Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-178/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1536 manat məbləğində maddi zərərin, 2000 manat məbləğində mənəvi zərərin, 56 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3592 manat pul vəsaitinin İddiaçı ödənilməsi və Bakı şəhəri M.Qasımov küçəsi 2 saylı evin 75 saylı mənzilində su borularında olan nasazlığın aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı mənzildə yaşayır. Yuxarı mərtəbədə yerləşən və cavabdehlərə məxsus 75 saylı mənzildən onun mənzilinə əvvəllər də bir neçə dəfə su axıdılmış və bununla əlaqədar olaraq o, cavabdehdən problemin aradan qaldırılmasını dəfələrlə xahiş etmişdir. Lakin son müddət ərzində cavabdehə məxsus Bakı şəhəri, M.Qasımov küçəsi, ev 2, 75 saylı mənzildən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə su sızması mütəmadi hal almış və nəticədə mənzil yararsız hala düşmüş və ona zərər vurulmuşdur. Belə ki, Bakı şəhəri Nəsimi rayonu Mənzil Kommunual Təsərrüfatı Birliyinin 14 saylı Mənzil Kommunual İstismar Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aktlarına müvafiq olaraq ünvan 1 saylı mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin binanın 75 saylı mənzilindən onun mənzilinə su axıdılmış, hadisə mütəmadi olaraq davam etmiş və onun mənzilinə böyük zərər dəymişdir. Bakı Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərində baş vermiş hadisə nəticəsində ünvan 1 ünvanında yerləşən ona məxsus əmlak ekspert baxışına təqdim olunan hazırki vəziyyətdə ümumi dəymiş zərər 1536 manat müəyyən edilmişdir. Cavabdeh tərəfdən onun mənzilinə suyun axıdılması mənzildə təmir işlərinin aparılması zərurətini yaratmışdır və nəticədə onun mülkiyyətində olan mənzildən istədiyi kimi istifadə etmək hüququndan məhrum edilmişdir. Həmçinin, suyun ona məxsus mənzilə axıdılması, onun bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etməsi və cavabdeh tərəfindən suyun axıdılmasının qarşısını almaq üçün heç bir tədbirin görülməməsi, o cümlədən əmlaka vurulmuş zərər nəticəsində mülkiyyətində olan əmlakdan öz istəyi ilə sərbəst istifadə edə bilməməsi ona psixoloji sarsınti və iztirab yaşadıb. Hesab edir ki, onun keçirdiyi mənəvi iztirab və psixoloji sarsıntılara görə cavabdeh tərəfindən 2000 manat məbləğində mənəvi zərər ödənilməlidir. İddiaçı tərəfin vəsatəti əsasında mülki iş üzrə cavabdeh X4 əsl Cavabdeh Elnar qızı ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Elnar qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh Elnar qızının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmənin tədqiq etdiyi: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi ÖM seriyalı 191426 saylı qeydiyyat vəsiqəsinə, eləcə də Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa görə Bakı şəhəri Nəsimi rayonu Ak.Mirqasımov küçəsi 2 saylı evin 72 saylı mənzili İddiaçı mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2024-cü il tarixli, 3- 21-3-02/2-555/2024 saylı məktubuna, eləcə də Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa görə Bakı şəhəri Nəsimi rayonu Ak.Mirqasımov küçəsi 2 saylı evin 75 saylı mənzili Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Nəsimi rayon 14 saylı MKİS-nin rəisi A.Məmmədov, sahə nəzarətçiləri M.Əsgərov və E.Hüseynzadənin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta görə Mirqasımov küçəsi bina 2 mənzil 72 ünvanında yaşayan İddiaçı məxsus mənzilin mətbəx hissəsinin tavanından mətbəxə su damır. Onlar dəfələrlə yerində baxış keçirib, suyun üst qonşunun mənzilindən axdığını aşkar etmişlər. Üst mənzildə yaşayan qonşuya bu barədə dəfələrlə müraciət etmişlər. Şəxs mənzildə olmadığını onlara bildirmişdir. - Nəsimi rayon 14 saylı MKİS-nin rəisi A.Məmmədov, mühəndis V.Dəmirov və sahə nəzarətçisi M.Ələsgərovun iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta görə Mirqasımov küçəsi bina 2 mənzil 72 ünvanında yaşayan İddiaçı həmin binanın 75 saylı mənzilindən onun mətbəxinə su axıdılması barədə ərizə ilə müraciət etmişdir. Sakinin müraciətinə əsasən onun mənzilinə baxış keçirilmişdir. Baxış zamanı aşkar etmişlər ki, həqiqətən 75 saylı mənzildən su axıntısı olmuş və axıntı nəticəsində binanın 72 saylı mənzilinin mətbəxinə ziyan dəymişdir. - Nəsimi rayon 14 saylı MKİS-nin rəisi A.Məmmədov, mühəndis V.Dəmirov, sahə nəzarətçiləri M.Ələsgərov və E.Hüseynzadənin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta görə xx.xx.2023-cü il tarixdə Mirqasımov küçəsi bina 2 mənzil 72 ünvanında yaşayan ev sahibi İddiaçı şikayəti ilə təkrar göstərilən ünvanda 75 saylı mənzildə yaşayan sakinlər X4 tərəfindən 72 saylı mənzilə su axıdılması ilə əlaqədar mənzildə olmuşlar. 75 saylı mənzilə qalxaraq mənzil sahibinə xəbərdarlıq etsələr də, mənzil sahibi tərəfindən su axıdılmasının qarşısı kəsilməmişdir. Buna görə də, 72 saylı mənzilə su axıdılması nəticəsində mənzilə ziyan dəyib. - Nəsimi rayon 14 saylı MKİS-nin rəisi A.Məmmədov, mühəndis A.Məmmədov və sahə ustası L.İsmayılovun iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta görə xx.xx.2023-cü il tarixdə Mirqasımov küçəsi bina 2 mənzil 72 ünvanında yaşayan İddiaçı MKİS-ə müraciət edərək, evinə yenidən 75 saylı mənzildən su axdığını və mənzilə baxış keçirilərək bu haqda akt tərtib edilməsini xahiş etmişdir. Tərəflərindən 72 saylı mənzilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həqiqətən 72 saylı mənzilə 75 saylı mənzildən su axıb, 72 saylı mənzilin mətbəxi və hamam otağı su ilə bərbad hala düşüb. Su sızıntısının mənbəyini aşkar edə bilməmişlər. Bu hadisə (su axıntısı) mütəmadi olaraq davam edir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində baş vermiş hadisə nəticəsində ünvan 2 ünvanında yerləşən, İddiaçı məxsus əmlak ekspert baxışına təqdim olunan hazırki vəziyyətdə ümumi dəymiş zərər təxminən 1536 manat müəyyən olunur. - Nəsimi rayon 14 saylı MKİS-nin rəisi A.Məmmədov, mühəndis A.Məmmədov və baş muhasib S.Zeynalovun iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta görə göstərilən tarixdə Mirqasımov küçəsi bina 2 mənzil 72 ünvanında yerləşən mənzilin sahibi İddiaçı təkrarən müraciətinə əsasən mənzildə yoxlama işi aparmışlar və məlum olmuşdur ki, 75 saylı mənzildə yaşayan sakinlər tərəfindən təkrarən 72 saylı mənzilə su axıdılmışdır. Göstərilən mənzilin sahibi və mənzildə yaşayan ailəsi tərəfindən dəfələrlə bu barədə xəbərdar olunmuşlar, lakin ev sahibi bu xəbərdarlığa riayət etmir, 72-ci mənzilə dəyən zərəri inkar edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7615 saylı rəyinə görə rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 72 saylı mənzilin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, ünvan 1 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, Bakı şəhəri, M.Qasımov küçəsi, ev 2, 75 saylı mənzilin qapısı bağlı olduğundan, 72 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. ünvan 1 saylı mənzildə faktiki olaraq su axmanın davam etmədiyi müəyyən edilmişdir. ünvan 1 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 503 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşdən görünən odur ki, Bakı şəhəri Nəsimi rayonu Ak.Mirqasımov küçəsi 2 saylı evin 72 saylı mənzili İddiaçı, Bakı şəhəri Nəsimi rayonu Ak.Mirqasımov küçəsi 2 saylı evin 75 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İddia tələbi ilə müraciət edən İddiaçıdir. İddiaçının bildirdiyinə görə mənzilə su axıdılıb. Su axıntısı nəticəsində mənzilinin mətbəxinə zərər dəyib və maddi zərəri 1536 manat qiymətləndirir. Su axıntısı uzun müddətdir ki, davam etdiyi üçün mənəvi zərərə də uğrayıb. Bu səbəbdən cavabdeh həm maddi zərəri, həm də mənəvi zərəri ödəməklə yanaşı yol verdiyi pozuntunu aradan qaldırmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin araşdırılması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə bağlı iddiaçı məhkəmədən öncə üst mənzildə yaşayan şəxslərə müraciət etmiş, müraciəti nəticə vermədiyi üçün mənzilin yerləşdiyi ərazi üzrə MKİS-nin əməkdaşlarına müraciət etmişdir. İşdə 2023-cü il tarixdən etibarən xeyli sayda aktlar tərtib edilmiş, lakin məsələ öz həllini tapmadığı üçün mübahisə məhkəmənin həllinə verilmişdir. Məhkəmə işdə olan aktlarla, ididaçının öz hesabına apardığı ekspert rəyi ilə kifayətlənməyib, mülki iş üzrə ekspertiza da təyin etmişdir. Ekspert rəyi ilə də iddiaçının mülkiyyətində olan mənzilə ziyan dəydiyi, ziyanın məhz su axıntısı nəticəsində yarandığı birmənalıdır. Rəydə üst mənzilin qapısının bağlı olmasına istinad edilib sözügedən mənzilə baxış keçirməyin mümkün olmadığı bildirilsə də, sübutların məcmusu yaranmış hadisədə 75 saylı mənzilin mülkiyyətçisinin, yəni cavabdehin təqsirli olmasını deməyə əsas verir. Dəymiş maddi ziyana görə məsuliyyət daşıyacaq şəxs cavabdeh olsa da, məhkəmə iddia tələbində göstərilən məbləğdə deyil, maddi ziyan tələbini xx.xx.2025-ci il tarixli rəyi mötəbər sübut kimi qəbul edib onda göstərilən məbləğ həcmində təmin etməyi mümkün hesab edir. Beləliklə də, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilərək, mənzilə vurulmuş ziyana görə 503 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, eləcə də tərəflər arasında gələcəkdə yarana biləcək məhkəmə mübahisələrinin qarşısının alınmasından ötrü Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Ak.Mirqasımov küçəsi 2 saylı evin 72 saylı mənzilinə su sızmasına səbəb olmuş nazaslığın aradan qaldırılması vəzifəsi həvalə edilməlidir. Bundan başqa, iddia tələbi ilə müəyyən olunur ki, iddiaçı əmlakına dəymiş ziyana görə maddi ziyan tələb etməklə yanaşı keçirdiyi sarsıntılara görə mənəvi ziyan da tələb edir. Məhkəmə mənəvi ziyan tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda aparılmış aradırma ilə iddiaçının mənzilinə ziyan dəydiyi aşkardır. Dəymiş ziyan bir neçə dəfə aktlaşdırılmış, aktlarla hadisənin 2023-cü il tarixdən etibarən baş verdiyi, eləcə də dəfələrlə təkrarlandığı müəyyən edilmişdir. Cavabdeh tərəf dəymiş ziyanı qarşılamaq, eləcə də bu halın baş verməməsi üçün tədbir görmək əvəzinə məsələnin həllində heç bir təşəbbüs göstərmədiyi üçün iddiaçı mövcud vəziyyətdə mənzildə yaşamaq məcburiyyətində qalmışdır. Bütün baş verənlər isə onda əsəb, stres keçirməsinə, şüurunda müəyyən mənfi reaksiyaya səbəb olduğu üçün dəymiş mənəvi ziyan bir növ də olsa kompensasiya edilməli, mənəvi ziyanın həcmi 200 manat məbləğində müəyyən edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə isə qeyd edilməlidir ki, iddia tələbinin qismən təmin edildiyi nəzərə alınaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, bundan başqa mənzilə zərər vurulmasında cavabdeh təqsirli hesab edildiyindən, ekspertiza xərci tamamilə ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün vurulmuş maddi zərərə görə 503 manat və mənəvi zərərə görə 200 manat, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli; Cavabdeh üzərinə Bakı şəhəri Nəsimi rayonu M.Qasımov küçəsi 2 saylı evin 72 saylı mənzilinə su sızmasına səbəb olmuş nazaslığın aradan qaldırılması vəzifəsi qoyulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün vurulmuş maddi zərərə görə 503 manat və mənəvi zərərə görə 200 manat, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh üzərinə Bakı şəhəri Nəsimi rayonu M.Qasımov küçəsi 2 saylı evin 72 saylı mənzilinə su sızmasına səbəb olmuş nazaslığın aradan qaldırılması vəzifəsi qoyulsun. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-178/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-178/2025
01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver