Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1721/2024 29.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X20 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, dəymiş ziyanın əvəzi 30.000 (otuz min) manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan **-FH-*** dövlət qeydiyyat nişanlı, “X21” markalı avtonəqliyyat vasitəsinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməli olan 30.000 (otuz min) manat pul vəsaitinin ödənilməsi, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh-mülkiyyətçiyə qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 182 manat dövlət rüsumunun, vəkilin göstərdiyi hüquqi yardıma görə müvafiq müqaviləyə əsasən vəkil qurumuna ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-28/2023 nömrəli hökmü ilə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, İddiaçı təqsirli bilindiyi Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələri üzrə həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə görə ona cəza təyin edilməməsi, iş üzrə maddi sübut olan “Mercedes-Benz Actros” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılmasının nəzərə alınması hökm edilmiş, həmin hökmdən şikayət verilməmiş və hökm qanuni qüvvəyə minmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələri ilə ittiham elan olunmuşdur, ona görə ki, İddiaçı tanışı X9 vasitəsilə ondan borc pul istəyən Cavabdeh2 bir ay müddətində geri qaytarmaq şərti ilə 11 iyun 2020-ci il tarixdə 15.000 manat, 12 iyun 2020-ci il tarixdə 15.000 manat olmaqla, cəmi 30.000 manat borc vermiş və borcun təminatı kimi faktiki olaraq atası X3 mülkiyyətində olan, lakin anası Cavabdeh1 adına sənədləşdirilmiş «Mercedes-Benz Actros» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtokranı və avtokrana dair sərəncam vermə hüququnu girov qismində 12 iyun 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş «nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında» etibarnamə əsasında İddiaçı vermiş, Cavabdeh2 borcu geri qaytara bilmədiyindən və onun adına verdiyi etibarnaməni ləğv etdirdiyindən İddiaçı Cavabdeh1 20 iyul 2020-ci il tarixdə ölməsi və sözügedən avtomobili ona qanun üzrə vərəsəlik qaydasında miras qoymasını təsdiq edən şəhadətnaməni istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə qanunsuz hazırlamaqla 19 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessi 4 ünvanda yerləşən inzibati binasında həmin saxta şəhadətnamədən bilə-bilə istifadə etməklə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mülkiyyət hüququ ilə bağlı davranış qaydalarına zidd olaraq qanuniliyi Cavabdeh2 tərəfindən təkzib edilməsinə baxmayaraq, «Mercedes-Benz Actros» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtokrana mülkiyyət hüququna dair AE seriyalı 019618 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini adına alaraq özbaşına mülkiyyətinə keçirməklə zərərçəkmiş şəxs Lələxan Qəhrəmanova 60.000 manat məbləğində mühüm ziyan vurmuşdur. Həmin cinayət işi üzrə məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş X6 ifadəsində qeyd etmişdir ki, Cavabdeh2 onun oğludur. Sakitin istifadəsində olan «X17» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili vaxtilə öz hesabına almış və arvadı Cavabdeh1 adına formal olaraq sənədləşdirmişdir. Sakit avtomobili etibarnamə əsasında 2020-ci ilin iyun ayında tanışı X9 vasitəsilə İddiaçı vermişdir. Belə ki, Natiq Seyidov guya Cavabdeh2 borclarını ödəmək üçün İddiaçı borca pul götürmüş və həmin pulu Sakitin ona olan borcundan çıxmışdır. Sakitə pul verilməmişdir. Sakit Natiqin vasitəsilə başqa şəxsə pul verdiyindən və həmin şəxs Sakitin pulunu qaytarmadığına görə Sakit bir neçə ay sonra Təbrizin adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Lakin Təbriz guya Cavabdeh1 öldüyünü və avtomobili ona miras qoyması barədə saxta vərəsəlik hüququ haqqında şəhadətnamə hazırlamış və həmin sənədlə avtomobili onlardan xəbərsiz öz adına sənədləşdirmişdir. Sakitin Təbrizlə olan söhbətinin dəqiq təfərrüatlarından xəbərsizdir. Sözügedən avtomobil ibtidai istintaq dövründə onlara qaytarılmış, dəymiş ziyan tam ödənilmişdir və barışmışlar. Bu səbəbdən də, Təbrizə qarşı hər hansı bir şikayəti və ya tələbi yoxdur. Həmçinin həmin hökmlə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi 01 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs İddiaçı qarşı heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Belə ki, İddiaçı onun avtomobilini özünə qaytarmış və barışmışlar. Cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki: “Cavabdeh2 ilə dost imiş, təxminən dörd il əvvəl birlikdə şərikli avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Sonradan aralarında qazancla bağlı narazılıq yaranmış, münasibətləri soyumuş, lakin dalaşmamışlar. 2020-ci ilin iyun ayında Cavabdeh2la ortaq dostları olan X14 ona demişdir ki, Sakitin maddi problemi olduğu üçün sonuncuya bir ay müddətinə 30.000 manat sələmə pul lazımdır, 35.000 manat sələmə götürsün, 5.000 manatı da aralarında bölərlər. Natiq Seyidovun deməsinə görə Cavabdeh2 35.000 manatı borca götürəcək, 5.000 manat isə sələmə pul götürən şəxsə hörmət kimi veriləcəkdir. Lakin Sakit 5.000 manatın onların arasında bölünəcəyini bilməli deyilmiş. Bundan başqa Natiq Sakitin özünə məxsus «X17» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüləcək pulun qarşılığında girov qoyacağını demişdir. Elə həmin gün tanışından 15.000 manat sələmə pul götürərək Bakı şəhəri, Xətai rayonunda yerləşən «Nəlbəki» restoranının qarşısında Natiqlə görüşmüş, Sakit də həmin vaxt çayxanada olmuş, lakin bayıra çıxmamış, münasibətləri soyuq olduğundan görüşməmişlər. Sakitdən başqa X10 ilə X4 da orada olmuşlar. Elə oradaca Natiqə 15.000 manat pul və özünün şəxsiyyət vəsiqəsini vermişdir ki, avtomobili baş etibarnamə ilə adına keçirsin, Natiq də Sakitin avtomobili baş etibarnamə ilə ona verəcəyini bildirmişdir. Natiqə avtomobili Ayna Soltanova prospektində, dayısına məxsus ofisin qarşısında saxlamağı tapşırmış, qalan pulu da adına etibarnamə verilən kimi verəcəyini deyib getmişdir. Səhəri gün Sakit onun adına baş etibarnamə vermiş və avtomobili Ayna Soltanova prospektində yerləşən «Ramin» şadlıq sarayının qarşısında saxlamışdır. Avtomobili Sakit sürüb gətirmiş, qalan 15.000 manat pulu da, Sakitin yanında Natiqə vermişdir. Razılığa görə pul bir ay müddətində sələmə verilmiş, faktiki olaraq 30.000 manat versə də, 35.000 manat kimi hesablanmalı imiş, çünki, 5.000 manat Natiqlə arasında bölünəcəkdir. Sakit 35.000 manatdan əlavə faiz kimi 2.800 manat da verməli idi. Həmin pulla Sakit iş görüb qazanc əldə edəcəkdi. Natiqlə razılaşmışlar ki, avtomobil bir ay müddətində dediyi yerdə girov kimi qalsın, avtomobildən istifadə etməyəcək, pul qaytarılandan sonra isə etibarnamə ləğv olunacaqdır. Natiq 30.000 manatdan ona 600 manat vermişdir ki, istəyirsə avtomobili onun adına keçirsin, lakin adına keçirmək istəməmiş və həmin 600 manatı da elə Natiqin təklifi ilə aralarında bölmüşlər. Təxminən bir ay sonra Sakit ona zəng vurub demişdir ki, ümumi tanışları Əhliman Ağayevdən bir ayın faizi kimi 2.800 manat pul götürsün. Sakitə belə danışmadıqlarını desə də, Babək prospektində Əhlimandan 2.800 manat pul almışdır. Növbəti ayda da Sakit pulu verə bilməmiş, ikinci ayın faiz pulunu vermək istəsə də, razılaşmayaraq borcun tam qaytarılmasını tələb etmişdir, çünki pulu bir ay müddətində qaytarmaq şərtilə vermişdir. Sakitə demişdir ki, borca verdiyi pulu sələmə götürüb, əgər borcunu verə bilməsə, avtomobili satacaqdır. Bundan sonra Sakit ondan xəbərsiz adına olan etibarnaməni ləğv etdirmiş və pulu da verməmişdir. Altı-yeddi ay ərzində 23.000 manata yaxın faiz yarandığından məcbur qalıb saxta sənədlə avtomobili adına sənədləşdirmişdir ki, satıb Sakit üçün götürdüyü pulu və faizi qaytarsın. Halbuki, Sakit ona avtomobili girov kimi vermişdir ki, pulu qaytarmayacağı təqdirdə avtomobili satsın. Natiq də ona demişdir ki, Sakit ona bildirib ki, əgər pulu vaxtında qaytara bilməsə, avtomobili sata bilər, ona görə də avtomobili baş etibarnamə ilə vermişdir. Hətta Sakitə sələmə verdiyi puldan 600 manatı Natiq ona vermişdir ki, avtomobili girov kimi alqı-satqı yolu ilə adına və ya istədiyi yaxın adamın adına sənədləşdirsin, əgər Sakit pulu qaytarsa, yenidən Sakitin adına sənədləşdirsin. Belə olan halda bir ay ərzində iki dəfə alqısatqıya getməyin mənasız olduğunu düşünüb, bunu etməmişdir. Fikrincə Sakit sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu və həmin pulu qaytarmaq onun üçün çətin olmazdı, bundan başqa münasibətləri soyuq olsa da, aralarında inam vardı. Göstərdiyi səbəblərdən avtomobili adına sənədləşdirməmiş, Sakit isə pulunu qaytarmaq əvəzinə verdiyi baş etibarnaməni ləğv etdirmişdir. Həmin cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş Cavabdeh2 ifadəsində göstərmişdir ki, İddiaçı illərdir tanıyır, şərikli avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Bu müddətdə İddiaçı külli miqdarda, yəni 100.000 manat borcu olduğu dövrlər də olmuş, ondan borca pul alıb iş görmüş, sonra hissə-hissə borcunu qaytarmışdır. Təxminən üç-dörd il əvvəl aralarında narazılıq yarandığından münasibətləri soyumuşdur. X14 ortaq tanışlarıdır, aralarında yaxşı münasibət olmuş, birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Natiq Seyidova 30.000 manat borcu olmuş, bundan başqa birgə tanışları Əhliman Ağayevdən 2019-cu ildə bir neçə avtomobil nisyə aldığı üçün sonuncuya da 100.000 manatdan artıq borcu yaranmışdır. Həmin avtomobilləri Abşeron rayonu, Xırdalan şəhərində bina tikintisi ilə məşğul olan Emil Səməndərova iki ay müddətində pulunu qaytarmaq şərtilə vermiş, lakin Emil indiyədək avtomobillərin 280.000 manat məbləğində pulunu verməmiş, bu səbəbdən də Əhlimana olan borcunu verə bilməmişdir. 2020-ci ilin yay aylarında Əhlimana olan borcunu hissəhissə ödəyib məbləği azaltmış, bundan sonra Natiq ona təklif etmişdir ki, «X17» markalı, **-FH- *** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyub sələmə pul götürməklə ona və Əhlimana olan borcunu qaytarsın. Əlacsız qalıb Natiqlə razılaşmışdır. Natiq demişdir ki, Təbrizdən sələmə bir ay müddətində 35.000 manat pul götürər və həmin puldan 5.000 manat Təbrizin pul götürdüyü şəxsə hörmət kimi veriləcəkdir. Belə ki, Təbriz pulu kimdənsə götürməli idi. Natiqin sözünə görə avtomobil girov kimi Təbrizin adına baş etibarnamə ilə verilməli, 35.000 manatdan savayı 2.800 manat faiz kimi ödənilməli idi. Bu qaydalarla da razılaşmışdır. Həmin ərəfələrdə Təbrizlə münasibətləri soyuq idi. Bakı şəhəri Xətai rayonunda yerləşən «Nəlbəki» restoranında Natiq, qardaşı Mirəyyub Seyidov və Xətai Hüseynzadə ilə oturduqları vaxt Təbriz də oraya gəlmiş və danışılmış pulun bir hissəsini çayxananın qarşısında Natiqə vermişdir. Natiq avtomobili girov kimi qoymaq üçün Təbrizin adına baş etibarnamə verməsindən ötrü sonuncunun şəxsiyyət vəsiqəsini ona vermiş, o da səhəri gün, yəni 12 iyun 2020-ci il tarixdə Təbrizin adına baş etibarnamə vermiş və avtomobili onun dediyi ünvana qoydurmuşdur. Təbriz qalan 15.000 manat pulu elə onun yanında Natiqə vermiş, Natiq də həmin pulu onun razılığı ilə ona olan borcundan çıxmışdır. Növbəti ayda Əhlimandan Təbrizə 2.800 manat pul verməyi xahiş etmiş, Əhliman da onun əvəzindən Təbrizə həmin məbləğdə pul vermişdir. Həmin ərəfələrdə Natiq təklif etmişdir ki, Emil Səməndərova on altı gün müddətində geri qaytarmaq şərtilə 20.000 manat pul lazımdır, pulu geri qaytaranda əlavə 4.000- 5.000 manat pul verəcək. Hətta Natiq onu Emilin yanına aparmış, Emil Natiqə həmin vədləri vermiş, lakin o, Emillə danışmamışdır. Bununla belə 20.000 manat pulu sələmə götürüb Natiqə, o da həmin pulu onun iştirakı ilə Emilə vermişdir. Emil hələ də onun pulunu qaytarmamış, Natiq də Emilə zamin durduğu üçün Emildən həmin pulu tələb etməmiş, 20.000 manat pulu və faizini qaytarmaq üçün avtomobili satıb borcu bağlamışdır. Natiq pulu vermədiyi üçün ona demişdir ki, həmin pulu ona olan 30.000 manat borcundan çıxar və bundan sonra baş etibarnamə ilə verdiyi avtomobili geri istəyir. Ona görə də, Natiqlə olan razılaşmanı pozmuş və Təbrizin adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Təbriz avtomobili ona qaytarmamış və pulunu istəmişdir. Təbrizə demişdir ki, pulunu Natiqdən alsın, Təbriz isə saxta sənədlə avtomobili adına keçirmişdir. Təbriz bu yolla avtomobili adına keçirib, geri qaytarmadığı, həmçinin ilkin izahatında yalandan guya avtomobili ondan 60.000 manata satın aldığını dediyi üçün izahat və ifadələrində yalandan göstərmişdir ki, guya avtomobili Təbrizə icarəyə vermişdir, halbuki, icarəyə deyil, girov kimi vermişdir. Təbriz ona qarşı dələduzluq etməmişdir. Hazırda Təbrizin ona borcu yoxdur və avtomobil ona qaytarıldığı üçün Təbrizdən şikayətçi deyil. Həmin cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh2 illərdir, tanıyır. Cavabdeh2 İddiaçı vasitəsi ilə tanımışdır. 2020-ci ilin yay aylarında Sakitin ona 40.000 ABŞ dolları, tanışı Əhliman Ağayevə isə külli miqdarda borcu olduğundan pula ehtiyacı yaranmışdır. Həmin vaxtlar Təbriz ilə Sakitin münasibəti olmamış, ünsiyyət saxlamamışlar. Əhliman pulunu tələb etdiyi üçün Sakit öz razılığı ilə öz avtomobilini girov qoymaqla sələmə pul götürüb borcunu verməyə razılaşmış, ona Təbrizdən əlaqələri geniş olduğu üçün sələmə pul götürməyi təklif etmiş, razılığını alandan sonra Təbrizdən xahiş etmişdir ki, sələmə pul tapsın. Sakitlə belə razılığa gəlmişlər ki, Təbrizdən 35.000 manat pul alacaqlar və 5.000 manat pul Təbrizin pul götürəcəyi şəxsə şapka kimi veriləcəkdir. Təbrizlə bu barədə razılaşmışlar. Təbriz pulu bir ay müddətində geri qaytarmaq şərtilə verəcəyini bildirmişdir. Sakit 35.000 manatdan savayı 2.800 manat da qaytarmalı idi və buna da razılaşmışlar. Təbriz pulun 15.000 manatını Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Nəlbəki» çayxanasının qarşısında ona vermişdir. Həmin vaxt qardaşı X10 ilə dostu X4 da orada olmuşlar. Təbrizin şəxsiyyət vəsiqəsini adına baş etibarnamə verməsi üçün Sakitə vermiş, səhəri gün Sakit Təbrizin adına etibarnamə verəndə, sonuncu da pulun qalan 15.000 manatını ona vermiş, 5.000 manatı isə Təbrizlə aralarında bölmüşlər. Sakit avtomobili Təbrizin dediyi ünvana göndərmişdir. X16 pulu qaytara bilmədiyi üçün onun adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Alınan pulun 15.000 manatını Əhlimana vermişdir və sonuncu özü də bunu təsdiq edə bilər. Bundan başqa Sakit dostu Tural adlı avtomobil alverçisindən nisyə «BMW» markalı avtomobil aldığı üçün 14.000 ABŞ dolları borcu qalmış, Tural onun xahişi ilə Sakitə nisyə avtomobil verdiyindən və Sakit də borcunu qaytara bilmədiyinə görə Tural ondan pulunu istəmiş, o da bu səbəbdən qalan pulun 7.000-8.000 manatını Turala vermiş, bir hissəsini isə Sakitin ona olan borcundan silmişdir. Cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh2 təxminən iki il olar tanıyır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. İddiaçıla Cavabdeh2 arasında ara-sıra iş birlikləri olmuşdur. Belə ki, bir neçə dəfə Təbriz Sakitin vədinə əsasən müəyyən tikinti işlərini görüb gəlir əldə etmək üçün ona pul vermiş, 2020-ci ilin yay aylarından isə münasibətləri soyumuşdur. X18 verdiyi pulları sonuncunun düzgün idarə etməməsi səbəbindən əldə etdiyi gəlirdən ona az miqdarda pul qazandığını deməsindən şübhə etməsi olmuşdur. Həmin vaxtlar Sakitin pula ehtiyacı yaranmış, ortaq tanışları X2 xahiş etmişdir ki, Sakitə 35.000 manat pulu bir ay müddətində üzərində əlavə 2.800 manat gəlir götürməklə borca versin, qarşılığında isə Sakit özünə məxsus «X17» markalı, **- FH-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə ona girov qoyacaqdır. Təklif Natiqin vasitəsi ilə Sakitdən gəlmiş, bundan sonra Bakı şəhəri, Xətai rayonu, H.Salani küçəsində yerləşən «Nəlbəki» kafesində Natiq, Sakit və Natiqin qardaşı Mirəyyubla birlikdə olduqları vaxt Sakit bir daha təsdiq etmişdir ki, pula ehtiyacı olduğundan Təbrizdən borca pul istəyib, qarşılığında avtomobilini etibarnamə ilə girov qoyacaqdır. Az sonra Təbriz də oraya gəlmiş və yanlarında Sakitə 17.500 manat pul verib demişdir ki, pulun qalan yarısını da avtokrana dair etibarnaməni ona təqdim edəndən sonra verəcəkdir. Həmin vaxt bilmişdir ki, Sakitin avtomobili anasının adınadır və etibarnamə Sabirabad rayonunda verilməli olduğundan Təbrizin adına etibarnamə verilməsi bir gün sonraya qalmışdır. Bu məqsədlə hələ kafedə olduqları vaxt Təbriz öz şəxsiyyət vəsiqəsini Sakitə vermişdir. Səhəri gün Sakit, Natiq və Təbriz birlikdə görüşmüşlər, Sakit Təbrizə etibarnaməni verəndən sonra Təbriz qalan pulu Sakitə vermişdir. Təbriz Sakitə ümumilikdə 35.000 manat borc pul vermişdir. İkinci görüşdə iştirak etməsə də, hadisələrdən xəbərdar olmuşdur, çünki daha sonralar dəfələrlə Sakit və Təbrizlə birlikdə görüşmüşlər. Təbriz Sakitə 35.000 manat borc verdikdən iki ay sonra Sakit ona Xırdalanda olan zaman 2.800 manat pul vermişdir ki, Bakı şəhərinə gedəndə Təbrizlə görüşüb ona versin. Bundan sonra istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən Təbrizin istifadəsindəki 070 *** ** ** mobil nömrəsinə zəng edərək Sakitin ona pul vermək istədiyini, alıb-almayacağını soruşmuş, Təbriz də cavab vermişdir ki, pulu yox, ümumi borcunu istəyir, çünki Sakit ilə danışığı bir ay müddətində olmuşdur. Buna görə də Sakitdən pulu götürməmişdir. Bundan sonra aylar keçməsinə baxmayaraq, Sakit borcunu ödəyə bilməmiş, dəfələrlə birlikdə görüşləri olmuş, Sakit Təbrizə təklif etmişdir ki, avtokranı Sakitin özünə arendaya verib, oradan pulunu götürsün, lakin Təbriz buna razılaşmamışdır. Bundan başqa Sakit dəfələrlə Təbrizə borcunu artırıb avtokranı qaytarmasını təklif etsə də, Təbriz ona borcunu ödəməsini, avtokran işlədə bilməməsini, bu işlərdən anlayışının olmamasını demişdir. Bir müddət keçdikdən sonra Sakit Təbrizin onun dedikləri ilə razılaşması üçün onun adına avtokrana dair vermiş olduğu etibarnaməni ləğv etdirmiş, Təbriz də Sakit onun borcunu qaytarmadığı və girov qoyduğu avtokrana dair etibarnaməni ləğv etdirdiyindən həmin avtokranı əlində saxlamaq üçün saxta sənədlə öz adına keçirmişdir. Cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində şahidlər X14 və X1 ifadələrindəki xüsusatları təsdiq edərək onlarla eyni məzmunlu ifadə vermişdir. Həmin hökmlə o da müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 09 iyun 2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs İddiaçı əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələrindən həmin Məcəllənin 320.1 və 322.1-ci maddələrinə tövsif edilmiş və ona qeyd olunan maddələrlə yenidən ittiham elan edilmiş; Cavabdeh2 zərərçəkmiş şəxs qismində statusuna xitam verilmiş; 15 yanvar 2021-ci il tarixli saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128-ci maddəsinə əsasən maddi sübut hesab edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi Ağır Cinayətlərin İstintaqı Şöbəsinin baş müstəntiqi, polis mayoru Toğrul Həsənovun icraatında olmuş ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması barədə xx.xx.2022-ci il tarixli qərarında göstərilir: - “Beləliklə, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, İddiaçı tanışı X9 vasitəsilə ondan borc pul istəyən Cavabdeh2 1 ay müddətinə geri qaytarmq şərti ilə 11 iyun 2020- ci il tarixdə 15.000 manat və 12 iyun 2020-ci il tarixdə 15.000 manat olmaqla, cəmi 30.000 manat borc vermiş və borcun təminatı kimi faktiki olaraq atası X3 mülkiyyətində olan, lakin anası Cavabdeh1 adına sənədləşdirilən «X17» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtokranı və avtokrana dair sərəncam vermə hüququnu girov qismində 12 iyun 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş «nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında» etibarnamə əsasında İddiaçı vermiş, Cavabdeh2 borcu geri qaytara bilmədiyindən və onun adına verdiyi etibarnaməni ləğv etdirdiyindən İddiaçı Cavabdeh1 20 iyul 2020-ci il tarixdə ölməsi və sözügedən avtomobili ona qanun üzrə vərəsəlik qaydasında miras qoymasını təsdiq edən şəhadətnaməni istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə qanunsuz hazırlamaqla 19 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessi 4 ünvanda yerləşən inzibati binasında həmin saxta şəhadətnamədən bilə-bilə istifadə etməklə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mülkiyyət hüququ ilə bağlı davranış qaydalarına zidd olaraq qanuniliyi Cavabdeh2 tərəfindən təkzib edilməsinə baxmayaraq, «Mercedes-Benz Actros» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtokrana mülkiyyət hüququna dair AE seriyalı 019618 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini adına alaraq özbaşına mülkiyyətinə keçirməklə zərərçəkmiş şəxs Lələxan Qəhrəmanova 60.000 manat məbləğində mühüm ziyan vurmaqla özbaşınalıq cinayətini törətmişdir; - ...İstintaq materiallarından görünür ki, avtomobil X5 məxsusdur. ...Ona görə də, Cavabdeh2 zərərçəkmiş şəxs qismində statusuna xitam verilməlidir. - ... İddiaçı Sakit X8 vasitəsilə verdiyi borc pulun geri qaytarılmaması mülki qanunvericiliklə tənzilmləndiyindən, İddiaçı mülki qaydada məhkəməyə vermək hüququnun olması izah edilməlidir”. Beləliklə, eyni tərəflər arasında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş qərarı ilə müəyyən olunur ki, İddiaçı tanışı X9 vasitəsilə ondan borc pul istəyən Cavabdeh2 1 ay müddətinə geri qaytarmq şərti ilə 11 iyun 2020-ci il tarixdə 15.000 manat və 12 iyun 2020-ci il tarixdə 15.000 manat olmaqla, cəmi 30.000 manat borc vermiş və borcun təminatı kimi faktiki olaraq atası X3 mülkiyyətində olan, lakin anası Cavabdeh1 adına sənədləşdirilən «X17» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtokranı və avtokrana dair sərəncam vermə hüququnu girov qismində 12 iyun 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş «nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında» etibarnamə əsasında İddiaçı vermiş, Cavabdeh2 borcu geri qaytara bilmədiyindən və onun adına verdiyi etibarnaməni ləğv etdirdiyindən İddiaçı sözügedən avtomobili ona qanun üzrə vərəsəlik qaydasında miras qoymasını təsdiq edən şəhadətnaməni istifadə etmək məqsədilə qanunsuz hazırlamaqla və həmin saxta şəhadətnamədən bilə-bilə istifadə etməklə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini adına alaraq özbaşına mülkiyyətinə keçirməklə zərərçəkmiş şəxs Lələxan Qəhrəmanova mühüm ziyan vurmaqla özbaşınalıq cinayətini törətmiş; zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi 01 noyabr 2022-ci il tarixli ərizəyə əsasən təqsirləndirilən şəxs İddiaçı qarşı heç bir şikayət və ya tələbi olmaması, gələcəkdə də olmayacağı bildirilmiş, belə ki, İddiaçı onun avtomobilini özünə qaytarmış və barışmışlar; avtomobil X5 məxsus olduğundan, Cavabdeh2 zərərçəkmiş şəxs qismində statusuna xitam verilmiş, həmçinin İddiaçı Sakit X8 vasitəsilə verdiyi borc pulun geri qaytarılmaması mülki qanunvericiliklə tənzilmləndiyindən, İddiaçı mülki qaydada məhkəməyə vermək hüququnun olması izah edilmişdir. İşin həqiqi hallarından göründüyü kimi, həmin cinayət işinin ibtidai istintaqı zamanı Cavabdeh2 anası Cavabdeh1 müəmmalı surətdə dindirilməmiş, cinayət prosesindən kənarda saxlanılmışdır. Halbuki, «Mercedes- Benz Actros» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtokranın mülkiyyətçisi məhz Cavabdeh1 olmuş və İddiaçı tanışı X9 vasitəsilə ondan borc pul istəyən Cavabdeh2 bir ay müddətində geri qaytarmaq şərti ilə verilmiş 30.000 manat borcun təminatı kimi X3 deyil, məhz Cavabdeh1 mülkiyyətində olan avtokranı və avtokrana dair sərəncam vermə hüququnu girov qismində etibarnamə əsasında İddiaçı vermiş, Cavabdeh2 borcu geri qaytara bilmədiyindən və onun adına verdiyi etibarnaməni ləğv etdirmiş, yəni Cavabdeh1 tərəfindən ləğv edilmişdir. Cavabdeh2 anası - Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır, vurulmuş ziyanın əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən hazırkı iş üzrə iddianın qaldırılması üçün ödənilmiş 182 manat dövlət rüsumunun, vəkilin göstərdiyi hüquqi yardıma görə müvafiq müqaviləyə əsasən vəkil qurumuna ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun da cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi də təmin edilməlidir. Eyni iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, Binəqədi Rayon Məhkəməsinin (hakim X12) e-2(001)-2111/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş ziyanın ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına ona olan borcun ödənilməsi və onun tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya hazırki iddia ərizəsi ilə cavabdehlərdən birinin rəsmi yaşayış yeri üzrə Sabirabad Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilmək hüququ izah edilmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 30.000 manat məbləğində pulu faiz ödəməsi şərtilə 3 nəfərin şahidliyi ilə Cavabdeh2 vermiş, Cavabdeh2 isə həmin puldan istifadə edərək, qazanc əldə etmək niyyətində olmuşdur. İşin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 iddianı qəbul etməyib bildirdi ki, o, iddia tələbində göstərilən pulu iddiaçıdan almayıb. Həmin pul Ağayev Natiqə verilib. Polis idarəsində maşını iddiaçıya icarəyə verdiyinə dair izahat verdiyini təsdiq edərək, işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə hazırlıq iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı (VÖEN: **********; VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmış) və cavabdehlərdən biri – Cavabdeh2 (VÖEN: **********; VÖEN statusu: aktiv) Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış fərdi sahibkarlardır. Deməli, hazırki mübahisənin subyektiv tərkibi olan İddiaçı və cavabdehlərdən biri – Cavabdeh2 sahibkarlıq fəaliyyəti subyektləridir. Tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə gəldikdə isə qeyd edilməlidir ki, iş materiallarında olan sənədlər və iddiaçının izahatı əsasında müəyyən edilir ki, onlar arasında kredit və girov müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı Cavabdeh2 investisiya məqsədi üçün ona faiz ödəmək şərtilə borc pul verdiyini, verilmiş pulun təminatı kimi isə formal olaraq Cavabdeh2 anası – digər Cavabdeh1 məxsus olan avtokranı ona etibarnamə ilə girov qoyduğunu iddia edir. Cavabdeh2 isə iş materiallarında olan sənədlərdə göstərilən izahatları ilə ziddiyyət təşkil edən məzmunda izahat verərək, iddiaçıdan borc götürmədiyini bildirmiş, anasına məxsus avtokranı iddiaçıya icarəyə verməsinə dair qəsdən izahat verməsini də əsəbi olması ilə əlaqələndirmişdir. Məhkəmə işdə olan bütün sübutları və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış münasibətlər kommersiya münasibətləri, bu münasibətlərdən yaranan mübahisələr isə kommersiya mübahisələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26-cı maddəyə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir; 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 14-cü bəndinə əsasən, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bəndinə görə, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. 20-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bəndinə görə, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Beləliklə, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, hazırki mübahisəyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və s.” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və s.” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1721/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1721/2024
29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver