Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1525/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunun 8İ-14466 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunun 8İ-14466 nömrəli, xx.xx.2022-ci il tarixli “icra qeydi”nə əsasən İddiaçı Cavabdeh3 xeyrinə Bakı şəhəri 11 saylı Notariat ofisində rəsmiləşdirilmiş 17 may 2021-ci il tarixli, 3M-657 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 84.000 (səksən dörd min) manat pulun tutulması müəyyən edilmişdir. Bununla bağlı Cavabdeh1 icra məmuru X1 xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı Cavabdeh3 xeyrinə 84.000 (səksən dörd min) manat pulun və 25 (iyirmi beş) manat dövlət rüsumunun tutulması müəyyən edilmiş və icranın könüllü olaraq təmin edilməsi qərara alınmışdır. Əlavə olaraq, xx.xx.2023-cü il tarixli Cavabdeh1 rəisinə iddiaçının yazdığı izahatda da bildirdiyi kimi onun həmin icra qeydindən xəbəri olmayıb və Cavabdeh3 olan ümumi borcu 24.000 (iyirmi dörd min) manat təşkil edir. İddiaçı icra qeydindən və kredit müqaviləsində qeyd edilən məbləğdən də məlumatsız olmuşdur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət edərək icra qeydinin ləğvini istəmək qərarına gəlmişdir. Həmçinin, iddiaçı icra qeydində yol verilən səhvlərə görə icra qeydinin verilməsini düzgün hesab etmir. Düşünür ki, notariat ofisi icra qeydi verərkən düzgün müqaviləyə istinad etməmiş, həmçinin daşınmaz əmlakla bağlı düzgün müqavilə rəsmiləşdirməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mülki iş üzrə Cavabdeh3 məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunun 8İ-14466 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinin qüvvədə qalması və İddiaçı iddiasının təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində icra qeydinin ləğvi tələbinə dair 3 mövqeyə istinad etmişdir. Birincisi, iddiaçı ilə onun arasında Bakı şəhəri 11 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanan və 3M-657№ ilə təsdiq olunan kredit müqaviləsinə əsasən Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunun 8İ-14466 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydindən guya xəbərsiz olması mövqeyi, ikincisi, kredit müqaviləsində qeyd olunan məbləğdən, yəni 84.000 manat borcdan iddiaçının guya məlumatsız olması və onun borcunun guya 24.000 manat təşkil etməsi, üçüncüsü, guya icra qeydində yol verilən səhvlərə görə iddiaçının icra qeydinin verilməsini düzgün hesab etməməsi mövqeyidir. Birincisi, iddiaçı iddia ərizəsində bildirir ki, Bakı şəhəri 11 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixdə bağlanan və 3M-657№ ilə təsdiq olunan kredit müqaviləsinə əsasən Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunun 8İ-14466 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydindən guya məlumatsız olmuşdur. İddiaçının icra qeydindən məlumatsız olması mövqeyi əsassız olmaqla heç bir hüquqi və məntiqi əsasa söykənmir. Belə ki, iddiaçının hüquqi mahiyyəti ona izah olunan bu faktı da məhz öz imzası ilə təsdiq olunan kredit müqaviləsinin 2-ci bəndində qeyd olunur ki, "Borc alan” krediti xx.xx.2021-ci il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. Deməli, iddiaçı həm bilirdi, həm də bilməli idi ki, xx.xx.2021-ci tarixədək 84.000 (səksən dörd min) manat məbləğində olan borcu ona tam qaytarmalıdır. Eləcə də, kredit müqaviləsinin 7-ci bəndində qeyd olunur ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərilməsindən qanunla müəyyən edilmiş 20 (iyirmi) gün müddətindən sonra 84.000 (səksən dörd min) manat məbləğində borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Deməli, iddiaçı onu da bilirdi və bilməli idi ki, onun tərəfindən götürülən 84.000 (səksən dörd min) manat məbləğində kredit borcunu ona vaxtında, yəni xx.xx.2021-ci il tarixədək qaytamayacağı təqdirdə həmin borc notarius tərəfindən ‘"Notariat haqqında" Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə əsasən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınacaqdır. Qanunun bu tələbinə cavabdeh tərəfindən tam riayət edilərək iddiaçıya xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Ofisi vasitəsilə **********872 saylı bildiriş göndərilmişdir. Bundan əlavə, kredit müqaviləsinin 8-ci bəndində qeyd olunur ki, "Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. İddiaçı kredit müqaviləsini öz imzası ilə təsdiq edərkən bu məsuliyyətini də bilirdi. İddiaçı iddia ərizəsində bildirir ki, Bakı şəhəri 11 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanan və 3M-657№ ilə təsdiq olunan kredit müqaviləsində qeyd edilən məbləğdən, yəni 84.000 (səksən dörd min) manat borcdan guya o, məlumatsız olmuş və onun borcu guya 24.000 (iyirmi dörd min) manat təşkil edir. İddiaçının belə bir mövqeyi də əsassız olmaqla heç bir hüquqi və məntiqi əsasa söykənmir, çünki iddiaya hazırki etiraz ərizəsilə məhkəməyə təqdim etdiyi mövcud yazılı sübutlar onun bu mövqeyini tamamilə təqzib edir. Belə ki, iddiaçının hüquqi mahiyyəti ona izah olunan və bu faktı da məhz öz imzası ilə təsdiq olunan kredit müqaviləsinin 1-ci bəndində qeyd olunur ki, “Borc verən” “Borc alan”a 84.000 manat 00 qəpik (səksən dörd min manat sıfır qəpik) məbləğində pul borc verir. Bundan əlavə, iddiaçıya məhz 84.000 (səksən dörd min) manat məbləğində borc pul verdiyini sübut edən digər hüquqi fakt xx.xx.2021-ci il tarixdə Muğanbank ASC Binəqədi filialında həmin məbləğin mədaxil edilməsinə dair aparılan bank əməliyyatına görə təqdim edilmiş xəzinə mədaxil orderi ilə təsdiq olunur, Həmin bank əməliyyatının həyata keçirilməsinə görə tərəfindən Muğanbank ASC Binəqədi filialında 168 manat məbləğində xidmət haqqı da ödənilmişdir ki, ona da dair xəzinə mədaxil orderi təqdim edilmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, Bakı şəhəri 11 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə bağlanan və 3M-657 № ilə təsdiq olunan kredit müqaviləsinə əsasən aparılan icra qeydinin guya onda yol verilən səhvlərə görə verilməsini düzgün hesab etmir, səbəb kimi də notariat ofisi tərəfindən icra qeydi verilərkən düzgün müqaviləyə istinad edilməməsi, həmçinin daşınmaz əmlakla bağlı düzgün müqavilənin rəsmiləşdirilməməsidir. İddiaçının belə bir mövqeyi də əsassız olmaqla heç bir hüquqi və məntiqi əsasa söykənmir, çünki “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinin tələblərinə tam riayət edilməklə aparılan icra qeydi xx.xx.2021-ci il tarixdə bağlanan və 3M-657 № ilə təsdiq olunan kredit müqaviləsinə əsasən “Borc alan”dan 84.000 manat borc pulun “Borc verən”in xeyrinə tutulması məqsədilə həyata keçirilmişdir. Beləliklə də, icra qeydi aparılarkən iddiaçının heç bir hüquqi və məntiqi əsası olmayan mövqeyinə görə daşınmaz müqaviləsinə istinad edilə bilməzdir, çünki icra qeydinin predmetini məhz borc öhdəliyinin yerinə yetirilməsi ilə bağlı kredit müqaviləsi təşkil edirdi. Beləliklə, yuxarıda qeyd etdiyi və etirazını əsaslandıran hüquqi faktlar və hallar bir daha ona dəlalət edir ki, iddiaçının hazırki iddia tələbi onun kredit müqaviləsinə əsasən borc öhdəliyinin icrasından yayınma məqsədi güdən niyyətindən başqa bir hal deyildir. Mülki iş üzrə İddiaçı və digər cavabdehlər Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəməyə yazılı ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Cavabdeh3 izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli ünvan 2 ünvanlanmış ərizələrin surətindən görünür ki, Cavabdeh3 İddiaçı ilə 84.000 manat məbləğində borc pulun verilməsinə dair razılığa gəlmiş və həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra depozit hesabı vasitəsilə Cavabdeh3 ödənilməsini xahiş etmişlər. Mülki işin materiallarında olan borc verən Cavabdeh3 və borc alan İddiaçı arasında bağlanmış Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilən 17 may 2021-ci il tarixli, 3M-657 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən borc verən borc alana 84.000 manat məbləğində pul borc verməyi, borc alan həmin vəsaiti xx.xx.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, borc alan-İddiaçı öz imzası ilə borc müqaviləsinin onun iradəsinə uyğun olduğunu, pulu aldığını və müqavilənin hüquqi mahiyyətinin izah olunduğunu təsdiq etmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən verilən 17 may 2021-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, notariusun depozit hesabına Cavabdeh3 tərəfindən 84.000 manat məbləğində pul köçürülmüşdür. Mülki işin materiallarında olan Cavabdeh3 tərəfindən İddiaçı ünvanlanan və Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilən 13 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə 84.000 manat məbləğində borc pulun xx.xx.2021-ci il tarixədək ödənilməsi öhdəliyi İddiaçı tərəfindən yerinə yetirilməmiş və buna görə də 20 gün müddətində borcun ödənilmədiyi halda “Notaria haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. Mülki işin materiallarında olan Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən 18 noyabr 2022-ci il tarixli, 8İ-14466 nömrəli icra qeydindən görünür ki, İddiaçı Cavabdeh3 xeyrinə Bakı şəhəri 11 saylı Notariat ofisində rəsmiləşdirilmiş 17 may 2021-ci il tarixli, 3M-657 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 84.000 manat məbləğində borc pulun, həmçinin ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun, cəmi 84.025 manat məbləğində pulun tutulması qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında Qərarın surətindən görünür ki, həmin tarixdə Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunun 8İ-14466 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatına başlanılmış və borclu İddiaçı imza atmaqla qərarın surətini əldə etmişdir. Mülki işin materiallarında olan Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən Cavabdeh1nə ünvanlanmış 18 noyabr 2022-ci il tarixli, 1892№-li məktubdan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Şəmkir rayonu 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixindı 8İ-14466 saylı reyestrdə qeydə alınmış icra qeydi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Mülki işin materiallarında olan Cavabdeh1nə İddiaçı tərəfindən verilən xx.xx.2023cü il tarixdə verilən izahatdan görünür ki, V.Günay həmin tarixdə icra qeydinin olması barədə xəbərdar olmuş və bildirmişdir ki, onun A.Qətibəyə 24.000 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh3 arasında Bakı şəhəri 11 saylı notariat ofisində 17 may 2021-ci il tarixli, 3M-657 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh3 borc pul almış, pulu vaxtında qaytarmadığı üçün İddiaçı barəsində Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən icra qeydi aparılmışdır. Hazırda İddiaçı kredit müqaviləsində qeyd edilən məbləğdən məlumatsız olduğunu, Cavabdeh3 24.000 manat məbləğində borcunun olduğunu, həmçinin icra qeydindən də məlumatsız olduğunu iddia edərək həmin icra qeydinin ləğv edilməsini tələb edir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı kredit müqaviləsi bağlanarkən göstərilən şərtlərlə razılaşaraq cavabdeh ilə həmin müqaviləni bağlamışdır. Bu, işin mübahisəsiz halıdır, belə ki, iddiaçı borc müqaviləsinin onun iradəsinə uyğun olduğunu, pulu aldığını və müqavilənin hüquqi mahiyyətinin izah olunduğunu öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı 80.000 manat məbləğində pulun cavabdehdən almasını özü imzası ilə təsdiq etmişdir. Bu hal eyni zamanda iş materiallarında olan sübutlarla da (ərizələr, mədaxil orderi və s.) öz təsdiqini tapmışdır. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsində göstərilmişdir ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci bəndində qeyd edilmişdir ki, icra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Göründüyü kimi 18 noyabr 2022-ci il tarixli, 8İ-14466 saylı icra qeydi qanunvercilikdə göstərilən qaydada tərtib edildiyindən onun ləğv edilməsinə əsas yoxdur. Məhkəmə eyni zamanda, iddiaçının icra qeydinin ləğv edilməsi üçün əsas gətirdiyi kredit müqaviləsində qeyd edilən məbləğdən məlumatsız olması və Cavabdeh3 24.000 manat məbləğində borcunun olmasına münasibətdə qeyd edir ki, iddiaçı bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh3 tərəfindən müqavilə üzrə 80.000 manat məbləğində pul vəsaiti notariusun depozit hesabı vasitəsilə İddiaçı verilmişdir. İddiaçı tərəfindən borc məbləğinin qaytarılması ilə hər hansı sübut məhkəmə araşdırması zamanı aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh3 arasında kredit müqaviləsi könüllü şəkildə, kənar təsir olmadan bağlanmış, lakin iddiaçı götürdüyü kredit məbləğini tələb olunan vaxtda ödəmədiyi üçün haqlı səbəbdən barəsində icra qeydi açılmış və həmin icra qeydinin ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyinə görə, həmin tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1525/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1525/2023
31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver