Məhkəmə qərarları › İş №e-2(006)-1573/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1573/2022

21.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1573/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" SŞ ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X8 Cavabdeh qarşı ("xxxx" SŞ ASC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X13 cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisindən 30.431 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, "xxxx" SŞ ASC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin bank faizinin uçot dərəcəsi ilə əlaqədar 5.250 manat hissəsində baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin bank faizinin uçot dərəcəsi ilə əlaqədar 5.250 manat hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə X7 ilə Bakı şəhəri A.D.Qurbanov küçəsində yerləşən cavabdehə məxsus 43 saylı evin ilkin alğısatqısına dair müqavilə bağlanıb. Müqaviləyə əsasən ilkin olaraq 15.000 manat ödənilib. xx.xx.2019-cu il tarixdə isə 5.000 manat ödənilib. Müqavilənin 4.3-cü bəndinə əsasən müqavilənin rəsmiləşdirilmədiyi halda cavabdeh aldığı pulu geri qaytarmaqla yanaşı 10.000 manat kompensasiya ödəməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək makler Vaqif İmanova alğı-satqı üçün etibarnamə vermədiyini, etibarnaməni sənədləşmə işləri üçün verdiyini, Vaqif İmanovun 20.000 manat almasından məlumatı olmadığını, onlara cəmi 5.000 manat beh verildiyini göstərərək ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-787/2021 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin olunması, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunması hissəsi ləğv edilərək, ilk iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmışdır. Apellyasiya Məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, xx.xx.2019cu il tarixli ilkin alğı-satqı müqaviləsini və həmin alğı-satqı müqaviləsinə xx.xx.2019-cu il tarixli «Əlavə Saziş»i İddiaçı ilə bağlamış, sonuncu da xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 15.000 manat məbləğində pulu notariusun depozitinə köçürmüşdür. Yəni, X24 X1 əmlakı barəsində vicdansızcasına və ixtiyarı olmadığı halda səlahiyyətlərini aşmaqla hərəkət etmiş, X1 isə öz əmlakı barəsində yalnız sənədləşdirmə işlərinin aparılmasını etibar etdiyi şəxsin əmlakın alğı-satqısını aparması və İddiaçı tərəfindən ödənilən məbləğlər barədə məlumatının olması nə iş materialları, nə də şahid ifadələri ilə təsdiq olunmamışdır. Belə ki, iş materiallarından da görünür ki, xx.xx.2019-cu il tarixli mədaxil orderinə əsasən İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə 15.000 manat məbləğində pul notariusun depozitinə köçürülmüş, X2 əmlakının alğısatqısı üzrə hər hansı məbləğin ödənilməsi barədə əsaslı və mötəbər sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən xx.xx.2019-cu il tarixdə 7E-4849 reyestr nömrəsi ilə qeydə alınmış AR-İ seriyalı 841115 nömrəli etibarnamədən görünür ki, X3 mərhum X20 öz əmlakı barəsində sərəncam vermək, əmlakının alğı-satqısını həyata keçirmək kimi səlahiyyətləri verməmiş, bu barədə tapşırığı icra etmək X18 öhdəsinə qoyulmamışdır. Belə bir öhdəlik qoyulmadığı halda ilkin alğı-satqı müqaviləsinin notariat ofisi tərəfindən təsdiq edilməsi qanunsuz olmuşdur. Yəni İddiaçı vurulan ziyan Bakı şəhəri 14 saylı notariat ofisinin təqsirli hərəkətlərindən törəmişdir. Notariat haqqında Qanunun 11, 22 və 23-cü maddələri aşağıdakıları nəzərdə tutur. Maddə 11. Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrıayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Maddə 22. Xüsusi notariusun peşə məsuliyyətinin icbari sığortası. Xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin etmək məqsədilə belə fəaliyyətlə məşğul olmaq istəyən şəxs öz məsuliyyətini sığortalamalıdır. Notarius baş vermiş sığorta hadisəsi barədə 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Maddə 23. Xüsusi notariusların zəmanət kassaları. Xüsusi notariusların müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə zəmanət kassası yaradılır. Zəmanət kassası xüsusi bank hesabından ibarətdir. Bu hesabın vəsaiti hər bir xüsusi notariusun həmin hesaba aybaay keçirdiyi aylıq gəlirinin 1 faizini təşkil edir. Hər hansı xüsusi notarius tərəfindən ziyan qəsdən vurulmamış olduqda və vurulmuş ziyanın ödənilməsi üçün bu Qanunun 22-ci maddəsinə əsasən müəyyən edilmiş sığorta məbləği kifayət etmədikdə məhkəmə qərarına əsasən zəmanət kassasının vəsaitindən istifadə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. xx.xx.2019-cu il tarixli müqavilənin 4.3-cü bəndinə əsasən müqavilənin rəsmiləşdirilmədiyi halda cavabdeh aldığı pulu geri qaytarmaqla yanaşı 10.000 manat kompensasiya ödəməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, daha sonra teleqram vuraraq, iddianı 15.000 manat hissəsində etiraf etdiyini bildirərək mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" SŞ ASC-nin nümayəndəsi X10 izahatında bildirdi ki, iş materiallarından görünür ki, cavabdeh iddia tələbini 15.000 manat həddində etiraf edir. 3cü şəxsdə sığorta müqaviləsi mövcuddur, sadəcə sığorta müqaviləsində Notariat Kontorları, həmçinin xüsusi notariuslar «Notariat haqqında» Azərbaycan Respublikasının qanununa əsasən sığortalanmalıdır. Qanuna əsasən xüsusi notariusların mülki məsuliyyəti sığortalanmalıdır. Hazırki iş üzrə xüsusi notariusun da mülki məsuliyyəti 3-cü şəxs tərəfindən sığortalanmışdır. Onu da qeyd edir ki, "xxxx" ASC-də notarius Cavabdeh mülki məsuliyyəti sığortalanmışdır. Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru bildiyi qədəri ilə hüquqi şəxs deyil və onun hüquq qabiliyyəti yoxdur. Onun fikrincə, əsl olmayan cavabdehin əsl olan cavabdehlə əvəz edilməsi zərurəti yaranır. Əgər məhkəmə tərəfindən çıxarılmış qətnamədə cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru olarsa, həmin qətnamənin icrasında müəyyən çətinliklər yarana bilər, çünki sığorta müqaviləsi Cavabdehlə bağlanmışdır. Bu, həm də qanunun tələbidir ki, xüsusi notarius sığortalanır. Notariat Kontorunun sığortalanması nəzərdə tutulmamışdır. İş materiallarında olan iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş sənəddən görünür ki, 15.000 manat və 5.000 manat iddiaçı tərəfindən Cavabdeh ödənilmişdir. Buna görə də, Cavabdeh olmalıdır. "xxxx" ASC cavabdehin etiraf etdiyi həddə iddia tələbini qəbul edir. Məhkəmə, iddiaçının nümayəndəsinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 09 avqust 2019-cu il tarixdə Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu R.Qasımlı tərəfindən təsdiq edilmiş AR-İ seriyalı 841115 saylı, 7E-4849 reyestr nömrəli etibarnamədən görünür ki, Ələkbərova X15 (etibar edən) X20 (etibar edilənə) bir sıra səlahiyyətləri, o cümlədən toplanmış sənədləri DƏDRX-nin müvafiq Ərazi İdarəsinə təqdim edib, ona çatası çıxarışları (və ya vahid çıxarışları), texniki pasportları, yüklülük arayışlarını almağı, buna dair imza etməyi və s. səlahiyyətləri etibar etmişdir. - X24 ilə vətəndaş İddiaçı arasında Bakı şəhəri Nəsimi rayonu Ağadadaş Qurbanov (Melniçnaya) küçəsi 43 saylı fərdi yaşayış evinə dair 16 avqust 2019-cu il tarixdə ilkin alğısatqı müqaviləsinə əsasən alıcı əmlakın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətinin 15.000 manatını «Satıcı»ya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi, qalan pul məbləğini isə bir ay ərzində rəsmiləşdiriləcək əsas alğı-satqı müqaviləsi zamanı ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə sazişdən görünür ki, «Alıcı» əmlakın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətinin 15.000 manatını «Satıcı»ya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəmiş, alıcı qalan pul məbləğini isə xx.xx.2019-cu il tarixə qədər rəsmiləşdiriləcək əsas alğı-satqı müqaviləsi zamanı ödəməyi öz öhdəsinə götürmüşdür. - Müqavilənin 4.3 bəndinə əsasən tərəflər üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmazsa “Satıcı” “Alıcı”dan aldıqları vəsaiti və bundan başqa əlavə olaraq 10000 manat kompensasiyanı geri qaytarır və bu zaman tərəflərin ilkin vəziyyəti bərpa olunur. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli 2(103)-8764/2021 saylı qətnaməsindən görünür ki, ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(006)-787/2021 saylı qətnaməsi ilk iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış; ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı X2 qarşı «pul» tələbinə dair iddiası təmin edilməmiş; ödənilmiş dövlət rüsumu ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı özünə aid edilmiş; Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(006)-787/2021 saylı qətnaməsinin qalan hissəsi dəyişiklik edilmədən saxlanılmışdır. - 28 iyul 2019-cu il tarixli, LCP-1901799 saylı «Məsuliyyət sığortası şəhadətnaməsi»nə əsasən Cavabdeh məsuliyyəti "xxxx" SŞ ASC tərəfindən sığortalanmışdır. Sığortanın predmeti xüsusi notariusun peşə fəaliyyətini həyata keçirərkən notariat hərəkətinin aparılması üçün müraciət etmiş fiziki və ya hüquqi şəxsə, o cümlədən üçüncü şəxsə vurduğu maddi ziyanı ödəmək öhdəliyi ilə bağlı məsuliyyət riskindən irəli gələn əmlak mənafeləridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 09 avqust 2019-cu il tarixdə Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu R.Qasımlı tərəfindən təsdiq edilmiş AR-İ seriyalı 841115 saylı, 7E-4849 reyestr nömrəli etibarnaməyə əsasən Ələkbərova X15 (etibar edən) X20 (etibar edilənə) bir sıra səlahiyyətləri, o cümlədən toplanmış sənədləri DƏDRX-nin müvafiq Ərazi İdarəsinə təqdim edib, ona çatası çıxarışları (və ya vahid çıxarışları), texniki pasportları, yüklülük arayışlarını almağı, buna dair imza etməyi və s. səlahiyyətləri etibar etmiş, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu Əliyev X16 Vaqif Sabir oğlu ilə vətəndaş İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu Ağadadaş Qurbanov (Melniçnaya) küçəsi 43 saylı fərdi yaşayış evinə dair 16 avqust 2019-cu il tarixdə ilkin alğı-satqı müqaviləsi bağlamışdır. Halbuki, etibarnamə üzrə Ələkbərova X12 (etibar edən) X20 (etibar edilənə) etibar etdiyi səlahiyyətlərinə müqavilə bağlamaq səlahiyyəti aid edilməmişdir. Etibarnamə üzrə etibar edilənə verilmiş səlahiyyətlər çərçivəsindən etibar edilənin kənara çıxması, ilkin alğı-satqı müqaviləsi bağlanması və s. bağlı mübahisə yaranmış, İddiaçı X2 qarşı «pul» tələbinə dair ilk iddia ərizəsi və X1 İddiaçı və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı «alğı-satqı müqaviləsinin və əlavə sazişin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxılaraq hüquqi qiymət verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamə ilə müəyyən edilmişdir ki, səlahiyyəti olmayan şəxsin, yəni, X18 X1 adından bağladığı əqdlərə görə onun üzərinə mülki hüquqi vəzifələr və öhdəliklər qoyula bilməz, əmlaka dair alqı-satqının aparılması onun öz iradə ifadəsinin təzahürü olmamışdır, ona görə də X3 belə əqdlərin yaratdığı hüquqi nəticələrə və dəymiş zərərə görə məsuliyyət daşımır, bununla əlaqədar olaraq da 15000 manat məbləğində pulun ondan tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Notariat haqında» Azərbaycan Respublikası Qanunun: - 11-ci maddəsinə əsasən notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. - 22-ci maddəsinə əsasən xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsi zamanı vurula biləcək ziyanın ödənilməsini təmin etmək məqsədilə belə fəaliyyətlə məşğul olmaq istəyən şəxs öz məsuliyyətini sığortalamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki Məcəllənin 21.1,1096,1097.1ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İş materiallarından və apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixli mədaxil orderinə əsasən X13 tərəfindən həmin tarixli alqı-satqı müqaviləsi üzrə 15000 manat məbləğində pul Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusunun hesabına köçürülmüşdür. Hazırkı iş üzrə Cavabdeh yol verdiyi səhvi, həmçinin iddianı qismən – 15.000 manat hissəsində etiraf edir. Məhkəmə məsuliyyət sığortası şəhadətnaməsinə (28 iyul 2019-cu il tarixli, LCP- 1901799 saylı) əsasən Cavabdeh məsuliyyətinin "xxxx" SŞ ASC tərəfindən sığortalanmasını və sığorta şirkəti tərəfindən cavabdehin etiraf etdiyi həddə iddia tələbini qəbul edilməsini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddianın 15.000 manat hissəsində etirafı qanunun tələblərinə zidd olmaması, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmadığı üçün cavabdehin iddianı etiraf etdiyi həcmdə – 15.000 manat hissəsində məhkəmə tərəfindən qəbul edilməli və iddia bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddia tələbinin digər hissəsinə qiymət verərək qeyd edir ki, 10.000 manat kompensasiya tələbinin əsasını İddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4.3-cü bəndi təşkil edir. Sözügedən bəndin məzmununda müqavilə tərəflərinin üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığı təqdirdə “Satıcı”nın “Alıcı”dan aldığı vəsaiti və bundan başqa əlavə olaraq 10000 manat kompensasiya geri qaytarması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, müqavilə tərəflərinin üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək onların iradəsindən asılı olmamışdır və real ziyan olan 15000 manat məbləğin qaytarılmasına dair iddia hazırki iş üzrə cavabdeh tərəfindən etiraf edilmişdir. Qanuni qüvvəyə minmiş qətnaməyə əsasən X4 dəymiş zərərə görə məsuliyyət daşımaması nəzərə alınaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh müqaviləni təsdiq etməsinə baxmayaraq, müqavilə tərəfi olmadığı üçün ondan 4.3-cü bəndinin məzmununda nəzərdə tutulmuş kompensasiya tutulmasına dair iddia tələbi əsassızdır. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 181 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15.000 manat pul vəsaiti və ödənilmiş 181 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X11 ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15.000 manat pul vəsaiti və ödənilmiş 181 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X11 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar