Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1476/2025 17.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Ədikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı (X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «icra qeydinin ləğv olunması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı «icra qeydinin ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən aparılmış ipoteka predmeti olan mənzilə tutma yönəldilməsinə dair 18 noyabr 2024-cü il tarixli 8İ-27970 reyestr nömrəli icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 14 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə reyestrdə 3M-4790 sayı ilə qeyd olunmaqla təsdiq edilmiş borc müqaviləsinə əsasən borc verən X13 borc alan İddiaçı 100.000 manat məbləğində borc verməyi, borc alan isə borcu xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin notariat ofisində eyni tarixdə reyestrdə 3M-4793 sayı ilə qeyd olunmaqla təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 12/26 saylı evin 54 saylı mənzilini borc müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X13 qarşısında ipoteka ilə yüklü etmişdir. İddiaçı xx.xx.2024-cü ildə Yasamal rayon İcra Şöbəsinə dəvət olunub və ona təqdim olunan sənədlər (icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş) əsasında məlum olmuşdur ki, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən ipoteka predmeti olan mənzilə tutma yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli 8İ-27970 reyestr nömrəli icra qeydi verilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə «Daşınar əmlakın yüklülüyü haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı»nın 1-1ci bəndinə əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə «Daşınar əmlakın yüklülüyü haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi bu barədə bildirişin ipoteka saxlayan tərəfindən ipoteka qoyana təqdim edilməsi ilə başlayır («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsi). Məhz ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş və onun ipoteka qoyana göndərilməsini təsdiq edən sifarişli poçt sənədi barəsində icra qeydi aparılacaq borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərdən biridir («Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-c maddəsinin 2-ci hissəsi, «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı»nın 1-1-ci bəndi). İpoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər və məhz yalnız məhkəməyə şikayət edilmədikdə notarius ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə icra qeydi verə bilər («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 37.1 və 38.1-ci maddəsi). İpoteka qoyan X13 ipoteka qoyan tutmanın yönədilməsi haqqında bildirişi qanunla müəyyən edilmiş qaydada ipoteka qoyan İddiaçı təqdim etməyib. Lakin buna baxmayaraq notarius qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozaraq icra qeydi aparmışdır. Odur ki, həmin icra qeydi ləğv olunmalıdır. Bundan sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın əsasının dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddia tələbinin faktiki əsası kimi istinad olunan hallarla yanaşı aşağıda sadalanan hallar da mübahisələndirilən icra qeydinin qanunsuz olduğunu təsdiq edir. 1). İş materiallarından görünür ki, Bakı şəhəri 14 saylı Notariat Ofisində xx.xx.2023-cü ildə reyestrdə 3M-4790 № ilə qeyd olunmaqla təsdiq edilmiş borc müqaviləsinə əsasən borc verən Qabil Abbasov borc alan İddiaçı 100.000 manat məbləğində borc verməyi, borc alan isə borcu xx.xx.2024-cü ilədək borc verənə qaytarmağı öhdəsinə götürüb. Həmin notariat ofisində eyni tarixdə reyestrdə 3M4793 № ilə qeyd olunmaqla təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 12/26 №-li evin 54 №-li mənzilini borc müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Qabil Abbasovun qarşısında ipoteka ilə yüklü edib. İddiaçı xx.xx.2024-cü ildə Yasamal rayon İcra Şöbəsinə dəvət olunub və ona təqdim olunan sənədlər (icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş) əsasında məlum olub ki, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən ipoteka predmeti olan mənzilə tutma yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli 8İ-27970 reyestr №-li icra qeydi verilib. 2). «İpoteka haqqında» Qanunun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə «Daşınar əmlakın yüklülüyü haqqında» Qanunla müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. «Notariat haqqında» Qanunun 76-cı maddəsinin 2-ci hissəsinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə görə borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı»nın 1- 1ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın «İpoteka haqqında» Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd «Notariat haqqında» Qanunun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. «İpoteka haqqında» Qanunun 37.1 -ci maddəsinə görə ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi bu barədə bildirişin ipoteka saxlayan tərəfindən ipoteka qoyana təqdim edilməsi ilə başlayır («İpoteka haqqında» Qanunun 36.1-ci maddəsi). Məhz ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş və onun ipoteka qoyana göndərilməsini təsdiq edən sifarişli poçt sənədi, barəsində icra qeydi aparılacaq borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərdən biridir («Notariat haqqında» Qanunun 76cı maddəsinin 2-ci hissəsi, «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı»nın 1-1-ci bəndi). İpoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər və məhz yalnız məhkəməyə şikayət edilmədikdə notarius ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə icra qeydi verə bilər («İpoteka haqqında» Qanunun 37.1 və 38.1-ci maddələri). İpoteka saxlayan Qabil Abbasov ipotekaya tutmanın yönəldilməsi haqqında bildirişi qanunla müəyyən edilmiş qaydada ipoteka qoyan İddiaçı təqdim etməyib və beləliklə, İddiaçı həmin bildirişi məhkəmə qaydasında mübahisələndirmək imkanından məhrum olunub. Lakin buna baxmayaraq notarius qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozaraq icra qeydi aparıb. 3). Vəkil sorğusuna cavab olaraq Bakı şəhəri 14 saylı Notariat Ofisinin təqdim etdiyi 20 vərəqdən ibarət 3M-4793 №-li notariat işində ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş yoxdur. Bu bildirişin olmaması borcun icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərdən birinin (Siyahının 1-1-ci bəndinin «b» yarımbəndi) olmaması deməkdir ki, bu halda icra qeydinin aparılması «Notariat haqqında» Qanunun 76-cı maddəsinin 2-ci hissəsinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndinin 2-ci abzasına görə notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı»nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması ilə müəyyən edilir. Göründüyü kimi, notarius, barəsində icra qeydi apardığı borcun mübahisəsizliyini müəyyən etmək üçün Siyahının 1-1-ci bəndində göstərilən bütün sənədləri, o cümlədən ipoteka saxlayanın «İpoteka haqqında» Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişi tələbkardan tələb etməli və notariat işinə əlavə etməli idi. 4). Notariat işinin 14, 15 və 16-cı vərəqləində tələbkar Qabil Abbasovun borclu İddiaçı ünvanladığı icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən xx.xx.2024-cü il tarixli Bildiriş, xx.xx.2024-cü il tarixli sifarişli poçt qəbzi və poçt göndərişinin xx.xx.2024-cü ildə ünvan sahibinə çatdırılması barədə poçt xəbərnaməsi var. «Notariat haqqında» Qanunun 76-cı maddəsinin 6-cı hissəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti «İpoteka haqqında» Qanunla tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. «Notariat haqqında» Qanunun 76-cı maddəsinə və «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın Xİİ fəslinə uyğun olaraq notarius üç mübahisəsiz tələb üzrə icra qeydi apara bilər: 1) borcludan pul məbləğinin tutulması barədə; 2) borcludan əmlakın alınması barədə; 3) ipoteka predmetinə tutma yönəldilməsi barədə. «Notariat haqqında» Qanunun 76-cı maddəsinin 6-cı hissəsində tələbkarın borcluya göndərməli olduğu iki bildirişdən bəhs olunur: 1) forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş; 2) ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş. Notariat işinin 14-cü vərəqində olan, forması Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N №-li qərarı ilə təsdiq edilmiş «İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş» borcludan pul məbləğinin və ya əmlakın alınması barədə icra qeydinin aparılması üçün göndərilir. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin aparılması üçün isə ipoteka saxlayan «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərməlidir. Hətta icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişin 3-cü bəndinin ikinci abzasında ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin aparılması üçün ipoteka saxlayanın «İpoteka haqqında» Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əslinin tələb olunduğu göstərilib. X19 Ağayevaya ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərməyib və notariat işində də belə bir bildiriş yoxdur. 5). DƏDKRPHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2- 9403/2025 №-li məktubla məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Qabil Abbasovun xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınıb və İdarə tərəfindən bu barədə xx.xx.2024-cü ildə Qabil Abbasova məktub göndərilib. Qabil Abbasov xx.xx.2024cü il tarixli ərizəsində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etsə də, ərizəyə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi deyil, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən xx.xx.2024-cü il tarixli bildirişi əlavə edib. Göründüyü kimi, reyestr xidməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim olunmadığı halda onu qeydə alıb. 6). Notariat işindəki poçt sənədlərindən görünür ki, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü ildə sifarişli poçtla İddiaçı ünvanına göndərilib və xx.xx.2024-cü ildə həmin ünvanda qəbul edilib. Həmin bildirişi şərti olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş kimi qəbul etsək, bu halda Qabil Abasov həmin bildirişin qeydiyyata alınması üçün onun İddiaçı təqdim olunduğu tarixdən 3 iş günü ərzində, yəni ən geci xx.xx.2024-cü ildə qeydiyyat orqanına müraciət etməli idi. Lakin o, qeydiyyat orqanına müvafiq ərizə ilə xx.xx.2024-cü ildə müraciət edib. «İpoteka haqqında» Qanunun 36.4.1-ci maddəsinə görə tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Bu vəziyyətdə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun davam etdirilməsi qanunla qadağan olunduğu halda notarius ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi aparıb. İcra qeydi aparılarkən «Notariat haqqında» Qanunun 76-cı maddəsinin, «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın və «İpoteka haqqında» Qanunun 36-cı maddəsinin tələblərinin pozulduğu aşkar görünür və bu pozuntulara yol verilməsi işdə olan sübutlarla tam təsdiq olunur. Odur ki, həmin icra qeydi ləğv edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddiaçı İddiaçı və onun nümayəndəsi xx.xx.2025-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə «İddianın əsasının dəqiqləşdirilməsi barədə» ərizə ilə müraciət edərək cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən aparılmış ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 12/26 №-li evin 54 №-li mənzilinə tutmanın yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli 8İ-27970 reyestr №-li icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk öncə bildirimək istəyir ki, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən Yasamal rayon İcra şöbəsinə yönləndirilmiş xx.xx.2024-cü il tarixli «İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında» icra qeydidir. Həmin icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə ipoteka saxlayan X8 tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən əmlaka tutma yönəldilməli və əldə olunmuş vəsaitdən öhdəliyi müəyyən edən xx.xx.2023-cü il tarixli 3M/4790 nömrəli borc müqaviləsi üzrə vaxtında ödənilməmiş 100.000 manat pul vəsaiti tutularaq tələbkarın xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri 14 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə reyestrdə 3M-4790 № ilə qeyd olunmaqla təsdiq edilmiş borc müqaviləsinə əsasən borc verən Qabil Abbasov borc alan İddiaçı 100.000 manat məbləğində borc verməyi, borc alan isə borcu xx.xx.2024-cü ilədək borc verənə qaytarmağı öhdəsinə götürüb. Həmin notariat ofisində eyni tarixdə reyestrdə 3M4793 № ilə qeyd olunmaqla təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 12/26 №-li evin 54 №-li mənzilini borc müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Qabil Abbasovun qarşısında ipoteka ilə yüklü edib. Müəyyən olunmuş müddət ərzində borc ödənilmədiyindən ipoteka saxlayan X13 tərəfindən qanunvericiliyin tələblərinə əməl etməklə müvafiq icra qeydinin aparılması üçün 14 saylı Notariat Ofisinə müraciət edilmiş və Notariat Ofisi tərəfində qanunamüvafiq qaydada icra qeydi aparılmışdır. İddiaçı və onun nümayəndəsinin mülahizəsinə görə 14 saylı Notariat Ofisi tərəfindən aparılan notariat işində «icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildirişin» olmasına və həmin bildiriş xx.xx.2024-cü il tarixli sifarişli poçt qəbzi ilə göndərilməsi və poçt göndərişinin xx.xx.2024-cü ildə ünvan sahibinə çatdırılması barədə poçt xəbərnaməsinin olmasına baxmayaraq həmin bildirişin fərqli bir bildirişin olması və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş olmaması kimi qiymətləndirilmişdir. Halbuki, «İpoteka haqqında» Qanunun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə «Daşınar əmlakın yüklülüyü haqqında» Qanunla müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 №li qərarı ilə təsdiq edilmiş «Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı»nın 1-1-ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: 1) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; 2) ipoteka saxlayanın «İpoteka haqqında» Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli. Göründüyü kimi qanunvericilikdə ipoteka saxlayan tərəfindən göndərilən «Bildirişə» dair tələb – onun məzmununda ipoteka predmetinə tutulmanın yönldiləcəyini əks etdirən məlumatın olması nəzərdə tutulmuşdur. Odur ki, X2 tərəfindən borclu X4 göndərilən «İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş»in məzmununda tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə məlumatın əks olunmuş və bununla da bildirişə dair tələblərə əməl edilmişdir. Odur ki, «İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş»də tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə məlumatları özündə əks etdirdiyindən» ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş kimi qiymətləndirilməlidir. Bundan əlavə «İpoteka haqqında» Qanunun 37.1-ci maddəsinə görə ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmək hüququ vardır. Lakin qeyd olunan bildiriş alındıqdan 21 təqvim günündən artıq müddət keçməsinə baxmayaraq məhkəmə qaydasında mübahisələndirilməmişdir. Qeyd olunanlardan əlavə iddiaçı və onun nümayəndəsi ərizədə həmçinin icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən xx.xx.2024-cü il tarixli bildirişin xx.xx.2024-cü ildə sifarişli poçtla İddiaçı ünvanına göndərildiyini və xx.xx.2024-cü ildə həmin ünvanda qəbul edildiyini bildirərək, həmin bildirişi şərti olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş kimi qəbul etsələr belə, bu halda Qabil Abasov həmin bildirişin qeydiyyata alınması üçün onun İddiaçı təqdim olunduğu tarixdən 3 iş günü ərzində, yəni ən geci xx.xx.2024-cü ildə qeydiyyat orqanına müraciət etməli olduğu bildirilmişdir. Lakin o, qeydiyyat orqanına müvafiq ərizə ilə xx.xx.2024-cü ildə müraciət etdiyini və bununla da müddətin ötürüldüyünü bildirmişdir. Bu hissədə qanunvericiliyin əsas tələbi qeydiyyat orqanına müvafiq bildirişin qeydə alınması üçün müraciətin olmasıdır. X2 tərəfindən xx.xx.2024-cü il tarixdə ƏMDXnin DƏDXR publik hüquqi şəxsinə müvafiq müraciət edilmiş və qeydiyyat orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Əgər müddət ötürülsə idi qeydiyyat orqanı tutmanın yönəldilməsi haqqında bildirişi qeydə alınmasından imtina edilərdi. Yuxarda qeyd olunanlara əsasən məlum olur ki, borclu İddiaçı tərəfindən borc müqaviləsi üzrə əsas öhdəliklərindən yayınmaq məqsədi daşıyır və əlavə vaxt qazamaq üçün vermiş olduğu formal xarakterli iddia ərizəsidir. Göstərilənlərə əsasən iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsi və müstəqil tələblər irəli sürməyən 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin və müstəqil tələblər irəli sürməyən 3-cü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyun 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti ev 12/26 ünvanda yerləşən 54 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə tam pay üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 11.06.2021-ci il tarixli AZ-İ seriyalı 388335 saylı nikahın pozulmasına dair şəhadətnamədən görünür ki, X9 ilə X5 arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmiş, bu barədə Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydləri kitabında 285 saylı akt qeydi aparılmış, qadına nikah pozulandan sonra Ağayeva soyadı verilmişdir. - 06 dekabr 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış və notarial qaydada təsdiq olunmuş borc müqaviləsindən görünür ki, İddiaçı 06 iyun 2024-cü il tarixədək qaytarmaq şərti ilə X7 100.000 manat borc almışdır. Borc faizsiz verilmişdir. - 06 dekabr 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış və notarial qaydada təsdiq olunmuş ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti ev 12/26 ünvanda yerləşən 54 saylı mənzili eyni tarixli borc müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayan X8 xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri müqavilə tərəflərinin razılığına əsasən 120.000 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti ev 12/26 ünvanda yerləşən 54 saylı mənzilin ipoteka müqaviləsi üzrə ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 3367 nömrəli reyestr kitabının 315202 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2024-cü il tarixli bildirişdən və həmin bildirişin təqdim edilməsinə dair xəbərnamədən görünür ki, X2 borclu İddiaçı bağladıqları kredit və ipoteka müqavilələrinə istinad etməklə, ipoteka predmetinə tutma yönəldiləcəyi barədə icra qeydinin aparılacağına dair məlumat vermişdir. - X8 xx.xx.2024-cü il tarixli ərizəsindən və poçt xəbərnaməsindən görünür ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, borclu ilə bağladığı kredit və ipoteka müqavilələrinə istinad etməklə, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ipoteka saxlayan X8 müraciətinə əsasən Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti ev 12/26 ünvanda yerləşən 54 saylı mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - 18 noyabr 2024-cü il tarixdə Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu Elmar Əliyev tərəfindən verilmiş 8İ-27970 reyestr saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydindən görünür ki, ipoteka saxlayan X8 tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti ev 12/26 ünvanda yerləşən 54 saylı mənzilinə tutma yönəldilməsi barədə icra qeydi verilmişdir. Öhdəliyi müəyyən edən 06 dekabr 2023-cü il tarixli borc müqaviləsinə əsasən vaxtında ödənilməmiş borc məbləğinin 100.000 manat təşkil etdiyi qeyd olunmuşdur. - Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 18 noyabr 2024-cü il tarixli 8İ-27970 reyestr saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydi icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, - Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Emil Abiyev tərəfindən Bakı şəhəri 14 saylı Notariat Ofisinin 18 noyabr 2024-cü il tarixli 8İ-27970 reyestr saylı icra sənədi icraata qəbul edilmişdir. - Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, icra məmuru Emil Abiyev tərəfindən xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış, Bakı şəhəri 14 saylı Notariat Ofisinin 18 noyabr 2024-cü il tarixli 8İ-27970 reyestr saylı icra qeydində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi borclu X1 xahiş olunmuşdur. - 26.12.2024-cü il tarixli **********83 saylı ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Təqdim olunmuş sənədlərin məcmusundan göründüyü kimi, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli 8İ-27970 reyestr saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydi «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunla müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə görə borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1–1-ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə görə ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi bu barədə bildirişin ipoteka saxlayan tərəfindən ipoteka qoyana təqdim edilməsi ilə başlayır (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsi). “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1–1-ci bəndinə əsasən məhz ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş və onun ipoteka qoyana göndərilməsini təsdiq edən sifarişli poçt sənədi, barəsində icra qeydi aparılacaq borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlərdən biridir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə görə ipoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə görə bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin təqdim etdiyi 3M-4793 №-li notariat işində ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş yoxdur. Məhkəmə icra qeydinin aparılması barədə notariat işində bu bildirişin olmamasını borcun icra qeydi əsasında mübahisəsiz qaydada alınması üçün qanunvericiliklə (“Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1–1-ci bəndinin “b” yarımbəndi) tələb olunan sənədlərdən birinin notariusa təqdin edilməməsi kimi qiymətləndirir ki, bu halda icra qeydinin aparılması “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinin 2-ci abzasına görə notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması ilə müəyyən edilir. Göründüyü kimi, notarius, barəsində icra qeydi apardığı borcun mübahisəsizliyini müəyyən etmək üçün (“Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1–1-ci bəndində göstərilən bütün sənədləri, o cümlədən ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişi tələbkardan tələb etməli və notariat işinə əlavə etməli idi. Lakin notariat işində ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş yoxdur. Hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etirazında X2nun borclu X6 göndərdiyi “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in mahiyyətcə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş olduğunu və həmin bildirişin notariusa təqdim edildiyini göstərmişdir. Məhkəmə iddiaya qarşı etirazın bu dəlili ilə razılaşmır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6-cı hissəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanun ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Göründüyü kimi, qanunun istinad olunan normasında iki bildirişdən bəhs olunur: 1) tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə göndərməli olduğu və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən bildiriş; 2) göndərilməsi qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın Xİİ fəslinin normalarından görünür ki, notarius mübahisəsiz olduğu halda üç tələb üzrə: 1) borcludan pul məbləğinin tutulması barədə; 2) borcludan əmlakın alınması barədə; 3) ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi apara bilər. Notariat işinin 14-cü vərəqində olan, forması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N №-li qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş” borcludan pul məbləğinin və ya əmlakın alınması barədə icra qeydinin aparılması üçün göndərilir. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin aparılması üçün isə ipoteka saxlayan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə uyğun olaraq ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərməlidir. Lakin icra qeydinin aparılmasına dair notariat işində ipoteka saxlayan X13 tərəfindən ipoteka qoyan İddiaçı göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-9403/2025 №-li məktubla məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, X8 xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmış və idarə tərəfindən bu barədə xx.xx.2024-cü ildə ərizəçiyə məktub göndərilmişdir. X13 xx.xx.2024-cü il tarixli ərizəsində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasını xahiş etsə də, ərizəyə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi deyil, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən xx.xx.2024-cü il tarixli bildirişi əlavə etmişdir. Notariat işinin 14, 15 və 16-cı vərəqlərindən görünür ki, icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən xx.xx.2024-cü il tarixli bildiriş xx.xx.2024-cü ildə sifarişli poçtla İddiaçı ünvanına göndərilmış və xx.xx.2024-cü il tarixdə həmin ünvanda qəbul olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə görə poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Qanunun bu tələbinə əsasən İddiaçı ünvanına xx.xx.2024-cü il tarixdə göndərilmış icra qeydinin aparılacağı barədə bildiriş 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə İddiaçı təqdim olunmuş sayılır. Məhkəmə hesab edir ki, icra qeydinin aparılacağı barədə bildiriş mahiyyətinə görə hətta ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişə bərabər sənəd kimi qəbul olunsaydı belə, bu halda X14 həmin bildirişin qeydiyyata alınması üçün onun İddiaçı təqdim olunduğu tarixdən 3 iş günü ərzində, yəni ən geci xx.xx.2024-cü il tarixində qeydiyyat orqanına müraciət etməli idi. Lakin o, qeydiyyat orqanına müvafiq ərizə ilə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.4.1-ci maddəsinə görə tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Məhkəmə hesab edir ki, bu vəziyyətdə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun davam etdirilməsi qanunla qadağan olunduğu halda notarius ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi aparmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən aparılmış ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 12/26 nömrəli evin 54 nömrəli mənzilinə tutmanın yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli 8İ27970 reyestr nömrəli icra qeydi ləğv olunmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən aparılmış ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 12/26 nömrəli evin 54 nömrəli mənzilinə tutmanın yönəldilməsinə dair xx.xx.2024-cü il tarixli 8İ-27970 reyestr nömrəli icra qeydi ləğv olunsun. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1476/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1476/2025
17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver