Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1730/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MMC-yə (AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MMC-yə (AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, X3 küçəsi, ev 24 ünvanında yerləşən 2 otaqlı 31 kv.m ümumi sahədən ibarət, 143 saylı mənzillə bağlı “X4” MMC-nin xx.xx.2020-ci il tarixli, 68/1- PLS saylı daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 218/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Yelo Bank ASC-nin (Nikoyl İKB ASC) ona və digərilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, borclu X1 əsas borc kimi 20912,19 ABŞ dolları, faiz borcu kimi 23772,60 ABŞ dolları, cərimə borcu kimi 500 ABŞ dolları, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 536,3 ABŞ dolları əldə çıxmış fayda olmaqla, cəmi 44901,09 ABŞ dollarının, habelə 10 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsümunun, 20 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla 60 manat, ümumlikdə 44901,09 ABŞ dolları tutulduğu anda Azərbaycan Republikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 60 manat məbləğində pul alınaraq iddiaçıya verilməsi, tutmanın ipotekaya qoyulmuş ona məxsus Bakı şəhəri, X3 küçəsində yerləşən 2 otaqlı 31 kv.m ümumi sahədən ibarət 24 nömərli evin 143 nömrəli mənzilə yönəldilməsi, “X4” MMCnin xx.xx.2020-ci il tarixli 68/1-PLS saylı daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə hesababtı əsasında mənzilin ilkin satış qiymətinin 68000 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması, mənzilin satışından əldə olunan vəsait hesabına Samil Ağarzayevin banka olan 44901,09 ABŞ dollarının ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda qalan pulun ona qaytarılması, mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra istifadə hüququnun itirilməsi, mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, xx.xx.2015-ci il tarixli 2-G!-7-0342-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, Premium Legal Service MMC tərəfindən qiymətləndirmə hesabatının haqqı olan 300 manat pulun X2 tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Nəsimi rayon icra və probasiya şöbəsinə gönədrilmişdir. İcra məmurunun sifarişi əsasında mənzil 68000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır. İlk hərrac xx.xx.2023-cü il tarixdə keçirilsə də, mənzilin alıcı olmamışdır. Əvvəlki ərizələrində olduğu kimi hazırda da mənzlin ilkin satış qiyməti ilə razı deyil. Çünki bu qiymət reallığı əks etdirmir və mənzilin hazırkı bazar dəyəri 120000 manatdır. Əvvəlcədən mənzlin ilkin satış qiymətinin aşağı müəyyən edilməsi gələcəkdə onu ucuz qiymətə ələ keçirmək üçün məqsədli şəkildə atılmış addımdır. Lakin buna imkan verməyəcək. Bunun üçün qiymətləndirici təşkilat və bank qanunla müəyyən edilmiş məsuliyyət daşıyır. Qiymətləndirmə zamanı mənzilə faktiki baxılmamış və bankın qiymətləndirici təşkilata verdiyi məlumatlar əsasında mənzilə formal qiymət qoyulmuşdur. Eyni zamanda mənzili qiymətləndirən “X4” MMC-nin bu sahə üzrə ixtisaslaşmamış bir təşkilatdır və mənzili qiymətləndirən qiymətləndiricilərin bu sahədə bilikləri mocvud deyil. Hazırda mənzilin satışı ilə bağlı icra məmurunun sifarişi əsasında ilkin satış qiyməti 68000 manat olmaqla hərrac keçirilir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hazırkı iddia tələbinin əsasını Bakı şəhəri, X3 küçəsi, ev 24 ünvanında 143 saylı mənzillə bağlı “X4” MMC-nin xx.xx.2020-ci il tarixli, 68/1-PLS saylı daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi təşkil edir. Mübahisə iddia tələbinin mahiyyətinə, subyekt tərkibinə görə məhkəmə icraatı qaydasında baxıla bilməz. İddia ərizəsindən göründüyü kimi, mənzilin qiymətləndirilməsi və onun əsasında ilkin satış qiyməti Nəsimi Rayon Məhkəməsinin 2(006)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. İddiaçı əmlakın (mənzilin) qiymətləndirilməsinə dair hesabatından razı olmadığı təqdirdə Nəsimi Rayon Məhkəməsinin 2(006)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş qaydada apellyasiya şikayəti vermək hüquq vardır. İddiaçının məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş halın ayrı iddia ilə mübahisələndirilməsi məhkəmə aktlarının preyudisiallığı baxımından yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 14 fevral 2020-ci il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Məhkəmənin “Brumareski Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququnun olduğu izah edilməlidir. Eləcə də iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 MMC-yə (AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçıya qaytarılsın. İddiyaçıya izah edilsin ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ vardır. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul (AR Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyi vasitəsilə, qəbzin nömrəsi: **********) İddiaçı geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1730/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1730/2023
06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver