Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-185/2024 12.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı1, Məmmədova Cəmı̇ lə Həşı̇ m qızının, İddiaçı3 və Məmmədov Fı̇ rdovsi Fərman oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Kredit Bürosu MMC-ni cəlb etməklə "müəyyən hərəkətlər etməyin cavabdehə həvalə edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, Məmmədova Cəmı̇ lə Həşı̇ m qızı, İddiaçı3 və Məmmədov Fı̇ rdovsi Fərman oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "mərkəzləşdirilmiş kredit reyestrinə əsassız daxil edilmiş məlumatın silinməsi və sair tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-ə kredit borclarının olmamasına dair müvafiq məlumatın Maraqlı şəxs MMC-yə təqdim edilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Azərbaycan Kredit Bürosundan əldə etdikləri çıxarışlardan onlara bəlli olmuşdur ki, sözügedən reyestrin təchizatçısı "xxxx" ASC tərəfindən həmin reyestrə yanlış məlumatlar daxil edilmiş, bununla da heç bir faktiki və hüquqi əsas olmadan hazırda həmin reyestrin məlumatlarında adlarına yüksək məbləğlərdə faiz məbləği borcları əks olunmuşdur. Qeyd etməyi zəruri hesab edirlər ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə aralarında müvafiq olaraq bağlanmış xx.xx.2007-ci il tarixli 165 nömrəli, xx.xx.2007-ci il tarixli 167 nömrəli, xx.xx.2007-ci il tarixli 164 nömrəli, 31 iyul 2007-ci il tarixli 163 kredit müqavilələrinə əsasən tərəflərindən bankdan götürülmüş kredit məbləğləri, o cümlədən kredit məbləğlərinə qanunvericiliklə müəyyən edilən qaydada hesablanmış faizlərin ödənilməsi tam təmin edilmişdir. Hazırkı müraciətlərinə əlavə edilən məhkəmə aktlarından görünür ki, "xxxx" ASC tərəfindən onlara qarşı dəbbə pulu və 5 faizlə bağlı irəli sürülən iddia tələbi məhkəmə tərəfindən təmin edilməmişdir. Sözügedən məhkəmə aktlarından həmçinin görünür ki, "xxxx" ASC onlara qarşı olan yuxarıda sözügedən tələblərinin təmin edilməsini iddia etməklə yanaşı tələbinin İddiaçı3 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ipoteka predmeti olan 0,60 ha torpaq sahəsinə yönəldilməsini də xahiş etmişdir. Nəzərə çatdırırlar ki, İddiaçı3 məxsus 0,60 ha torpaq sahəsi yuxarıda göstərilən kredit müqavilələrinin təminatı kimi heç bir vaxt "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməmişdir ki, qeyd etdikləri bu halda hazırkı müraciətlərına əlavə etdikləri “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubu ilə də təsdiq olunur. Qeyd etməyi zəruri hesab edilər ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (sədrlik edən A.İ.Paşayev) 31 yanvar 2017-ci il tarixli, 2(006)-136/2017 saylı qətnaməsi ilə bankın bizlərə və digərinə qarşı yuxarıda sözügedən iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sözügedən qətnamədən "xxxx" ASC tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsinin 31 may 2017-ci il tarixli, 2(103)-5166/2017 saylı qətnaməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)- 6834/2017 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə olan Nəsimi rayon Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 2(006)-136/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəsini almış, həmin məhkəmə aktları ilə "xxxx" ASC ilə aralarında bağlanmış yuxarıda sözügedən kredit müqaviləsinə hüquqi qiymət verilməklə "xxxx" ASC-yə bu və ya digər borclarının olmadığı müəyyənləşdirilmişdir. Nəzərə çatdırırlar ki, tərəflərindən ayrıayrılqıda xx.xx.2023-cü il tarixli “Mübahisənin məhkəmədənkənar könüllü həllinə dair” təkliflərlə cavabdeh banka müraciət olunaraq kredit reyestrinə adlarına əsassız olaraq daxil edilmiş faiz borclarına dair məlumatların silinməsinin təmin olunması xahiş edilmişdir. Eyni zamanda həmin tarixdə tərəflərindən “Mərkəzləşdirilmiş kredit reyestrinə əsassız olaraq daxil edilmiş məlumatların silinməsinin təmin olunmasına dair” birgə şikayətlə də cavabdeh banka müraciət olunaraq yuxarıda sözügedən kredit reyestrinə əsassız olaraq adlarına daxil edilmiş məbləğləri silinməsinin təmin olunması xahiş edilmişdir. Cavabdeh bank tərəfindən həm ayrı-ayrılıqda, həm də birgə müraciətləri ilə əlaqədar ünvanlarına göndərilmiş xx.xx.2023-cü il tarixli eyni məzmunlu cavab məktublarında mərkəzləşdirilmiş kredit reyestrində adlarımıza aktiv öhdəlik kimi qeyd edilən faiz məbləğlərinin Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sistemindən əldə edilən məlumata əsasən onların bank qarşısında daşıdıqları öhdəliklərin məbləğləri ilə uyğun olmasına istinad edilməklə təəssüf hissi ilə müraciətlərində xahiş etdikləri məsələnin faiz borcunun silinməsinin həyata keçirilməsinin mümkün olmadığı nəzərlərinə çatdırılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X1 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2017 saylı, 31 yanvar 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Məmmədov Fı̇ rdovsi Fərman oğlu, Məmmədova Cəmı̇ lə Həşı̇ m qızı, İddiaçı3, İddiaçı1 və X2 qarşı “ipotekaya qoyulmuş torpaq sahəsinə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi müddətin keçməsi əsası ilə təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5166/2017, 31 may 2017-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2017 saylı, 31 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2017-ci il tarixli, 2(102)-6834/17 saylı qərarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5166/2017, 31 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit reyestrindən çıxarışın sürətində və "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin maliyyə arayışında İddiaçı1 adına 185.515.73 USD borc göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit reyestrindən çıxarışın surətində və "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin maliyyə arayışında İddiaçı3 adına 220.305.34 USD borc göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit reyestrindən çıxarışın sürətində və "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin maliyyə arayışında İddiaçı2 adına 112.818.63 USD borc göstərilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin maliyyə arayışında İddiaçı4 adına 173.105.75 USD borc göstərilmişdir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, Məmmədova Cəmı̇ lə Həşı̇ m qızı, İddiaçı3 və Məmmədov Fı̇ rdovsi Fərman oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə “mübahisənin məhkəmədən kənar könüllü həllinə dair” təklif ünvanlayaraq, kredit reyestrində adlarına olan faiz borclarının silinməsinin təmin edilməsi üçün Mərkəzləşdirilmiş Kredit Reyestrinə müvafiq məlumatların göndərilməsini xahiş etmişdirlər. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən İddiaçı1, Məmmədova Cəmı̇ lə Həşı̇ m qızı, İddiaçı3 və Məmmədov Fı̇ rdovsi Fərman oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, mərkəzləşdirilmiş kredit reyestrində (Azərbaycan Kredit Bürosunda) adlarına aktiv öhdəlik kimi qeyd edilən faiz məbləği Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sistemindən əldə edilən məlumata əsasən onların Bank qarşısında daşıdıqları öhdəliyin məbləğinə uyğundur. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maraqlı şəxsna (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Məhkəmə qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-136/2017 saylı, 31 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Məmmədov Fı̇ rdovsi Fərman oğlu, Məmmədova Cəmı̇ lə Həşı̇ m qızı, İddiaçı3, İddiaçı1 qarşı “ipotekaya qoyulmuş torpaq sahəsinə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbi əsassız olduğundan deyil, iddiaçı iddia tələbi ilə məhkəməyə 3 il müddətində müraciət etmək hüququ olduğu halda uzun müddət keçdikdən sonra müraciət edərək iddiaçı mülki qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdüyünə görə rədd edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Nəsimi Rayon Məhkəməsinin 2(006)- 136/2017 saylı, 31 yanvar 2017-ci il tarixli qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına” dair 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Göründüyü kimi iddiaçılar İddiaçı1, Məmmədova Cəmı̇ lə Həşı̇ m qızı, İddiaçı3 və Məmmədov Fı̇ rdovsi Fərman oğlu Banka olan borcun olmamasını iddia etsələr də, iş materiallarından görünür ki, iddiaçıların Bank qarşısında öhdəliyi hələ də mövcuddur. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, Məmmədova Cəmı̇ lə Həşı̇ m qızı, İddiaçı3 və Məmmədov Fı̇ rdovsi Fərman oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Kredit Bürosu MMC-ni cəlb etməklə "müəyyən hərəkətlər etməyin cavabdehə həvalə edilməsi" tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, Məmmədova Cəmı̇ lə Həşı̇ m qızı, İddiaçı3 və Məmmədov Fı̇ rdovsi Fərman oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Kredit Bürosu MMC-ni cəlb etməklə "müəyyən hərəkətlər etməyin cavabdehə həvalə edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-185/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-185/2024
12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver