Məhkəmə qərarları › İş №e-2(006)-1511/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1511/2025

02.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1511/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh ünvan 10nə (Bank "xxxx" ASC və "xxxx" şirkəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh ünvan 10nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8i- 29929 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: 20 noyabr 2024-cü il tarixində Bank "xxxx" tərəfindən iddiaçıya bildiriş ünvanlanmışdır. Bildirişdə göstərilmişdir ki, Bank "xxxx" ASC ilə onun arasında 4 avqust 2023-cü il tarixli № DEN-00128-14/23A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 19 dekabr 2023-cü il tarixli DEN-B0128-14/23A saylı “Əlavə Razılaşma” üzrə İddiaçı Yaşayış təyinatlı əmlakın alınması məqsədilə 48 ay (qırx səkkiz) ay müddətinə, illik 23% hesablanmaqla, 200 000 AZN ( iki yüz min manat) məbləğində kredit verilmişdir. DEN-00128-14/23A saylı 4 avqust 2023-cü il tarixli Əsas kredit müqaviləsinin tərkib hissəsi olan DENA0128-14/23A say Əlavə Razılaşmaya əsasən İddiaçı 500 000 AZN məbləğində illik 18 %-lə kredit verilmişdir. Bank "xxxx" tərəfindən ona qeyri-dəqiq məlumatlar verilmiş, o cümlədən Bank "xxxx"nin də iştirakı ilə Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən aldadılmışdır. İpoteka müqaviləsi də məhz həmin notarius tərəfindən təsdiq edilmişdir. Həmçinin 6 noyabr 2023-cü il tarixində Bank "xxxx" əməkdaşları tərəfindən İddiaçı Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu X3 təsdiqi ilə 3 müxtəlif məzmunda ərizə verməyə məcbur edilmişdir. İddiaçı ərizə verərkən ərizənin məzmunu ilə tanış olmamış, notarius tərəfindən prosedur qaydalar pozulmuşdur. Həmin vaxt qeyri-yaşayış obyektinin alınması üçün pula ehtiyacı olduğundan, kredit müqaviləsinin də şərtləri ilə də tanış olmamış, Bank "xxxx" əməkdaşları tərəfindən şərtlər ona izah edilmişdir. Belə ki, **********547 nömrəli ərizədə qeyd edilmişdir ki, “...xx.xx.2023-cu il tarixində "”BEYAZ RESİDENCE” MMC ilə onun arasında olan 61 nömrəli müqaviləsinə əsasən arvadı X1 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cənub- Qərb ünvanında inşa olunan 5 mərtəbəli yaşayış binasının İİ blok 5-ci mərtəbə,ümumi sahəsi 79 kv.m olan,3 otaqlı,19 № li izolə olunmuş mənzildən imtina etməsinə etiraz etməmişdir. Yuxarıda qeyd olunan müqavilənin ləğv edilməsinə, eləcə də üzvülükdən çıxarılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı məhkəmədə ona qarşı heç bir tələb və iddiası olamayacaq...”. **********548 saylı ərizədə qeyd edilir: “...xx.xx.2023-cu il tarixində "”BEYAZ RESİDENCE” MMC ilə onun arasında olan 59 nömrəli müqaviləsinə əsasən arvadı-X1 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cənub-Qərb ünvanında inşa olunan 5 mərtəbəli yaşayış binasının İİ-ci blok 5-ci mərtəbə,ümumi sahəsi 81.5 kv.m olan,3 otaqlı,18 № li izolə olunmuş mənzildən imtina etməsinə etiraz etmir. Yuxarıda qeyd olunan müqavilənin ləğv edilməsinə, eləcə də üzvülükdən çıxarılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı məhkəmədə ona qarşı heç bir tələb və iddiası olamayacaq...”. **********549 saylı ərizənin məzmunu isə aşağıdakı kimidir: “… xx.xx.2023-cu il tarixində ”BEYAZ RESİDENCE” MMC ilə mənim aramda olan 60 nömrəli müqaviləsinə əsasən arvadım-X1 istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Cənub-Qərb ünvanında inşa olunan 5 mərtəbəli yaşayış binasının İİ-ci blok 5-ci mərtəbə, ümumi sahəsi 79 kv.m olan,3 otaqlı,17 № li izolə olunmuş mənzildən imtina etməsinə etiraz etmir. Yuxarıda qeyd olunan müqavilənin ləğv edilməsinə, eləcə də üzvülükdən çıxarılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı məhkəmədə ona qarşı heç bir tələb və iddiası olmayacaq…”. Hər üç ərizədə ”BEYAZ RESİDENCE” MMC ilə bağlanmış müvafiq müqavilələrə əsasən qeyd edilən obyektdən Dinarə Ələkbərova tərəfindən adıçəkilən mənzillərdən imtina edilməsi göstərilmişdir. X4 Maarifin həyat yoldaşıdır. Ancaq hər iki şəxsin, yəni İddiaçı və o cümlədən Dinarə Ələkbərovanın ”BEYAZ RESİDENCE” MMC ilə bağlanmış hər hansı müqaviləsi mövcud deyildir. Ümumiyyətlə, adıçəkilən mənzillərlə hər iki şəxsin aiddiyyəti yoxdur. Bununla bağlı ipoteka müqaviləsində göstərilən təminat qismində çıxış edən daşınmaz əmlak da mövcud deyildir. Həmin vaxt pula ehtiyacı olan İddiaçı bank və notarius tərəfindən aldadılmış, qeyridəqiq məlumatlar verilmiş, dəqiq olmayan məlumatlarla da kredit müqaviləsi bağlanmış və notarial ərizələr imzalatdırılmışdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında Qərarla icra sənədi üzrə icraat başlanılmışdır. İcraata başlamaq haqqında Qərara əsasən icra sənədi üzrə borclular İddiaçı və "xxxx" Şirkətindən 433970,61 manat borc, 29210,98 manat faiz borcu, 10739,11 manat dəbbə pulu olmaqla cəmi 473920,70 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Bank "xxxx" ASC-in xeyrinə tutulması müəyyən edilmişdir. Həmin Qərara əsasən tutma ipoteka predmeti olan "xxxx" Şirkətinə məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Notariusun icra qeydi verməsi üçün maliyyə arayışı, hesabdan çıxarış, təqdim olunmalı bildiriş, üçüncü şəxslə bağlanan “Zaminlik” müqaviləsi, üçüncü şəxs, “ipoteka müqaviləsi” təqdim edilməlidir. Bu prosedurların düzgün qaydada həyata keçirilməsi isə onlarda şübhə yaratmışdır. Çünki yuxarıda da qeyd etdiyi kimi "xxxx"-nin də iştirakı ilə İddiaçı aid olmayan daşınmaz əmlakla bağlı ərizələr tərtib edilmişdir. Müqavilədən və icraata başlamaq haqqında qərardan da göründüyü kimi tələb olunan məbləğ xeyli yüksəkdir. Notarius isə heç bir əmtəəşünaslıq ekspertizası aparmadan icra qeydi vermiş və icraya yönləndirmişdir. Bundan başqa həmçinin 15 fevral 2024-cü il tarixli “ İpoteka Müqaviləsi”ndə də tutma yönləndirilməli olan daşınmaz əmlakın ilkin satış qiyməti göstərilməmişdir. Notarius isə qiymətləndirmə ekspertizası həyata keçirmədən əmlaka tutma yönləndirilməsi haqqında icra qeydi vermişdir. Bundan başqa Cavabdeh tərəfindən Bankdan məcburi olan sənədlər tələb edilməmiş və araşdırılmamışdır. Bu baxımdan 8i-29929 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi zərurəti vardır. Üçüncü şəxsin etirazı: Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank "xxxx" ASC-nin nümayəndəsi iddiaya etiraz təqdim edərək göstərmişdir ki, Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DEN-00128-14/23A saylı əsas kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı 120 ay müddətinə maksimal faiz dərəcəsi 35 faiz olmaqla 1000 000 (bir milyon) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Bank "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DEN-00128- 14/23A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkb hissəsi olan xx.xx.2023-cü il tarixli, DEN-A0128-14/23A saylı Əlavə razılaşmaya əsasən, bank tərəfindən İddiaçı 48 ay müddətinə illik 18 faiz olmaqla 500 000 (beş yüz min) manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində "xxxx" ŞİRKƏTİ xx.xx.2023-cü il tarixdə Bank "xxxx" ASC ilə DENGZ-00128-14/23A saylı ipoteka müqaviləsi bağlayaraq xüsusi mülkiyyət hüququ üzrə “NAİMS” ŞİRKƏTİnə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi küçəsi, 3 ünvanlı qeyri-yaşayış binası İpoteka saxlayana ipotekaya qoymuşdur. İddiaçı kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Bank "xxxx" ASC tərəfindən İddiaçı və "xxxx" ŞİRKƏTİnə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilərək öhdəliklərini icra etməyəcəyi təqdirdə ödənişin ipoteka prdetmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı məhkəməyə və notariat orqanına icra qeydi alınması ilə bağlı müraciət ediləcəyi xəbərdarlığı edilmişdir. Həmin bildirişlər xx.xx.2024-cü il qəbul edilmişdir. Nəticədə xx.xx.2024-cü il tarixdə isə Bakı şəhəri 14 saylı notariat konturu tərəfindən icra qeydi aparılmış, icra qeydinə əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan- BANK "BTB” AÇİQ SƏHMDAR CƏMİYYƏTİNİN tələbi ilə ipoteka qoyan- İddiaçı, "xxxx" ŞİRKƏTİ /VÖEN:**********/, AZ1034, BAKİ ŞƏHƏRİ SABUNÇU RAYONU, ŞƏHƏR ŞOSSESİ (SABUNÇU), ev 3 ünvanında yerləşən "xxxx" ŞİRKƏTİ /VÖEN:**********/ məxsus ipoteka predmeti olan "NAİMS" ŞİRKƏTİNƏ məxsus olan ünvan 15 ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən DEN-00128-14/23A müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli müddət üçün vaxtında ödənilməmiş 433970.61 AZN əsas borc, 29210.98 AZN faiz borcu , 10739.11 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 473920.70 AZN təşkil edir.) Qeyd edilənlərdən göründüyü kimi iddia tələbi tamamilə əsassızdır. Ümumiyyətlə iddia ərizəsində qeyd edilənlərin 8i-29929 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi ilə heç bir əlaqəsi yoxdur. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə, girov saxlayan (kreditor) tələblərinin ödənilməsi üçün girov qoyulmuş əşyaya tutma yönəldə bilər. Həmin məcəllənin 317-ci maddəsinə əsasən, təminat vasitəsi ipoteka olan əsas öhdəlik borclu tərəfindən icra olunmadıqda və ya lazımınca icra olunmadıqda, ipoteka saxlayan, daşınmaz əşyanın satılmasını tələb edə bilər. İpoteka haqqında qanunun 34-cü maddəsinə əsasən, borclunun əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ verir. Odur ki, bütün yuxarıda qeyd edilənləri əsas gətirərək iddianın rədd edilməsi xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, əsas tələbləri odur ki, icra qeydi məbləğ çox olduğu üçün verilə bilməzdi. İpoteka predmeti ilə bağlı satış qiyməti göstərilməmişdir. Bu işlə bağlı qiymətləndirmə ekspertizası keçirilməmişdir. İddiaçı 2 milyon manatlıq kredit xətti açılmışdır. İddiaçı bu kredit verilmədiyi üçün öz biznesini tamamlaya bilməmişdir. Bank da öz öhdəliyini yerinə yetirə bilmədiyindən pulu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının icra qeydi ilə bağlı verdiyi etiraz icra qeydinin çıxarılmasının dayandırılması üçün əsas deyil. İpoteka müqaviləsi ayrı mübahisə predmetidir. İddia ərizəsində göstərilən "xxxx" MMC-yə aid olan məsələlər isə ümumiyyətlə aydın deyil, onlarla əlaqəsi yoxdur. Notarius tərəfindən ekspertiza keçirilməmişdir, onun belə səlahiyyəti yoxdur. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı, eyni zamanda üçüncü şəxs "xxxx" Şirkətinin direktoru İddiaçı və cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Ofisinin notariusu məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (xx.xx.2019-cu il tarixli ********** nömrəli) əsasən Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi 3 ünvanında yerləşən 996.60 kv.m sahəsi olan qeyriyaşayış binasının mülkiyyətçisi "xxxx" Şirkətidir. Bank "BTB” ASC ilə borcalan İddiaçı arasında bağlanılmış "4" avqust 2023-cü il tarixli № DEN-00128-14/23A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan "4" avqust 2023-cü il tarixli DEN-A0128-14/23A saylı “Əlavə Razılaşma” üzrə İddiaçı Yaşayış təyinatlı əmlakın alınması məqsədi ilə 48 (qırx səkkiz) ay müddətinə, illik 18 (on səkkiz) faiz hesablanmaqla, 500 000 AZN (beş yüz min manat) məbləğində kredit verilmişdir. Bank "BTB” ASC ilə ipoteka qoyan - "xxxx" Şirkətinin direktoru İddiaçı arasında bağlanılmış 4 avqust 2023-cü il tarixli № DENGZ-00128-14/23A nömrəli ipoteka müqaviləsinə əsasən, İddiaçı verilən kreditin təminatı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi 3 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (xx.xx.2023-cü il tarixli ********** nömrəli) əsasən "xxxx" Şirkətinin mülkiyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi 3 ünvanında yerləşən 996.60 kv.m qeyri-yaşayış binası Bank "xxxx" ASC-nin Əcəmi filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bank BTB-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdə göstərilmişdir ki, Bank "BTB” ASC ilə borcalan İddiaçı arasında bağlanılmış "4" avqust 2023-cü il tarixli № DEN-00128-14/23A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan "4" avqust 2023-cü il tarixli DEN-A0128-14/23A saylı “Əlavə Razılaşma”üzrə İddiaçı Yaşayış təyinatlı əmlakın alınması məqsədi ilə 48 (qırx səkkiz) ay müddətinə, illik 18 (on səkkiz) faiz hesablanmaqla, 500 000 AZN (beş yüz min manat) məbləğində kredit verilmişdir. Müqavilədə kreditin hissə-hissə, annuitet qrafiki üzrə qaytarılması nəzərdə tutulmuşdur. Hal-hazırda Kredit Müqaviləsi üzrə öhdəliklər icra olunmur. Bu öhdəliyin təminatı olaraq bağlanmış "4" avqust 2023-cü il tarixli № DENGZ- 00128- 4 23A saylı İpoteka müqaviləsinə əsasən "xxxx" ŞİRKƏTİNƏ məxsus olan Bakı şəhəri, Sabunçu rayonu,Şəhər Şossesi küçəsi,3 ünvanlı qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. (Yüklü Çıxarış: Reyestr nömrəsi: **********11-06301,qeydiyyat nömrəsi: ********** diyyat tarixi: xx-xx-2023). Yuxanda qeyd edilən kredit müqaviləsinin bəndinə əsasən, borc alan tam və vaxtında kredit üzrə Hesablanmış faizləri və əsas borc məbləğini.həmçinin borc verən tərəfindən hesablanmış peniya faizlərini ödəmək vəzifəsini daşıyır. "4" avqust 2023-cü il tarixli № DEN-00128-14/23A nömrəli csjs Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan "4" avqust 2023-cü il tarixli DEN-A0128- - 23A saylı “Əlavə Razılaşma”üzrə əsas borc məbləği 433 970.61 AZN (dörd yüz otuz, üç min doqquz yüz yetmiş manat, 61 qəpik), ümumi faiz borcu 29 210.98 AZN (iyirmi doqquz min iki yüz on manat 98 qəpik), dəbbə borcu 10 739.11 AZN (on min yeddi yüz otuz doqquz manat, 11 qəpik), cəmi 473 920.70 AZN (dörd yüz yetmiş üç min doqquz yüz iyirmi manat, 70 qəpik) təşkil edir. Borcun ödənilməsi tələb olunur. əks təqdirdə ipoteka ilə yüklü edilmiş əmlaka məhkəmə və ya notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə müraciət ediləcəkdir. "xxxx" ASC xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ünvanlayaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-yə məlumat ünvanlayaraq həmin bildiriş qeydə alındığını bildirmişdir. ünvan 10nin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən AZ1025, ünvan 11 ünvanında yerləşən bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin /VÖEN:**********/ tələbi ilə ipoteka qoyan- Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pros. 1 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2020 - Asan 3; Fin: xxxxxxx; d/t: xx.xx.1981), AZ1034, ünvan 13 ünvanında yerləşən "xxxx" şirkəti /VÖEN:**********/, AZ1034, ünvan 13 ünvanında yerləşən "xxxx" şirkəti /VÖEN:**********/ məxsus ipoteka predmeti olan "xxxx" şirkətinə məxsus olan ünvan 15 ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. (öhdəliyi müəyyən edən DEN-00128-14/23a müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli müddət üçün vaxtında ödənilməmiş 433970.61 AZN əsas borc, 29210.98 AZN faiz borcu , 10739.11 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 473920.70 azn təşkil edir). Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Cavabdeh 8İ-29929 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmini məqsədilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.5 İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. “Notariat haqqında” Qanun Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı” Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Bank "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli DEN-00128-14/23A nömrəli Əsas Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli DEN-A0128-14/23A saylı “Əlavə Razılaşma” üzrə İddiaçı Yaşayış təyinatlı əmlakın alınması məqsədi ilə 48 (qırx səkkiz) ay müddətinə, illik 18 (on səkkiz) faiz hesablanmaqla, 500 000 AZN (beş yüz min manat) məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2023-cü il tarixli DENGZ-00128-14/23A nömrəli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan "xxxx" şirkətinin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi küçəsi, 3 ünvanlı qeyri-yaşayış binası Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi ipoteka qoyan "xxxx" şirkəti, borcalan İddiaçı və ipoteka saxlayan Bank "xxxx" ASC tərəfindən imzalanmışdır. Müqavilə əsasında ünvan 10 tərəfindən xx.xx.2024-cü il tarixli icra qeydi verilmiş və həmin icra qeydi əsasında Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Hazırda İddiaçı Bakı şəhər 14 saylı notariat ofisi tərəfindən verilmiş 8i-29929 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsini xahiş edir və iddiasını onunla əsaslandırır ki, tələb olunan məbləğin xeyli yüksək olmasına baxmayaraq, notarius heç bir əmtəəşünaslıq ekspertizası aparmadan icra qeydi vermiş və icraya yönləndirmişdir. Bundan başqa ipoteka müqaviləsində də tutma yönləndirilməli olan daşınmaz əmlakın ilkin satış qiyməti göstərilməmişdir. Notarius isə qiymətləndirmə ekspertizası həyata keçirmədən əmlaka tutma yönləndirilməsi haqqında icra qeydi vermişdir. Habelə Cavabdeh tərəfindən Bankdan məcburi olan sənədlər tələb edilməmiş və araşdırılmamışdır. Məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8i-29929 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borclulara bildiriş göndərilmiş, həmin bildirişin borclulara göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə iddiaçının borcun məbləği və ipoteka predmeti olan əmlakın dəyəri ilə bağlı notarius tərəfindən müvafiq ekspertizaların keçirilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, notariusun icra qeydini aparması çərçivəsində ekspertiza təyin etmək kimi səlahiyyəti müəyyən edilməmişdir. O da qeyd edilməlidir ki, iddiaçı, bank tərəfindən kredit borcunun ödənilməsi, əks təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı xəbərdarlıq bildirişini aldıqdan sonra, qanunda nəzərdə tutulmuş müddət ərzində borcun məbləğini məhkəmə qaydasında mübahisələndirməmişdir. Bu faktın özü icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir. Çünki qanunverici 20 gün müddəti ona görə müəyyən edib ki, icra qeydinin aparılacağına və ya borcun məbləğinə dair hər hansı etirazı olarsa, borclu həm kredit müqaviləsini, həm də borcun məbləğini ayrıca məhkəmə qaydasında mübahisələndirə bilsin. Əksinə, işdən görünür ki, borclu ona qarşı tələbkarın tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi aldıqdan sonra banka ünvanladığı etirazda göstərilən məsələləri mübahisələndirməmiş, yalnız borcu ödəmək üçün imkanı olmadığını bildirmiş və ona möhlət verilməsini xahiş etmişdir. Bu da borcun mübahisəli olduğunu istisna edir və notarius tərəfindən icra qeydinin məhz bu əsasla verildiyini təsdiq edir. Qanunuvericilikdə icra qeydi verilməmişdən əvvəl borcluya bildirişin göndərilməsinin məcburiliyinin nəzərdə tutulması, borcun mübahisəsiz olub-olmamasının müəyyən edilməsi məqsədi daşıyır, borc mübahisəsiz olduqda notarius icra qeydini aparmaqdan imtina etməli, tələbkara məhkəməyə müraciət etmək hüququnu izah etməlidir. Göründüyü kimi borcun məbləği borcalan tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh ünvan 10nə (Bank "xxxx" ASC və "xxxx" şirkəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ünvan 10nə (Bank "xxxx" ASC və "xxxx" şirkəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar