Məhkəmə qərarları › İş №e-2(006)-1723/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1723/2024

02.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1723/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Arif oğlunun iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" MMMC-yə qarşı «sənədlərin tələb edilməsinin qadağan edilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC cavabdeh "xxxx" MMMC-yə qarşı «sənədlərin tələb edilməsinin qadağan edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMMC-nin adından göndərilmiş 22 yanvar 2024-cü il tarixli, 88 saylı məktubun qanunsuz hesab edilərək, həmin məktubda sadalanan sənədlərin tələb edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; "xxxx" MMMC-nin adından göndərilmiş 30 yanvar 2024-cü il tarixli, 95 saylı və 30 yanvar 2024-cü il tarixli, 96 saylı «Xəbərdarlıq» adlı məktubların və 6 fevral 2024-cü il tarixli məktubun qanunsuz hesab edilərək, həmin «Xəbərdarlıq»larda və məktubda tətbiq edilməsi nəzərdə tutulan məhdudiyyətlərin tətbiq edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; "xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı1 və İddiaçı2 MMC-yə təqdim edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması; İddiaçı1 işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi kimi 20.000 manatın "xxxx" MMMC-dən alınıb İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanda İddiaçı2 MMC tərəfindən 3 ədəd yaşayış, 3 ədəd qeyriyaşayış binası inşa edilmişdir. Yaşayış binalarının 27122 m2 yaşayış sahəsindən 4051 m2 hissəsi və həmçinin həmin yaşayış binalarındakı 5031 m2 qeyri-yaşayış sahəsi cəmiyyətin təsisçisi İddiaçı1 sərəncamında saxlanılmaqla, yaşayış sahəsinin qalan hissəsi ayrı-ayrı vətəndaşlara satılmışdır. Çoxmənzilli yaşayış binalarının sakinlərinin bir qismi tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) təsis edilmiş və cəmiyyətin nizamnaməsi təsdiq edilərək dövlət qeydiyyatına alınmış, sonradan həmin MMMC-nin sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə cəmiyyətin adı dəyişdirilərək "xxxx" MMMC adlandırılmış və yeni nizamnaməsi təsdiq edilmişdir. Hazırda yaşayış binalarının idarə etməsi həmin MMMC tərəfindən həyata keçirilir. İddiaçılar həmin MMMC-nin iştirakçısı olmamışdır və hazırda da iştirakçısı deyillər. Yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələrinin hamısı (MMMC-nin idarəçiliyində olan 2 yaşayış binası üzrə 3276 m2 və 3-cü bina üzrə 1755 m2 olmaqla, cəmi 5031 m2) sahə İddiaçı1 mülkiyyətindədir və hazırda müvafiq icarə müqavilələri əsasında hüquqi şəxslərə icarəyə verilir. Cavabdeh tərəfindən iddiaçılara qarşı mütəmadi olaraq müxtəlif məzmunlu əsassız tələblər irəli sürülür və həmçinin belə əsassız tələbləri ifadə edən məktublar və «xəbərdarlıqlar» İddiaçı1 icarəyə verdiyi sahələrin icarədarlarına da göndərilir. Belə ki, "xxxx" MMMC-nin 22 yanvar 2024-cü il tarixli, 88 saylı məktubu ilə İddiaçı2 MMC-yə bildirilmişdir ki, "xxxx" yaşayış kompleksində İddiaçı2 MMC tərəfindən binanın tikinti lahiyəsində nəzərdə tutulmayan qaz, su və işıq təchizatına aid edilən sonradan əlavə aparılan işlər üzrə texniki şərtlərin və istismara icazələr "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə təqdim edilsin. "xxxx" MMMC-nin 30 yanvar 2024cü il tarixli, 95 saylı «Xəbərdarlıq» adlı məktubu ilə İddiaçı2 MMC-yə bildirilmişdir ki, «"xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (Cəmiyyət) Ümumi Yığıncağının qiyabi formada növbədənkənar iclası keçirilmiş və 12 iyul 2023-cü il tarixli qərarı ilə rəsmiləşdirilmişdir. İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası bütün mülkiyyətçilər üçün məcburidir. Qərara əsasən, yaşayış kompleksində mülkiyyət sahibi olan və Cəmiyyət ilə çoxmənzilli binanın idarə edilməsinə dair xidmət müqaviləsi imzalamaqdan boyun qaçıran və ya imzalamış, lakin ödəniş etməyən və ya həmin xidmət müqaviləsində nəzərdə tutulmuş lazımi qaydada ödənişi etməyən şəxslərə, həmin şəxslərin və ya şəxsin yasayış kompleksinin ümumi istifadəsində olan və cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifadəsinə görə xidmət göstərilən sahələrdən, o cümlədən istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən, liftlərdən və bu kimi digər sahələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcəkdir. Həmçinin, həmin şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsinə əsasən, mənzil qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati məsuliyyət cəlb olunması istiqamətində işlərin icrasına başlanılacaqdır. Sözügedən məsələ ilə bağlı "xxxx" yaşayış kompleksində mülkiyyətinizdə olan səhələrə dair üzərinizə düşən borc öhdəliklərini 3 gün ərzində lazımınca icra etmədikdə yuxarıda sadalanan məhdudiyyətlərin tətbiq edilməsinə başlanacaqdır. Qeyd olunanlarla yanaşı, tərəfinizdən üçüncü şəxslərə icarə əsasında istifadəyə verilmiş şəxslərə bu məsələ ilə bağlı bildirişin təqdim ediləcəyini diqqətinizə çatdırılır.» Məzmunu yuxarıda qeyd edilən 95 saylı məktubun məzmunu ilə eynilik təşkil edən "xxxx" yaşayış kompleksində olan icarədarlara da həmin tarixli, 96 saylı «Xəbərdarlıq» adlı məktub göndərilmiş və əlavə olaraq bildirilmişdir ki, «Sözügedən məsələ ilə bağlı "xxxx" yaşayış kompleksində mülkiyyət sahibləri olan İddiaçı2 MMC və İddiaçı1 üzərlərinə düşən xidmət haqqı üzrə borc öhdəliklərini lazımınca icra etmədikləri üçün onlar tərəfindən aidiyyəti üzrə icarəyə verilmiş sahələrə dair 3 gün ərzində yuxarıda sadalanan məhdudiyyətlərin tətbiq edilməsinə başlanılacaqdır». Sonradan "xxxx" MMMC tərəfindən 6 fevral 2024-cü il tarixli, 100 saylı daha bir məktub göndərilərək, «qalan 23345,27 manat həcmində xidmət haqqının» ödənilməsi tələb edilmiş və əvvəlki xəbərdarlıqda qeyd edilən məhdudiyyətlərin tətbiq ediləcəyi təkrar bildirilmişdir. İlk öncə qeyd etməyi zəruri hesab edirlər ki, "xxxx" MMMC-nin adından yuxarıda qeyd edilən məktub və «xəbərdarlıqları» imzalamış «icraçı direktor»-un hər hansı səlahiyyəti olmamışdır. Belə ki, qanunverici (Mənzil Məcəlləsi, maddə 124, 127, 129) MMMC-nin adından etibarnaməsiz çıxış etmək səlahiyyətini yalnız idarə heyətinin sədrinə aid etmişdir və bu, imperativ normadır. Digər şəxslər yalnız idarə heyətinin sədrinin verdiyi etibarnamələr əsasında cəmiyyətin adından çıxış edə bilər. Həmçinin onu da qeyd etmək lazımdır ki, "xxxx" MMMC-nin nizamnaməsində də «icraçı direktor» adlı vəzifə və həmin vəzifəyə təyin olunmuş/seçilmiş şəxsin səlahiyyətləri barədə heç bir müddəa yoxdur. Digər tərəfdən, cəmiyyətin nizamnaməsində idarə heyətinin sədrinə «icraçı direktor» və ya digər vəzifə təsis etmək səlahiyyəti verilməmişdir. Cavabdehin adından göndərilən tələblərin ümumiyyətlə, qanunsuz olmasına dair dəlillər bunlardır ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdehin adından göndərilən məktub və xəbərdarlıqlar "xxxx" MMMC-nin İdarə Heyətinin sədri (və ya müvafiq etibarnamə ilə səlahiyyəti verilmiş şəxs) tərəfindən göndərilmədiyi üçün heç bir hüquqi qüvvəyə malik deyil. Bundan əlavə, iddia ərizəsinin 6.1-ci bəndindəki cavabdehin adından göndərilmiş 22 yanvar 2024-cü il tarixli məktubda sadalanan sənədlərin tələb edilməsi əsassızdır. Belə ki, cavabdeh həmin məktubda iddiaçının özünün mülkiyyətində olan sahələrin öz vəsaitləri hesabına müstəqil şəkildə kommunal təchizatlarla təmin edilməsini «binanın tikinti layihəsində nəzərdə tutulmayan» işlər kimi təqdim etməklə həmin işlərin qanunsuz aparılması görüntüsü yaratmağa cəhd edir. Halbuki, cavabdehə də məlumdur ki, həmin işlərin görülməsi üçün səlahiyyətli orqan və təşkilatlardan müvafiq icazələr, texniki şərtlər alınmışdır. Digər tərəfdən, sahə mülkiyyətçi olan, lakin MMMC-nin iştirakçısı olmayan iddiaçının öz mülkiyyətini qanunvericiliyin yol verdiyi qaydada zəruri təchizatlarla təmin etməsi heç bir halda qanunsuz hesab edilə bilməz və bununla bağlı görülən işlərin qanuni, yaxud qanunsuz olmasını iddia etmək səlahiyyətinə malik olan qurum deyil. Digər tərəfdən, MMMC-nin iştirakçısı olmayan mülkiyyətçinin öz sahəsinə çəkdiyi təchizatlar binanın tikinti layihəsində əvvəlcədən nəzərdə tutula bilməzdi və cavabdehin məktubunda bu işlərin «binanın tikinti layihəsində nəzərdə tutulmayan iş» adlandırılması absurddur. Cavabdehin belə tələbləri açıq-aşkar qərəzli olmaqla, MMMC-nin iştirakçısı olmayan iddiaçıların fəaliyyətinə qanunsuz maneələr yaratmaqla, mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsinə əsassız maneə yaratmaqdan başqa bir şey deyildir. Həmçinin məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş icazə, texniki şərt və s. sənədlər alınmışdır və cavabdehin həmin sənədləri şübhə altına almasının cavabdeh tərəfindən tələb edilməsi qanunsuzdur. Cavabdehin 30 yanvar 2024cü il tarixli, 95 saylı məktubla tələb etdiyi «borclar» və həmin «borcların» ödənilmədiyi təqdirdə «tənbeh» tədbiri kimi məhdudiyyətlər tətbiq ediləcəyi barədə hədələrə gəldikdə isə aşağıdakıları məhkəmənin diqqətinə çatdırırlar. Belə ki, məktub və «xəbərdarlıqlar»da qeyd edilənlərin əksinə olaraq, iddiaçıların hər hansı borcu mövcud deyil və belə «borcun» olması heç nə ilə əsaslandırılmır. Mənzil Məcəlləsinin 122.1.3-cü, 125.2.4-cü və 128.0.3cü maddələrinin tələblərindən də göründüyü kimi, cəmiyyətin illik gəlir və xərclər smetası, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarı cəmiyyət iştirakçılarının ümumi yığıncağı tərəfindən təsdiq olunmalıdır. İddiaçılar MMMC-nin iştirakçısı olmasa da, maraqlı şəxs kimi xərc məbləğlərinin iqtisadi əsaslandırması, smetası, eyni zamanda smeta və xərclərin təsdiq edilməsinə dair ümumi yığıncağın qərarı, həmçinin kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair hesabat iddiaçılara təqdim edilməlidir. Cavabdeh isə həmin sənədləri, qərarları və hesabatları iddiaçılara təqdim etmədən ödəniş tələb edir. Lakin cavabdeh həmin tələblərə cavab verən müqavilə bağlanmasını təklif etmək əvəzinə, yuxarıda da qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə zidd olaraq, gəlir və xərclərin ümumi yığıncaq tərəfindən təsdiq olunmuş smetası, konkret xidmətin növləri və onlara tətbiq olunan tariflər, tələb olunan hər bir ödəniş üzrə onların ümumi məbləğdə xüsusi çəkisi və s. bu kimi mühüm şərtlər göstərilməyən müqavilə layihəsi təqdim etməklə əslində müqavilənin bağlanmasına süni əngəl yaradırlar ki, həmin sənədlər təqdim edilmədən, cəmiyyətin ümumi yığıncağının qərarına istinad etməklə həqiqi xərcləri əks etdirməyən məbləğlərin ödənilməsini tələb edə bilsinlər. Bundan əlavə, cavabdeh MMMC-nin yarıtmaz və qeyri-şəffaf fəaliyyəti nəticəsində MMMC-nin qaz istehlakına görə yaranmış külli miqdar borcu İddiaçı2 MMC tərəfindən ödənilmiş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Belə ki, tərəflərindən hazırkı iddia ərizəsinə əlavə edilən əvəzləşmə aktlarından görünür ki, 17 aprel 2023-cü il tarixli İddiaçı2 MMC-nin Gülüstan Residensə servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal borc öhdəliyinin hesablanmış Əvəzləşmə Aktından da görünür ki, 2023cü ilin fevral-mart ayları üzrə İddiaçı2 MMC şirkətinə aid olan təmirsiz (hər kv.m.-m 1 AZN tətbiq edilən) mənzillərə görə 14523 manat, E Ə.Məmmədəliyevə məxsus təmirli (hər kv.m.-m 1.5 AZN tətbiq edilən) qeyri-yaşayış sahələrinə görə 20010.56 manat, təmirsiz qeyri-yaşayış sahələrinə görə 11607 manat borc (cəmi 46140.56 manat), "xxxx" MMMCnin «Azəriqaz» İB-yə ödəməli olduğu 23555.73 manat və "xxxx" MMMC-nin «Azəriqaz» İB-yə ödəməli olduğu 22584.83 manat (cəmi 46140.56 manat) ödənişlə əvəzləşdirilmişdir. 31 may 2023-cü il tarixli İddiaçı2 MMC-nin Gülüstan Residence servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal borc öhdəliyinin hesablanmış əvəzləşmə aktından da görünür ki, 2023-cü ilin aprel ayı üzrə İddiaçı2 MMC şirkətinə aid olan mənzillərin "xxxx" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4358.10 manat, qeyri-yaşayış (təmirli) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyriyaşayış (təmirsiz) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 3869.0 manat, "xxxx" MMMC tərəfindən aprel ayının «Azəriqaz» İB-yə faktura ödənişlərinin icra edilməsi üçün İddiaçı2 MMC-yə ödədiyi 3616,5 manat və eyni əsasdan "xxxx" ASC-yə ödədiyi 5793.57 manat, cəmi 24307.36 manat, İddiaçı2 MMC tərəfindən ödənilmiş 820 manat ("xxxx" ASC-yə borc ödənişi), 2265.60 manat (fevral və mart ayları üzrə lift üçün "xxxx" MMC-yə ödəniş), 473.10 manat (İddiaçı2 MMC tərəfindən əvvəlki dövr üçün artıq ödənilmiş məbləğ), 10275.79 manat (İddiaçı2 MMC tərəfindən "xxxx" MMMC-yə nağd ödənilmiş məbləğ), 3616.5 manat (İddiaçı2 MMC tərəfindən «Azəriqaz» İB-yə faktura əsasında ödəniş), 6926.37 manat (İddiaçı2 MMC tərəfindən aprel ayı üçün "xxxx" ASC-yə faktura əsasında ödəniş), cəmi 24307.36 manat ödənişlə əvəzləşdirilmişdir. 20 iyun 2023cü il tarixli İddiaçı2 MMC-nin Gülüstan Residence servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal borc öhdəliyinin hesablanmış əvəzləşmə aktından da görünür ki, 2023-cü ilin may ayı üzrə İddiaçı2 MMC şirkətinə aid olan mənzillərin "xxxx" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4.358.10 manat, qeyri-yaşayış (təmirli) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyri-yaşayış (təmirsiz) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 3869,00 manat olmaqla, cəmi 14897.29 manat, 137.00 manat (İddiaçı2 MMC tərəfindən 2023-cü ilin may ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 5179.36 manat (İddiaçı2 MMC tərəfindən 2023-cü ilin may ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 812.75 manat (İddiaçı2 MMC tərəfindən «Azəriqaz» İB-yə faktura əsasında ödəniş), 1132,80 manat (İddiaçı2 MMC tərəfindən 2023-cü ilin may ayı üzrə lift üçün "xxxx" MMC-yə ödəniş), 7635,38 manat (İddiaçı2 MMC tərəfindən "xxxx" MMMC-yə nağd ödənilmiş məbləğ) olmaqla, cəmi 14897.29 manat ödənişlə əvəzləşdirilimşdir. 20 iyul 2023-cü il tarixli İddiaçı2 MMC-nin "xxxx" servis xidməti üzrə borc məbləğini "xxxx" MMMC kommunal borc öhdəliyinin hesablanmış əvəzləşmə aktından da görünür ki, 2023-cü ilin iyun ayı üzrə İddiaçı2 MMC şirkətinə aid olan mənzillərin "xxxx" MMMC-yə aylıq kommunal xidmət borcunu təşkil edən 4.358,10 manat, qeyri-yaşayış (təmirli) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 6670.19 manat, qeyri-yaşayış (təmirsiz) sahələrinin aylıq kommunal xidmətin borcunu təşkil edən 3869,00 manat, İddiaçı2 MMC-nin təsisçisinə aid olan mənzilin "xxxx" MMMC-yə 3 aylıq kommunal xidmət borcunu təşkil edən 977.10 manat olmaqla, cəmi 15874.39 manat (İddiaçı2 MMC tərəfindən 2023-cü ilin may ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 7751.73 manat (İddiaçı2 MMC tərəfindən 2023-cü ilin iyun ayı üzrə "xxxx" ASC-yə faktura ödənişi), 121.25 manat (İddiaçı2 MMC tərəfindən «Azəriqaz» İB-yə faktura əsasında ödəniş), 1132.80 manat (İddiaçı2 MMC tərəfindən 2023-cü ilin iyun ayı üzrə lift üçün "xxxx" MMC-yə ödəniş), 6606.61 manat (İddiaçı2 MMC tərəfindən "xxxx" MMMC-yə nağd ödənilmiş məbləğ) olmaqla, cəmi 15874.39 manat ödənişlə əvəzləşdirilmişdir. Bundan əlavə, həmin dövrləri (yanvar-iyun 2023) əhatə edən ödənişlərdən əlavə, dekabr ayı da daxil olmaqla 2023-cü ilin qalan dövrü (iyul-dekabr) üçün ödənişlər edilmiş, yəni, 2023-cü il üzrə cəmi 151288,36 manat ödəniş edilmiş, lakin cavabdeh tərəfindən yenə də xərclərin bölüşdürülməsinə dair heç bir hesabat təqdim edilmədən 2023-cü il üzrə cəmi 151288,36 manat ödənilməsi etiraf edilməklə, əlavə olaraq 23345,27 manat tələb edilir. Şərh edilənlərdən də göründüyü kimi, binanın ümumi əmlakının saxlanması və onlara xidmət edilməsi ilə bağlı iddiaçılar tərəfindən mütəmadi ödənişlər edilsə də, eləcə də bu ödənişlərin edilməsi cavabdehin 6 fevral 2024-cü il tarixli 100 saylı məktubunda dolayısıyla etiraf edilsə də (yəni, ödənilmiş 151288,36 manat nəzərə alınmaqla, əlavə olaraq 23345,27 manat tələb edilməsi ilə) cavabdeh qanunla üzərinə qoyulmuş vəzifəni xərclərin bölüşdürülməsinə dair hesabatları təqdim etməkdən yayınır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, qanunvericilik sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi halda, MMMC tərəfindən özbaşına olaraq hər hansı tənbeh tədbirinin tətbiq edilməsini deyil, həmin ödənişlərin yalnız məhkəmə qaydasında iddia qaldırmaqla (Mənzil Məcəlləsinin 1223-cü maddəsində nəzərdə tutulmuş qaydada) tələb edilməsini, yaxud İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tənbeh tətbiq edilməsini nəzərdə tutur. Belə olan halda, cavabdehin xx.xx.2024-cü il tarixli 95 saylı məktubundakı tələblər tamamilə əsassız olmaqla yanaşı, həm də qanunsuzdur. Cavabdehin 30 yanvar 2024-cü il tarixli, 96 saylı məktubla "xxxx" yaşayış kompleksində olan icarədarlara yalan məlumat verməklə icarə sahələrinin mülkiyyətçisi olan İddiaçı1 işgüzar nüfuzuna da külli miqdarda zərər vurmuşdur. Məhkəmənin nəzərinə çatdırırlar ki, bundan əvvəl də cavabdeh tərəfindən həmin icarə sahələrinin yerləşdiyi mərtəbələrə liftlərin çağırışın məhdudlaşdırılması nəticəsində icarədarlar tərəfindən məktub göndərilərək, tətbiq edilən məhdudiyyətlərin kompensasiyası kimi icarə haqlarına endirim edilməsi tələb edilmiş və İddiaçı1 onların tələbini yerinə yetirərək, məhdudiyyət tətbiq edilən dövrlər üçün cəmi məbləği 20 min manatdan çox təşkil edən endirim etməyə məcbur olmuşdur. Cavabdehin hazırda mübahisələndirilən əsassız tələb və hədələri icarədarlarda İddiaçı1 mütəmadi olaraq qanun pozuntularına yol verən şəxs olması fikri yaratmaqla, nəinki həmin icarədarlar arasında, həmçinin əmlak kirayəsi bazarında və ümumiyyətlə, cəmiyyətdə geniş kütlə arasında işgüzar nüfuzunun aşağı düşməsinə səbəb olur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının yeganə təsisçisi olduğu İddiaçı2 MMC yüksək keyfiyyətli binalann tikintisi sahəsində fəaliyyət göstərir və onun şəxsi nüfuzu bu biznesin uğurlu olmasına həlledici təsir edir. Hazırkı iddia ərizəsində sadalanan faktlardan da göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə iddiaçılann «borcunun» yaranması və bu «borcların» ödənilməməsi ilə bağlıdır. Lakin cavabdeh tərəfindən Mənzil Məcəlləsinin 122.1.3-cü, 125.2.4-cü və 128.0.3-cü maddələrinin tələblərinin yerinə yetirilməməsi aşkardır və bunu təkzib edən hər hansı sənəd (yəni, istinad edilən normalarda müəyyən edilmiş xərclərin hesablanması, təsdiq edilməsi və s.) mövcud deyil. Cavabdehin həmin tələbləri yerinə yetirməməsi, necə müəyyən edildiyi, hansı qaydada hesablandığı məlum olmayan məbləğlərə istinad edilməklə səlahiyyəti məlum olmayan şəxs tərəfindən sahə mülkiyyətçilərindən pul tələb edilməsi həm mənzil qanunvericiliyinin tələblərinə, həm də onun tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə ziddir və bu səbəbdən iddiaçılar, onlardan tələb edilən vəsaitlərin əsaslandırılmasına dair sənədlərin cavabdehdən tələb edilməsinə dair də qətnamə qəbul edilməsini xahiş edəcək. Ümumi istifadədə olan sahələrə xidmət üçün tətbiq edilən qiymətlər iqtisadi cəhətdən əsassız olmaqla süni surətdə şişirdilmişdir. Belə ki, hazırda cavabdeh tərəfindən təmirli yaşayış və qeyri-yaşayış sahələrinə aylıq xidmət haqqı hər kv.m. üçün 1 manat 50 qəpik, təmirsiz sahələrə münasibətdə isə hər kv.m. üçün 1 manat ödənilməsi tələb edilir. Təmirsiz sahələrdən istifadə edilmədiyi halda hər kv.m. üçün 1 manat ödənilməsi isə ümumiyyətlə, heç bir məntiqə və ya iqtisadi əsaslandırmaya sığmayan açıq-aşkar əsassız tələbdən başqa bir şey deyildir. "xxxx" MMMC-nin fəaliyyətə başlamasından əvvəlki dövr (binalara xidmət İddiaçı2 MMC tərəfindən həyata keçirilən dövr) üçün həmin binalarda "xxxx" MMMC-nin tətbiq etdiyi xidmət haqıq məbləğindən xeyli aşağı məbləğlər tətbiq edilirdi. 2021-ci ilə qədər: təmirsiz sahələr ödənişə cəlb edilməmişdir, təmir dövrü üçün 1 kv. m. - 50 qəpik, təmirli sahələr üçün 1 kv. m. - 1 manat olmuşdur; 2021-ci ildən etibarən, çıxarışı mövcud olan təmirsiz sahələr 1 kv. m. - 1 manat, təmir dövrü və təmirli sahələr üçün 1.00 manat, çıxarışı mövcud olmayan təmirsiz sahələr ödənişə cəlb edilməmişdir. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, hüquqlarını müdafiə etdiyi tərəfin cəmiyyətin üzvü olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Arif oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı1 binanın yaşayış sahəsinin 1/3 hissəsi məxsusdur. Buna görə də, onun tərəfindən kommunal ödənişlər ödənilməlidir. O, 2023-cü ilin müəyyən hissəsində ödənişlər etsə də, daha sonra ödənişlər etməkdən yayınmışdır. Buna görə də, cavabdeh tərəfindən ona xəbərdarlıq məktubları göndərilmişdir. Onlar iddiaçılara onlarla müqavilə bağlamağı təklif etsələr də, onlar müqavilə bağlamaqdan imtina edirlər. Lakin bu o demək deyildir ki, onlar ödəniş etməkdən yayına bilərlər. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən 23 dekabr 2022-ci il tarixli Çıxarışdan, Qeyri-Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən və vergi uçotu haqqında şəhadətnamədən görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti 23 dekabr 2022-ci il tarixdə 1122-MM9-0269 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Qanuni təmsilçisi X6r. Qeydiyyata alınmanın hüquqi əsasları kimi sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları və digər sənədlər çıxış edir. - "xxxx" MMC-nin 19 iyul 2022-ci il tarixli və 25 iyul 2022-ci il tarixli bildirişlərindən görünür ki, mülkiyyətçilərə (bildirişlər konkret şəxsə deyil, bütün mülkiyyətçilərə xitab etməklə, eyni məzmunda göndərilmişdir) kommunal xidmətlər üzrə dəyişikliklər və qiymətlərin qaldırılması ilə bağlı məlumat verilmişdir. - "xxxx" MMMC-nin 30 sentyabr 2023-cü il tarixdə keçirilmiş ümumi yığıncağının növbədənkənar iclasının 5 saylı protokolundan görünür ki, yığıncaqda müzakirə edilən məsələlərlə bağlı (eləcə də MMMC və hazırki iş üzrə İddiaçı2 MMC arasında olan anlaşılmazlıqla əlaqəli məsələlər) 40 səs lehinə, 0 səs əleyhinə, 0 səs bitərəf olmaqla müvafiq qərarlar qəbul edilmişdir. - "xxxx" MMMC-nin 30 yanvar 2024-cü il tarixli 97 saylı məktubundan görünür ki, həmin MMMC İddiaçı1 xəbərdarlıq tipli məktub ünvanlamışdır. Həmin məktubda qeyd olunur ki, məlum olduğu kimi, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (Cəmiyyət) Ümumi Yığıncağının qiyabi formada növbədənkənar iclası keçirilmiş və 12 iyul 2023-cü il tarixli qərarı (Qərar) ilə rəsmiləşdirilmişdir. İclasın gündəliyinə daxil edilmiş məsələlər sadə səs çoxluğu ilə qəbul edilmiş və icrası bütün mülkiyyətçilər üçün məcburidir. Qərara əsasən, yaşayış kompleksində mülkiyyət sahibi olan və Cəmiyyət ilə çoxmənzilli binanın idarə edilməsinə dair xidmət müqaviləsi imzalamaqdan boyun qaçıran və ya imzalamış, lakin ödəniş etməyən və ya həmin xidmət müqaviləsində nəzərdə tutulmuş lazımi qaydada ödənişi etməyən şəxslərə, həmin şəxslərin və ya şəxsin yaşayış kompleksinin ümümi istifadəsində olan və Cəmiyyət tərəfindən və ya onun vasitəsilə istismarı və istifadəsinə görə xidmət göstərilən sahələrdən, o cümlədən istilik sistemindən (həmçinin isti su), soyutma sistemindən, liftlərdən və bu kimi digər sahələrdən istifadəsinə məhdudiyyətlər tətbiq ediləcəkdir. Həmçinin, həmin şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsinə əsasən, mənzil qanunvericiliyinin tələblərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunması istiqamətində işlərin icrasına başlanılacaqdır. Sözügedən məsələ ilə bağlı "xxxx" yaşayış kompleksində iddiaçının (fiziki şəxsin) mülkiyyətində olan sahələrə dair üzərinə düşən borc öhdəliklərini 3 gün ərzində lazımınca icra etmədikdə, yuxarıda sadalanan məhdudiyyətlərin tətbiq edilməsinə başlanacaqdır. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən üçüncü şəxslərə icarə əsasında istifadəyə verilmiş şəxslərə bu məsələ ilə bağlı bildirişin təqdim ediləcəyi iddiaçının diqqətinə çatdırılmışdır. Bir daha xahiş edilmişdir ki, iddiaçı Cəmiyyət qarşısında xidmət haqqı üzrə olan borclarını təxirəsalınmadan ödəsin. - "xxxx" MMMC-nin 22 yanvar 2024-cü il, 30 yanvar 2024-cü il, 06 fevral 2024-cü il tarixli məktublarından görünür ki, eyni məzmunlu xəbərdarlıqlar digər İddiaçı2 MMC-yə də edilmişdir. Bundan başqa, 30 yanvar 2024-cü il tarixli digər məktubla "xxxx" yaşayış kompleksində olan icarədarlara xəbərdarlıq edilərək, İddiaçı2 MMC-nin və İddiaçı1 üzərlərinə düşən xidmət haqqı üzrə borc öhdəliklərini lazımınca icra etmədikləri qeyd olunmaqla, sonuncular tərəfindən icarəyə verilmiş sahələrə dair məktubda sadalanan məhdudiyyətlərin tətbiq edilməsinə başlanılacağı barədə xəbərdarlıq edilmişdir. - "xxxx" Kompleksinin 1 və 2 saylı Binalarının 2 və 3-cü mərtəbələrində yerləşən ofis sahələrinin mülkiyyətçisi İddiaçı1 həmin sahələri icarəyə götürmüş şəxslərin (fiziki və hüquqi) ünvanladığı 10 avqust 2023-cü il tarixli müraciətdə qeyd olunmuşdur ki, icarəçilər icarədara məxsus olan yuxarıda qeyd edilən ofis sahələrində uzun illərdir ki, bağladıqları icarə müqavilələrinə əsasən uğurlu fəaliyyət göstərirlər. Ötən dövrdə əldə etdikləri işgüzar mühit və icarəçilər üçün yaradılmış şəraitdən məmnunluqlarını bildirirlər. 08 avqust 2023cü ildə fəaliyyət göstərdikləri ofis sahələrinin yerləşdiyi binalarda çoxmənzilli binaların idarə edilməsi məqsədilə yaradılmış "xxxx" MMMC tərəfindən 2 və 3-cü mərtəbələrdə liftlərdən istifadə tam məhdudlaşdırılmışdır. Artıq üçüncü gündür ki, baş verən hadisə onların fəaliyyətinə maneçilik törətmişdir, belə ki, şirkətlərin əməkdaşlarının, qonaq və ziyarətçilərinin ofislərə gəlib-getməsində böyük çətinliklər yaratmışdır, işgüzar nüfuzlarına xələl gəlmişdir. Həmçinin qeyd etmişlər ki, son dövrlər ərzində mütəmadi olaraq "xxxx" MMMC tərəfindən fəaliyyətlərinə müxtəlif müdaxilələr edilir, qanunsuz yoxlamalar təşkil edilir, ofisə daxil olmaq üçün gündəlik olaraq əməkdaşların şəxsi məlumatları (şəxsiyyət vəsiqəsi, mobil telefon və s.) tələb edilir, şirkətlərinə gəlib-gedən qonaqlara və ziyarətçilərə qarşı eyni davranış nümayiş etdirilir. Xatırladırlar ki, onlar X5 Məmmədəliyevlə bağlamışlar və hər hansı üçüncü şəxs qarşısında öhdəlikləri yoxdur və belə bir razılaşmaları mövcud deyil. Aralarında bağlanılmış İcarə Müqavilələrinin müvafiq bəndlərinə əsasən İddiaçı1 yer sahibi olaraq icarəçinin icarə obyektinə sərbəst daxil olması və fəaliyyətinə maneçilik yaratmamaq barədə öhdəlikləri mövcuddur. Uzunmüddətli işgüzar əlaqələrini və yuxarıda qeyd etdiklərini əsas hesab edərək, İddiaçı1 xahiş edilmişdir ki, ofis sahələrində liftlərdən istifadəyə qarşı yaradılmış məhdudiyyətlər aradan qaldırılsın, hazırkı vəziyyət nəzərə alınaraq və icarə haqqında güzəştlər edilsin. Əks halda bildirirlər ki, onlar tərəfindən İcarə müqavilələrinə xitam verilməsi təklifi irəli sürüləcək. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60, M2, m1), Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 60, M3, m1), Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M2, m1), Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 2 (yeni qaydalarla: AZ 1014, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62, M3, m1) ünvanda yerləşən qeyri-yaşayış sahələri üzərində İddiaçı1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahələrinin ümumi sahələri müvafiq olaraq 563,40 m2, 563,40 m2, 563,40 m2, 546,60 m2 təşkil edir. - 18 aprel 2023-cü il tarixdə verilmiş 23435 saylı texniki şərtdən görünür ki, «Azəriqaz» İB tərəfindən İddiaçı1 məxsus olan, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 60 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ofisin) qaz təchizatı ilə bağlı sadalanan texniki şərtləri vermişdir. Texniki şərtə sorğu blankı və müvafiq sxem əlavə edilmişdir. - 06 iyul 2023-cü il tarixdə təsdiq edilmiş ekspertiza rəyindən görünür ki, İddiaçı1 məxsus, Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 60 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qazanxanasının layihə sənədləri üçün Azərbaycan Respublikası FHN X4 Görülməsi və X7 Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X3-Tədqiqat İnstitutu tərəfindən texniki təhlükəsizliyə dair müvafiq ekspertiza rəyi verilmişdir. - 03 avqust 2023-cü il tarixli 2169 saylı qərardan görünür ki, yuxarıda adı çəkilən ekspertiza rəyinin təsdiq edilməsi barədə qərar qəbul edilmişdir. - 08 avqust 2023-cü il tarixli 3-183/2-8450/23 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası FHN X4 Görülməsi və X7 Agentliyi tərəfindən İddiaçı1 xx.xx.2023-cü il tarixli məktubla təqdim etdiyi Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 60 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qazanxanasının layihə sənədlərinin texnoloji bölməsinə Agentlikdə baxılmış və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X3-Tədqiqat İnstitutu tərəfindən verilən ekspert rəyi xx.xx.2023-cü il tarixli K/2169 saylı qərarla təsdiq edilərək İddiaçı1 qaytarılmışdır. - "xxxx" ASC tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı2 MTK-ya verilmiş xx.xx.2009-cu il tarixli 14/1013 saylı sərəncamın (Texniki şərtlərin) tələblərinə əsasən, ünvan 3 ünvanlarda İddiaçı2 MTK tərəfindən inşa olunmuş, ümumilikdə 3 (üç) bina, 1 ədəd 2 girişli 16 mərtəbəli, 2 ədəd 1 girişli 18 mərtəbəli, A bloku (2 zirzəmi, 4 yerüstü mərtəbə), B Bloku (3 zirzəmi, 3 yerüstü mərtəbə), C Bloku (4 zirzəmi, 2 yerüstü mərtəbə) və həyətaltı avtodayanacaq mövcud olan yaşayış kompleksinin xarici su kəməri, kanalizasiya xətti, məhəllədaxili və binadaxili paylayıcı su-kanalizasiya sistemi qurulmuşdur. Ərazidən keçən, mövcud d-125mm olan su kəmərindən yaşayış binasına qədər d-50 mm su xətti inşa olunmuş və d-50 mm su xəttinə birləşmə verilməsi üçün tikinti təşkilatı tərəfindən icrası nəzərdə tutulmuş işlər TNQ-na uyğun olaraq tam yerinə yetirilmiş, 1 (bir) ədəd, d-50 mm olan birləşmə verilmişdir. Müvafiq ölçülü siyirtmə quraşdırılıb. Su xətti hal-hazırda istismara yararlıdır və istismar olunur. Ərazidən keçən mövcud d-1000mm olan təsərrüfat-məişət kanalizasiya kollektorundan, 1 (bir) ədəd d-200 mm kanalizasiya xəttinə birləşmə verilməsi üçün tikinti təşkilatı tərəfindən icrası nəzərdə tutulmuş işlər TNQ-ya uyğun olaraq tam yerinə yetirilmiş və birləşmə verilmişdir. Kanalizasiya xətti hal-hazırda istismara yararlıdır və istismar olunur. 2 (iki) sutkalıq su ehtiyyatının təmin olunması məqsədi ilə V=280.0 m3 həcmində ehtiyyat su anbarı TNQ-ya uyğun olaraq inşa olunmuşdur. İstismara tam yararlı vəziyyətdədir. Ehtiyyat su anbarı yuyulub-zərərsizləşdirilib, mühəndis-texniki qurğular saz vəziyyətdədir, halhazırda istismar olunur. Binanın bütün mərtəbələr səviyyəsində su təchizatının təmin edilməsi məqsədi ilə 1 (bir) ədəd nasos stansiyası TNQ-ya uyğun olaraq inşa olunmuş, 3 (üç) ədəd «Hidrofor» tipli nasoslar quraşdırılmış, ehtiyyat su anbarına və şəbəkəyə birləşdirilmişdir. Nasos stansiyası hal-hazırda istismara yararlı vəziyyətdədir və istismar olunur. Obyektin ümumi su sərfinin dəqiq uçotunun aparılması məqsədi ilə, su xəttinin girişində su sayğacı müvafiq ölçülərə uyğun mühafizə zonasında norma və qaydalara uyğun quraşdırılmışdır. Saz vəziyyətdədir, istismar olunur. Su sərfinin dəqiq uçotunun aparılması məqsədi ilə hər bir mənzil üçün d-20 mm-lik mexaniki su sayğacı qoyulmuşdur. Su sayğacları pilləkən qəfəsində "xxxx" ASC tərəfindən təsdiq olunmuş xx.xx.2012-ci il tarixli normativ təlimata əsasən mühafizə şkafında quraşdırılmışdır. - ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, «Azəriqaz» İB-nin verdiyi texniki şərtlərə uyğun olaraq sahə qaz təchizatı ilə təmin edilmiş və sərf olunan qaz həcminin hesablanması üçün qaz sayğacı quraşdırılmışdır. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışlardan görünür ki, İddiaçı2 MMC xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır, qanuni təmsilçisi X8r, təsisçisi İddiaçı1dur. - Məhkəməyə təqdim olunmuş əvəzləşmə aktları, ödəniş sənədləri (ödəniş tapşırıqları) və s. görünür ki, tərəflər arasında müvafiq xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanmasa da, tərəflər arasında kommunal və s. xidmətlərə görə əvəzləşmə aktları tərtib olunmuş, sənədlərdə təsbit olunmuş dövrlər üzrə ödənişlər icra edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 79 saylı sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında yerləşən yaşayış binaları cavabdeh İddiaçı2 tərəfindən inşa edilmiş və 19 fevral 2019-cu il tarixində imzalanan “Bəzi çoxmənzilli binaların istismara icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən istismara verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarları əsasında “Nəsimi- 48” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 1122- MM9-0269 sayı ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin fəaliyyət istiqamətinə daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək daxildir. Bu fəaliyyətdə yaşayış binasının mülkiyyətçilərin ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərin təchizatı xəttlərinin və ümumi istifadədə olan digər qurğu və avadanlıqların, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətlərinin təchizatı qurğuların təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damların, həmçinin giriş blokların təmir olunması və işıqlandırılması, həyətyanı sahənin yaşıllaşdırılması, binaların mühafizəsi və bu kimi digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Müəyyən edilmişdir ki, dövlət qeydiyyatından sonra, MMMC-nin idarə Heyəti tərəfindən nizamnamədən irəli gələn səlahiyyətlər daxilində MMMC-nin Ümumi Yığıncağının çağırılması təşkil edilmiş, habelə bu çərçivədə MMMC-nin Ümumi Yığıncağının müəyyən qərarları ilə məsələlər tənzimlənmiş, işlərin lazımi qaydada həyata keçirilməsi məqsədilə İdarə Heyəti tərəfindən sakinlərin əksəriyyəti ilə xidmət müqavilələri imzalanmış, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərinə uyğun işlər təşkil edilmiş və hazırda da həyata keçirilməkdədir. Habelə mənzil qanunvericiliyindən və nizamnamədən irəli gələn işlərin lazımi qaydada icrasını təmin etmək üçün binanı inşa etmiş İddiaçı2nə rəsmi müraciət edilərək mənzil qanunvericiliyə əsasən yaşayış binalarının ümumi paylı mülkiyyətdə olan sahələrinin və binanın müvafiq sənədlərinin MMMC-yə təhvil verilməsi tələb edilməsinə baxmayaraq, təhvil-təslim prosesi yekunlaşmadığından, həmçinin MMMC tərəfindən sakinlərə daha yüksək səviyyəli xidmətlərin göstərilməsinin qanunvericiliyə və qüvvədə olan standartlara uyğun təmini məqsədilə binaların ümumi paylı mülkiyyətdə olan sahələrin və digər təhlükə potensiallı qurğuların, habelə binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin MMC- MMMC arasında rəsmi təhvil-təsliminin icrasının istənilən əsasla gecikdirilməsi MMMCnin, digər bir ifadə ilə yüzlərlə mülkiyyətçinin, sakinin, ailənin hüquqlarını pozdündan binaların istismarı və xidmət keyfiyyətinin artırılması üzrə işlərin həyata keçirilməsinin gecikməsi və binanı inşa edən MMC-dən asılı vəziyyətin davam etməsi ilə nəticələndiyi üçün "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti İddiaçı2nə qarşı “sənədlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi, Ş. Əzizbəyov, S.Əsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllə (indiki Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62) ünvanında İddiaçı2 MMC tərəfindən inşa edilmiş çoxmənzilli binaların ümumi əmlakının, yəni həmin binalardakı mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər və həmin binaların işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, istismara qəbul aktının, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin "xxxx" MMMC-yə təhvil verilməsi (əmlakların qiyməti (dəyəri) göstərilməmək şərti ilə) vəzifəsi ”RTZ” MMCnin üzərinə qoyulması, eləcə də iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia tələbləri qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı 1, 2 və 2 saylı yaşayış binalarındakı qeyriyaşayış sahələrinə giriş-çıxışın şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılması tələbinin qanunsuz hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının ümumi əmlakından iddiaçıların maneəsiz istifadə hüququnun təmin edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması qət edilmişdir. Hazırda tərəflər arasında olan mübahisə onunla bağlıdır ki, cavabdeh iddiaçılardan kommunal və s. xərclər üzrə yarandığını hesab etdiyi həcmdə borcun ödənilməsini tələb etməklə borclar ödənməyəcəyi təqdirdə xidmətlərə və s. məhdudiyyətlər tətbiq olunacağı barədə xəbərdarlıq edir, iddiaçılar isə bunu hüquqlarının məhdudlaşdırılması və işgüzar nüfuzlarına xələl gətirməsi kimi qiymətləndirirlər. Hazırkı iddia ərizəsində sadalanan iddiaçının qanunsuz sayılmasını tələb etdiyi ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə onların yaranmış borcunun ödənilməməsi ilə bağlı cavabdehin məktub və xəbərdarlıqlarıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 43, 45-ci maddələrinə əsasən, məcəllənin tələblərinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək aiddir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. - 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. - 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. - 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. - 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. - 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. - 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. - 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. - 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvanda İddiaçı2 MMC tərəfindən 3 ədəd yaşayış, 3 ədəd qeyri-yaşayış binası inşa edilmişdir. Yaşayış binalarının 27122 m2 yaşayış sahəsindən 4051 m2 hissəsi və həmçinin həmin yaşayış binalarındakı 5031 m2 qeyri-yaşayış sahəsi cəmiyyətin təsisçisi İddiaçı1 sərəncamında saxlanılmaqla, yaşayış sahəsinin qalan hissəsi ayrı-ayrı vətəndaşlara satılmış və yuxarıda qeyd edildiyi kimi Çoxmənzilli yaşayış binalarının sakinlərinin bir qismi tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) təsis edilmiş və cəmiyyətin nizamnaməsi təsdiq edilərək dövlət qeydiyyatına alınmış, sonradan həmin MMMC-nin sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə cəmiyyətin adı dəyişdirilərək "xxxx" MMMC adlandırılmış və yeni nizamnaməsi təsdiq edilmişdir. Hazırda yaşayış binalarının idarə etməsi həmin MMMC tərəfindən həyata keçirilir. Həmçinin işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından MMMC-nin idarəçiliyində olan 2 yaşayış binası üzrə 3276 m2 və 3-cü bina üzrə 1755 m2 olmaqla, (cəmi 5031 m2) yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələrinin İddiaçı1 mülkiyyətində olmaqla hazırda müvafiq icarə müqavilələri əsasında hüquqi şəxslərə icarəyə verilməsinə baxmayaraq, MMMC-nin ümumi yığıncağı tərəfindən qəbul edilmiş ümumi əmlakın saxlanması qaydalarında iştirak etməməsidir. İddia tələblərinə əsasən iddiaçı tərəf cavabdeh tərəfindən onlara qarşı mütəmadi olaraq irəli sürülən müxtəlif məzmunlu tələblərin əsassız olmaqla bu tələbləri ifadə edən məktubların və xəbərdarlıqların İddiaçı1 icarəyə verdiyi sahələrin icarədarlarına da göndərilməsinin qanunsuz olması və cavabdehin bu hərəkətlərin edilməsi ilə İddiaçı1 işgüzar nüfuzuna zərər vurulması göstərilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı vurğulayır ki, MMMC qeyri-kommersiya qurumu olan hüquqi şəxs olmaqla əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil, sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, binanın ümumi əmlakının lazımi qaydada saxlanılmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll olunmasını, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməkdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. - 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. - 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. - 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. - 37-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. - 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. - 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. -141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisəli binanın yaşayış sahəsinin 1/3 hissəsinin İddiaçı1 məxsus olmasına, iddiaçıların həmin MMMC-nin iştirakçısı olmamasına dair hallara istinad etməklə, cavabdehə qarşı hazırki iddia tələblərini irəli sürmüş olsalar da, sözügedən yaşayış binalarının idarə edilməsinin cavabdeh MMMC tərəfindən həyata keçirilməsinin iddiaçılar tərəfindən etiraf edilməsi, tərəflər arasında xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış olmasa belə, sadalanan halların mövcudluğu, yəni hazırda iddiaçılar tərəfindən iddia tələbində cavabdehə qadağan edilməsi tələb edilən hərəkətlərin sonuncu tərəfindən yerinə yetirilməsi (MMMC tərəfindən kommunal ödənişlərin ödənilməsinin tələb edilməsi, xəbərdarlıq məktublarının göndərilməsi və s.) qanunsuz hərəkətlər kimi qiymətlənidirilməməlidir. Belə ki, idarəçiliyin faktiki olaraq cavabdeh tərəfindən həyata keçirilən binanın bir hissəsinin iddiaçı tərəfin mülkiyyətçisi olması yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından cavabdehin onlardan kommunal ödənişləri tələb etməkdə haqlı olmasına dəlalət etməklə, iddiaçıların bu xidmətlərlə bağlı müvafiq müqavilə bağlamamaqları faktının mövcudluğu belə sonuncuların bu ödənişləri etməmələri üçün əsas yaratmır. İş materiallarından görünür ki, iddiaçı tərəf 2023-cü ilin müəyyən hissəsində ödənişlər etsə də, daha sonra ödənişlər edilməsi dayandırılmışdır. Buna görə də, cavabdeh tərəfindən ona xəbərdarlıq məktubları göndərilmişdir. Müəyyən edilmişdir ki, hazırda cavabdeh tərəfindən iddiaçılara hər hansı məhdudiyyətlər tətbiq olunmur. Digər sözlə ifadə etdikdə, iddiaçıların hüquqları cavabdeh tərəfindən bu və ya digər şəkildə pozulması faktı baş verməmişdir. İddiaçı tərəf edilən xəbərdarlıqlarla bağlı hər hansı borcunun mövcud olmaması və belə borcun olmasının hər hansı sübutla (sənədlə) əsaslandırılmaması kimi dəlillərini qaz, su, işıq istehlakına görə MMMC-də yaranmış borcların İddiaçı2 MMC tərəfindən ödənilməsini təsdiq edən aktlar, üzləşmə cədvəlləri ilə əsaslandırmışlar. İddianın mahiyyətindən belə aydın olur ki, iddiaçı tərəf binanın idarəçiliyi ilə bağlı xərclərin ödənilməsində iştirak etmək niyyəti ilə müvafiq müqavilə bağlamamaqlarının səbəbi cavabdeh tərəfindən xərclərin bölüşdürülməsinə dair heç bir hesabat təqdim edilməməsi ilə bağlıdır. Bu dəlil onunla əsaslandırılmışdır ki, iddiaçılar MMMC-nin iştirakçısı olmasa da, maraqlı şəxs kimi xərc məbləğlərinin iqtisadi əsaslandırması, smetası, eyni zamanda smeta və xərclərin təsdiq edilməsinə dair ümumi yığıncağın qərarı, həmçinin kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair hesabat iddiaçılara təqdim edilməlidir. Eyni zamanda, cavabdehə qarşı irəli sürülmüş tələblərdən biri də müvafiq sənədlər toplusunun (iddia tələbinə əsasən "xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin) iddiaçılara təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Məhkəmə iddiaçıların həmin dəlilinə münasibətdə qeyd edir ki, tələb edilən sənədlərin MMMC tərəfindən təqdim edilməsi öhdəliyi tərəflər arasında müqavilənin bağlanması və bunun əsasında iddiaçıların MMMC-nin iştirakçısı qismində tanınması yolu ilə mümkündür. Məhkəmə iddianın bu dəlili ilə bağlı qeyd etməyi zəruri sayır ki, iddiaçı tərəf bu halları sözügedən müqavilənin bağlanması zamanı müqavilə şərtləri kimi razılaşdırmalı, cavabdeh tərəf (həmçinin iddiaçı tərəf) bu şərtlərə qanuni əsas olmadan etiraz etməklə müqavilənin bağlanmasına süni əngəl yaratması halı olduqda yaranmış mübahisə məhkəmə yolu ilə həll edilməlidir. Bağlanmış müqavilədə iddia tələbində iddiaçı tərəfin əsassız saydığı hallarla (məs. ümumi istifadədə olan sahələrə xidmət üçün tətbiq edilən qiymətlərin iqtisadi cəhətdən düzgün müəyyən olunması və s.) bağlı gələcəkdə hər iki tərəfindən şərtsiz yerinə yetirə bilməli olduğu razılaşdırılmış müəyyən müddəalar olmalıdır ki, bu xarakterli mübahisələr bir daha yaranmasın. Məhkəmə göstərilən əsaslara görə iddia tələbinin "xxxx" MMMC-nin adından göndərilmiş 22 yanvar 2024-cü il tarixli, 88 saylı məktubun qanunsuz hesab edilərək, həmin məktubda sadalanan sənədlərin tələb edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; "xxxx" MMMC-nin adından göndərilmiş 30 yanvar 2024-cü il tarixli, 95 saylı və 30 yanvar 2024-cü il tarixli, 96 saylı «Xəbərdarlıq» adlı məktubların və 6 fevral 2024-cü il tarixli məktubun qanunsuz hesab edilərək, həmin «Xəbərdarlıq»larda və məktubda tətbiq edilməsi nəzərdə tutulan məhdudiyyətlərin tətbiq edilməsinin "xxxx" MMMC-yə qadağan edilməsi; "xxxx" MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 60, 62 ünvandakı yaşayış binalarının sahə mülkiyyətçilərindən yaşayış sahəsinə və kommunal xidmətlərə görə tələb edilən haqqın müəyyən edilməsinə əsas olmuş bütün sənədlərin - illik gəlir və xərclər smetasının, o cümlədən binaların ümumi əmlakının saxlanılması və təmiri xərclərinin, binaların əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasının, ehtiyat fonduna xüsusi haqqın və ayırmaların, xərclərin bölüşdürülməsinə dair hesabatların, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən edən Cəmiyyətin Ümumi yığıncağının qərarının və həmin qərarın qəbul edilməsinə əsas vermiş bütün sənədlərin təsdiq olunmuş surətlərinin İddiaçı1 və İddiaçı2 MMC-yə təqdim edilməsi vəzifəsinin "xxxx" MMMC-nin üzərinə qoyulması hissələrinin təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə iddia tələblərinin qeyd edilən hissələrinin təmn edilməməsi nəticəsinə gəlməklə yanaşı cavabdeh tərəfindən yaranmış borclarla bağlı xəbərdarlıq və məktubların İddiaçı1 mütəmadi olaraq qanun pozuntularına yol verən şəxs olması fikri yaratması kimi qiymətləndirilməsi ilə bağlı iddianın dəlilləri ilə razılaşmır. Məhkəmənin qənaətinə görə borcun yaranması və ödənilməsinin ləngidilməsi halının mövcudluğu ümumiyyətlə, cəmiyyətdə geniş kütlə arasında borclu şəxsin işgüzar nüfuzunun aşağı düşməsi kimi qiymətləndirilməsi iddiaçı tərəfin mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair mötəbər sübutlar təqdim etməmişlər. Bu səbəbdən, hazırki iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" MMMC-yə qarşı «sənədlərin tələb edilməsinin qadağan edilməsi və s.» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 150 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdeh "xxxx" MMMC-yə qarşı «sənədlərin tələb edilməsinin qadağan edilməsi və s.» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 150 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar