Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1543/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün ödənilməli olan aylıq əmək haqqının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılara vurulmuş mənəvi zərərə görə onların hər birinə 500 000 (beş yüz min) manat kompensasiyanın, iddiaçı, İddiaçı2 əvvəlki vəzifəsinə bərpa olunmaqla, 69 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq, 57.477 manat, aylıq kirayə pulu olaraq 18.112 manat, istifadə olunmamış məzuniyyətə görə 2150 manat və illik maddi yardım üçün 1850 manat, 13-cü maaşa görə 3400 manat olmaqla cəmi, 82.989 manat məbləğində kompensasiyanı, iddiaçı, İddiaçı1 əvvəlki vəzifəsinə bərpa olunmaqla 68 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq, 72.760 manat, aylıq kirayə pulu olaraq 17.850 manat, istifadə olunmamış məzuniyyətə görə 2150 manat və illik maddi yardım üçün 1850 manat, 13-cü maaşa görə 3400 manat olmaqla,cəmi, 98.010 manat məbləğində kompensasiyanın, iddiaçı, İddiaçı3 əvvəlki vəzifəsinə bərpa olunmaqla, 68 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq, 74.800 manat, aylıq kirayə pulu olaraq 17.850 manat, istifadə olunmamış məzuniyyətə görə 2150 manat və illik maddi yardım üçün 1850 manat, 13-cü maaş olaraq 3400 manat cəmi, 100. 050 manat məbləğində kompensasiyanın, iddiaçı, İddiaçı4 əvvəlki vəzifəsinə bərpa olunmaqla, 69 ay müddət üçün ödənilməmiş əmək haqqı olaraq, 48 300 manat, aylıq kirayə pulu olaraq 18.112 manat, istifadə olunmamış məzuniyyətə görə 2150 manat və illik maddi yardım üçün 1850 manat, 13-cü maaş olaraq 3400 manat cəmi, 73.812 manat məbləğində kompensasiyanın, əldən çıxmış fayda və bank-uçot faizləri nəzərə alınmaqla, cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1543/2023 saylı qərardadı ilə, Bakı Hərbi Məhkəməsinin icraatında olan 1-1(093)-58/2023 saylı və 1- 1(093)-100/2023 saylı cinayət işləri üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair e- 2(006)-1543/2023 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Sonradan – xx.xx.2023-cü il tarixdə, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində ərizə ilə müraciət edərək, bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1543/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. Mülki iş üzrə icraatın təzələnməsi, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əslinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1543/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1543/2023
22.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver