Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1551/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(105)-231/2023 nömrəli bəraət hökmü çıxdığından Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 14000 (on dörd min) manat, mənəvi ziyana görə isə 100.000 (bir yüz min) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran Rayon Polis Şöbəsi tərəfindən aparılmış qanunsuz və əsassız cinayət işinə əsasən guya İddiaçı balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyekti kimi “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək, balıq və digər su bioresurslarından balıqovlama biletində, bioloji və texnoloji əsaslandırılmada göstərilən müddətlər, ölçülər və növlər hüququndan istifadə etmək barədə “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinn müddəalarının, eləcə də “Balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu qadağandır” barədə “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2.5 və 2.5.9-cu bəndlərinin tələblərini pozaraq 12 noyabr 2021-ci il tarixdə günorta saatlarında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Şimal regional şöbəsinin “Çayqaraqaşlı” sərhəd nəzarət bölməsinin Şabran rayonunun eyniadlı kəndi yaxınlığında yerləşən xidməti ərazisindəki vətəgə sahəsindən tamah niyyəti ilə özünə məxsus özüyeriyən “ÇQ-3033” bort nömrəli motorlu qayıqla Xəzər dənizinə daxil olaraq ümumi çəkisi 41 kq 635 qram təşkil edən 31 ədəd nərə cinsli balıqları tutub qayıqların yanalması üçün çəkilmiş lövbər ipinə bağlayıb gizlətməyə çalışmış, lakin ərazidə xidmət aparan sərhəd nəzarətçiləri tərəfindən həyata keçirilən baxış zamanı həmin nərə cinsli balıqlar ona məxsus qayığın yaxınlığında aşkar edilərək müvafiq qaydada götürülmüş, bununla da özüyeriyən qayıqdan istifadə edib ovlanması qadağan edilmiş, nərə cinsli balıqları qanunsuz tutmaqla təbiətə 6820 manat məbləğində, yəni külli miqdarda ziyan vurmuşdur. Şabran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 1(031)-2/2023 nömrəli hökmü ilə İddiaçı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 256.2.1-ci maddəsi xaric edilmiş, o, Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təsqirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı tərəfindən qeyd edilən hökmdən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(105)-231/2023 nömrəli bəraət hökmü ilə təmin edilmiş və irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə İddiaçı CM-nin 256.2.2-ci maddəsi ilə bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(105)- 231/2023 nömrəli bəraət hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İddiaçı ailə üzvləri – arvadı X1, uşaqları 1999-cu il təvəllüdlü X3 və 2004-cü il təvəllüdlü X7 ilə birlikdə Siyəzən rayonu Yenikənd kəndində yaşayır və özü xəstəlikdən əziyyət çəkir. Göründüyü kimi, heç bir əsas olmadan Dövlət Sərhəd Xidməti və Şabran Rayon Polis Şöbəsinin əməkdaşları pul almaq məqsədi ilə və ya ola bilsin ki, öz işlərindəki statistikanın xətrinə qanunsuz olaraq İddiaçı barəsində cinayət işi açmış, sona qədər qanunsuzluğu davam etdirərək işini məhkəməyə göndərmişlər. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində İddiaçı şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. İddiaçının barəsində 18 aydan çox araşdırma aparılmış və o, cinayət təqibinə məruz qalmışdır. İddiaçının müalicəyə ehtiyacı vardır, universitetdə oxuyan övladı da ona görə sarsıntı keçirərək biabır olmuşdur. Qanunsuz cinayət işi üzrə araşdırma getdiyi 1 il 6 ay müddətində iddiaçı mənəvi sarsıntı keçirmiş və ona vurulan mənəvi ziyana görə isə 100.000 (bir yüz min) manat pul tələb edir. İddiaçı daima balıqçılıq fəaliyyəti ilə məşğul olmuş, araşdırma və cinayət təqibi zamanı qorxduğu üçün işləməmiş, barəsində cinayət təqibi getdiyi vaxt tanışı Bakı şəhəri, Sabunçu rayon sakini X2 hər ay 400 (dörd yüz) manat olmaqla, cəmi 7200 (yeddi min iki yüz) manat dolanmaq üçün müqavilə əsasında pul almış, barəsində aparılan cinayət işi ilə bağlı ziyana düşmüşdür. Bundan başqa, iddiaçı cinayət işi üzrə Şabran Rayon Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində ona hüquqi yardım göstərilməsi üçün müqavilə əsasında vəkil tutmuş və müqaviləyə əlavə olaraq bağlanmış 1 sayı əlavədə öhdəçilik götürmüşdür ki, onun işi nəticəsində, yəni keyfiyyətli hüquqi yardım nəticəsində məhkəmə tərəfindən bəraət hökmü və ya yüngül cəza çıxarılarsa, iddiaçı hüquqi yardıma görə əlavə olaraq 4000 manat ödəyəcəkdir. Hazırda iddiaçı həmin xidmət haqqını ödəməlidir. Bundan başqa iddiaçı polis orqanlarına, məhkəmələrə gedərkən xeyli miqdarda, yəni 2800 manat nəqliyyat, yemək, hüquqi yardım və s. xərcləri çəkmişdir. Həmin ödənişlər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Çünki iddiaçı qanunsuzluq nəticəsində bu ziyana düşmüşdür. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. Belə ki, iddiaçı əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan kompensasiya ödənilməsini tələb etmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində barəsində araşdırma və cinayət təqibi zamanı aparıldığı zaman qorxduğu üçün işləmədiyini və bu səbəbdən borc aldığını, həmçinin məhkəməyə gedərkən nəqliyyat və yemək xərclərini çəkdiyini qeyd edərək, maddi zərərə görə kompensasiya ödənilməsini tələb edir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və s.) konkret növləri göstərilmişdir. Qeyd olunan qanunda iddiaçının tələb etdiyi xərclərə görə hər hansı kompensiya nəzərdə tutulmamışdır. Bundan əlavə hüquqi yardımla bağlı sənədlər işin materiallarına əlavə olunmalı və hətta bunların iddiaçıya qarşı cinayət işi ilə bağlı olması sübut olunmalıdır. Belə olan halda məhkəməyə müdafiəçi ilə bağlanılmış müvafiq müqavilələrin surətləri təqdim olunmalıdır. İddiaçı həmçinin, mənəvi ziyana görə 100.000 manat kompensasiya ödənilməsini tələb edir. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikir formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşların fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiya məbləği 330 manatdır. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların şifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda, “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçısına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, həmin maddəyə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququn əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırki iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, iddiaçını 2014-2015-ci illərdən bəri tanıyır. İddiaçı barəsində cinayət işi üzrə araşdırma aparılan zaman iddiaçı ondan məhkəməyə gedib-gəlmək üçün borc istəmiş, o da 18 ay ərzində hər ay 400 manat olmaqla, ümumilikdə 7200 manat borc pul vermişdir. İddiaçı hazıradək ona olan borcunu qaytarmamışdır. Mülki işin materiallarında olan: Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X10 qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Qərar həmin tarixdə saat 16:55-də ona elan və qətimkan tədbirinin şərtləri izah olunmuşdur. Başqa yerə getməmək haqqında xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Siyəzən rayonu Yenikənd kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan İddiaçı həmin iltizamı verir Şabran RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X12 ondan ötrü ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.1-ci və 256.2.2-ci maddələri ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi üzrə cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağına, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyinə, ondan gizlənməyəcəyinə, cinayətkar fəaliyyətlə məşğul olmayacağına, istintaq və məhkəmə prosesinə maneçilik törətməyəcəyinə, müstəntiqin və məhkəmənin çağırışına vaxtında gələcəyinə və yaşayış yerini dəyişməli olduğu halda bu barədə onlara məlumat verəcəyi haqqında yazılı öhdəlik götürür. Bundan başqa, İddiaçı elan olunmuşdur ki, başqa yerə getməmək haqqında verdiyi iltizamda göstərilən şərtləri pozduğu halda Azərbaycan Respublikası CPM-nin 151-ci maddəsinə uyğun olaraq barəsində daha ciddi qətimkan tədbiri tətbiq edilə bilər. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(031)-2/2023 nömrəli hökmündən görünür ki, İddiaçı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 256.2.1-ci maddəsinin xaric edilməsi və onun Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, İddiaçı üzərinə cəza çəkdiyi müddətdə Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Siyəzən rayonu Yenikənd kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməməsi, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin İddiaçı yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Siyəzən rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının İddiaçı yaşayış yeri üzrə Siyəzən rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması və s. hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(105)-231/2023 nömrəli hökmündən görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(031)-2/2023 nömrəli hökmünün İddiaçı CM-nin 256.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(031)-2/2023 nömrəli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı barəsində hazırki iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin ləğv edilməsi, ona pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi və s. hökm edilmişdir. Xaçmaz rayon Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli 69 nömrəli müqavilədən görünür ki, vəkil Nümayəndə ona həvalə edilən tapşırıq əsasında İddiaçı hüquqi yardım göstərməyi, İddiaçı isə hüquqi yardıma görə 50 (əlli) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. “Hüquqi yardımın göstərilməsi haqqında” 69 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə 1 saylı əlavədən görünür ki, İddiaçı öz öhdəsinə götürür ki, onun Sumqayıt Apellyasiya Məhkəməsində CM-nin 256.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin nəticəsində hüquqlarını müdafiə edən müdafiəçi Nümayəndə tərəfindən hüquqlarının keyfiyyətli müdafiəsi əsasında cinayət işi üzrə bəraət hökmü çıxarılarsa və ya ona yüngül cəza təyin edilərsə, hüquqi xidmətə görə əlavə olaraq qonorar (mükafat) kimi 4000 (dörd min) manat ödəyəcəkdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Xaçmaz rayon Vəkil Bürosunun hesabına 50 (əlli) manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli qəbzdən (müqavilədən) görünür ki, İddiaçı Bakı şəhərinin Sabunçu rayon sakini X2 18 ay ərzində hər ay 400 (dörd yüz) manat olmaqla, cəmi 7200 (yeddi min iki yüz) manat pul götürmüş, ən qısa vaxtda aldığı borcu qaytaracağına söz vermişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********580300 nömrəli cavab məktubundan görünür ki, həmin idarədə qeydiyyatda olan İddiaçı (VÖEN: **********) xx.xx.2009-cu il tarixdə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış, xx.xx.2009-cu il tarixdə fəaliyyətini xx.xx.2014-cü il tarixədək, xx.xx.2014-cü il tarixdə fəaliyyətini xx.xx.2019-cu il tarixədək müvəqqəti dayandırmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdən hazırki tarixədək fəaliyyəti, illik dövriyyəsi və gəlirləri barədə heç bir məlumat və hesabat təqdim etməmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-200/2024 nömrəli cavab məktubundan görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(031)-2/2023 nömrəli hökmünə əsasən İddiaçı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 256.2.1-ci maddəsi xaric edilmiş və o, Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 231/2023 nömrəli, 25 may 2023-cü il tarixli hökmünə əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(031)-2/2023 nömrəli hökmü İddiaçı CM-nin 256.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3-8/1-860/2024 nömrəli cavab məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-231/2023 nömrəli, 25 may 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Hökmdən kassasiya şikayəti və ya protesti verilməmişdir. Xaçmaz rayon Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, 59 nömrəli müqavilədən görünür ki, vəkil Nümayəndə ona həvalə edilən tapşırıq əsasında İddiaçı hüquqi yardım göstərməyi, İddiaçı isə hüquqi yardıma görə 40 (qırx) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Xaçmaz rayon Vəkil Bürosunun hesabına 40 (qırx) manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.1 və 256.2.2-ci maddələri ilə təqsirləndirilərək, Şabran RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə iddiaçıya elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 256.2.1-ci maddəsi xaric edilmiş, o, Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, iddiaçının üzərinə cəza çəkdiyi müddətdə Siyəzən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Siyəzən rayonu Yenikənd kəndində yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə isə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün iddiaçının Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, barəsində həmin iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, ona pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əsassız olaraq təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat aparılan müddətdə barəsində tətbiq edilmiş qətimkan tədbiri və verilmiş cəza nəticəsində ona 14.000 manat maddi və 100.000 manat mənəvi ziyan dəydiyini bildirərək, həmin ziyanın cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini xahiş edir. İddiaçı maddi ziyan tələbini 18 ay ərzində qorxub işləməməsi səbəbindən hər ay məhkəməyə gediş-gəliş üçün 400 manat olmaqla, cəmi 7.200 manat məbləğində borcu başqa şəxsdən alması, bundan əlavə yenə də nəqliyyat, yemək və hüquqi yardım üçün 2.800 manat məbləğində pul xərcləməsi, keyfiyyətli hüquqi yardıma görə vəkilə əlavə olaraq 4.000 manat məbləğində qonorar ödəməyə dair öhdəlik götürməsi ilə əsaslandırır. Cavabdeh isə iddiaçıya ziyan dəyib-dəyməməsini mübahisələndirərək, ziyan vurulduğu təqdirdə, həmin ziyanın onun təqsiri ucbatından ziyan dəyməsinin sübuta yetirilməməsi və əsl cavabdeh olmaması səbəbindən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, İddiaçı barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək – 1 il 2 ay 21 gün müddətində əsassız olaraq başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri tətbiq edilmişdir. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qalmasına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İddia tələbinin “14.000 (on dörd min) manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz və əsassız aparılmış cinayət işi üzrə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin tətbiq edilməsi nəticəsində ona 14.000 (on dörd min) manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, məhkəmə hesab edir ki, tələbin bu hissəsi qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 7.200 manat məbləğində borc alması ilə bağlı başqa şəxsə verilmiş qəbz, həmin şəxsin şahid kimi məhkəmə iclasında verdiyi ifadə, həmçinin, 4.000 manat məbləğində qonorar verməyə dair vəkil qarşısında götürdüyü öhdəliklə bağlı müqaviləyə əlavə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul qiymətləndirilmir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi onun işləməməsi üçün əsas olmamış, belə ki, ona işləməyə dair qadağa tətbiq edilməmiş, özü qorxduğundan işləmədiyini və digər şəxsdən 18 ay müddətində aylıq 400 manat məbləğində borc alaraq məhkəməyə gedib-gəldiyini bildirmiş, lakin təqdim edilmiş qəbz borc müqaviləsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət edilmədən, birtərəfli qaydada tərtib edilmişdir. Həmin qəbz iddiaçının mövcud borcunun etirafı kimi qiymətləndirildiyi halda isə, bu borcun hansı səbəbdən, nə məqsədlə, hansı tarixdə alınması və iddiaçı tərəfindən nə məqsədlə sərf edilməsi müəyyən edilmir. Şahid ifadəsi isə həmin qəbzlə müqayisəli şəkildə araşdırılır və hesab olunur ki, 7.200 manat məbləğində maddi ziyanın iddiaçıya dəyməsi, ələlxüsus da, məhz barəsində qanunsuz icraat aparılması nəticəsində iddiaçının həmin məbləğdə ziyan çəkməsi barədə dəlil öz təsdiqini tapmır. İddiaçının bəraət alacağı təqdirdə 4.000 manat məbləğində qonorar verməyə dair vəkil qarşısında götürdüyü öhdəliklə bağlı müqaviləyə əlavə ilə bağlı qeyd edilməlidir ki, həmin sənəd də qanuna müvafiq qaydada tərtib edilməmişdir. Əgər həmin sənəd mötəbər olsaydı da belə, bu, iddiaçının öz iradəsini ifadə etməsi kimi qiymətləndirilərək, ziyanın ona öz xahişi ilə ona vurulması halı nəzərə alınardı. 2.800 manat nəqliyyat, yemək, hüquqi yardım xərcləri ilə əlaqədar isə qeyd edilir ki, bu tələbin yalnız 50 manat məbləğində olan hissəsi mötəbər sübutlarla (müqavilə və qəbz) təsdiq edildiyindən, maddi ziyan tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 50 (əlli) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Qeyd edilməlidir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutların iddiaçı tərəfindən təqdim edilməməsi məhkəmələrin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia tələbinin “100.000 (bir yüz min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı barəsində qanunsuz olaraq 1 il 2 ay 21 gün müddətinə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 100.000 (bir yüz min) manat deyil. Belə ki, məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 3.700 (üç min yeddi yüz) manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 3.700 (üç min yeddi yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 3-cü maddəsində göstərilir ki, hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 104.1-ci maddəsinə müvafiq olaraq, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamtlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Bundan başqa, cavabdehin “iddiaçının mənəvi zərərə məruz qalmasını heç bir mötəbər sübutla təsdiqləməməsinə dair” dair dəlilini məhkəmə əsassız hesab edir. Belə ki, qanunsuz cinayət təqibinə məruz qalması nəticəsində iddiaçının bir sıra hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə onu da qeyd edir ki, keçən bu proseslər nəticəsində sonda hüquqi mübarizə əsasında bəraət almış iddiaçının mənəvi ziyan çəkməsinin mülahizə olması fikri heç bir məntiqə sığmır və öz təqsirsizliyini sübuta yetirənə kimi onun inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər çəkməsi, bir sözlə mənəvi sarsıntılar keçirməsi işin mübahisəsiz hallarındandır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 50 (əlli) manat, mənəvi zərərin əvəzi kimi 3.700 (üç min yeddi yüz) manat, cəmi 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, hüquqi yardıma görə ödənilmiş 40 (qırx) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0, 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 50 (əlli) manat, mənəvi zərərin əvəzi kimi 3.700 (üç min yeddi yüz) manat, cəmi 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Hüquqi yardıma görə ödənilmiş 40 (qırx) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1551/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1551/2024
03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver