Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1861/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə İddiaçı Səfərov Ramı̇ n Rövşən oğlunun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vi, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 q̇arşı "əqdin etibarsızlığı və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Səfərov Ramı̇ n Rövşən oğlu Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vi, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 q̇arşı "əqdin etibarsızlığı və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 28 Oktyabr 2019-cu il tarixli Əvəzləşdirmə müqaviləsinə əsasən Cavabdeh2 ünvan 1 ünvanda yeni tikilən binanın C blokunun 9-cu mərtəbəsində 56.6 kv.m. sahəsi olan birotaqlı 30 saylı mənzili və binanın D blokunun 8-ci mərtəbəsində 88 kv.m. sahəsi olan ikiotaqlı 26 saylı mənzili təmirsiz mənzili iddiaçıya verməyi öhdəsinə götürüb. Həmin müqavilə bağlandıqdan sonra 11 dekabr 2019-cu ildə iddiaçı Cavabdeh1la ünvan 1 ünvanda yeni tikilən binanın C blokunun 9-cu mərtəbəsində 56.6 kv.m. sahəsi olan birotqlı 30 saylı mənzilini ona satmağı barədə ilkin alqı satqı müqaviləsi bağlamışdır. İlkin alqısatqı müqaviləsi bağladıqdan bir müddət sonra Cavabdeh2 MTK mübahisəli həmin mənzillə bağlı iddiaçını məhkəməyə verdiyi, həmin mənzili iddiaçıdan tələb etdiyi və həmin iş üzrə məhkəmə çəkişməsi uzun müddət davam etdiyi üçün iddiaçı mənzili öz adına sənədləşdirə, mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilmədi. Bundan sui-istifadə edən cavabdehlər həmin məhkəmə mübahisəsi başa çatmamış ilkin alqı-satqı müqaviləsi bağlandıqdan 3 il sonra öz aralarında mübahisəli mənzili onun razılığı olmadan iradəsi əleyhinə Cavabdeh1 adına sənədləşdiriblər və bundan sonra 18 İyul 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 mübahisəli mənzilə mülkiyyət hüququ mənzilin sayı 30 əvəzinə 3 göstərilməklə daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmasına nail olub. İddiaçı mübahisəli mənzili Cavabdeh1 satmağı barədə əsas alqı-satqı bağlamamış, mənzilin onun adına sənədləşdirilməsinə dair Cavabdeh2 MTK-ya hər hansı müraciət etməmişdir. Mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququnun qeydə alınmasından bir neçə gün əvvəl təsadüfən məlumat ala bilmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanda yeni tikilən binanın C blokunun 9-cu mərtəbəsində 56.6 kv.m. sahəsi olan birotqlı 30 saylı mənzilə Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyatının, 18 İyul 2023-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, bunlara əsas vermiş Cavabdeh2 MTK tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi təqdim edərək, Cavabdeh3 və Bank "xxxx" ASC-nin işdə iştiraka cəlb edilməsi, ünvan 1 ünvanda yeni tikilən binanın C blokunun 9-cu mərtəbəsində 56.6 kv.m sahəsi olan birotaqlı 30 saylı mənzilə Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyatının, 18 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, bunlara əsas vermiş Cavabdeh2 MTK tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin, habelə Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış yeni qaydalarla AZ 1008, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin alqı-satqı və ipotekası ilə bağlı İP-00053-06/24A saylı 21 fevral 2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, ünvan 1 ünvanda yeni tikilən binanın C blokunun 9cu mərtəbəsində 56.6 kv.m sahəsi olan birotaqlı 30 saylı mənzilə Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyatının, 18 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, bunlara əsas vermiş Cavabdeh2 MTK tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin, habelə Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış yeni qaydalarla AZ 1008, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin alqı-satqı və ipotekası ilə bağlı İP-00053-06/24A saylı 21 fevral 2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 MTK-dan müvəqqəti kirayədə yaşamağa məcbur edildiyi 31 ay üçün hər ay 400 manat olmaqla 12.400 manat kirayə haqqı xərclərinin alınaraq iddiaçıya ödənilməsi və saxta sənədlər əsasında ünvan 1 ünvanda yeni tikilən binanın C blokunun 9-cu mərtəbəsində 56.6 kv.m sahəsi olan birotaqlı 30 saylı mənzilini satmış şəxslərin, habelə Cavabdeh2 MTK-nin qanun qüvvəsini minmiş məhkəmə qətnaməsini icra etməyən səlahiyyətli şəxslərinin əməllərində cinayət əlamətləri olduğu üçün xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Sonradan Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə4 xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, ilk növbədə iş materiallarına əlavə edilmiş olan 11 dekabr 2019-cu il tarixli “İlkin alqı-satqı müqaviləsi” ilə bağlı iddiaçı tərəfə verdiyi sualı və suala verilən cavabı məhkəməyə xatırladır. İlkin alqı-satqı müqaviləsinin mübahisələndirilmədiyini, həmin müqaviləyə İddiaçı imza edərək göstərilən məbləği tam almış olduğunu bildirərək, bununla bağlı iddiaçı tərəfin mövqeyini soruşduqda, iddiaçını nümayəndəsi bildirdi ki, İlkin alqı-satqı müqaviləsi üzrə satıcı qismində çıxış edən İddiaçı müqavilə üzrə mənzilin razılaşdırılmış dəyərini tam şəkildə almışdır və müqavilə bağlandığı gün üçün razılığı olmasına baxmayaraq, bu gün başqa fikirdədir və hesab edir ki, razılaşdığı məbləğ onu qane etmir. Müqavilənin mübahisələndirilməməsi ilə bağlı isə, iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinin (ilkin müqavilə) tələblərinə əsasən, bu cür müqavilələr üzrə öhdəliklərə bir il müddətində xitam verilməsinin nəzərdə tutulduğuna istinad etdi. Hesab edir ki, iddia tərəfinin bu mövqeyi qanunvericiliyin yalnış formada təfsiridir. Belə ki, bəhs edilən müqavilə ilkin alqı-satqı müqaviləsi olsa da, mahiyyəti üzrə tam alqı-satqı müqaviləsi hesab edilə bilər. Bu mövqeyi aşağıdakılarla əsaslandıra bilər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Bu maddəni məzmunundan göründüyü kimi, müqavilə tərəfləri gələcəkdə müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və s. öhdəliyi daşımalıdırlar. Bu halda, bir il müddəti ərzində əsas müqavilənin bağlanmaması öhdəliklərə xitam verməlidir. Bəhs edilən müqavilə üzrə isə, alıcı tərəf əsas müqavilə üzrə ödəməli olan pul məbləğini tam şəkildə satıcı tərəfə ödəyir, satıcı tərəf həmin pul məbləğini qəbul edir, mənzil isə, alıcı tərəfin sahiblik və istifadəsinə bir gün ərzində qeyd-şərtsiz verilir. Yəni əsas müqavilə üzrə tərəflərin həyata keçirməli olduğu hər hansı bir öhdəlik qalmamışdır. Əsas müqavilənin bağlanması halında tərəflər həmin əsas müqavilə ilə hər hansı bir əlavə hüquq və vəzifə daşımayacaqdılar. Belə olan halda, müqaviləyə standart olaraq Mülki Məcəllənin 402-ci maddəsində bəhs edilən ilkin alqı-satqı müqaviləsi kimi yanaşılması doğru deyil. Tərəflər müqavilə ilə üzərinə düşən hüquq və vəzifələri tam şəkildə yerinə yetirmişlərsə, bir il bitdikdən sonra müddətə görə müqavilə öhdəliklərinə xitam verilməsini iddia etmək absurddur. Belə ki, 402-ci maddədə bəhs edilən müqavilə forması gələcəkdə əsas müqavilə bağlamaqla hüquq və vəzifələr daşımalıdırlar və bu halda təbii ki, bir illik müddət keçdikdə öhdəliklərə xitam verilməsi tərəflərin əşya və əmlak hüquqlarının pozulmasına səbəb olmur. İstinad edilən maddədə nəzərdə tutulan öhdəliklər həmin bir il ərzində bəhs edilən hüquq və vəzifələrlə bağlı digər şəxslərlə müqavilələr bağlamağı bir növ qadağan etməklə, könüllü şəkildə tərəflərin hüquqlarını məhdudlaşdırmış olur. Həmin məzmunlu müqavilələrin bağlanmması halında, əmlak sahibi əsas müqavilə bağlananadək digər şəxsə həmin əmlakı satmır, alıcı isə, həmin əmlakı almaqdan imtina etmir. Müddətin keçməsi ilə öhdəliklərə xitam verilməsinin bir il ərzində satıcını eyni əmlakla bağlı digər şəxslərlə eyni məzmunda müqavilə bağlamaması, alıcını isə, həmin şərtlərlə həmin əşyanı almaqdan imtina edə bilməməsi kimi hüquqi nəticələrdən başqa hansısa digər hüquqi nəticələr yaratmır. İndiki halda isə, müqavilə tərəfləri gələcəkdə deyil, dərhal müqavilə ilə razılaşdıqları öhdəlikləri yerinə yetirmişlər. Həmin müqavilə üzrə öhdəliklərə bir illlik müddətlə bağlı xitam verilməsi halında, alıcının ödədiyi pul məbləğinin taleyi haqqında da iddiaçı tərəfin fikirlərini dinləmək maraqlı olardı. İlkin alqı-satqı müqaviləsi ilə bağlı onların mövqeyi isə ondan ibarətdir ki, tərəflər müqavilə öhdəliklərini tam terinə yetirdikləri səbəbindən, müqavilə əsas alqı-satqı müaviləsinə bərabər tutulmalıdır. Çünki, tərəflər müqavilə öhdəliklərini tam yerinə yetirməklə həm iradə ifadəsini bildirmiş oldular, həm də real hüquqi nəticələrlə razılaşmış oldular. Müqavilə üzrə tam məbləğdə pulu ödəmiş alıcının və tam məbləğdə pulu qəbul edən satıcının isə, bu pulun verilməsi və qəbul edilməsi müqabilində imza etdikləri müqavilədə yeganə olaraq bu gün də davam edən öhdəliyi, müqavilənin 2.3-cü bəndində təzərdə tutulan öhdəliklərdir. Həmin bənddə isə, əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməməsi öhdəliyidir. Halhazırki mülki iş üzrə iddia ərizəsinin əsasını, İlkin alqı-satqı müqaviləsinin 2.3-cü bəndinin mülki iş üzrə iddiaçı, İlkin alqı-satqı müqaviləsi üzrə satıcı tərəfindən pozulması təşkil edir. Məhkəmənin diqqətinə daha bir məqamı da çatdırmağı zəruri hesab edir. Mülki qanunvericilikdə nəzərdə tutulan “vicdanlı əldə edən” termini var. Vicdanlı əldə edənlə bağlı mülki qanunvericiliyin mübahisəyə aidiyyəti olan normalarını xatırlatmaq istəyir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Göründüyü kimi, mülki qanunvericilik mübahisələndirilən mənzili vicdanlı əldə edən son mülkiyyətçisinin – iddia tələbləri üzrə Cavabdeh3 əldə etdiyi mülkiyyət hüquqlarının saxlanılmasını nəzərdə tutur. Belə olan halda, iddia tələblərinin mübahisələndirilən mənzilin alqı-satqısı və ipotekasına dair İP00053-06/24A saylı 21 fevral 2024-cü il tarixli müqavilənin etibarsızlığına dair iddia tələblərinin əsasssız olduğu aşkardır. Yuxarıda qeyd edilənlərə əsasən, iddia tələblərinin rədd edilməsinə dair qətnamə qəbul edlməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək və iddia ərizəsində və əvvəlki məhkəmə iclaslarında qeyd etdiyi halları bir daha təsdiq edərək iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Cavabdeh1la iddiaçı arasında ilkin alğı-satqı müqaviləsi bağlandığı ərəfədə mübahisəli mənzillərlə bağlı digər Cavabdeh2 MTK ilə iddiaçı arasında məhkəmə mübahisələri getmişdir. Həmin mübahisələr ilə bağlı mənzillərin üzərində iddiaçının hüquqlarının tanınıb-tanınmaması bəlli olmamışdır. Ona görə də əsas alğı-satqı müqaviləsini bağlamaq mümkün olmamışdır. Lakin buna baxmayaraq Cavabdeh1 qeyri-qanuni yollarla mübahisəli mənzili öz mülkiyyətinə keçirmişdir. Nə qədər ki, əsas alğı-satqı müqaviləsi bağlanmamışdır, onun bu hərəkəti tam qanunsuzdur. İddiaçı müqavilədə nəzərdə tutulan 23 min manat pulu almışdır. İlkin alğı-satqı müqaviləsi sadəcə niyyət protokolu əhəmiyyətinə malikdir. Əgər tərəflər 1 il müddətində əsas alğı-satqı müqaviləsi bağlamazdılarsa, həmin ilkin alğı-satqı müqaviləsi öz əhəmiyyətini itirmiş hesab olunacaqdı. Hazırda həmin mənzildə Cavabdeh3 yaşayır. İddiaçı həmin mənzildə yaşamamışdır. 7.Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ilkin alğı-satqı müqaviləsi bağlanılarkən mübahisəli mənzil nəinki mövcud olmamış, hətta onun yerində olan köhnə bina sökülməmişdi və bir neçə il bundan əvvəlki mənzil qiymətləri və mənzillərin mübahisəli olması nəzərə alınarsa, Cavabdeh1 tərəfindən mənzilin dəyəri kimi verilmiş 57 min manat pul mənzilin real dəyərini artıqlaması ilə əhatə etmişdir. Nəticə olaraq, Cavabdeh1 adı ilkin alğı-satqı müqaviləsi olsa da, əsas alğı-satqı müqaviləsi üzrə öhdəliyini tam şəkildə icra etmişdir. Bunun qarşılığında isə iddiaçının üzərinə əsas alğı-satqı müqaviləsini bağlamaq vəzifəsi düşürdü. Cavabdeh1 da bununla bağlı dəfələrlə iddiaçıya müraciət etmişdir. O, tələb etmişdir ki, ya əsas alğı-satqı müqaviləsi bağlanılsın, ya da ödənilmiş pul ona geri qaytarılsın. Bunu keçən məhkəmə iclaslarının birində iddiaçının nümayəndəsi qismində çıxış edən Zemfira Vəkilova da təsdiq etmişdir. Lakin iddiaçı hər dəfə bundan yayınmışdır. Zemfira Vəkilova bunu onunla əsaslandırmışdır ki, digər məhkəmənin nəticəsi ona bəlli olmamış və onun nəticələnməyini gözləmişdir. Bundan əlavə, qarşı tərəf bunun əksini iddia etsə də, tərəflərindən məhkəməyə təqdim edilmiş sübutlardan da görünür ki, o, mübahisəli mənzilin Cavabdeh1 mülkiyyətinə keçməsindən 3-4 il bundan öncə məlumatlı idi və bunu mübahisələndirmək üçün kifayət qədər imkanı var idi. Sadəcə bütün bu məhkəmə mübahisələri dövründə mənzillərin qiymətinin qalxması onun hazırki iddianı qaldırmasına səbəb olmuşdur. Hətta o ötən məhkəmə iclasında da bildirmişdir ki, Cavabdeh1 əlavə 40 min manat pul istəmişdir. Nəticə etibarı ilə iddiaçı ilkin alğı-satqı müqaviləsi bağlanılarkən mövcud olan həqiqi niyyətinə faktiki olaraq çatmışdır. Onun heç bir hüquqları pozulmamışdır. Həmçinin, hesab edir ki, hazırki iddia tələbini qaldırmağa iddiaçının subyektiv hüququ yoxdur və iddia müddəti də ötürülmüşdür. Odur ki, bütün bu halları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq, iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, alğı-satqı müqaviləsi üzrə üzərlərinə düşən öhdəliyi icra etmiş və mənzilin dəyərini iddiaçıya tam şəkildə ödəmişlər. Daha sonra iddiaçı əsas alğı-satqı müqaviləsini bağlamaqdan yayındığı üçün məhkəməyə yox, MTK-ya müraciət etmiş, zəruri sənədləri almış və mənzili öz mülkiyyətlərinə keçirmişlər. Mənzilə MTK-ya müraciət edərək zəruri sənədləri almış və müvafiq dövlət orqanına təqdim edərək çıxarış əldə etmişdilər. 8.Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, bir əqd o zaman etibarsızdır ki, o etibarsızlıqdan başqa heç bir nəticə yaratmasın. Lakin mübahisə edilən ilkin alğı-satqı müaviləsi artıq bir nəticə vermiş və əmlak ikinci şəxsin mülkiyyətinə keçmişdir. Bunun nəticəsində də iddiaçıya Cavabdeh1 tərəfindən müvafiq ödəniş edilmişdir. Nəticə etibarı ilə ilkin alğı-satqı müqaviləsi adı altında faktiki olaraq əsas alğı-satqı müqaviləsi reallaşdırılıb. İlkin alğı-satqı müqaviləsinin bağlanmasına səbəb isə mübahisəli əmlakın dövlət qeydiyyatına alınmaması ilə bağlı olmuşdur. Belə ki, dövlət qeydiyyatına alınmamış əmlakın özgəninkiləşdirilməsi mümkün deyildir. Ona görə də tərəflər bu yoldan istifadə etmişlər. Hesab edir ki, tikilməmiş, mübahisəli mənzil üçün və 5-6 il bundan öncəki qiymətlər nəzərə alınmaqla mənzilin real dəyəri iddiaçıya ödənilmişdir və iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Odur ki, bütün bu halları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vinin nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzillərin biri ilə bağlı iddiaçı ilə digər Cavabdeh1 arasında ilkin alğı-satqı müqaviləsi bağlanılıb və onlar MTK olaraq buna hər hansı maneə yaratmamış və öz razılığını vermişlər. Daha sonra isə həmin mənzil üzərində Cavabdeh1 mülkiyyət hüquqları qeydiyyata alınıb. Digər mənzil isə iddiaçıya məxsusdur və onlar bunu qəbul edirlər. Onlar dəfələrlə iddiaçıya mənzili təhvil alması ilə bağlı müraciət etsələr də, iddiaçı bundan yayınır. Bundan başqa iddiaçı tərəf qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən bəhs edir ki, həmin qətnamələrin məhkəməyə təqdim edilməsini xahiş edirlər. Əlavə olaraq, iddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, ilkin alğı-satqı müqaviləsi əsasında əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilməsi sualı onlara yox, Cavabdeh1 və Dövlət Reyestr xidmətinə ünvanlanmalıdır. Onlar sadəcə MTK olaraq buna hər hansı etirazın olmadığını bildirmişlər. Onlar müqavilə tərəfi deyillər və bunda hər hansı maraqları da yoxdur. Onlar məhkəmədə sadəcə etibarsızlıq ilə bağlı iddia qaldırmışlar. Cavabdeh1 və Cavabdeh3 maraqlarına zidd hər hansı tələbləri olmamışdır. 10.Hazırki məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. 11.Məhkəmə hazırki işə gəlməyən cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 12.Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 28 oktyabr 2019-cu il tarixli Əvəzləşdirmə müqaviləsinə əsasən Cavabdeh2 MTK ünvan 3 ünvanda yeni tikilən binanın C blokunun 9-cu mərtəbəsində 56.6 kv.m. sahəsi olan birotaqlı 30 saylı mənzil və binanın D blokunun 8-ci mərtəbəsində 88 kv.m. sahəsi olan ikiotaqlı 26 saylı təmirsiz mənzilləri iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Bundan sonra 11 dekabr 2019-cu il tarixdə ilkin alqı-satqı müqaviləsi əsasında İddiaçı tərəfindən ünvan 3 ünvanda yeni tikilən binanın C blokunun 9-cu mərtəbəsində 56.6 kv.m. sahəsi olan birotaqlı 30 saylı mənzil Cavabdeh1 1 gün müddətinə təhvil verməyi və bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, Cavabdeh1 isə müqavilədə nəzərdə tutulan məbləği ona ödəməyi öz öhdələrinə götürmüşlər. Daha sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 112, 114, 116, 118, 120, mənzil 3 (Yeni qaydalarla: AZ 1008, ünvan 6, M9, m3) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə 4398 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı mübahisəli mənzilə dair Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyatının, dövlət reyestrindən çıxarışın, hüquqmüəyyənedici sənədlərin, habelə 21.02.204-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsini, kirayə haqqı xərclərinin Cavabdeh2 MTK-dan tutularaq ona ödənilməsini, həmçinin mübahisəli mənzili satmış şəxslərin, habelə Cavabdeh2 MTK-nın səlahiyyətli şəxslərinin əməllərində cinayət əlamətləri olduğu üçün xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini tələb edir. b) Mülki işin materialları: 14.Mülki işin materiallarında olan Vəkilova Zemfira (İddiaçı tərəfdən) və Cavabdeh1 arasında bağlanan 11 dekabr 2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 MTK tərəfindən verilmiş əvəzləşdirmə müqaviləsinə əsasən İddiaçı verilmiş, ünvan 3, C bloku, 9-cu mərtəbəsində yerləşən 56.6 kv.m-dən ibarət 1 otaqlı, 30 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmeti olan əmlakın qiyməti 23.000 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçı istifadəsində olan ünvan 3, C bloku, 9-cu mərtəbəsində yerləşən 56.6 kv.m-dən ibarət 1 otaqlı, 30 saylı mənzilini bu müqavilə bağlandığı andan Cavabdeh1 1 gün müddətinə təhvil verməyi və bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi, Cavabdeh1 isə qeyd olunan əmlakın istifadə və sahiblik hüququnu, həmçinin əsas alqı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürür. 15.Mülki işin materiallarında olan AR İN ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 3, C bloku, 9-cu mərtəbəsində yerləşən 56.6 kv.m-dən ibarət 1 otaqlı, 30 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. 16.Mülki işin materiallarında olan Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə 42/9, 68 saylı mənzildə qeydiyyatda olan İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli, 09/02 nömrəli məktubdan görünür ki, aralarında bağlanan 28 oktyabr 2019-cu il tarixli Əvəzləşmə müqaviləsinə əsasən C blokunda 56.6 kv.m və D blokunda 88 kv.m təmirsiz mənzilin ayrılması və təmir işlərinin başlanması üçün şəraitin yaradılması ilə əlaqədar 15 oktyabr 2021-ci il tarixli məktub göndərilmişdir. Əvəzləşmə müqaviləsinin 2.2.3-cü bəndinə görə mənzil Cavabdeh2 MTK-ya təhvil verildikdən sonra müvəqqəti yaşayış yerinin dəqiq ünvanın MTK-ya yazılı surətdə məlumatlandırılması tələb olunur. Ona xx.xx.2021-ci il tarixində göndərilən məktub, dəqiq ünvanının olmaması və telefon nömrəsinə zəng çatmaması səbəbindən xx.xx.2021-ci il tarixində geri qaytarılmışdır. Məlumat üçün bir daha bildirilir ki, ona ayrılmış mənzillər təmir üçün hazır vəziyyətdədir. Bununla əlaqədar Cavabdeh2 MTK-nın ofisinə gəlməyi xahiş olunmuşdur. 17.Mülki işin materiallarında olan Vəkilova Zemfira Dursun qızı, Cavabdeh1, X3 və X5 tərəfindən tərtib edilən xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, Cavabdeh2 MTK tərəfindən əvəzləşdirmə müqaviləsi əsasında İddiaçı məxsus ünvan 3 ünvanında yerlşən faktiki sahəsi 56.6 kv.m olan C blokunda 9-cu mərtəbəsində 30 saylı 1 otaqlı mənzilin Vəkilova Zemfira Dursun qızına verilmiş etibarnamə əsasında 57.000 manat Cavabdeh1 tərəfindən ona ödəndi. 18.Mülki işin materiallarında olan 2023-cü il fevral tarixli Aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı verilmiş 28 oktyabr 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən C blokunun 9-cu mərtəbəsində sahəsi 56.6 kvadrat metr olan birotaqlı, 30 saylı mənzilini 57.000 manat müqabilində Cavabdeh1 Bakı şəhəri 14 saylı notariusda ilkin alqı-satqı müqaviləsinə əsasən satmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 MTK ilə cavabdeh İddiaçı arasında bağlanmış əvəzləşdirmə müqaviləsi etibarsız hesab edilmişdir. Halhazırda Vəkilova X1 Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə əlaqədar apellyasiya şikayəti vermişdir. Göstərilənləri nəzərə alaraq Vəkilova Zemfira Dursun qızı zəmanət verir ki, yuxarıda göstərilən mənzilə görə Cavabdeh1 tərəfindən 11 dekabr 2019-cu il tarixdə ödənilmiş 57.000 manat pulu Cavabdeh1 qaytarıb______müddətə ödəyəcəkdir və ya Bakı şəhəri 14 saylı notariusda bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən C blokunun 9-cu mərtəbəsində sahəsi 56.6 kv.m olan bir otaqlı mənzili Cavabdeh1 təhvil verəcəkdir. 19.Mülki işin materiallarında olan ƏMDX DƏDKR PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən 684777 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 112, 114, 116, 118, 120, mənzil 3 (Yeni qaydalarla: AZ 1008, ünvan 6, M9, m3) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə 4398 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 20.Mülki işin materiallarında olan Cavabdeh2 üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 22 iyul 2022-ci il tarixli Çıxarışdan görünür ki, Cavabdeh2 MTK-nın üzvlüyünə qəbul edilməsi, Cavabdeh1 müəssisənin üzvü qəbul olunmaqla Cavabdeh2 MTK-nın ünvan 6 ünvanında yerləşən kooperativ binasına məxsus olan 9+ texniki mərtəbəli binanın C giriş, İX mərtəbəsində, ümumi sahəsi 56.6 kv.m olan 1 otaqlı 3 saylı mənzilin payçısı qəbul edilməsi qərara alınmışdır. 21.Mülki işin materiallarında olan Cavabdeh2 tərəfindən verilən 10 iyul 2023-cü il tarixli, 65 nömrəli Maliyyə Arayışından görünür ki, ünvan 6 ünvanında yerləşən Cavabdeh2 MTKya məxsus binanın C girişi, İX mərtəbəsində ümumi sahəsi 56.6 kv.m olan, 1 otaqlı, 3 saylı mənzilin pay dəyəri payçı Cavabdeh1 tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. Arayış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilir. 22.Mülki işin materiallarında olan kreditor-ipoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan Cavabdeh3 və satıcı Cavabdeh1 arasında bağlanan 21 fevral 2024-cü il tarixli, İP- 00053-06/24A nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi,116, M9, m3 ünvanında yerləşən və mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18 iyul 2023-cü il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********29-05301-093047 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 23.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 24.Həmin Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 25.Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 26.Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). 27.Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). 28.Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. 29.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). 30.Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 31.Həmin Məcəllənin 402-ci maddəsinin tələblərinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. 32.Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 33.Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. 34.Hazırki iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanan xx.xx.2019-cu il tarixli əvəzləşdirmə müqaviləsinə əsasən MTK təmirsiz iki mənzili iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. Daha sonra iddiaçının əvəzinə (etibarnamə əsasənda) onun anası Vəkilova Zemfira Dursun qızı MTK tərəfindən iddiaçıya verilən mənzillərin birini (ünvan 3 ünvanda yeni tikilən binanın C blokunun 9-cu mərtəbəsində 56.6 kv.m. sahəsi olan birotaqlı 30 saylı mənzil) xx.xx.2019-cu il tarixli ilkin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 1 gün müddətinə təhvil verməyi, bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsini rəsmiləşdirməyi öz öhdəsinə götürmüş, müqavilə üzrə əmlakın qiyməti 23.000 manat məbləğində müəyyən olunmuşdur. Müəyyən edilmişdir ki, ilkin alğı-satqı müqaviləsi bağlandığı gün eyni zamanda müvafiq akt əsasında iddiaçının nümayəndəsi Vəkilova X2 Rauf Fərhad oğlu tərəfindən ona satılan mənzilin dəyəri kimi 57.000 manat məbləğində pul vəsaitinin ona ödənildiyini təsdiq etmişdir. Qanunvericiliyin tələblərinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında bağlanan ilkin alğısatqı müqaviləsi əslində bir növ yekun alğı-satqı kimi həyata keçirilərək hüquqi nəticələr yekunlaşaraq bitmişdir. Belə ki, həmin müqavilə üzrə hər iki tərəf müqavilədə nəzərdə tutulan öhdəlikləri gələcəkdə yox, müqavilə bağlandığı zaman dərhal yerinə yetirmişlər. Məhkəmə əlavə olaraq qeyd edir ki, müqavilə üzrə əmlakın qiyməti 23.000 manat müəyyən edilmişdir. Hansı ki müqavilə bağlandığı zamanı qeyd edilən əmlak ümumiyyətlə mövcud olmamış və müqavilə üzrə qeyd edilən əmlakın dəyəri həmin dövr üçün ağlabatan olmuşdur. Mülki işin materiallarından görünür ki, Cavabdeh1 həmin dövr üçün müəyyən edilmiş dəyəri tam şəkildə hətta daha artığını iddiaçı tərəfə ödəmişdir. Belə ki, müqavilə bağlandığı gün tərəflərin tərtib etdikləri akt əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən müqavilədə nəzərdə tutulan məbləğdən daha artıq məbləğ, yəni ümumilikdə 57.000 manat məbləğində pul iddiaçı tərəfə ödənilmişdir. Bununla da gələcəkdə əsas müqavilənin bağlanması üçün isə artıq tərəflərin yerinə yetirməli olduqları hər hansı bir öhdəlik qalmamışdır (satıcısının mənzilin satılmasından başqa hər hansı bir tələbi qalmayacağından). Tərəflər müqavilə öhdəliklərini tam yerinə yetirdikləri səbəbindən sözügedən müqavilə əsas alqı-satqı müqaviləsinə bərabər tutulmalıdır (Mülki Məcəllənin 404.1-ci maddəsində qeyd edilən kimi-müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır). Çünki tərəflər həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməklə həm iradə ifadəsini bildirmiş, həm də real hüquqi nəticələrlə razılaşmış olmuşlar. Odur ki, hazırda iddiaçı tərəfin xx.xx.2019-cu il tarixli müqavilənin Mülki Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən ilkin müqavilə kimi qəbul edilərək sonradan əsas müqavilənin bağlanmaması əsası ilə hazırki tələbi ( Cavabdeh1 adına verilmiş çıxarışın və ona əsas olmuş sənədlərin) irəli sürməsi əsassız olmuşdur. BUndan əlavə isə digər məhkəmə proseslərinin getməsi tərəfləri həmin an sonrakı müqaviləni (ilkin alqı-satqı müqaviləsindən yaranan) bağlamaqdan çəkinməsi üçün əsas ola bilməzdi. Çünki həmin əmlak dövlət reyestrindən qeydiyyat keçməmiş, əmlak üzərinə hər hansı həbs qoyulmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının həmin mənzilə dair pulu əldə etdiyindən marağıda etmişdir. 35.Bundan başqa, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən, Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 36.Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 2010-cu il 25 oktyabr tarixli Qərarı). 37.«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). 38.Məhkəmə əlavə olaraq qeyd edir ki, müqavilə üzrə cavabdehə verilməli olan mənzil həmin dövrdə mövcud olmadığından müqavilə bağlandığı zaman mənzilin cavabdehin adına rəsmiləşdirilməsi mümkün olmamış, lakin sonradan mənzil hazır olduqdan sonra Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MTK-nın üzvlüyünə qəbul edilərək Cavabdeh2 MTK-nın ünvan 6 ünvanında yerləşən kooperativ binasına məxsus olan C giriş, İX mərtəbəsində, ümumi sahəsi 56.6 kv.m olan 1 otaqlı 3 (MTK tərəfindən şərti olaraq əvvəlcə 30 saylı adlandırılmışdır) saylı mənzilin payçısı olmuş və MTK-nın xx.xx.2023-cü il tarixli maliyyə arayışı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 112, 114, 116, 118, 120, mənzil 3 (Yeni qaydalarla: AZ 1008, ünvan 6, M9, m3) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə 4398 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə həmçinin iddiaçı tərəfin Cavabdeh2 MTK tərəfindən mənzilin digər Cavabdeh1 adına rəsmiləşdirilməsinin qanunsuz olması fikrinə münasibətdə qeyd edir ki, cavabdehlər tərəfindən müqavilənin ziddinə olaraq hər hansı niyyətin pozulması halı məhkəmə tərəfindən aşkar edilməmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya münasibətdə iddia tələbi “ünvan 1 ünvanda yeni tikilən binanın C blokunun 9-cu mərtəbəsində 56.6 kv.m sahəsi olan birotaqlı 30 saylı mənzilə Cavabdeh1 mülkiyyət hüququnun qeydiyyatının, 18 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, bunlara əsas vermiş Cavabdeh2 MTK tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin (maliyyə arayışının və ümumi yığıncağının qərarı) etibarsız hesab edilməsi” hissəsində, eyni zamanda Cavabdeh2 MTK tərəfindən iddiaçının hansısa hüququnun pozulması faktı təsdiq edilmədiyindən və iddia tələbi əsas hissədə təmin edilmədiyindən iddia tələbi “Cavabdeh2 MTK-dan müvəqqəti kirayədə yaşamağa məcbur edildiyi 31 ay üçün hər ay 400 manat olmaqla 12.400 manat kirayə haqqı xərclərinin alınaraq iddiaçıya ödənilməsi” hissəsində də əsassız hesab edilməklə rədd edilməlidir. Bundan əlavə isə Cavabdeh2 MTK tərəfindən 02 fevral 2022-ci il tarixdə iddiaçıya rəsmi məktub göndərilərək qeyd edilən mənzilin təhvil verilməsi təklif olunmuşdur ki, bu halın özüdə iddiaçının cavabdehdən kirayə haqqlarını tələb etməsi sübuta yetirilə bilmədiyindən əsassız olmuşdur. 39.Daha sonra məhkəmə iddia tələbinin “Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış yeni qaydalarla AZ 1008, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin alqı-satqı və ipotekası ilə bağlı İP-00053-06/24A saylı 21 fevral 2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilən hallarından biri də o olmuşdur ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh1 adına rəsmiləşdirilən əmlak, yəni Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 112, 114, 116, 118, 120, mənzil 3 (Yeni qaydalarla: AZ 1008, ünvan 6, M9, m3) xx.xx.2024cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən alıcı-ipoteka qoyanın, yəni hazırki iş üzrə digər Cavabdeh3 mülkiyyətinə verilmiş, həmin əmlakın dəyərinin bir hissəsi Cavabdeh3 tərəfindən, qalan hissəsi isə kreditor, yəni hazırki iş üzrə digər cavabdeh Bank "xxxx" ASC tərəfindən verilmiş kredit əsasında ödənilmişdir. 40.Mülki Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 41.«S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmışdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 42.Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). 43.Göründüyü kimi işin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi, mübahisələndirilən Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanan zaman Cavabdeh3 alqı-satqı predmeti olan əmlaka münasibətdə vicdanlı alıcı olmuş və hazırda mənzildən istidaə etməklə yaşamaqdadır. Odur ki, bu tələb üzrə iddiaçı müvafiq subyektiv hüququ malik olmammaqla iddia tələbi Cavabdeh3 münasibətdə də əsassız hesab edilməklə rədd edilməlidir. 44.Daha sonra məhkəmə iddia tələbinin “saxta sənədlər əsasında ünvan 1 ünvanda yeni tikilən binanın C blokunun 9-cu mərtəbəsində 56.6 kv.m sahəsi olan birotaqlı 30 saylı mənzilini satmış şəxslərin, habelə Cavabdeh2 MTK-nin qanun qüvvəsini minmiş məhkəmə qətnaməsini icra etməyən səlahiyyətli şəxslərinin əməllərində cinayət əlamətləri olduğu üçün xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi” hissəsinə isə münasibətdə qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 46.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçı Səfərov Ramı̇ n Rövşən oğlunun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və X4 mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vi, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 q̇arşı "əqdin etibarsızlığı və s." tələbinə dair iddiası əsassız hesab edilməklə rədd edilməlidir. 47.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 49.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 50.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 51.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 52.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 53.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Səfərov Ramı̇ n Rövşən oğlunun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və X4 mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və "xxxx" Mənzı̇ l Tı̇ kı̇ nti Kooperatı̇ vi, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 q̇arşı "əqdin etibarsızlığı və s." tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1861/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1861/2024
30.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver