Məhkəmə qərarları › İş №e-2(006)-1780/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1780/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1780/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "Bakı Metropolı̇ tenı̇ ” Qapalı Səhmdar Cəmı̇ yyətı̇ və Yusı̇ fov Namı̇ q Nəsı̇ b oğluna qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" Sığorta Şı̇ rkəti Açıq Səhmdar Cəmı̇ yyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər "Bakı Metropolı̇ tenı̇ ” Qapali Səhmdar Cəmı̇ yyətı̇ və Yusı̇ fov Namı̇ q Nəsı̇ b oğluna qarşı "subroqasiya tələbinin təmin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə idarə etdiyi "xxxx" QSC-yə məxsus olan “QAZ 65R32” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalı “Geely Okavango” markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi **********5 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü ilə sığortalanmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə sığorta müqaviləsində nəzərdə tutulmuş 500 manat şərtsiz azadolma məbləği ödəniş edildiyindən, tam olaraq 16032.20 (on altı min otuz iki manat iyirmi qəpik) manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. Cavabdeh2 tərəfindən idarə olunan “QAZ 65R32” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə sığortalamış sığortaçı “Paşa“ Sığorta Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərərin 4500 manat məbləğini ödəmişdir. Ödənişin qalan hissəsi isə 11032.20 manat məbləği Cavabdeh2 və "xxxx" QSC tərəfindən ödənilməmiş qalmışdır. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh2 təqsirli olması Nərimanov rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Göstərilənlərə əsasən “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 11032.20 (on bir min otuz iki manat iyirmi qəpik) manat məbləğində dəymiş zərər və 123.10 (yüz iyirmi üç manat, on qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-dən alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər proses iştirakçıları isə gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 4.Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 5.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 "xxxx" QSC-yə məxsus “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. Sığorta aktına əsasən İddiaçı ASC tərəfindən dəymiş zərər aradan qaldırılaraq, sığorta ödənişi həyata keçirilmiş, “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta növü üzrə sığortalamış sığortaçı "xxxx" ASC dəymiş zərərin 4500 manat məbləğini ödəmişdir. Hazırda isə İddiaçı Sığorta Şirkəti ASC hadisə cavabdeh Y.Namiqin təqsiri ucbatından baş verdiyindən və şərtsiz azadolma məbləği və "xxxx" ASC tərəfindən ödənilən sığorta ödənişi çıxıldıqdan sonrakı yerdə qalan ödənilməmiş 11032,20 manat məbləğində pulun subroqasiya qaydasında cavabdehlər Cavabdeh2 və "xxxx" QSC-dən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. b) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 04:30-da Cavabdeh2 “Qaz 65R32” mikroavtobus markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 7.Mülki işin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 125629 saylı sığorta aktından görünür ki, “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinədək sığortalanmış, həmin nəqliyyat vasitəsi “QAZ 65R32” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə, Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 16032,20 AZN ziyan dəymiş və bununla bağlı 16032,20 AZN sığorta ödənişi həyata keçirilmişdir. 8.Mülki işin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə sığorta ödənişinin qalan hissəsinin, 11032.20 AZN ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. 9.Mülki işin materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına 16032,20 AZN məbləğində pul köçürülmüşdür. 10.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş təmir aktından görünür ki, “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərci 16032,20 AZN təşkil etmişdir. 11.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, **********5 saylı sığorta şəhadətnaməsi və ona **********5-09 saylı əlavədən görünür ki, “Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC-də könüllü sığorta növü ilə sığortalanmışdır. Həmin müqavilə üzrə azadolma məbləği 500 manat məbləğində, sığorta məbləği 50.000 manat məbləğində müəyyən edilmişdir. 12.Mülki işin materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD seriyalı 271262 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** JR *** dövlət qeydiyyat nişanlı «QAZ 65R32» markalı mikroavtobus "xxxx" QSC-nin adına qeydiyyata alınmışdır. 13.Mülki işin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2532 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında 2023-cü il buraxılışlı, Geely Okavango” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərcinin 15911,18 manat məbləğində olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 AZN (əlli manat) təşkil etmişdir. 14.Mülki işin materiallarında olan “Asan ödəniş” sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 123,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 16.Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 17.Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 18.“İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. 19.Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. 20.Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 21.Həmin Qanunun 56.1.1-ci maddəsinə əsasən fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat sığortalanır. 22.Hazırki iş üzrə iş materiallarında olan təmir aktından göründüyü kimi baş vermiş hadisə nəticəsində “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi həcmi 16032,20 AZN məbləğində qiymətləndirilmişdir. Bundan sonra iddiaçı tərəfindən 500 AZN azadolma məbləği və "xxxx" ASC tərəfindən ödənilən 4.500 AZN məbləği də daxil olmaqla ümumilikdə 16032.20 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 23.Məhkəmə tərəfindən tərəflər arasında məbləğlə bağlı mübahisə olduğundan işin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə baş vermiş hadisə nəticəsində “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın həcminin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli, 9/2532 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, baş vermiş hadisə nəticəsində “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 15911,18 AZN məbləğində qiymətləndirilmişdir. 24.Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 25.Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 27.Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 28.Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 29.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xx.xx.2024-cü il tarixli, 9/2532 saylı ekspert rəyi mötəbər sübut növü kimi qəbul edilməli və həmin rəy əsasında müəyyən edilən “Geely Okavango” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi kimi ümumilikdə 10911,18 AZN (15911,18 AZN - 4500 AZN ("xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş) - 500 AZN (azadolma məbləği) = 10911,18 AZN) pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Lakin iddiaçı iddia tələbində 11.032.20 (on bir min otuz iki manat, iyirmi qəpik) qeyd etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmamaqla qeyd edilən məbləği (tələbdə) 11032,20 manatı əsas götürür. 30.Daha sonra məhkəmə digər cavabdeh "xxxx" QSC-yə münasibətdə isə qeyd edir ki, iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Belə ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə əsas olan “QAZ 65R32” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman cavabdeh "xxxx" QSC-nin mülkiyyətində olmasına baxmayaraq, hadisəni törədən iş üzrə digər Cavabdeh2 olmuşdur və o, bunun nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. 31.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 32.Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 33.Oxşar mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. 34.Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. 35.Odur ki, hazırki iş üzrə cavabdeh "xxxx" QSC subyektiv cavabdeh olmadığından iddia tələbi ona münasibətdə təmin edilməməlidir. 36.Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 123,10 AZN məbləğində dövlət rüsumunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. 37.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 38.Odur ki, hazırda iddia təmin edildiyindən iddianının qaldırılması üçün ödənilən 123.10 AZN yalnız Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. 39.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 11032,20 AZN (on bir min otuz iki manat, iyirmi qəpik) yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 123,10 AZN (bir yüz iyirmi üç manat, on qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 11.155,30 AZN (on bir min yüz əlli beş manat, otuz qəpik) tutulmalı, iddia tələbi digər cavabdehə münasibətdə rədd edilməlidir. 40.Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh2 50 AZN (əlli manat) tutuluraq Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 43.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 11032,20 AZN (on bir min otuz iki manat, iyirmi qəpik) yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 123.10 AZN (bir yüz iyirmi üç manat, on qəpik) dövlət rüsumu olmaqla, ümumilikdə 11.155,30 AZN (on bir min yüz əlli beş manat, otuz qəpik) tutulsun. İddia tələbi digər cavabdeh "xxxx" QSC-yə münasibətdə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh2 50 AZN (əlli manat) tutuluraq Az.MEM,VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar