Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-173/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hazırki iddia tələbinin əsasını iddiaçının onlardan tələb etdiyi kirayə haqqı təşkil edir ki, həmin kirayə haqqı ilə bağlı AR Ali Məhkəməsinin yekun qərarı qəbul olunmuş və hazırki iddia tələbində qeyd edilən müddətlər üzrə kirayə haqqının onlardan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Göstərilənlərə əsasən eyni predmet barəsində artıq yekun məhkəmə aktı mövcud olduğundan hazırki mülki iş üzrə icraaa xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 3344/2023 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-96/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən və iddia tələbinin da qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilmiş, cavabdeh İddiaçı MMC və icra məmuru tərəfindən təqdim edilmiş (cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda əksini tapmış 1 ədəd kondisioner və 1 ədəd soyuducu da daxil olmaqla) qətnamənin təsviri-əsaslandırıcı və nəticə hissəsində göstərilən siyahı üzrə əmlaklar cavabdehdən iddiaçının xeyrinə tutulması, tutulması qət edilmiş əmlaklar icra zamanı müəyyən olunmadıqda və ya yararsız olması aşkar olunduqda onların ekspert rəyində göstərilənlər dəyərlən İddiaçı MMC-dən alınıb iddiaçının xeyrinə ödənilməsi, (qiymətləri müəyyən olunmayan əşyalar icra mərhələsində qiymətləndirilməlidir.) həmçinin cavabdehdən iddiaçının xeyrinə mənəvi ziyan əvəzi olaraq 2000 manat, 1995 manat otel xərci, 2021-ci ilin mart ayından hesablanaraq qətnamə icra olunan tarixədək hər ay üçün 500 manat tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3344/2023 saylı qərarı ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-96/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 “maddi ziyanın ödənilməsi” tələbinə (2021-ci ilin mart ayından hesablanaraq qətnamə icra olunan tarixədək hər ay üçün 500 manat tutulması ) artıq apellyasiya insyansiyası məhkəməsində hüquqi qiymət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3344/2023 saylı qərarı ilə isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “maddi ziyanın ödənilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qarşılıqlı iddia üzrə iddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-173/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-173/2023
23.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver