedə bilməz. Qəzalı vəziyyətdə olan binaların sökülməsi üçün müvafiq iddia tələbi ilə müraciət etmək səlahiyyəti də qanunvericiliklə müəyyən edilmiş aidiyyəti dövlət orqanına məxsusdur, iddiaçının buna subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra – Konstitusiyanın) 12ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 13-cü maddəsinin İ, İİİ hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 24-cü maddəsinin İİİ hissəsinə görə, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 71-ci maddəsinin İ-İİ, Vİ-Vİİ, İX hissələrinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1, 6.1.1-6.1.2, 6.1.4-6.1.5, 6.1.7-6.1.9, 6.2-6.3-cü maddələrinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsipləridir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 14.1, 14.2, 14.2.1-14.2.2-ci maddələrində qeyd edilmişdir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 324.1-324.2, 324.4-cü maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 390.1, 390.3-cü maddələrinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 560.1-560.2, 560.3, 560.3.1, 560.3.3-cü maddələrində qeyd edilmişdir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadənin xüsusi növləridir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İstinad edilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı daşınmaz əmlakın üzərində sahiblik, istifadə, mülkiyyət hüquqlarına xitam verilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar