Məhkəmə qərarları › İş №e-2(006)-174/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-174/2024

21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-174/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İlk iddia ərizəsi üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil3, İlk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyinin nümayəndəsi və vəkili Vəkil2, İlk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil1 iştirakı ilə, İlk iddia ərizəsi üzrə iddiaçılar Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyinin, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "təhlükə yaradan fəaliyyətin cavabdehə qadağan edilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı3 qarşı “yeni mənzilin verilməsi və sair” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycanda Vətəndaş Cəmı̇ yyətı̇ nin İnkı̇ şafına Yardım Assosı̇ ası̇ yası İctı̇ mai Bı̇ rlı̇ yi, Süleymanova Həbı̇ bə Məzahı̇ r qızı və İddiaçı3 cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "təhlükə yaradan fəaliyyətin cavabdehə qadağan edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı3 və İddiaçı2 hər birinin ½ payla mülkiyyətlərində olan Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 ünvanında yerləşən əmlak kompleksinə – “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2” İctimai Birliyinin ofisinə gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdeh "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 06 noyabr 2020-ci il tarixində, **********, ********** qeydiyyat və **********59- 05101-093010, **********59-05101-093039 reyestr nömrələri ilə qeydə alınmış Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 43 və 44 ünvanında yerləşən mənzillər, 12 noyabr 2020-ci il tarixində, ********** qeydiyyat və **********59-05101-093049 reyestr nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 42 ünvanında yerləşən mənzil, 10 fevral 2021-ci il tarixində, ********** qeydiyyat və **********59-05101-093012 reyestr nömrəsi qeydə alınmış Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 42A ünvanında yerləşən mənzil və 12 fevral 2021-ci il tarixində, ********** qeydiyyat və **********59-05101-093050 reyetr nömrəsi ilə qeydə alınmış Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41 ünvanında yerləşən mənzillərdən ibarət əmlak kompleksi iddiaçılar İddiaçı3 və İddiaçı2 hər birində ½ pay olmaqla tam mülkiyyətlərindədir. İddiaçılar İddiaçı3 və İddiaçı2 hər birinin ½ payla mülkiyyətində olan Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 ünvanında yerləşən mənzillər əmlak kompleksi olaraq birləşdirilmişdirlər. Beş mənzillərdən ibarət əmlak kompleksi uzun müddətdir ki, digər iddiaçı “AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFİNA YARDİM ASSOSİASİYASİ” İctimai Birliyinin ofisi kimi fəaliyyət göstərir. X11 Heydər Əliyev cənablarının təklifi ilə qoyulmuş “AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFİNA YARDİM ASSOSİASİYASİ” İctimai Birliyinin (AVCİYA) yaradılmasında əsas məqsəd Assosiasiyaya daxil olan qeyri-hökumət təşkilatlarının və üçüncü sektorun digər nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi vasitəsi ilə ölkədə vətəndaş cəmiyyətinin yaradılması prosesinə yardım göstərməkdir. Belə ki, Assosiasiyaya daxil olan QHT-lər ixtisaslaşdıqları sahələrdə mövcud olan problemlərə cəmiyyətin diqqətini cəlb etməyi, vətəndaşların onların həllində iştirakını, bu sferalarda gedən proseslərin maksimal şəffaflığını öz qarşılarına məqsəd kimi qoyurlar. Bu məqsədlərə nail olmaq üçün isə çox hallarda hansısa konkret QHT-nin göstərdiyi səylər bəzən az olur, işin effektiv olması üçün prosesə daha böyük qüvvələrin cəlb edilməsinə ehtiyac yaranır. AVCİYA-nın əsas məqsədlərindən biri də məhz Assosiasiyaya üzv olan QHT-lərin qüvvəsi hesabına müxtəlif sahələrdə mövcud problemlərin üzə çıxarılması, cəmiyyətə çatdırılması və həlli üzrə kompleks tədbirlər həyata keçirməkdir. Assosiasiyanın əsas məqsədləri sırasına vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi; korrupsiya halları ilə mübarizə üçün sosial əməkdaşlığın yaradılması; regionların və yerli idarəçiliyin sosial-ictimai inkişafına dəstək; islah əmək müəssisələri sisteminin təkmilləşdirilməsi; miqrant, qaçqın, məcburi köçkünlərin problemlərinin həllinə yardım; ekoloji təhsilin artırılması daxil edilə bilər. 2005-ci ildə təsis edilmiş “AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFİNA YARDİM ASSOSİASİYASİ” X8 Heyətinin sədri Elxan Süleymanovun rəhbərliyi ilə bir sıra böyük layihələr həyata keçirilmişdir. Xocalı soyqırımına həsr edilmiş “Xocalı soyqırımı”, “Xocalı soyqırımı: milyon imza-bir tələb”, “Şuşa – qədim Azərbaycan diyarı”, “Bir faciə haqqında iki foto-söhbət”, “Tarixi faktlar erməni miflərinə qarşı” topluları nəşr edilərək ABŞ və Avropa dövlətlərinin parlamentlərinə və dünyanın məşhur kitabxanalarına göndərilmişdir. “Xocalı soyqırımı: milyon imza-bir tələb” layihəsi çərçivəsində bir milyon Azərbaycan vətəndaşının imzası toplanaraq kitab halında nəşr etdirilmiş, böyük dövlətlərin parlamentlərinə təqdim olunmuşdur. Xocalı faciəsi şahidlərinin ifadələri toplanmış və Azərbaycan, ingilis, rus dillərində dərc etdirilmişdir. Faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində keçirilən “Bakı-qəhrəman şəhər” layihəsi çərçivəsində isə İkinci Dünya müharibəsi dövründə Azərbaycan paytaxtının xidmətləri növbəti dəfə dünya ictimaiyyətinə çatdırılmışdır. Azərbaycanda keçirilən seçkilərdə və referendumda müşahidəçilik və “exit-poll” fəaliyyətini də həyata keçirən bu təşkilat insan hüquqları, söz azadlığı, iqtisadiyyat, ekologiya, Xəzərin problemləri ilə bağlı bir çox irimiqyaslı layihələr həyata keçirmiş, beynəlxalq konfranslar təşkil etmişdir. Hazırda da AVCİYA çoxşaxəli fəaliyyəti ilə ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində inamla irəliləyir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında Cavabdeh istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yəni Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4 ünvanında 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. Ötən il Cavabdeh MMC-nin faktiki rəhbərləri Mahir Mirzəyev (telefonu+99***-***-**-**) və Şahin Qasımov (telefonu +99450 -200-77-42) “AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFİNA YARDİM ASSOSİASİYASİ” İctimai Birliyininİdarə Heyətinin sədri Elxan Süleymanovun ofisinə gələrək müxtəlif vədlər verərək onu istifadəsində olan əmlak kompleksinə dair razılığa gətirməyə çalışmışdırlar. Elxan Süleymanov rəhbərlik etdiyi Assosiasiyayanın respublika əhəmiyyətli təşkilat olduğunu onların diqqətinə çatdırmış və həmin əmlaka dair müəyyən dairələrlə məsləhətləşməli olduğunu bildirmişdir. Növbəti gün yenə də Cavabdeh MMC-nin faktiki rəhbərləri Mahir Mirzəyev və X10 Süleymanovun ofisinə gələrək bildirmişdirlər ki, “Biz gecə öz layihəmizi dəyişdirdik. Yeni layihəyə əsasən Sizin ofis sökülməyəcəkdir və o, olduğu vəziyyətdə saxlanılacaqdır.” Cavabdeh dəyişdirilmə müqavilələrinə əsasən köçürdüyü mənzillərin bəzilərinin qapı pəncərələrini və döşəmələrini qanunsuz olaraq sökmüşdür. Halbuki, dəyişdirilmə müqavilələrinə əsasən köçürülmüş mənzillərin faktiki sahibliyi artıq Cavabdeh MMC-yə keçdiyindən, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında köçürülmüş mənzillərə dair hər hansı söküntü işlərinin aparılması onun məsuliyyət dairəsinə daxildir. Bu ilin aprel ayında Cavabdeh MMC köçürülmüş mənzillərdən ibarət blokları qonşuluqda yaşayış olmasına baxmayaraq ağır texnika – ekskavatorlar vasitəsi sökməyə başladı. Mülkiyyətçilərin 112 “Qaynar xətt”-ə etdikləri müraciətlərin nəticəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin əməkdaşları əraziyə gələrək mövcud vəziyyət barədə akt tərtib etmişdirlər. Bundan sonra həmin Agentlik tərəfindən 20 aprel 2023-cü il tarixində “Tikinti işlərinin dayandırılması barədə Qərar №0312”-ni qəbul etmiş və Cavabdeh MMC-nə həmin ərazidə söküntü işlərinin həyata keçirilməsi qadağan etmişdir. Bu Qərara da məhəl qoymayan Cavabdeh MMC-nin faktiki rəhbərləri Mahir Mirzəyev və Şahin Qasımovun rəhbərliyi altında həmin müəssisənin podratçıları tərəfindən heç bir qanuni əsas olmadan yenə də ərazidə ağır texnikalardan istifadə etməklə söküntü işləri davam etdirirlər. Bunun nəticəsində “AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFİNA YARDİM ASSOSİASİYASİ” İctimai Birliyinin ofisinə"xxxx" MMC tərəfindən hələki, çox ciddi olmasa da müəyyən ziyan vurulmuşdur. Daha sonra iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyinə, İddiaçı2 və İddiaçı3 qarşı “yeni mənzilin verilməsi və.s” tələbinə dair qarşılıqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı3 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4 ünvanında yerləşən 82,6 m2 sahədən ibarət olan 41 saylı mənzilin, 58,2 kv.m sahədən ibarət olan 42 saylı mənzilin, 85,7 kv.m sahədən ibarət olan 42a saylı mənzilin, 247,2 kv.m sahədən ibarət olan 43 saylı mənzilin 180,7 kv.m sahədən ibarət olan 44 saylı mənzilin boşaldılaraq Cavabdeh MMC-yə təhvil verilməsinə və həmin mənzillərin Cavabdeh MMC tərəfindən sökülməsinə; Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4 ünvanında yerləşən 82,6 m2 sahədən ibarət olan 41 saylı mənzilin, 58,2 kv.m sahədən ibarət olan 42 saylı mənzilin, 85,7 kv.m sahədən ibarət olan 42a saylı mənzilin, 247,2 kv.m sahədən ibarət olan 43 saylı mənzilin 180,7 kv.m sahədən ibarət olan 44 saylı mənzilin əvəzinə yeni tikiləcək binada hər mənzil üçün müvafiq olaraq 20 faiz əlavə ölçüdə təmirli mənzillərin binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə İddiaçı2 və İddiaçı3 qızma təhvil verilməsinə və ya cavabdehlərin mənzilləri ilə bağlı Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyi ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağlamalarını da nəzərə alaraq həmin mənzillərin əvəzinə veriləcək mənzil sahələrinin sahələrini nəzərə almaqla bir mərtəbədə (yaşayışın eyni mərtəbəsi) yaşayış sahəsi verilməsinə; sökülməsi nəzərdə tutulan mənzillərin Cavabdeh MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzillər ilə təmin olunan günədək Cavabdeh MMC tərəfindən İddiaçı2 və İddiaçı3 hər mənzil üçün hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı3 və Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyinin nümayəndəsi və vəkili Nümayəndə “iddia tələbinin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı3 və İddiaçı2 hər birinin ½ payla mülkiyyətlərində olan Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 ünvanında yerləşən əmlak kompleksinə – “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2” İctimai Birliyinin ofisinə gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin cavabdeh "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməsinə və Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyinin ofisinə Bakı şəhəri, X3 küçəsi istiqamətindən giriş-çıxışın təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" MMC tərəfindən həmin istiqamətdə sökülmüş asfalt yolun onun tərəfindən bərpa edilməsinə və ofisin kotlavan qazılmış hissənin xarici divarından 5,94 metr olmaqla, həmin kotlavanın"xxxx" MMC tərəfindən torpaqla doldurularaq bərkitmə işlərinin həyata keçirlənməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ilk iddia ərizəsi üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2, İddiaçı3 və Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyi “iddia tələbinin dəyişdirilməsinə və artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı3 və İddiaçı2 hər birinin ½ payla mülkiyyətlərində olan Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 nömrəli mənzillərdən ibarət çoxmənzilli yaşayış binasına və orada daimi istifadə hüquqi ilə yerləşən “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2” İctimai Birliyinin ofisinə gələcəkdə zərər vurulması təhlükəsi yaradan fəaliyyətin, o cümlədən çoxmənzilli yaşayış binasına daxil olan kommunikasiya sistemlərinin (su, kanalizasiya, təbii qaz, elektrik enerjisi, telefon və internet xətlərinin) zədələnməsi, çoxmənzilli yaşayış binasının dam örtüyünə, xarici divarına, divarın bünövrəsinə zərər vurulması, çoxmənzilli yaşayış binasının xarici divarından müəyyən edilən 5.94 metr (beş metr 94 sm) ara məsafəsinin sərhədlərinin pozulması, ara məsafəsinde olan yaşıllıqların (ağaclar və kollar) məhv edilməsinə (çıxarılmasına, kəsilməsinə, qurudulmasına) yönələn hərəkətlərin cavabdeh "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməsi, Bakı şəhəri, X3 küçəsi, ev 4 ünvanında yerləşən 41, 42, 42A, 43 və 44 nömrəli mənzillərdən ibarət çoxmənzilli yaşayış binasının xarici divarından olan ara məsafəsinin nəqliyyat infrastrukturu (yol) olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsinə piyada və nəqliyyat vasitələrinin çıxışını təmin edən məhəllədaxili asfalt yolunun bərpa edilməsi, "Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2" İctimai Birliyinin ofisinə piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz gediş gəlişinə maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh "xxxx" MMC üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “qarşılıqlı iddia tələbinin dəyişdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı3 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4 ünvanında yerləşən 82,6 m2 sahədən ibarət olan 41 saylı mənzilin, 58,2 kv.m sahədən ibarət olan 42 saylı mənzilin, 85,7 kv.m sahədən ibarət olan 42a saylı mənzilin, 247,2 kv.m sahədən ibarət olan 43 saylı mənzilin 180,7 kv.m sahədən ibarət olan 44 saylı mənzilin boşaldılaraq Cavabdeh MMC-yə təhvil verilməsinə; Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4 ünvanında yerləşən 82,6 m2 sahədən ibarət olan 41 saylı mənzilin, 58,2 kv.m sahədən ibarət olan 42 saylı mənzilin, 85,7 kv.m sahədən ibarət olan 42a saylı mənzilin, 247,2 kv.m sahədən ibarət olan 43 saylı mənzilin 180,7 kv.m sahədən ibarət olan 44 saylı mənzilin əvəzinə yeni tikiləcək binanın 4cü blokunun bütöv bir mərtəbəsini, yəni 4-cü mərtəbədə yerləşən ümumilikdə sahələrin cəmi 703,3 kv.m sahə olan mənzillərin hamısı, eləcə də 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən sahəsi 96,1 kv.m olan mənzilin verilməsi, boşaldılaraq verilməsi nəzərdə tutulan mənzillərin Cavabdeh MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzillər ilə təmin olunan günədək Cavabdeh MMC tərəfindən İddiaçı2 və İddiaçı3 hər mənzil üçün hər ay 3000 manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia ərizəsi üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil3 və ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyinin nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil1 qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilk iddia tələbinin isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, mülki iş üzrə ilk iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında damınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42a, 43 və 44 ünvanında yerləşən mənzillər ½ hissədə İddiaçı3 və İddiaçı2 xüsusi mülkiyyətindədirlər. İş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4, mənzil 42 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin paylı mülkiyyət hüququ üzrə mülkiyyətçiləri İddiaçı3 və İddiaçı2 ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyi arasında 03 may 2023-cü il tarixdə “qeyri-yaşayış sahəsinin daimi istifadədə olunmasının etirafına” dair müqavilə bağlanmışdır. Mülki işin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxılində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Mülki işin materiallarında olan “Torpaq sahəsinin icarəyə veriməsi” haqqında 19 yanvar 2021-ci il tarixli, 1635 nömrəli müqavilənin sürətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizov ilə Cavabdeh arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamını və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli yerquluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. Mülki işin materiallarında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, tikinti işlərini aparan şirkət tərəfindən vətəndaşların mülkiyyətində olan əmlakın dəyəri tam ödənildikdən və həmin ərazi boşaldıqdan sonra ərazidə söküntü işlərinə başlanıla bilər. Mülki işin materiallarında olan 01 avqust 2023-cü il tarixli “ünvan 7 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evinin texniki vəziyyəti” barəsində rəydən görünür ki, ünvan 7 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evi texniki cəhətdən işlək vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/5943 saylı, 25 oktyabr 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliy Tikintidə X5 Agentliyi 01 avqust 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsində yerləşən 4 saylı evin, 41, 42, 42A, 43 və 44 saylı mənzillərin baxış zamanı əsas yükdaşıyan divarlarında çat və deformasiyalar müşahidə edilməmişdir. Gələcəkdə nə kimi ziyan dəymə təhlükəsinin olub- olmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyətinə aid deyildir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliy Tikintidə X5 Agentliyi 01 avqust 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 4 saylı ünvanında yerləşən 2 mərtəbəli yaşayış evi (41, 42, 42A, 43 və 44 saylı mənzillər) texniki cəhətdən işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-338/2023 nömrəli 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-2866/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək "Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2" İctimai Birliyinin Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 ünvanında yerləşən ofisinə daxil olan kommunikasiya sistemlərinin, o cümlədən su, kanalizasiya, təbii qaz və elektrik enerjisi xətlərinin zədələnməsi, "Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2" İctimai Birliyinin ofisində çalışan əməkdaşların piyada və öz avtomobilləri ilə Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 ünvanında yerləşən ofisinə girişçıxışları zamanı onların həyatlarına təhlükə yarada biləcək hər-hansı fəaliyyət "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməli, söküntü və tikinti işlərinin sırf "Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2" İctimai Birliyinin hüquqi sərhədləri çərçivəsində (texniki pasportda göstərilən göstəricilərə uyğun olaraq) aparılmasının "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməsi, ərizənin qalan hissədə rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16(103)-680/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, "Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2" İctimai Birliyinin Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 ünvanında yerləşən ofisinin uçmaq təhlükəsinin qarşısını almaq məqsədi ilə kotlavan qazılmış hissənin xarici divarından 5,94 metr olmaqla, həmin kotlavanın "xxxx" MMC tərəfindən torpaqla doldurulub, bərkitmə işlərinin həyata keçirilməsi və bir daha ara məsafəsi daxilində söküntü və tikinti işlərinin aparılması "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. - 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. - 1098.3-cü maddəsinə əsasən məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. Məhkəmə ilk olaraq ilkin iddia barədə onu qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin nümayəndəsi məhkəmə baxışı zamanı izahatında “Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2" İctimai Birliyinin hazırki mülki işdə subyektiv iddiaçı olmadığını bildirsə də, iş materiallarından görünür ki, İddiaçı3 və İddiaçı2 ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyi arasında 03 may 2023-cü il tarixdə “qeyri-yaşayış sahəsinin daimi istifadədə olunmasının etirafına” dair müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2" İctimai Birliyini hazırda iddia qaldırmaqda tam haqlıdır. Məhkəmə ilkin iddianın Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 nömrəli mənzillərdən ibarət yaşayış binasına daxil olan kommunikasiya sistemlərinin (su, kanalizasiya, təbii qaz, elektrik enerjisi, telefon və internet xətlərinin) zədələnməsi, yaşayış binasının dam örtüyünə, xarici divarına, divarın bünövrəsinə zərər vurulması, çoxmənzilli yaşayış binasının xarici divarından müəyyən edilən 5.94 metr (beş metr 94 sm) ara məsafəsinin sərhədlərinin pozulmasını cavabdeh "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməsi tələbi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16(103)-680/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-338/2023 nömrəli 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddianın bu hissədə təmin edilməsinin əsasları artıq həmin qərardadda göstərildiyi və sübuta yetirildiyindən, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə ilkin iddianın “ara məsafəsinde olan yaşıllıqların (ağaclar və kollar) məhv edilməsinə (çıxarılmasına, kəsilməsinə, qurudulmasına) yönələn hərəkətlərin cavabdeh "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər həmin ərazidə olan yaşıllıqların "xxxx" MMC tərəfindən məhv edilməsinə (çıxarılmasına, kəsilməsinə, qurudulmasına) dair məhlkəməyə hər hansı sübut təqdim edilmədiyindən, iddia bu hissədə rədd olunmalıdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi Bakı şəhəri, X3 küçəsi, ev 4 ünvanında yerləşən 41, 42, 42A, 43 və 44 nömrəli mənzillərdən ibarət çoxmənzilli yaşayış binasının xarici divarından olan ara məsafəsinin nəqliyyat infrastrukturu (yol) olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsinə piyada və nəqliyyat vasitələrinin çıxışını təmin edən məhəllədaxili asfalt yolunun hazırda yararsız hala salındığından, iddia “asfalt yolunun bərpa edilməsi” hissəsində təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, "Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2" İctimai Birliyinin ofisinə piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz gediş gəlişinə maneələrin aradan qaldırılması ilə bağlı məsələnin həlli üçün ilk iddia üzrə iddiaçılar məhkəməyə deyil, müvafiq orqana müraciət edilərək həll etməli olduqlarından, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. “R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 avqust 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar: “O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7 və X1rşı” xx.xx.2019-cu il tarixli Qərarı: “Müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. Heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (Volçkova və Mironov işi, §§125-126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (§36), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilər həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb. Çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb (§27), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyil. Yekun olaraq, məhkəmə təsdiq etmişdir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə hesab edir ki, tədbir mütənasib və uyğundur.” İlk olaraq, mübahisə, ilk iddia ərizəsi üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərə məxsus mənzilə mülkiyyət hüquqları və onun itirilməsi ilə bağlı olduğu üçün mülkiyyət hüququ və ona müdaxilə imkanları, bu çərçivədə tərəflərin öhdəlikləri nəzərdən keçirilməlidir. Bu kontekstdə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər (§190, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır (§21). “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (§22). Göründüyü kimi, mülkiyyət hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyərdir. Eyni zamanda, bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Qanunvericiliklə mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın tənzimlənmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mülkiyyət hüququna müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Hazırkı işdə ilk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin boşaldırılaraq ona təhvil verilməsini tələb etdiyi mənzil üzərində cavabdehlər İddiaçı2 və İddiaçı3 mülkiyyət hüququnun qeydə alınması işin mübahisəsiz halıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş digər hallarına görə isə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxılində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 49 il müddətinə "xxxx" MMC-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 1635 №-li 19 yanvar 2021-ci il tarixli "Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə" bağlanmışdır. Cavabdeh MMC söküləcək evlərdə yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində olan sahədən 20 % artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsini və yaşayış sahələri verilənədək otaqların sayından asılı olaraq kirayə haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyünü nəzərdə tutan aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yeniləri inşa edilməklə, mülkiyyət hüququnun kompensasiyası mümkündür. Bununla yanaşı, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/5943 saylı, 25 oktyabr 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 4 saylı ünvanında yerləşən 2 mərtəbəli yaşayış evi (41, 42, 42A, 43 və 44 saylı mənzillər) texniki cəhətdən işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Bunlarla yanaşı məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə qarşılıqlı iddia üzrə cavabdehlərə əvəz kimi verilən əmlakın əlamətləri konkret şəkildə fərdiləşdirilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olub-olmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehlərin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz. Belə ki, bu qəbildən olan işlərə baxılan zaman mənzili boşaldılaraq təhvil veriləcək olan vətəndaşa veriləcək mənzilin məlumatları dəqiq müəyyən edilməli, mənzilin rekvizitləri və digər fərdiləşdirici əlamətləri məhkəmənin yekun qərarında öz əksini tapmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının təklifində konkret mənzilə dair göstəricilərinin qeyd edilməməsi, mənzilin hansı ünvandakı binada yerləşməsinin dəqiq göstərilməməsi, qətnamənin nəticə hissəsində də qarşılıqlı iddia üzrə 4-cü mərtəbədə yerləşən ümumilikdə sahələrin cəmi 703,3 kv.m sahə olan qeyri-müəyyən mənzillərin hamısı, eləcə də 4-cü blokunun 5-ci mərtəbəsində yerləşən sahəsi 96,1 kv.m olan qeyri-müəyyən mənzilin verilməsinin göstərilməsi qətnamənin icrası mərhələsində cavabdehə veriləcək yeni mənzilin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və sonuncunun hüquqlarının pozulmasına səbəb ola bilər. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 11 iyul 1997-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin,habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmçinin həmin qərarın 8 və 10-cu bəndlərində göstərilmişdir ki, qətnamənin nəticə hissəsi qısa, dəqiq, şərtsiz məzmunda ifadə edilməklə, tərəflərin tələb və etirazlarına qəti cavab verməlidir. Əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasında dolaşıqlıq yaratmamaq və icranın mümkünlüyünü təmin etmək məqsədi ilə qət edilən şeylərin hər birinin ayrılıqda qiyməti və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, dəyərinin alınması da göstərilməlidir. Kompensasiya kimi qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı3 verilən əmlakın əlamətlərinin konkret şəkildə fərdiləşdirilməməsi, eyni zamanda, həmin məhkəmə qətnaməsinin vaxtında və düzgün icra olunmamasına səbəb ola, bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edə bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırki vəziyyətdə həmin təklifdə göstərilən mənzillərin rekvizitləri dəqiq göstərilsə idi belə kompensasiyanın özü ədalətli olmamaqla yanaşı, mütənasib deyildi. Hazırkı halda qarşılıqlı iddia üzrə iddiaçının tələbi üzrə cavabdehlərə hansı ünvanda yerləşən, hansı girişdə, neçə otaqlı mənzilin təklif etməsi dəqiqləşdirilmədiyindən, mənzilin yerləşdiyi binanın yeri, layihəsi, mənzilin planı və s. bu kimi halları araşdıraraq iddiaya qiymət verildiyindən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycanda Vətəndaş Cəmiyyətinin X2 İctimai Birliyi, İddiaçı2 və İddiaçı3 qarşı “yeni mənzilin verilməsi və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia ərizəsi üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3 və İddiaçı2 hər birinin ½ payla mülkiyyətlərində olan Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 nömrəli yaşayış binasına daxil olan kommunikasiya sistemlərinin (su, kanalizasiya, təbii qaz, elektrik enerjisi, telefon və internet xətlərinin) zədələnməsi, çoxmənzilli yaşayış binasının dam örtüyünə, xarici divarına, divarın bünövrəsinə zərər vurulması, çoxmənzilli yaşayış binasının xarici divarından müəyyən edilən 5.94 metr (beş metr 94 sm) ara məsafəsinin sərhədlərinin pozulması qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilməli, Bakı şəhəri, X3 küçəsi, ev 4 ünvanında yerləşən 41, 42, 42A, 43 və 44 nömrəli mənzillərdən ibarət yaşayış binasının xarici divarından olan ara məsafəsinin nəqliyyat infrastrukturu (yol) olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsinə piyada və nəqliyyat vasitələrinin çıxışını təmin edən məhəllədaxili asfalt yolu bərpa edilməli, ilk iddia digər hissədə rədd edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı2 və İddiaçı3 qarşı “yeni mənzilin verilməsi və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlk iddia qismən təmin edilsin. İlk iddia ərizəsi üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı3 və İddiaçı2 hər birinin ½ payla mülkiyyətlərində olan Bakı şəhəri, X3 küçəsi, ev 4, mənzil 41, 42, 42A, 43 və 44 nömrəli yaşayış binasına daxil olan kommunikasiya sistemlərinin (su, kanalizasiya, təbii qaz, elektrik enerjisi, telefon və internet xətlərinin) zədələnməsi, çoxmənzilli yaşayış binasının dam örtüyünə, xarici divarına, divarın bünövrəsinə zərər vurulması, çoxmənzilli yaşayış binasının xarici divarından müəyyən edilən 5.94 metr (beş metr 94 sm) ara məsafəsinin sərhədlərinin pozulması qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə və onun podratçılarına qadağan edilsin. Bakı şəhəri, X3 küçəsi, ev 4 ünvanında yerləşən 41, 42, 42A, 43 və 44 nömrəli mənzillərdən ibarət yaşayış binasının xarici divarından olan ara məsafəsinin nəqliyyat infrastrukturu (yol) olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsinə piyada və nəqliyyat vasitələrinin çıxışını təmin edən məhəllədaxili asfalt yolu bərpa edilməsin. İlk iddia digər hissədə rədd edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı2 və İddiaçı3 qarşı “yeni mənzilin verilməsi və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulub Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar